Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

bankın Müşahidə Şurasının Audit Komitəsinin sədri və 
üzvləri  üçün-ali  iqtisadi  və  ya  hüquqi  təhsilin,  yaxud 
təhsilindən  asılı  olmayaraq  maliyyə  idarələrində  fəaliyyət 
strategiyasının  müəyyən  edilməsi  və  qərarların  qəbul 
edilməsi  proseslərində  iştirak  etmək  imkanı  verən  iş 
təcrübəsinin olması; 
bankın  İdarə  Heyətinin  sədri  və  üzvləri,  habelə  bankın 
daxili  audit  bölməsinin  və  filiallarının  rəhbərləri  üçün-ali 
iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş 
stajının  olması,  yaxud ali təhsilin  və bank sistemində azı  4 
illik iş stajının olması; 
bankın  və  bank  filialının  baş  mühasibi  (mühasibat 
xidmətinin  rəhbəri)  üçün-ali  iqtisadi  təhsilin  və  bankda 
mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta 
ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, 
o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. Bu 
tələblər baş mühasibin imza hüquqi olan müavininə də şamil 
edilir; 
bank  şöbəsinin  inzibatçısı  üçün-ali  və  ya  orta  ixtisas 
təhsilinin  və  bank  fəaliyyəti  sahəsində  6  aylıq  iş  stajının 
olması. 
Bank  və  ya  yerh  filialı  olan  xarici  bank,  bankın  və  ya 
xarici  bankm  yerli  filialınm  inzibatçısı  vəzifəsinə  nəzərdə 
tutulan  bütün  təyinatlar  və  dəyişikliklər  barəsində  Milli 
Banka  yazıh  bildiriş  göndərməlidir.  Bildirişə  müvafiq 
hallarda “Banklar haqqmda Qanun”un 8.2.8-ci, 9.3.10-cu və 
11.3.5-ci  maddələrində  nəzərdə  tutulan  məlumatlar  və 
sənədlər  əlavə  olunur.  Milli  Bank  bildirişə  dair  öz 
münasibətini 30 təqvim günü müddətində banka və ya xarici 
bankm yerli filialına bildirməli, bu maddədə nəzərdə tutulan 
hallarda isə inzibatçılann attestasiya vaxtını təyin etməlidir. 
Bu  müddətdə  müraciətçiyə  bildiriş  göndərilməzsə,  inzibat- 
çınm namizədliyinə müsbət baxılmış hesab olunur. 
81 


inzibatçı  vazifəsmə  nəzərdə  tutulan  təyinatlar  qanunla 
müəyyən  edilmiş  tələblərə  cavab  vermədikdə  Milli  Bank 
onlarm dəyişdirilməsini tələb edə bUər. 
Bankm İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin 
rəhbəri, bankm baş mühasibi (mühasibat xidmətinin rəhbəri) 
və onun imza hüququ olan müavinləri, habeb yerli və xarici 
bankların  yerli  fİliallannm  rəhbərləri  və  baş  mühasibləri 
(mühasibat xidmətinin rəhbəri) və onlarm imza hüququ olan 
müavinləri  Milli  Bankda  attestasiyadan  keçirlər.  Bu 
təyinatlara Milli Bankın müsbət rəyi almdıqdan sonra həmin 
inzibatçılar öz vəzifələrinin icrasma başlaya bilərlər. 
Attestasiyanm  keçirilməsi  qaydalanm  MUli  Bank 
müəyyən edir. 
Bu maddədə nəzərdə tutulan tələblər banklann və xarid 
banklarm  yerli  filiallannm  bütün  fəaliyyət  dövrünə  şamil 
edilir. (Banklar haqqmda Qamm. Maddə 10.) 
3.6.
 
BANKLARIN 
TƏŞKİL OLUNMA FORMALARI 
Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq 
səhmdar cəmiyyəti formasında yaradılır. 
Siyasi  partiyalar,  ictimai  birliklər,  fondlar  və  digər 
qeyri-kommersiya təşkilatları bankm səhmdarı ola bilməzlər. 
Bank yalnız adlı səhmlər buraxa bilər. Bankm imtiyazlı 
səhm sahibləri səs hüququna malik ola bilməzlər. 
Bankın  təsisçiləri  olan  səhmdarları  onun  sonrakı 
səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola 
bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. 
Bankm  təsisçiləri  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsinə müvafiq olaraq nizamnaməsini tərtib 
82 


edir  və  təsdiq  edir.  Bankın  nizamnəməsində  dəyişikliklər 
Milli Bankın qabaqcadan yazılı icazəsi ilə edilir. 
Hər  bir  bank  onun  nizamnaməsinə  uyğun  olaraq  bu 
Qanunla  müəyyən  edilmiş  qaydada  təsdiq  edilən  və 
aşağıdakıları  müəyyən  edən  daxili  reqlament  əsasında 
fəaliyyət göstərir: 
bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun 
əməliyyat  və  inzibati  şöbələri,  onların  bölmələri  və 
funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası; 
bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və 
bölmələrin rəhbərlərinin vəzifələri
daxili  audit  xidmətinin,  digər  daimi  komissiya  və 
komitələrin funksiyalan; 
bankın  inzibatçılarının  və  struktur  bölmələrinin 
rəhbərlərinin  bank  fəaliyyətinin  həyata  keçirilməsi  üzrə 
səlahiyyətləri; 
Tılial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad 
edilməsi qaydaları, habelə onların bank fəaliyyətinin həyata 
keçirilməsi üzrə səlahiyyətləri. 
Bankın  nizamnaməsinin  notariat  qaydada  təsdiqlənmiş 
surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə 
bankın  bank  fəaliyyəti  ilə  əlaqədar  müqavilələri  imzalamaq 
səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən 
Milli  Banka  bir  nüsxədə  təqdim  edilir  və  Milli  Bankda 
saxlanılır. 
Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsində  müəyyən  edilmiş 
qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində 
və  reqlamentində  edilən  dəyişikliklər  beş  təqvim  günü 
rnüddətində Milli Banka təqdim edilir. 
Bank  məcmu  kapitalını,  xarici  bankın  yerli  filialı  isə 
məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Milli 
Bankın banklar üçün müəyyən etdiyi məcmu 
83 


kapitalın  minimum  miqdarından  aşağı  olmayan  səviyyədə 
saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın  yerli 
filialı  üçün  isə  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin 
strukturu, komponentləri və hesablanması qaydası Milli Bank 
tərəfindən müəyyən edilir. 
Heç  bir  bank  Milli  Bankın  qabaqcadan  yazılı  icazəsi 
olmadan  səhmlərin  satın  alınması  və  ya  səhmlərin  nominal 
dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu 
ilə məcmu kapitalını azalda bilməz. 
Heç  bir  xarici  bank  Milli  Bankın  qabaqcadan  yazılı 
icazəsi  olmadan  nizamnamə  kapitalına  bərabər  tutulmuş 
vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu 
kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz. 
Bankın  nizamnəmə  kapitalı  və  xarici  bankın  yerli 
filialının  nizamnamə  kapitalına  bərabər  tutulan  vəsaiti 
səhmdarların  və  ya  xarici  bankın  yalnız  Azərbaycan 
Respublikasının  milli  valyutasında  ödədiyi  pul  vəsaiti  ilə 
formalaşdırılmalıdır. 
Bankın  və  ya  xarici  bankın  yerli  filialının  inzibatçıları 
məcmu  kapitalın  və  ya  məcmu  kapitala  bərabər  tutulmuş 
vəsaitin  miqdarının  Milli  Bankın  banklar  üçün  müəyyən 
etdiyi  məcmu  kapitalın  (məcmu  kapitala  bərabər  tutulmuş 
vəsaitin)  minimum  miqdarının  25  faizinə  və  ya  onun 
adekvatlıq  əmsalının  3  faizə  çatdığını  müəyyən  etdikləri 
bütün  hallarda  dərhal  bu  barədə  Milli  Banka  bildiriş 
göndərməlidirlər, 
(Banklar haqqında Qanun. Maddə 19,20.21.)
 
3.7.
 
BANKLARIN İDARƏETMƏ 
STRUKTURU 
Hər  bir  bank  ali  idarəetmə  orqanı  olan  səhmdarların 
ümumi yığıncağı, onun idarə olunmasına və işinə 
84 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə