Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Struktur  valyuta  siyasəti-dünya  valyuta  sistemində 
struktur  dəyişiklikləri  həyata  keçirmək  üçün  təşkil  edilmiş 
uzunmüddətli  tədbirlər  məcmusudur.  Struktur  valyuta 
siyasəti öz təsirini cari valyuta siyasətində göstərir. 
Cari valyuta siyasəti - valyuta və qızıl bazarları, valyuta 
əməliyyatları,valyuta məzənnələrinin operativ tənzimlənməsi 
üçün tətbiq olunan qısamüddətli tədbirlər məcmusudur. Cari 
valyuta siyasəti maliyyə nazirlikləri, mərkəzi banklar, valyuta 
nəzarəti orqanları tərəfindən həyata keçirilir. Bu siyasət milli 
pul və valyuta sistemi elementlərinə təsir göstərir. 
Valyuta  siyasətinin  həyata  keçirilməsində  əsas 
məqsədlərdən  biri  də  hər  bir  dövlətin  öz  milli  valyutasının 
məzənnəsinin sabitliyini qorumaqdır. 
5.2.
 
VALYUTA MƏZƏNNƏSİ NƏ DEMƏKDİR? 
Valyuta  məzənnəsi  bir  ölkənin  pul  vahidinin  digər 
ölkələrin  pul  vahidlərində  ifadə  olunmuş  qiymətinə  deyilir. 
Valyuta  məzənnəsi  tələb  və  təklif  əsasında  və  ya  da  dövlət 
tərəfindən təyin edilə bilər. Çox vaxt valyuta məzənnəsi tələb 
və təklif əsasında formalaşır. Ona görə də, valyuta bazarında 
tez-tez rəqəm dəyişir, çünki valyuta bazarında tələb və təklif 
tez-tez  dəyişir.  Tələb  çox  olduqda  valyuta  məzənnəsi  artır, 
əksinə isə azalır. 
Valyuta  məzənnəsi  spesifik  xarakterə  malik  pul 
kateqoriyasıdır  və  milli  iqtisadiyyatla  dünya  iqtisadiyyatı 
arasındakı  qarşılıqlı  əlaqəni  ifadə  edir.  Əgər  hər  hansı  bir 
valyutanın  əsas  xarakteri  milli  iqtisadiyyat  çərçivəsində 
formalaşırsa,  onun  miqdar  ölçüsü  dünya  bazarında 
beynəlxalq iqtisadi əməliyyatlar prosesində müəyyən edilir. 
158 


Müasir  dövrdə  ayrı-ayrı  milli  iqtisadiyyatlar  arasında 
qarşılıqlı  asılılığın  artması  və  beynəlxalq  dövriyyədə  qızıla 
dəyişdirilməyən kredit pullarının tətbiq olunması nəticəsində 
valyuta məzənnəsi ayrı-ayrı milli iqtisadiyyatların inkişafının 
zahiri  təzahürünə  çevrilir,  onun  yeni  əmək  məhsuldarlığı 
şəraitində İqtisadi potensialını müəyyən dərəcədə əks etdirir. 
Valyuta məzənnəsi özünün belə bir rolu ilə istehsal sferasına 
güclü əks təsir göstərir. 
Valyuta məzənnəsinin iki növü var: 
Birbaşa məzsnnə.
 Bu məzənnə növü ölkə daxilində xarici 
valyutanın  bir  vahidinin  milli  pül  vahidi  ilə  ifadə 
olunmasıdır.  Məsələn,  1  ABŞ  dolları=4900  Azərbaycan 
manatı.  Hazırda  dünyanın  əksər  ölkələri,  o  cümlədən 
Azərbaycan  Respublikası  birbaşa  valyuta  məzənnəsindən 
istifadə edir. 
Dolayı məzənnə.
 Bu məzənnə növü isə ölkə daxilində bİr 
milli pul vahidinin xarici valyuta ilə ifadə olunmasını nəzərdə 
tutur. Məsələn, 1 Azərbaycan manatı =0,0002 ABŞ dolları. 
Bir sıra ölkələrlə  yanaşı Böyük Britaniya da dolayı valyuta 
məzənnəsindən  istifadə  edir.  ABŞ-da  isə  hər  ikİ  məzənnə 
növündən istifadə edilir. 
Valyuta  məzənnəsinin  bir  iqtisadi  göstərici  kimi 
beynəlxalq iqtisadi əlaqələr sistemində əhəmiyyətli rolu var. 
Belə ki, valyuta məzənnəsinin dəyişməsi ixrac və idxal edilən 
malların qiymətinə, milli istehsalın dünya bazarında rəqabət 
qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. 
Valyuta məzənnəsinin xarakteri aşağıdakı kimidir: 
1.
 
Əməliyyatların  iştİrakçılanna  görə:  alıcı  qiyməti; 
satıcı qiyməti. 
159 


2.
 
İstifadə olunan rejimə görə: təsbit edilmiş və ya sabit; 
üzən; qarışıq. 
3.
 
İnflyasiyaya görə; nominal; real. 
4.
 
Təyin edilməsinə görə: rəsmi; bazar. 
5.
 
Valyuta əməliyyatlannın növlərinə  görə:  cari valyuta 
əməliyyatlarının 
məzənnəsi; 
müddətli 
valyuta 
əməliyyatlarının məzənnəsi. 
Valyuta  məzənnəsi  valyutanın  alqışı  və  satqısına  görə 
fərqlənir. Bank xarici valyutanı alarkən alış qiyməti, satarkən 
isə  satış  qiyməti  yaranır.  Məsələn,  məzənnə  1  ABŞ  dolları 
4780-4800 Azərbaycan manatı olub. Bu o deməkdir ki, bank 
1 dolları 4780 manata alır, 4800 manata satır. 
Birbaşa  məzənnədə  satış  qiyməti  alış  qiymətindən 
yüksək olur. Bu da (fərq) bankın gəliridir. Bu fərq 
marja
 və ya 
spred
  adlanır  və  bazarda  konkret  vəziyyətdən  asılı  olaraq 
dəyişir. 
Qiymət fərqindən mənfəət təmin etmək üçün valyutanın 
eyni vaxtda almıb-satılması əməliyyatına 
arbitraj
 da deyilir. 
Lakin  arbitraj  bütün  iqtisadi  və  fi-  nans  varlıqlarına  şamil 
edilən  geniş  bir  anlayışdır.  Əsas  xüsusiyyəti  eyni  andakı 
qiymət fərqindən faydalanma ideyasıdır. Bu əməliyyatın heç 
bir  riski  yoxdur.  Risksiz  olması  arbitrajı  spekulyasiyadan 
ayıran ən əhəmiyyətli xüsusiyyətdir. 
5.3.
 
VALYUTA MƏZƏNNƏ REjtMLƏRt 
tstifadə olunan rejimə görə təsbit edilmiş, üzən və qarışıq 
valyuta məzənnələri olur. 
Təsbit  edilmiş  valyuta  məzənnəsi  bir  xarici  valyutaya, 
kollektiv pul vahidi (SDR, Avro) və ya valyuta “sə- 
160 


bətinə”  görə  təyin  edilir.  Bu  rejimdə  bazar  iştirakçılan  Öz 
əməliyyatlarını  apanr,  dövlət  isə  məzənnədə  gözlənilməz 
dəyişikliklərin  qarşısını  alır.  Birinci  dünya  müharibəsinə 
qədər  təsbit  edilmiş  məzənnə  beynəlxalq  qızıl  standartı 
əsasında həyata keçirilirdi. Sonradan bu rejim çox yayıldı və 
ikinci  dünya  müharibəsindən  sonra  Bret-  ton-Vuds  valyuta 
sisteminə əsasən + 1 həddi daxilində bütün valyutalar ABŞ 
dollarına görə təsbit edilirdi. 
Yamayka  valyuta  sistemində  və  ondan  sonra  ölkələr 
üzən  valyuta  rejimindən  istifadə  etdilər.  Bu  rejimə  əsasən 
bazarda  tələb  və  təklifə  əsasən  məzənnə  müəyyənləşir. 
Beynəlxalq  Valyuta  Fonduna  əsasən  üzən  valyuta 
məzənnəsinin iki növü qeyd olunub: 
1.
 
Tənzimlənən üzən məzənnə. 
2.
 
Sərbəst üzən məzənnə. 
Tənzimlənən  üzən  valyuta  məzənnəsindən  keçid 
iqtisadiyyatı  ölkələri  istifadə  edir.  Bu  məzənnə  rejimində 
mərkəzi bank valyuta məzənnəsində baş verən dəyişikliklərin 
uzunmüddətli  və  ya  qısamüddətli  olduğunu  bilmir.  Yalnız 
valyuta məzənnəsinin dəyişmə həcmini müəyyən edir. 
Tənzimlənən  üzən  məzənnədə  valyuta  məzənnələrinin 
idarə  olunmasının  bir  neçə  variantı  var.  Müəyyən  edilmiş 
hədd  daxilində  (dəhliz)  milli  valyutanın  devalvasiyası 
bilinməyən  rəqəm  alır.  Müxtəlif  ölkələrdə  məzənnənin 
dəyişməsi eyni deyil. 
Sərbəst üzən məzənnə rejimini isə yüksək inkişaf etmiş 
ölkələr (ABŞ, Yaponiya, Almaniya və s.) istifadə edir. Lakin 
tam şəkildə bu rejimdən uzun müddət istifadə etmirlər. 
Bir çox ölkələr təsbit edilmiş və üzən məzənnə rejimləri 
arasında  qarışıq  valyuta  rejimindən  istifadə  edirlər.  Buna 
adətən “valyuta şurası” mexanizmi deyir 
161 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə