Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

məsi  qaydası  Audit  Komitəsi  haqqında  təsdiq  edilmiş 
əsasnamədə müəyyən edilir. 
Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən 
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir 
səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf 
qalmasına icazə verilmir. Səslər bərabər olduqda Audit 
Komitəsi sədrinin səsi həlledici sayıhr. 
Daxih  audit  bölməsi  (departament,  şöbə  və  s.)  Audit 
Komitəsininin  nəzarəti  altında  fəaliyyət  göstərir  və  bankın 
icra  orqanı  ilə  qarşılıqlı  surətdə  bankda  daxili  nəzarət  və 
risklərin 
idarə 
edilməsi 
sistemlərinin 
fəaliyyətinin 
səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir; 
Daxili  audit  bölməsinin  rəhbəri  və  əməkdaşları  Audit 
Komitəsinin təqdimatı ilə bankın Müşahidə Şurası tərəfindən 
vəzifəyə təyin edilir və vəzifədən azad olunur. 
Bankda  Audit  Komitəsinin  və  daxili  audit  bölməsinin 
fəaliyyətinin  standart  və  qaydalarını  Milli  Bank  müəyyən 
edir. 
(Banklar haqqında Qanun. Maddə 27.)
 
3.9. BANKLARDA PRUDENSİAL 
NORMATİVLƏR VƏ TƏLƏBLƏR 
Banklar  fəaliyyətləri  dövründə  öz  aktivləri,  balans- 
arxası  öhdəlikləri  və  kapitalının  miqdarı  itə  bağlı  Milli 
Bankın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, 
o cümlədən açıq valyuta mövqeyinə riayət etməlidir. 
Milli Bank tərəfindən müəyyən edilmiş yen normativlər 
və  tələblər,  onlarda  dəyişikliklər  banklara  rəsmən 
bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və 
məcmu  kapitalın  minimum  miqdarına  aid  tələblərə 
dəyişikliklər  isə  banklara  rəsmən  bildirildikdən  sonra  altı 
aydan tez olmayaraq qüvvəyə minir. Yeni 
93 


prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur. 
Milli  Bank  bankların  və  xarici  bankların  yerli  filial- 
lannm maliyyə sabitliyini təmin etmək məqsədilə aşağıdakı 
prudensial normativləri və tələbləri müəyyən edir
nizamnamə  kapitalının  (xarici  bankların  yerli  filialları 
üçün  nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaitin) 
minimum miqdarını; 
məcmu  kapitalın  minimum  miqdarım  (xarici  bankların 
yerli filialları üçün məcmu kapitala bərabər tutulmuş vəsaitin 
minimum miqdarım); 
əsas  və  məcmu  kapitalın  risk  dərəcəsi  üzrə  ölçülmüş 
aktivlərə (xarici bankların yerli filialları üçün əsas və məcmu 
kapitala  bərabər  tutulmuş  vəsaitin  risk  dərəcəsi  üzrə 
ölçülmüş 
aktivlərə) 
nisbətini 
(kapitalın 
adekvathq 
əmsallarının); 
likvidlik göstəricilərini; 
bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu 
üçün kredit risklərinin maksimum miqdarını; məcmu iri 
kredit risklərinin maksimum miqdarını; aidiyyatı şəxslərə və 
aidiyyatı şəxs adından hərəkət edən şəxslərə verilmiş 
kreditlərin maksimum miqdarını; 
aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən 
şəxslərə verilmiş məcmu kreditlərin maksimum miqdarını; 
digər  hüquqi  şəxslərin  kapitıhnda  bankların  iştirakının 
maksimum miqdarını; 
digər hüquqi şəxslərin kapitalında bankların məcmu 
iştirakının maksimum miqdarını; açıq valyuta mövqeyinin 
limitlərini; aktivlərin, balansarxası öhdəliklərin təsnifatından 
və qiymətləndirilməsindən asılı olaraq, mümkün zərərin 
94 


ödənilməsi  üçün  xərclər  hesabına  yaradılan  xüsusi 
ehtiyatlara aid tələbləri
faizlərin  hesablanması,  dayandırılmış  aktivlərə  aid 
tələbləri; 
aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən 
şəxslər ilə aparılan əməliyyatlara aid tələbləri; 
aktivlərin və passivlərin  Ödəniş müddətlərinin və faiz 
dərəcələrinin uyğunluğuna dair tələbləri. 
Milli  Bank  bankların  və  xarici  bankların  yerli 
filiallarının  fəaliyyətinin  tənzimlənməsi  həyata  keçirdikdə, 
zərurət  yarandıqca  “Banklar  haqqında  Qanun”un  34,2-ci 
maddəsində  göstərilən  prudensial  normativlərin  və 
tələblərin hamısını və ya bir hissəsini tətbiq edə bilər. 
Banklar  Milli  Bankın  müəyyən  etdiyi  korporativ 
idarəetmə standartlarına riayət etməlidirlər. 
Milli  Bank  bankların  fəaliyyət  riskini  azaltmaq, 
əmanətçilərin  və  kreditorların  mənafelərini  qorumaq 
məqsədi  ilə  “Banklar  haqqında  Qanun”un  34.2-ci 
maddəsində nəzərdə tutulan normativ və tələblərdən başqa 
beynəlxalq bank nəzarəti praktikasında qəbul olunmuş əlavə 
normativlər və tələblər müəyyən etmək hüququna malikdir. 
Milli  Bank  xarici  kapitallı  banklar  və  xarici  bankların 
yerli 
filialları 
üçün 
öz 
aktivlərini 
Azərbaycan 
Respublikasında  yerləşdirmək  barəsində  tələblər  müəyyən 
edə bilər. 
(Banklar haqqında Qanun. Maddə 34.)
 
3.10.
 
BANKLAR ARASINDA VƏ ONLARIN 
MÜŞTƏRİLƏRİ ARASINDA MÜNASİBƏTLƏRİN 
TƏNZİMLƏNMƏSİ 
“Banklar  haqqında  Qanun’Ma,  Milli  Bankın  normativ 
xarakterli aktları və göstərişləri ilə, habelə lisen 
95 


ziyalar  və  icazələrlə  məhdudlaşdırılan  hallar  istisna 
olmaqla,  banklar  qarşılıqlı  surətdə  qanunvericiliklə 
müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir- 
birində depozit, o cümlədən müxbir və digər hesablar aça 
bilərlər. 
Banklar  öz  aralarında  bank  fəaliyyətinin  həyata 
keçirilməsi ilə bağlı əməkdaşlığı həyata keçirə bilər. Banklar 
bu  məqsədlə  öz  aralarında  pul  vəsaitinin  və  qiymətli 
kağızların 
köçürülməsi, 
klirinq 
və 
hesablaşma 
mexanizmlərindən  istifadə  edilməsi,  qiymətli  kağızların 
depozitə qəbul olunması və digər ümumi bank xidmətlərinin 
göstərilməsi,  üzvlərinin  mənafelərinə  kömək  üçün 
qeyri-kommersiya  birliklərinin  yaradılması,  habelə  bank 
işinin inkişafım və sabitliyini dəstəkləyən fəaliyyətin həyata 
keçirilməsi  haqqında  sazişlər  bağladıqda,  həmin  sazişlərin 
iştirakçısı  olan  banklar  bu  sazişlər  bağlandıqdan  sonra  7 
təqvim  günü  müddətində  onların  sürətlərini  Milli  Banka 
təqvim etməlidir. 
Bankların bank xidmətləri bazarının inhisara alınmasına 
və  bank  işində  rəqabətin  məhdudlaşdırılmasına  yönəldilmiş 
sazişlər  bağlaması  və  razılaşdırılmış  əməliyyatlar  aparması 
qadağandır.  Bank  fəaliyyətinin  inhisara  alınmasına  qarşı 
yönəldilmiş  qaydaların  yerinə  yetirilməsinə  nəzarəti  Milli 
Bank və müvafiq dövlət orqanları həyata keçirir. 
Banklar  bank  sisteminin  etibarlığını  təmin  etmək 
məqsədilə  borcalanlarm  ödəniş  qabiliyyəti  və  etibarlığı 
haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş 
kredit  reyestrinə  verməyə  borcludurlar.  Mərkəzləşdirilmiş 
kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, 
məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli 
Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. 
96 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə