Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

III
 
BÖLMƏ BANK 
İŞİ VƏ FİNANS 
QURUMLARI 
3.1.BANKIN TARİXİ İNKİŞAFI HAQQINDA 
MƏLUMAT* 
Bank feodalizm cəmiyyətində meydana gəlmişdir. Lakin 
bank işinin rüşeymi hələ quldarlıq cəmiyyətində mövcud idi
Babilistan 
və 
Yunanıstanda 
kahin 
və 
məbəd 
korporasiyalarının  pulu  (qiymətli  metalları)  saxlamağa 
götürmələri, qiymətli metalların çəkisi, tərkibi və tədavülü ilə 
əlaqədar  sərraflıq  işləri,  tacirlərin  qarşılıqlı  ödəmələrində 
vasitəçilik  bank  işlərinin  yaranması  üçün  əsas  olmuşdur. 
Sərraflar çox vaxt sələmçi olurdular; onlar öz pullarını, həm 
də  onlara  saxlanılmaq  üçün  etibar  edilən  pulları  borc 
verirdilər,  sələmçi  pul  kapitalı  isə  tarixən  kapitalın  ilk 
formalarından biri olmuşdur. 
Orta  əsrlərdə  bank  işi  əvvəlcə 
Şimali  İtaliyanın
 
ticarət-sənaye  şəhərlərində  canlanmağa  başlamışdı.  “Bank” 
termini  italyan  dilindəki  “vapso”  -  “stol”  sözündən  əmələ 
gəlmişdir; sərraflar və bankirlər öz əməliyyatlarını belə stol 
arxasında həyata keçirirdi; sonradan bu söz başqa dillərə də 
keçmişdir.  XIV  əsrədək  İtaliya,  Almaniya  və  Hollandiya 
şəhərlərində  bank  işi  daha  çox  genişlənmişdir.  XVII-XVIII 
əsrlərdə  bankın  təkmilləşməsi  və  artması  Qərbi  Avropada 
kapitalizmin  inkişafı  ilə  sıx  bağlıdır.  Kapitalist  bank  işinin 
müasir  prinsipləri  XVII  əsrdə  İngiltərədə  yaranmışdır. 
İnhisarçı  kapitalizmdən  əvvəlki  dövrdə  bank  ödəmə  və 
kreditdə vasi- 
* Bu sualın cavabını Emin Zakir oğlu Zeynalov 
hazırlamışdır. 
69 


təçilik  edərək  pul  kapitalı  toplayır,  müxtəlif  müddətə  borc 
verirdi.  K.Marksın  göstərdiyi  kimi,  bank  bir  tərəfdən  pul 
kapitalını  və  kreditorları,  digər  tərəfdən  isə  borcluları 
mərkəzləşdirirdi.  Bank  nəinki  kapitalistlərin  sərbəst  pul 
vəsaitini cəmləşdirir, həm də cəmiyyətin bütün siniflərinin, o 
cümlədən  zəhmətkeşlərin  əmanətlərini  də  kapitala  çevirir. 
Bankın  mühüm  funksiyası  tədavülün  kredit  vasitələrini- 
banknot, çek, veksel yaratmaqdır. 
Azərbaycanda  XIX  əsrin  axırıncı  rübündə  kapitalizmə 
xas  bank-kredit  idarələrinin  bütün  növləri  yaranmış,  XX 
əsrin  əvvəllərində  onların  şəbəkəsi  xeyli  genişlənmişdi. 
1913-cü ilin  axırlannda Bakı  quberniyasında 48  kredit və 4 
borc-əmanət şirkəti var idi. Azərbaycanda Sovet hakimiyyəti 
qurulduqdan  sonra  banklar  Azərbaycan  MİK-in  1920-ci  il 
iyunun 9-da verdiyi dekretə əsasən milliləşdirildi və onların 
bütün aktiv və passivləri dövlət mülkiyyətinə keçdi. 1921-ci 
ilin  oktyabrında  Azərbaycan  Dövlət  Bankı,  1923-cü  ilin 
iyulunda  Azərbaycan  Kənd  Təsərrüfatı  Bankı,  1924-cü  ilin 
no-’ yabrında isə SSRİ Xarici Ticarət Bankının Bakı şöbəsi 
yaradıldı. 
XX əsrin 80-cı illərinə kimi Azərbaycanda SSRİ Dövlət 
Bankının və SSRİ Tikinti Bankının Azərbaycan Respublikası 
kontorları, habelə Dövlət Əmək Əmanət Kassaları Şəbəkəsi 
fəaliyyət göstərirdi. 
XX  əsrin  80-cı  illərinin  ortalarında  Sovet  İttifaqının 
iqtisadiyyatında  böhran  vəziyyətinin  dərinləşməsi  ilə  bağlı 
iqtisadi  islahatlar  proqramının  tərkib  hissəsi  kimi  ölkənin 
kredit  sistemində  radikal  islahatların  realizəsinə  başlanıldı. 
Bu islahatların nəticəsi kimi 1988-ci ildə dövlət banklarının 
yeni 
strukturu, 
beş  ixtisaslaşdırılmış  bank  (SSRİ 
Sənaye-Tikinti Bankı, SSRİ Aqrar-Sənaye 
70 


Bankı,  SSRİ  Mənzil-Sosial  Bankı,  SSRİ  Əmanət  Bankı  və 
SSRİ Xarici İqtisadi Əlaqələr Bankı) və onların yerli kontor 
və filialları yaradıldı. 
1988-ci  ildə  “Kooperasiya”  Qanununun  qəbul  edilməsi 
digər İttifaq respublikalarında olduğu kimi Azərbaycanda da 
kooperativ və kommersiya banklarının yaradılmasının əsasmı 
qoydu. İlk kooperativ bankı 1988-ci il 12 oktyabr tarixində, 
ilk kommersiya bankı isə 1988-ci il noyabr ayının 22-də bank 
əməliyyatlarını  həyata  keçirmək  üçün  lisenziya  almışdır. 
1991-ci ilə kimi Azərbaycanda 23 kooperativ və kommersiya 
bankı fəaliyyət göstərirdi. 
1990-cı  il  dekabr  ayının  ll-də  “SSRİ  Dövlət  Bankı”  və 
“Banklar və Bank fəaliyyəti haqqında” SSRİ qanunları qəbul 
edildi. Bu qanunlarla ikipilləli bank sisteminə keçid reallaşdı. 
Birinci  pilləli  bank  kimi  SSRİ  Dövlət  Bankı  və  İttifaq 
respublikalarının mərkəzi bankları, ikinci pilləli banklar kimi 
isə  kommersiya  bankları  (həmçinin  ixtisaslaşdırılmış 
banklar) qanunlarda öz əksini tapdı. 
1990-cı  ilin  sonuna  ixtisaslaşmış  dövlət  banklarından 
olan Mənzil-Sosial Bankı ləğv edilərək aktiv-passivləri, filial 
şəbəkəsi  SSRİ  Dövlət  Bankının  Azərbaycan  Respublikası 
kontorunun tabeliyinə verildi. 
1992-ci il yanvar ayımn 10-da Respublika Prezidentinin 
fərmanı  ilə  SSRİ  Xarici  İqtisadi  Əlaqələr  Bankının 
Azərbaycan  filialının  bazasında  xarici  valyutada  aktiv  və 
passiv  bank  əmoliyyatmı  aparan  Azərbaycan  Beynəlxalq 
Bankı yaradıldı. Bu fərmanın ardınca 
1992- ci il 1! fevral tarixli 
fərmanla SSRİ Dövlət Bankının, SSRİ Sənaye Tikinti
  və 
SSRİ 
Aqrar-Sənaye  banklarının  Azərbaycan  Kontorlarının  bazasında 
Azərbaycan Respublikası Milli Bankı yaradıldı.
 Bu kontorların I 
yanvar 
71 


I992-Cİ  il  tarixinə  olan  aktiv  və  passivləri  Azərbaycan 
Respublikasının Milli Bankına keçdi. 
Eyni  zamanda  Respublika  Prezidentinin  11  fevral 
1992-ci  il  tarixli  fərmanı  ilə  keçmiş  SSRİ  Əmanət  bankının 
Azərbaycan Kontorunun bazasında Azərbaycan Respublikası 
Əmanət bankı yaradıldı. 
Bu  dövrün  xarakterik  xüsusiyyəti  ondan  ibarət  idi  ki, 
1992-ci  ilin  fevral  ayından  avqust  aymadək  keçmiş  SSRİ 
Sənaye-Tikinti,  Aqrar-Sənaye  bankları  və  onların  şöbələri 
bilavasitə  Milli  Bankın  tabeçiliyində  idi.  1992-  ci  ildə 
“Azərbaycan  Respublikasının  Milli  Bankı  haq-  qmda”  və 
“Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti 
haqqında” Azərbaycan Respublikası Qanunlarının qəbulu və 
bu  qanunların  qüvvəyə  minməsi  ilə  bağlı  Milli  Məclisin 
1992-ci  il  7  avqust  tarixli  qərarı  ilə  Sənaye-Tikinti  və 
Aqrar-Sənaye  bankları  Milli  Bankın  tabeliyindən  çıxarıldı. 
Eyni  zamanda  bu  qərarla  səhmlərinin  nəzarət  zərfi  dövlətə 
məxsus  olan  dörd  dövlət  bankı  (Azərbaycan  Respublikası 
Sənaye-İnvestisiya Səhmdar Kommersiya bankı, Azərbaycan 
Respublikası  Aqrar-Sənaye  Səhmdar  Kommersiya  bankı, 
Azərbaycan  Respublikası  Əmanət  Səhmdar  Kommersiya 
bankı  və  Azərbaycan  Respublikası  Beynəlxalq  Səhmdar 
Kommersiya bankı) yaradıldı. 
2000-ci  ildən  bank  sisteminin  sağlamlaşdırılmasmm  və 
restrukturizasiyasmın  ən  mühüm  və  radikal  mərhələsi 
başlandı. 
Dövlət 
banklarının 
restrukturiza- 
siyası 
çərçivəsində Sənaye-İnvestisiya Bankının, Əmanət Bankının 
və  Aqrar-Sənaye  Bankının  sağlam  aktivləri  və  öhdəlikləri 
əsasında yeni, səhmlərinin 100 % dövlətə məxsus Birləşmiş 
Universal Səhmdar Bankı (BUSBank) yaradıldı və bu banka 
Azərbaycan  Respublikasının  Prezidenti  H.Əliyevin  1  mart 
2000-ci il 
72 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə