Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

dan istifadə edən, eyni bazarda bir-birini texniki tamamlayan 
məhsullar təklif edən, böyük kapitala və iş gücünə sahib olan 
istehsal və ya ticarət obyektləri başa düşülür. 
İqtisadi  dəyişikliklər  hər  sektora  eyni  dərəcədə  təsir 
göstərmir.  Bu  baxımdan  da  sektorları  iqtisadi  dəyişikliy- 
lərdən  qorumaq  üçün  aşağıdakı  kimi  qruplaşdırırlar:  çox 
həssas  sektorlar  (dəmir  məhsulları,  metal  məhsulları, 
mexanika, meşə və işlənmiş meşə materialları sənayesi və s.); 
həssas sektorlar (avtomatika, kiçik mexanika, torpaq və şüşə 
məhsulları sənayesi və s.); həssaslığı az olan sektorlar (enerji, 
geyim,  dəri  və  dəri  məhsulları,  dəftərxana  məhsulları 
sənayesi,  neft  və  kömür  məhsulları  sənayesi  və);  həssas 
olmayan sektorlar (qida, dövlət xidmətləri və s. sənayeləri); 
İnkişaf edən sektorların müəyyən edilməsində aşağıdakı 
göstəricilər  istifadə  edilə  bilər;  Mənfəətlilik  norması; 
mənfəətin 
bölgüsü; 
böyümə 
nisbətləri; 
iqtisadi 
dəyişikliklərdən təsirlənmə dərəcəsi; sektorlar arası rəqabət; 
sektorlarda  iş  şəraitinin  təhlili;  sektora  yönələn  hökümətin 
iqtisadi siyasəti; xammal sahəsində xaricdən asılılıq dərəcəsi 
və sektorlardakı texnoloji inkişaf. 
Bütün  bu  qiymətləndirmələr  nəticəsində  sektora 
investisiya qoyulub qoyulmayacağına qərar verilir. Sektorun 
seçilməsi risklərdən və investorun riskli şəraitlərdə verəcəyi 
qərarlardan  asılıdır.  Seçilən  sektordakı  hansı  müəssisəyə 
investisiya qoyulacağına təhlillər nəticəsində qərar verilir. 
Hər hansı bir firma ilə bağlı investisiya qərarı verməzdən 
qabaq,  o  müəssisənin  kapital  strukturu,  fiziki  və  hüquqi 
şəxslərə  məxsus  olan  sərmayə  payı  və  sərmayədə  10%-dən 
çox  paya  sahib  olan  ortaqlar  haqqında  məlumatlar 
toplanmalıdır. Bundan başqa keçmişdəki 
62 


göstəricilərə  əsasən  müəssisənin  istehsal  həcm  satış 
potensialı,  bazar  payı,  istehsal  strukturu,  kadr  ehtiyatı, 
fəaliyyəti və idarəetmənin vəziyyəti müəyyənləşdirilir. 
Texniki  təhlil.  Ümumi  təhlil  aparanlar  səhmlərin 
qiymətlərini  iqtisadi,  sənaye  və  firma  məlumatlarına  görə 
dəyərləndirirlər. Bundan fərqli olaraq texniki təhlil aparanlar 
bazardakı tələb və təklifin qiymətlərə və əməliyyat həcminə 
təsirini araşdırır. Buna görə də onlar ümumi təhlil aparanların 
təqiqatlanmn  əsassız  olduğunu  bildirirlər.  Texniki  təhlil 
aparanlar  isə  iqtisadi,  sənaye  və  firma  təhlilləri  aparmırlar. 
Onlar  qiymətli  kağızın  qiyməti,  onun  əməliyyat  miqdarı, 
təqdim  edilməsi  və  s.  haqqında  məlumatlar  toplamaqla 
məşğuldurlar. 
Texniki təhlildə əsas məsələ qiymətli kağızın bazardakı 
mövqeyinin  müəyyənləşdirilməsidir.  Texniki  təhlil  bəzi 
fərziyyələrə əsaslanır: 
1.
 
Hər hansı bir qiymətli kağızın qiyməti bazardakı tələb 
və təklifə əsasən müəyyənləşir. 
2.
 
Qiymətli  kağızın  qiymətinin  müəyyənləşməsində 
psixoloji faktorlar da böyük rol oynayır. 
3.
 
Bazardakı  kiçik  dəyişikliklər  nəzərə  alınmazsa 
qiymətlər uzun müddət eyni səviyyədə qalar. 
4.
 
Trenddəki  dəyişikliklər  tələb  və  təklifdə  ki 
dalğalanmalar nəticəsində yaranır. 
5.
 
Səbəbi  nə  olursa  olsun  tələb  və  təklifdəki 
dalğalanmalar gec-tez bazar şəraitinin təsvir edildiyi qrafiklər 
vasitəsilə müəyyən edilir. 
6.
 
Qiymət  hərəkətində  zaman  keçdikcə  təkrarlanmalar 
müşahidə edilir. 
Bu  baxımdan  keçmişdəki  qiymət  dəyişikləri  gələcəklə 
bağlı  qərarlar  verilərkən  istifadə  edilir.  Texniki  təhlil 
aparanlar  bu  göstəricilərə  əsaslanaraq  heç  adını  belə 
bilmədikləri səWlə bağlı alqı-satqı qərarı verə bilərlər. 
63 


Texniki  təhlildə  vasitəçi  qrafiklərdən  geniş  istifadə 
olunur. Bu qrafiklər aşağıdakılardır: 
1.
 
Xətli qrafiklər (line charts); 
2.
 
Sütunlu qrafiklər (bar charts); 
3.
 
Nöqtə və şəkil qrafıkləri (point and fıgure charts). 
Texniki təhlilin digər təhlillərlə müqayisədə müsbət 
və mənfi cəhətləri vardır. 
Texniki təhlilin müsbət cəhətləri aşağıdakılardır: 
1.
 
Texniki təhlil aparan əldə etdiyi məlumatlar üzərində 
başqalarından  əvvəl  və  doğru  ehtimallar  irəli  sürməlidir  və 
digərlərindən  daha  tez  bazarla  əlaqədar  qərar  verməyi 
bacarmalıdır. 
Texniki  təhlil  aparanlar  üçün  yeni  dəyişikliklər  və 
məlumatlar əhəmiyyət daşımır. Onlar üçün ən vacibi qiymət 
hərəkətlərində dəyişiklikləri izləyə bilməsidir. 
2.
 
Ümumi  təhlil  nəticəsində  səhmin  qiyməti  doğru 
müəyyən edilsə də, alqı-satqı müddəti  naməlum qalacaqdır. 
Beləliklə də, zaman faktorunu nəzərə alan texniki təhlil daha 
üstün olacaqdır. 
3.
 
Texniki  təhlilin  ən  vacib  üstünlüklərindən  biri  də 
texniki  təhlil  normalannm  və  üsullarının  səhmlərdən  başqa 
istiqraz,  investisiya  fondu,  opsiyon,  valyuta,  qızıl  və  s. 
investisiya  növlərinə  tətbiq  edilməsidir.  Texniki  təhlil 
aparanlar  həm  uzun  müddətli,  həm  də  qısa  müddətli 
investisiya qərarları üçün proqnozlar verə bilirlər. 
4.
 
Texniki  təhlil  investorlann  investisiya  fəlsəfələrində 
dəyişikliklər  yaratmışdır.  Müasir  dövrdə  ümumi  təhlilin 
prinsipləri  olaraq  qəbul  edilən  “al-saxla”  prinsipi,  qiymət 
dəyişikliklərinə  əsaslanan  “dövrü  investisiyalar”  adlanan 
“al-sat”  prinsiplərinə  çevrilmişdir  və  investorlar  tərəfindən 
qəbul edilərək geniş istifadə edilməyə başlanmışdır. 
64 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə