Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

tarixli  286  saylı  fərmanı  ilə 
ZAKİR  HACI  oğlu  ZEYNALOV
 
sədr  təyin  edilmişdir.  BUSBankm  əməliyyat  və  idarəetmə 
prinsipləri müəyyən edildi və onün gələcəkdə özəlləşdirməyə 
hazırlanması üzrə tədbirlər həyata keçirilməyə başlandı. 
Dövlət banklarının balansının qeyri-sağlam aktivləri və 
öhdəlikləri  Aqrar-Sənaye  Bankına  verildi  və  bankın 
qeyri-bank  kredit  təşkilatına  transformasiyası  və  borcların 
tənzimlənməsi barədə müvafiq qərarlar qəbul edildi. 
Dövlət  banklarının  restrukturizasiyası  üzrə  tədbirlərin 
tamamlanması nəticəsində postsovet məkanı ölkələrinin bank 
sisteminə  xarakterik  olan  və  planh-mər-  kəzləşdirilmiş 
iqtisadiyyatdan miras qalmış pis borclar problemi həll edildi. 
3.2.
 
BANKLARDA tSTİFADƏ EDİLƏN 
BAŞLICA TERMİNLƏR 
Bank-fıziki və hüqiqİ şəxslərdən depozitlərin və ya digər 
qaytarılan  vəsaitlərin  cəlb  edilməsi,  öz  adından  və  öz 
hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı 
ilə  köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını  məcmu 
halda həyata keçirən hüquqi şəxsdir. 
Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya 
bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi 
ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən 
və nəzarət olunan şirkətdir. 
Törəmə bank-nizamnamə kapitalında səsvermə hüququ 
verən  səhmlərin  əllidən  çox  faİzi  təsisçi  banka  və  ya  bank 
holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, 
onun  təsisçi  bank  və  ya  bank  holdinq  şirkəti  arasında 
bağlanmış müqaviləyə əsasən təsisçi 
73 


banka və  ya bank holdinq şirkətinə onun qərarlarının qəbul 
edilməsinə mühüm təsir göstərmək imkanı verilir. 
•  Bankın  fİliah  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu 
yerdən  kənarda  yerləşən,  öhdəlikləri  üçün  bankın  özünün 
məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin 
hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca 
bölməsidir. 
Bankın  şöbəsi  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu 
yerdən  kənarda  yerləşən,  öhdəlikləri  üçün  bankın  özünün 
məsuliyyət  daşıdığı,  onun  respublika  ərazisində  depozitlər 
cəlb  edən  və  ya  köçürmə,  hesablaşma-kassa  əməliyyatları 
aparan ayrıca bölməsidir. 
Bankın  nümayəndəliyi  -  hüquqi  şəxs  olmayan,  bankın 
olduğu  yerdən  kənarda  yerləşən,  bank  fəaliyyəti  ilə  məşğul 
olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və 
müdafiə edən bankın ayrıca bölməsidir. 
Bank  olmayan  kredit  təşkilatı  -  öz  vəsaiti  və  ya  cəlb 
edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul 
formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir. 
Bank lisenziyası - “Banklar haqqında qanunda” müəyyən 
edilmiş  qaydada  verilən,  fiziki  və  hüquqi  şəxslərdən 
depozitlər  və  ya  digər  qaytarılan  vəsaitlər  cəlb  etmək,  öz 
adından  və  öz  hesabına  kreditlər  verməklə  bağlı  fəaliyyəti, 
habelə 
müştərilərin 
tapşırığı 
ilə 
köçürmə 
və 
hesablaşma-kassa  əməliyyatlarını  məcmu  halda  həyata 
keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır. 
Bank  krediti  (bundan  sonra  kredit)  -  bağlanmış 
müqaviləyə  uyğun  olaraq  qaytarılmaq,  müəyyən  müddətə 
(müddətin  uzadılması  hüquqi  ilə)  və  faizlər  (komissyon 
haqqlar)  ödənilmək  şərti  ilə,  təminatla  və  ya  təminatsız 
müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin 
74 


şərtlərlə  pul  vəsaitinin  verilməsi  haqqında  götürülmüş  hər 
hansı öhdəlik, zəmanət, borc qiymətli kağızlarının diskontla 
və ya faizlər aimmaqla satın alınması və müqaviləyə əsasən 
hər  hansı  formada  verilmiş  vəsaitin  qaytarılmasını  tələb 
etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir, 
Depozit-müvafıq  müqavilə  şərtləri  ilə  faizlər  və  ya 
komissyon  haqqlar  ödənilməklə  və  ya  ödənilmədən 
müştərilərin  (əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya 
başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında 
aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş 
və ya köçürülmüş pul vəsaitdir. 
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə 
hüququnun  10  və  ya  daha  çox  faizini  təşkil  edən,  yaxud 
müqavilə  əsasında  iştirakçısı  olduğu,  hüquqi  şəxsin 
qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan 
verən paya birbaşa və ya dolayı yolla sahiblikdir. 
İn/ibatçı  -  bankın  Müşahidə  Şurasının,  Audit 
Komitəsinin  və  İdarə  Heyətinin  üzvləri,  habelə'  bankın  baş 
mühasibi  (mühasibat  xidmətinin  rəhbəri),  daxili  audit 
bölməsinin  əməkdaşları,  bank  filialının,  şöbəsinin  və 
nümayəndəliyinin rəhbərləri və baş mühasibləri. 
Banka  aidiyyatı  olan  şəxslər  -  bankın  inzibatçıları, 
struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində 
iştirak  edən  digər  əməkdaşları  və  onlarla  yaxın  qohumluq 
münasibətlərində  olan  şəxslər  (əri,  arvadı,  valideyni,  o 
cümlədən ərinin, arvadının valideyni, babası, nənəsi, övladı, 
o cümlədən övladlığa götürülən, qardaşı və bacısı);' bankda 
mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm 
iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm 
iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak 
75 


payına  malik  olan  hüquqi  şəxslərin  icra  orqanlarının 
rəhbərləri. 
Banka aidiyyatı olan şəxs adından hərəkət edən şəxslər - 
aralarında  bağladıqlan  müqavilə  əsasında  banka  aidiyyatı 
olan şəxs adından hərəkət  etməyə hüququ olan şəxs;  banka 
aidiyyatı olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; 
banka aidiyyatı olan şəxsin nümayəndəsi. 
Klirinq-hesablaşmalar  sisteminin  bir  və  ya  bir  neçə 
iştirakçısının  həmin  sistemin  bir  və  ya  bir  neçə  digər 
iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri 
üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir 
xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir. 
“Yerli”  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid 
edildikdə  əsas  fəaliyyət  yeri  Azərbaycan  Respublikasında 
olan bank, filial və ya nümayəndəlik başa düşülür. 
“Xarici”  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid 
edildikdə  əsas  fəaliyyət  yeri  Azərbaycan  Respublikasından 
kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür. 
“Kredit  təşkilatı”-bank,  xarici  bankın  yerli  filialı  və  ya 
bank olmayan kredit təşkilatıdır. 
“Məqbul və lazımi keyfiyyətlərə malik şəxs” - vətəndaş 
qusursuzluğuna  malik  olan,  habelə  ictimai  mövqeyinə  görə 
vicdanlı  və  etimada  layiq  sayılan  və  peşəkar  keyfiyyətləri, 
təcrübəsi,  işgüzar  mənafeləri  ona  bankın  mühüm  iştirak 
payının  sahibi,  inzibatçısı,  müvəqqəti  inzibatçısı  və 
ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir
“Prudensiar’-bankın  təhlükəsiz  fəaliyyətinin  təmin 
edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara
76 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə