Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   41   42   43   44   45   46   47   48   49

Bretton-Vuds  valyuta  sistemi  dövründə  təsbit  olunmuş 
valyuta  məzənnəsini  dəstəkləmək  üçün  mütəmadi  olaraq 
valyuta  müdaxiləsi  tətbiq  edilirdi.  Üzən  valyuta  məzənnəsi 
sisteminə  keçilməsi  ilə  valyuta  müdaxiləsi  kəskin  məzənnə 
düşmələrinin qarşısının aimmasma yönəldilirdi. 
5.12.
 
VALYUTA EHTİYATLARININ 
DİVERSİFİKAStYASI SİYASƏTİ 
Valyuta  siyasətinin  mühüm  formalarından  biri  valyuta 
ehtiyatlarının  diversifıkasiyasınm  (çoxşaxəliliyi-  nin)  təmin 
olunmasıdır. 
Valyuta 
ehtiyatlarının 
diversifı- 
kasiyası-valyuta 
ehtiyatlarının 
tərkibində 
beynəlxalq 
hesablaşmaları  təmin  etmək,  valyuta  müdaxiləsini  aparmaq 
və valyuta itkilərinin qarşısını almaq məqsədilə dövlətlərin, 
bankların,  transmilli  şirkətlərin  yeritdiyi  siyasətdir.  Bu 
siyasət  adətən,  qeyri-sabit  valyutaların  satılması  və  sabit 
valyutaların,  habelə  beynəlxalq  hesablaşmaların  aparılması 
üçün  lazım  olan  valyutaların  alınması  yolu  ilə  həyata 
keçirilir. 
5.13.
 
DÖNƏRLİ VALYUTALAR 
QRUPU 
Müxtəlif  dərəcəli  dönərli  olan  valyutalar  mövcuddur. 
Belə valyutalar üç qrupa bölünür
I
 
qrup. Sərbəst dönərli valyutalar. Valyuta qanunlarında 
heç bir məhdudiyyət qoymayan ölkələrin valyutaları sərbəst 
dönərli valyuta adlanır. 
II
 
qrup. Qismən dönərli valyutalar. Müəyyən sahələrdə 
valyuta  əməliyyatlarına  məhdudiyyət  qoyan  ölkələrin 
valyutaları qismən dönərli valyuta adlanır. 
180 


III
 
qrup.  Qapalı  valyutalar.  Yalnız  bir  ölkə  daxilində 
tətbiq edilən valyutalar qapalı valyutalar adlanır. 
Dönərliliyin ən böyük faydası dövlətlərarası ödəmələrin 
asanlaşdırılması, dünya ticarəti və finans axarlarının inkişaf 
etdirilməsidir.  Hər  hansı  bir  ölkənin  valyutasını  dönərli 
valyutaya  çevirmək  üçün  aşağıdakı  tədbirləri  həyata 
keçirmək lazımdır: tədiyə balansının tarazlığını təmin etmək; 
lazımi valyuta ehtiyatı yaratmaq və onu qoruyub saxlamaq; 
müstəqil valyuta bazarını  yaratmaq;  real  valyuta  məzənnəsi 
siyasətini  həyata  keçirmək;  milli  pul  və  kapital  bazarını 
beynəlxalq 
bazarlarla 
əlaqələndirmək; 
idxalat 
məhdudiyyətlərini  və  gömrük  tariflərini  minimuma 
endirməklə dünyaya çıxışı təmin etmək. 
5.14.
 
VALYUTA SİYASƏTİNİN 
METODLARI 
Valyuta  siyasətinin  metodlanna  gəldikdə,  bu  metodlar 
demək olar ki, pul siyasətinin metodları ilə eynidir. Valyuta 
siyasətinin metodları aşağıdakılardır: 
1.
 
Valyuta  müdaxiləsi  (milli  pulla  xarici  valyutanın 
alqı-satqısı). 
2.
 
Açıq bazarda Mərkəzi Bankın əməliyyatları (qiymətli 
kağızların alqı-satqısı). 
3.
 
Mərkəzi  Bank  tərəfindən  faiz  dərəcəsinin  və  ya 
məcburi ehtiyat normasının artırılıb-azaldılması. 
4.
 
Valyuta mövqeyinin dəyişdirilməsi. 
Valyuta  mövqeyi-bankların  xarici  valyutada  olan 
öhdəlikləri  (satın  alınan  və  tələbləri  (satılan)  arasındakı 
nisbətdir. Valyuta mövqeyi iki cür olur: qapalı və açıq. 
Öhdəliklərin  və  tələbələrin  bərabərliyi  halı  qapalı 
valyuta mövqeyi hesab edilir. Açıq valyuta mövqeyi də 
181 


iki cür olur: uzun (artıq) mövqe, öhdəliklərin tələblərdən az 
olması isə qısa mövqe adlanır, 
5.15 NOMİNAL VƏ REAL 
VALYUTA KURSLARI NƏDİR? 
Nominal  valyuta  kursu.  İqtisadçılar  nominal  valyuta 
kursu  ilə  real  valyuta  kurslarını  bir-birindən  fərqləndirirlər. 
Nominal  valyuta  kursu  iki  ölkə  pul  vahidinin  nisbi 
qiymətidir.  Əgər  örnəyin  ABŞ  dolları  və  Alman  markası 
arasındakı  valyuta  kursu  dollar  başına  1,20  marka  isə,  o 
təqdirdə  dünya  valyuta  bazarlarında  bir  dollara  1,20  DM 
dəyişdirilə  bilər.  Dollar  əldə  etmək  istəyən  1  Alman  satın 
aldığı hər dollar üçün 1,20 DM ödəyəcəkdir. Alman markası 
əldə  etmək  istəyən  bir  amerikalı  ödədiyi  hər  dollar 
qarşılığında 1,20 DM əldə edəcəkdir. Valyuta kursu dedikdə 
nominal valyuta kursu başa düşülür. 
Real  valyuta  kursu.  Real  valyuta  kursu  iki  ölkədəki 
malların nisbi qiymətidir. Başqa bir sözlə, real valyuta kursu 
bir  ölkənin  malının  digər  bir  ölkə  mah  ilə  ticarətinin 
aparıldığı nisbəti ortaya  qoyur. Real  valyuta kursuna bəzən 
ticarət həddi deyilir. 
Real və nominal valyuta kursu arasındakı bağlılığı ortaya 
qoymaq  üçün  bir  çox  ölkədə  istehsal  edilən  avtomobilləri 
nəzərdən keçirək. Bir Amerika avtomobilinin 10.000 dollar 
və  ona  bənzər  bir  Almaniya  avtomobilinin  24.000  marka 
olduğunu fərz edək. 
Hər  iki  avtomobilin  qiymətini  qarşılaşdırmaq  üçün 
onları ortaq bir pul vahidinə dönüşdürmək gərəkdir. Əgər bir 
dolların  dəyəri  1,20  marka  isə,  o  zaman  amerika 
avtomobilinin  qiyməti  12.000  DM  olacaqdır.  Beləliklə, 
amerika avtomobilinin 12.000 marka və alman 
182 


avtomobilinin  qiymətinin  24.000  DM  olduğunu  müqayisə 
etdikdə 
amerika 
avtomobilinin 
qiymətinin 
alman 
avtomobilinin  qiymətindən  iki  dəfə  ucuz  olacağını  görərik. 
Digər bir ifadə ilə, cari qiymətlərlə, 2 amerika avtomobilini 1 
alman maşını ilə dəyişdirə bilərik. 
Yuxarıdakı  nümunə real  valyuta kursunun iki ölkədəki 
mallarının  nisbi  qiyməti-nominal  valyuta  kursuna  və  yerli 
pulla ölçülən malların qiymətlərinə bağlı olduğunu göstərir. 
Belə ki; 
Real valvuta kursu = (l,20DM/doliar) x (10.000 dollar) = 
24.000DM 
= 0,5 alman avtomobili 
amerika avtomobili 
Bu  qiymətlərdə  və  bu  valyuta  kursunda  bir  amerika 
avtomobili ilə yarım alman avtomobili əldə edə bilərik. Bu 
hesablamanı aşağıdakı kimi göstərə bilərik. 
Real valyuta kursu = nominal valyuta kursu x yerli malın qiymati 
xarici malın qiyməti 
Bir mal üçün aparılan bu hesablamanı bİr mal səbətinə 
dönüşdürə bilərik. 
Bu  durumda  E  -  nominal  valyuta  kursu  (hər  dollar 
başında  DM-in  sayı),  P  -  ABŞ-dakı  qiymət  səviyyəsi 
(dollarla  ölçülən)  və  P’‘  -  Almaniyadakı  qiymət  səviyyəsi 
(DM olaraq ölçülən) olsun. O təqdirdə real valyuta kursu (I) 
belə olar; 
Real valyuta kursu = nominal valyuta 
kursu X qiymət səviyyə nisbəti
I = E (P/P’‘). 
183 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə