Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

4.2,
 
QtYMƏTLİ KAĞIZ BAZARININ İNKtŞAFI 
VƏ ONUN KAPİTAL BAZARLARINA TƏSİRİ 
Qiymətli kağız bazarlarının kapital bazarına 
müsbət təsiri. 
Qiymətli kağız bazarları qiymətli kağızların 
təklif  və  tələbinin  qarşılaşdığı  bir  bazar  olub,  maliyyə 
resurslarının  hərəkətlərinə  imkan  yaradır,  iqtisadiyyatda 
barometr  vəzifəsi  görür,  sənayedə  struktur  dəyişikliyi 
asanlaşdırır, bazarda tək qiymətin təşkilini saxlayır, bazarda 
təminat işlərini yerinə  yetirir, ictimai uzlaşmanı saxlayır və 
iqtisadi sosial baxımdan önəmli bir yer təşkil edir. 
Qiymətli  kağız  bazarları  yığımlara  hərəkət  qazandırır, 
qiymətli  kağız  təklif  və  tələbinin  qarşılaşdığı  alıcı  və 
satıcıların  alqı-satqı  əməliyyatlarını  gerçəkləşdirdiyi,  fiziki 
və hüquqi şəxslərin iştirak etdiyi bazarlardır. 
Qiymətli  kağız  bazarları  yığım  sahibləri,  investorlar, 
bunlar  adma  əməliyyat  aparan  vasitəçi  qurum  və  fərd-  lər, 
sadəcə qiymətli kağız satışı aparanlar kimi dəyişik mənfəət 
qruplarının  ehtiyaclarını  ən  uyğun  şəkildə  qarşılamaq 
məqsədi güdür. 
Beləliklə,  maliyyə  ehtiyacı  olan  və  bu  səbəbdən  də, 
qiymətli  kağız  emissiya  etmək  istəyən  şirkətlər  ilə  fond 
çoxluğu  axtaranları  sabit  bİr  məkanda  bir  araya  gətirən  və 
gerçəkləşdirilən əməliyyat iki tərəfdə mənfəət saxlayır. 
Beləliklə, maliyyə ehtiyacı olan şirkətlər qiymətli kağız 
ixrac  edərək  ucuz  maliyyə  resursu  əldə  etdikləri  kimi, 
yığımları olub bunu dəyərləndirmək istəyənlər də özlərinə ən 
uyğun  və  ən  yüksək  gəliri  saxlama  planı  şəklində 
dəyərləndirmə  imkanı  əldə  edir.  Göründüyü  kimi,  qiymətli 
kağız bazarları qiymətli kağızların lazımi 
147 


anda  pula  çevrilməsini,  yəni  likvid  duruma  gəlməsində 
vasitəçilik rolunu üzərinə götürür. 
Bu  xüsusiyyətilə  bazarda  əməliyyat  görən  bütün 
iştirakçılar fayda əldə etmiş olurlar. Qısaca desək, qiymətli 
kağız  bazarları  bu  bazarlarda  yer  alan  investorların  likvid 
ehtiyacım  qarşılayır  və  fond  çoxluğu  olanların  bu  fondları 
səmərəli  və  sürətli  bir  şəkildə  dəyərləndirərək  yatırıma 
çevirilməsinə imkan verir. 
Bİrcamn  bir  başqa  önəmli  funksiyası  sərmayənin 
mülkiyyətini geniş xalq kütləsinə yaymaqdır. 
Şirkətlər qiymətli kağızları Fond birjasındakı lis- tinqdən 
keçirməklə,  şirkətin  milli  və  beynəlxalq  səviyyədə  tanınma 
imkanım  əldə  edir.  Bunun  xaricində  şirkətlər  öz  sahəsində 
bacarıqlı  olma  sayəsində,  bazarın  bu  mühitindən 
faydalanaraq çıxardıqları qiymətli kağızlarını asanlıqla əldə 
edə bilər. 
Ümumiyyətlə,  qiymətli  kağızlar  bazarı  orta  sinifin 
təşkilinə və güclənməsinə təsir edir. İnkişaf etmiş ölkələrdəki 
xalq kapitalizmi bu şəkildə gerçəkləşmişdir. 
Birjada  yüzlərcə  aksiya  və  istiqraz  funksiyalaşdığm- 
dan,  bunların  qiymətləri  ani  anda  yayımlanır.  Qiymətli 
kağızları  çıxaran  şirkətlər,  davamlı  bir  imtahan  və 
dəyərləndirmə altında olur. 
Beləliklə,  mikrobazada  ölkənin  barometri  vəzifəsini 
görür.  Qiymətli  kağızlara  olan  təklif  və  tələbə  görə  qiymət 
hərəkətləri davamlı olaraq dəyişir. Lakin qiymətli kağızların 
qiymətinə  təsir  edən  təməl  faktor,  bunları  ixrac  edən 
şirkətlərin  fınans  strukturlarmdakı  güclülük  və  mənfəət 
durumlarıdır. 
Şirkətlərin  göstərmiş  olduğu  yüksək  göstəricilər, 
qiymətli  kağızlara  olan  tələbi  artırdığından,  nəticədə 
qiymətlər də artır. Bu göstərici şirkət səhmdarları üçün çox 
yararlı və faydalıdır. 
148 


Hətta,  səhmlərin  orta  göstəricilərini  göstərən  indeks 
ölkənin ümumi iqtisadi durumu haqqında məlumat verir və 
bundan  istifadə  edərək  gələcəyə  yönəlmiş  proqramlar 
hazırlamaq mümkün olur. 
Hər  hansı  bir  şirkətin  qiymətli  kağız  bazarında  dəyər 
qazanması  və  ya  itirməsi,  şirkətin  maliyyə  vəziyyətinin  və 
etibarlığının  ən  önəmli  göstəricisidir.  Bundan  başqa, 
şirkətlərin bacarıq dərəcələrini də müqayisə etmək mümkün 
olur, o cümlədən: 
Şirkətin  fınans  gücünün  zəifləməsi  nəticəsində,  eyni 
sahədə fəaliyyət göstərən digər şirkətlərin bu şirkətə aid olan 
səhmlərini  birləşdirmə  və  ya  ələ  keçirmə  fermasındakı 
əməliyyatları zəif şirkətlərin yox olmasının qarşısım alır. 
Bütün  alıcı  və  satıcılann  qiymətli  kağız  bazarlarında 
qarşılaşması  qiymətli  kağızların  vahid  bir  alış  və  satış 
qiymətinin  meydana  gəlməsini  təmin  edir.  Bilindiyi  kimi, 
vahid bir qiymət tam rəqabət olan bazarlarda meydana çıxır. 
Birja  bülletenləri  vasitəsilə  ölkənin  və  dünyanın  hər 
tərəfmə bazarda müəyyənləşmiş qiymət vərəqəsi göndərilir. 
Bu  yolla  qiymətli  kağızlarla  maraqlananlar  üçün  qiymətdə 
aldanma hadisələrinin qarşısı alınır. 
4.3.
 
QİYMƏTLİ KAĞIZLAR BAZARININ 
İNKİŞAFININ PROQNOZLAŞDIRILMASI 
Proqnozlaşdırma qiymətli kağızlar bazarının bütövlükdə, 
yaxud  onun  ayrı-ayrı  hissələrinin  mümkün  vəziyyəti 
haqqında elmi cəhətdən əsaslandırılmış mülahizələrdir. 
Proqnozlaşdırmanın əsas məqsədi fond bazarının inkişaf 
variantİarınm tətbiqi və perspektivlərinin müəyyən 
149 


edilməsidir.  Fond  bazarının  inkişafının  proqnozlaşdırılması 
məsələlərinə  bunlar  aiddir:  qiymətli  kağızlar  bazarının  cari 
vəziyyətinin 
təhlili, 
qiymətləndirilməsi 
və 
onun 
problemlərinin  aşkar  edilməsi;  əsas  inkişaf  istiqamətlərinin 
elmi  əsaslandıniması  və  müəyyən  edilməsi,  inkişaf 
konsepsiyalarının  yenidən  işlənməsi,  axtarış  yollan  və 
onların vəsaitlərinin satışı. 
Proqnozlaşdırma proqnozlann yenidən işlənməsi prosesi 
kimi monitorinq, interpretasiya (təsvir, şərh), operativ təhlil 
və 
fond 
bazarının 
inkişafımn 
perspektivliyinin 
qiymətləndirilməsinə əsaslamr. Monitorinq qiymətü kağızlar 
bazarının inkişafında pozuntuları gözdən keçirir və prosesin, 
cəlbetmənin  dəqiq  təhlilini  qabaqcadan  nəzərə  alır. 
İnterpretasiya  dedikdə,  qiymətli  kağızlar  bazarı-  mn 
inkişafının  əsasını  təşkil  edən  əsas  istiqamətlərin  (əsas 
parametrlərin) dəqiq müəyyən edilməsi başa düşülür. 
Operativ  təhlil  əsas  istiqamətlərin  detallaşdırılması, 
onların  fond  bazarının  ayrı-ayrı  elementlərinə  bölünməsi, 
həmçinin 
bazarın 
inkişafmm 
mümkün 
ideyalarını 
müəyyənləşdirən düz və dolayı, obyektiv və subyektiv, xarici 
və daxili amillərin təyin edilməsidir. 
Qiymətli  kağızlar  bazarının  inkişaf  perspektivlərinin 
qiymətləndirilməsi,  gələcəkdə  fond  bazarının  hansı 
vəziyyətdə olmasını müəyyənləşdirməyə icazə verən bir sıra 
indikatorlarla  həyata  keçirilir.  Bu  prosesdə  əsas 
istiqamətlərin  strukturlaşdırılması  və  düzgün  müəyyən 
edilməsi indiktorlarm seçilməsidir. 
4.4.
 
QİYMƏTLt KAĞIZLAR BAZARININ 
PROQNOZLAŞDIRILMASI METODLARI 
Qiymətli 
kağızlar 
bazarının 
inkişafının 
proqnozlaşdırılması  metodikasına  müxtəlif  metodların, 
üsulların, 
150 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə