Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   41   42   43   44   45   46   47   48   49

5.8.
 
BEYNƏLXALQ VALYUTA SİSTEMİNİN 
ELEMENTLƏRİ 
Beynəlxalq  valyuta  sistemi  ümumdünya  istifadə 
sisteminin təkamülünün nəticəsi olaraq XIX əsrin ortalarında 
formalaşmışdır,  hüquqi  cəhətdən  dövlətlər-  arası  sazişlər 
əsasında 
möhkəmləndirilmişdir. 
Beynəlxalq 
valyuta 
sisteminin fəaliyyətinin xarakteri və sabitliyi onun prinsipləri 
və  təşkili  formalarının  dünya  təsərrüfatının  strukturuna, 
aparıcı dövlətlərin maraqlarına və qüvvələr nisbətinə uyğun 
gəlməsi dərəcəsindən asılıdır. Bu şərtlər dəyişildikdə valyuta 
sisteminin təşkili prinsiplərinin də dəyişməsi zərurəti yaranır. 
Beynəlxalq  valyuta  sisteminin  tarixən  aşağıdakı 
elementləri formalaşdırılmışdır: 
ehtiyat valyutaları, beynəlxalq valyuta hesab vahidi
valyutaların qarşılıqlı dönərliyinin şərtləri
valyuta paritetinin rejimi
valyuta  məzənnəsi  rejimlərinin  reqlamentə  tabe 
edilməsi; 
valyuta 
məhdudlaşdırmalarınm 
dövlətlərarası 
tənzimlənməsi; 
beynəlxalq 
valyuta 
nəqdiyyəsinin 
beynəlxalq 
tənzimlənməsi; 
beynəlxalq  kredit  tədavül  vasitələrinin  istifadə 
qaydalarının eyniləşdirilməsi
beynəlxalq 
hesablaşmaların 
əsas 
formalarının 
eyniləşdirilməsi; 
beynəlxalq valyuta və qızıl bazarları rejimi; 
dövlətlərarası  valyuta  tənzimlənməsini  həyata  keçirən 
benəlxalq təşkilatların yaradılması. 
Beynəlxalq  valyuta  (məzənnə)  sisteminin  üç  növü 
vardır: 
169 


1.
 
Qızıl standartları valyuta sistemi. 
2.
 
Bretton-Vuds  valyuta  sistemi  (tənzimlənən  valyuta 
məzənnəsi). 
3 “Üzən” valyuta sistemi. 
5.9.
 
BEYNƏLXALQ VALYUTA 
SİSTEMİNİN TARİXİ İNKİŞAFI 
İlk  dəfə  qızıl  standartı  XVIII  əsrin  sonunda  Böyük 
Britaniyada yaranmış və 1816-cı ildə qəbul edilmiş qanunla 
möhkəmləndirilmişdir.  Lakin  1865-ci  ildə  Fransa,  İtaliya, 
Belçika və İsveçrə beynəlxalq ittifaq olan “Sikkə İttifaqı”m 
(1865-1878)  yaratdılar.  Bağlanmış  sikkə  müqaviləsində  iki 
metaldan  pul  kəsilmsi  nəzərdə  tutulmuşdu:  qızıl  və  gümüş 
arasında nisbət 1/15,5  müəyyən edilmişdi. Amma kapitalist 
təsərrüfat  sisteminin  inkişafı  şəraitində  iki  metaldan  dəyər 
ölçüsü kimi istifadə edilməsi pulun funksiyalarının təbiətmə 
mənfi  təsir  göstərirdi.  Ümumi  dəyər  ölçüsü  kimi  yalnız  bir 
əmtəə çıxış edə bildiyinə görə və qızıl sikkələrin dövriyyədən 
çıxarılaraq dəfinəyə çevrilməsi nəticəsində sikkə müqaviləsi 
dağıldı. 
Qızıl standartı XIX əsrin II  yansmda başqa ölkələrə də 
keçmişdir.  Məsələn,  Almaniyaya  1871-73.  İsveçrə,  Norveç 
və Danimarkaya 1873, Fransaya 1876-78, Avstriyaya 1892, 
Rusiya və Yaponiyaya 1897, ABŞ-a 1900- cu ildə keçmişdir. 
1867-ci  ildə  Parisdə  I  Beynəlxalq  Valyuta  Konfransı 
keçirilir  və  konfransda  rəsmən  qızıl  standartının  tətbiqi 
tövsiyə  olunur.  Qızıl  standartının  işlədilməsi  ilə  yanaşı,  bu 
zamandan  etibarən  kağız  pulların  tədavülünə  geniş  şərait 
yaranır. Xüsusilə qızıl məzmunu daha yüksək 
170 


olan  kağız  pul-funtsterlinq  dünya  hesablaşmalarında  xüsusi 
çəkiyə malik olur. 
Qızıl standartının əsas xüsusiyyəti hər ölkənin pulunun 
dəyərinin  müəyyən  çəkidə  saf  qızılla  müəyyən  edilməsi, 
qızılın  alqı-satqısı,  ixrac  və  idxalın  sərbəstləş-  məsidir. 
Burada  qızıl  sikkələr  qədər  banknotlardan  istifadə 
edilməkdədir,  lakin  bunlar  istənilən  zaman  hökumətlər 
tərəfindən  qızıla  dəyişdirilə  bilərdi.  Ümumiyyətlə,  bu 
sistemdə  hökumət  müəyyən  etdiyi  sabit  qiymətlə  hər  kəsə 
qızıl  satar  və  özünə  təklif  olunan  qızıllan  ala  bilərdi.  Bu 
sistemə bəzən sabit valyuta məzənnəsi sistemi deyilir. 
Qızıl standartı ümumbəşəri bir sistemdir. Hər ölkə pulun 
dəyərini  qızılla  tənzimlədiyinə  görə,  bütün  ölkələrin  pulları 
qızıl miqdarına görə avtomatik şəkildə bir- birindən asılı idi. 
Bunun  üçün  ayrıca  müasir  dövrdəki  valyuta  bazarlanna 
bənzəyən bazarlara ehtiyac qalmırdı. 
Lakin  birinci  dünya  müharibəsinin  başlanması  ilə 
əlaqədar  dövriyyəyə  əlavə  kağız  pul  kütləsi  buraxılması 
nəticəsində  heç  də  bütün  emissiyalar  qızıl  məzmunla 
örtülmədi. Nəticədə, tədavildə xeyli miqdarda təminatsız pul 
kütləsi  yarandı.  Buna  görə  də  ölkələr  qızıl  ehtiyatlarını 
qorumaq  üçün  pulların  konversiya  edilməsini  aradan 
qaldırdılar.  Müharibədən  sonra  yenidən  qızıl  standartına 
keçmə cəhdləri olsa da, bu cəhdlər baş tutmadı. Çünki qızıl 
standartının  xüsusiyyətlərindən  fərqli  olaraq  hökumətlər 
iqtisadi  həyata  daha  müntəzəm  qaydada  müdaxilə  etməyə 
başlamışdı. 
Artıq  1922-ci  ildə  Geniyada  II  Beynəlxalq  Valyuta 
Konfransı çağınhr və aşağıdakı prinsiplər müəyyən edilir
1.  Valyuta  sisteminin  əsasını  qızıl  və  devizlər  (xarici 
valyutalar) təşkil edir. 
171 


2.
 
Qızıl paritet saxlandı. 
3.
 
Valyuta  məzənnələrinin  müstəqil  hərəkətinin  bərpa 
edilməsi. 
4.
 
Aktiv valyuta siyasətinin tənzimlənməsi. 
Lakin  1929-cu  ildə  dünya  iqtisadi  böhranının  baş 
verməsilə qızıl standartının davam etməsinə imkan qalmadı. 
Beləliklə, 1933-cü ildə qızıl standartı tamamilə ləğv olundu. 
Qızıl standartı ləğv olunduqdan sonra ölkələr arasındakı 
əməkdaşlıq  səviyyəsi  də  aşağı  düşdü.  Hər  ölkə  öz  iqtisadi 
mənafeyini  düşünərək  gömrük  vergilərini  və  rüsumlannı 
artırırdı. 
Bəzi  valyuta  zonaları  da  bu  dövrdə  meydana  gəldi. 
Böyük  Britaniyanın  başçılığı  ilə  bir  qrup  ölkələr  pullarını 
sabit məzənnələrdən funt sterlinqə tabe edərək “funt sterlinq 
zonası”nı  qurdular.  Bu  ölkələr  Londonda  tutduqları  funt 
sterlinq  ehtiyatları  ilə  öz  aralarındakı  öhdəlikləri  asanlıqla 
ödəyir,  lakin  region  xaricindəki  öhdəlikləri  isə  bacardıqca 
məhdudlaşdırırdılar. 
Onların 
əksəriyyəti 
ingilis 
müstəmləkələrindən qurulan İngilis Millətlər Birliyi ölkələri 
idi. Böyük  Britaniya  funt  sterlinqin  dəyərini qorumaq üçün 
Valyuta Tənzimləmə Fondu da yaratmışdı. 
Fransanın  rəhbərliyi  altında  qurulan  kiçik  bir  qrup 
(İsveçrə,  Belçika  və  Hollandiya)  isə,  pullarının  qızıla 
tabeliyini  davam  etdirirdilər.  Bunlar  da  “qızıl  bloku”nu 
meydana gətirdilər. 
Bir qrup ölkə də pullarını ABŞ dollarına tabe etmiş və 
beləcə də “dollar zonası” meydana çıxmışdı. 
Nəhayət,  Almaniyanın  rəhbərliyi  altında  əksəriyyəti 
inkişaf etməkdə olan ölkələr tərəfindən qurulan bir qrup ölkə 
isə  valyuta  nəzarəti  tətbiq  edərək  pullarının  konversiyasını 
aradan qaldırırdılar. 
172 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə