Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

ya  üzrə  mütəxəssisin  qiymətli  kağızlar  bazannın  təhlilində 
istifadə  edə  biləcəyi  informasiya  mənbələri  3  qrupda 
toplamaq əlverişlidir; 
1.
 
Ümumi iqtisadi vəziyyətlə bağlı məlumatlar; 
2.
 
Sektorların iqtisadi strukturlan ilə bağlı məlumatlar; 
3.
 
Finans bazarında əməliyyatlar aparan firmalarla bağlı 
məlumatlar. 
İqtisadi vəziyyətlə bağlı məlumatlar, istifadəçiyə finans 
bazarının  bu  günki  və  gələcəkdəki  vəziyyətini  göstərən 
iqtisadi göstəricilər ümumi daxili məhsul, pul təklifi, cari faiz 
dərəcəsi,  inflyasiya,  ÜDM-dan  əmanətə  ay-  nlan  pay  və  s. 
makro iqtisadi fəaliyyət haqqında informasiya verir. 
Sektorların  iqtisadi  strukturlan  ilə  bağlı  məlumatlar  isə 
hər hansı bir sektorun iqtisadiyyatdakı yerini müəyyənləşdirə 
bilməsi üçün lazımdır, Sektorun, ümumi iqtisadi vəziyyətə nə 
dərəcədə 
təsir 
göstərdiyi, 
inkişaf 
edib 
etmədiyi, 
iqtisadiyyatdan aldığı pay və s. məlumatlar təhlil üçün vacib 
olan məlumatlardır. Bu məlumatlann əldə ediləcəyi mənbələr 
ÜDM-un  sektorlar  üzrə  paylan-  masmı  göstərən  cədvəllər, 
sektora aid olan sənaye indeksləri, sektorların öz güclərindən 
tam istifadə nisbətləri və s. iqtisadi göstəricilərdir. 
Firmalarla  bağlı  məlumatlar,  firmaların  keçmiş 
dövrlərdəki  iqtisadi  və  maliyyə  uğurlannı  müəyyən  etməyə 
kömək  edən  satış,  istehsal,  mühasibat  və  finans 
göstəriciləridir. 
İnformasiya mənbələrini rəsmi və xüsusi (özəl) mənbələr 
olmaqla iki yerə ayırmaq olar. 
1.
 
Rəsmi  mənbələr.  Bu  mənbələrin  bəzilərinin  mövcud 
olmasının  səbəbi  iqtisadiyyatla  bağlı  məlumatları  toplamaq, 
təhlil etmək və nəticələrini istifadə üçün təq 
58 


dim  etməkdir.  Belə  mənbələrə  tipik  misal  olaraq  Dövlət 
Statistika  Komitəsini  göstərmək  olar.  Komitə  daima  milli 
gəlir hesablarından, inflyasiya nisbətlərinə qədər çox müxtəlif 
iqtisadi  göstəriciləri  nəşr  edir.  Aylıq  olaraq  nəşr  edilən 
statistika bülletenləri, tədiyə balansı və digər nəşrlərinə görə 
Milli  Bank  xarici  iqtisadi  təhlil  aparan  mütəxəssislərin  ən 
vacib informasiya mənbəyidir. 
2.
 
Xüsusi mənbələr. Bu gün dünyada iqtisadiyyat, finans 
bazan  və  səhmdar  cəmiyyətlərlə  bağh  məlumatlar  verən 
kifayət  qədər  nəşrlər  vardır.  Bu  nəşrlərə  dövrü  olaraq  nəşr 
olunan  jurnallar,  həmçinin  də  gündəlik  çap  edilən  qəzetlər 
aiddir.  Bundan  başqa  finans  bazarında  qiymətli  kağızları 
alınıb  satılan  səhmdar  cəmiyyətlər  öz  fəaliyyətləri  ilə  bağlı 
məlumatları  “İlkin  fəaliyyət  nəticələri”  vasitəsilə  xalqa 
çatdırırlar. 
Sənayeləşmiş  ölkələrdə  xüsusi  informasiya  mənbələri 
sırasına  finans  vasitəçiləri  orqanlarının  nəşrləri  və  digər 
firmaların nəşr etdikləri məlumatları da daxil etmək lazımdır. 
Bu məlumatlar qiymət indeksləri və bu indekslərin köməyilə 
hazırlanmış qrafiklər şəklində istifadəçilərə təqdim olunur. 
Finans  bazarının  qiymət  indeksləri  təhlil  aparan 
investorlar  və  hətta  açıq  tipli  səhmdar  cəmiyyətlərin  ida- 
rəçüəri tərəfindən maraqla izlənir. Buna görə də indekslərlə 
bağlı məluraatlanrt da verilməsi zəruridir. 
2.14.
 
QİYMƏTLİ KAĞIZLAR BAZARININ 
TƏHLİL İSTİQAMƏTLƏRİ 
Qiymətli kağızlar bazarının təhlili əsasən iki istiqamətdə 
aparılır: ümumi təhlil və texniki təhlil. 
Ümumi  təhlil.  Əvvəlcə  qeyd  edildiyi  kimi,  investisiya 
qoymağı planlaşdıran şəxs üçün ən vacib məsələ qiy- 
59 


raətli kağızın bazar qiymətinin, onun nominal qiymətini əks 
etdirib etdirmədiyini müəyyən etməkdir. 
İqtisadi vəziyyət bir tərəfdən firmanın nağd mənbələrinə, 
digər tərəfdən isə səhmin dəyərinə təsir göstərir. 
İnvestisiya  qoyuluşuna  təsir  göstərən  siyasi,  iqtisadi, 
sosial  və  s.  sahələrin  təhlili  qiymətli  kağızlar  bazarının  və 
xüsusilə də səhmlərin təhlilində əhəmiyyətli rola sahibdir. 
Səhmin qiymətinə təsir göstərən amillər: mənfəətli- lik, 
likvidlik,  finans  strukturu,  bölgü  kanalları,  idarəetmə 
sistemləri,  rəqabət,  iqtisadiyyatın  sektor  təhlili  və  ümumi 
inkişafı və s. bu kimi amillər. 
Beləliklə, 
təhlil 
aparan 
şəxs 
səhmə 
özü 
müəyyənləşdirdiyi  qiyməti  verir,  sonra  bu  qiyməti  bazar 
qiyməti  ilə  müqayisə  edərək  almaq  və  ya  satmaq  qərarını 
verir. 
Beləliklə,  ümumi  təhlildə  aşağıdakı  informasiyalar 
toplanaraq  təhlil  edilir  və  dəyərləndirilir:  iqtisadi  inkişafla 
bağlı  məlumatlar;  sektorun  inkişafı  ilə  bağlı  məlumatlar; 
firma ilə bağlı məlumatlar. 
Bu məlumatlar həm rəsmi mənbələrdən, həm də xüsusi 
mənbələrdən alına bilər. 
Xüsusi mənbələrə isə özəl tədqiqatlar aparan təşkilatların 
və  ixtisaslaşmış  jurnallann  illik  nəşri,  bu  kimi  digər 
məlumatlar aiddir. 
Təhlil aparan şəxs bu məlumatları necə əldə edəcəyini və 
bunlardan necə istifadə edəcəyini bilməlidir. 
İqtisadi 
təhlildə 
ölkə 
iqtisadiyyatının 
inkişafı 
müəyyənləşdirilir. Çünki ayn-ayrı firmaların müvəffəqiyyətli 
fəaliyyəti  ölkə  iqtisadiyyatının  vəziyyəti  ilə  də  əlaqədardır. 
Müasir  dövrdə  ölkə  iqtisadiyyatı  ilə  yanaşı  həm  iqtisadi 
birliklər,  həm  də  dünya  iqtisadiyyatı  təhlil  edilməli,  bunlar 
arasındakı qarşılıqlı təsirdən yaranan yeni 
60 


liklər müəyyənləşdirilməli və bu informasiyalardan səhmlərin 
təhlilində istifadə edilməlidir. 
Ümumi  iqtisadi  vəziyyətlə  bağlı  aşağıda  sıralanan 
göstəricilər müəyyən bir rəy formalaşdıra bilər; 
-
 
Ümumi daxili məhsul; 
-
 
Adam başına düşən gəlir
-
 
Pul təklifi; 
-
 
Faiz dərəcələri; 
-
 
Xarici ticarət və tədiyə balansı; 
-
 
Dövlət sektorunun xərcləri
-
 
Pul və maliyyə siyasəti
-
 
İnflyasiya; 
-
 
İşsizlik; 
-
 
Sabit investisiya xərcləri; 
-
 
İnşaat sektorundakı inkişaf. 
İqtisadi  inkişaf  və  ya  iqtisadi  inkişafın  azalması, 
müəssisənin  fınansımn,  qiymətləndirmə  və  investisiya 
siyasətinə,  alacaq  və  borclarının  idarə  edilməsinə  təsir 
göstərir.  Buna  görə  də  iqtisadiyyatın  inkişaf  tempinin 
əvvəlcədən ehtimal edilməsi çox vacibdir. 
Bu göstəricilər iqtisadi inkişaf haqqında məlumatları bir 
neçə ay əvvəl (vaxtından qabaq), bəziləri həmin anda, bəziləri 
də bir müddət sonra əks etdirə bilir. Təhlil aparanlar daha çox 
əvvəlcədən  verilən  göstəricilərdən  istifadə  etməyə  üstünlük 
verirlər. 
Ümumi  təhlilin  ikinci  mərhələsi  sənaye  sahələrinin 
təhlilidir.  Firmaların  müvəffəqiyyəti  fəaliyyət  göstərdiyi 
sektorun  iqtisadi  aktivliyindən  də  asılıdır.  Buna  görə  də 
investorlar üçün hansı sektorun cəlbedici olduğunu müəyyən 
etmək üçün ümumi  iqtisadi  təhlillərdən əlavə sektorlar üzrə 
də təhlillərin aparılması vacibdir. 
Ümumiyyətlə, sənaye dedikdə, oxşar məhsullar istehsal 
edən, oxşar istehsal vasitələri və texnologiyalar 
61 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə