Iqtisadiyyatında "Maliyyə-kredit"


iki  ölkə  arasındakı  real  valyuta  kursu



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   41   42   43   44   45   46   47   48   49

iki  ölkə  arasındakı  real  valyuta  kursu 
nominal  valyuta  kursu  və  iki  ölkədəki  qiymət 
səviyyələrinə  əsasən  hesablanır.  Əgər  real 
valyuta  kursu  yüksəkdirsə,  xarici  mallar 
nisbətən  ucuz  və  yerli  mallar  nisbətən  bahadır. 
Əgər real valyuta kursu aşağıdırsa, xarici mallar 
nisbətən baha və yerli mallar nisbətən ucuzdur. 
184 


METODOLOJİ İZAHATLAR 
Ümumi  daxili  məhsul  (ÜDM)  -  ölkənin  iqtisadi 
fəaliyyətinin  ümumiləşdirilmiş  göstəricisi  olaraq,  son 
istehlakı  xarakterizə  edən  əlavə  dəyərin  həcmi  ilə  ölçülür. 
ÜDM  cari  əsas  və  bazar  qiymətləri  ilə  (nominal  ÜMD)  və 
müqayisəli qiymətlərlə (real ÜMD) hesablanır. 
tstehlak  qiymətləri  indeksi  (İQt)  -  inflyasiyanın 
səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biridir. Orta 
alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi 
xidmətlərin  qeydə  alınmış  məcmusunun  dəyərinin  ümumi 
dəyişməsini  səciyyələndirən  nisbi  göstəricidir.  Bu  göstərici 
müəyyən  dövr  ərzində  istehlak  edilən  malların  və 
xidmətlərin  dəyişməz  qaldığı  şəraitdə  əhalinin  istehlak 
xərclərinin  ümumİ  məbləğinin  dəyişməsini  əks  etdirir. 
İQİ-nin  başlıca  təyinatı  istehlak  mallarının  və  xidmətlərin 
qiymət dinamikasmın müəy- yənləşdirilməsidir. 
Tədiyə  balansı  -  Azərbaycan  Respublikasının  tədiyə 
balansı  hesabat  dövrü  ərzində  rezidentlər  və  qeyri- 
rezidentlər  arasında  bütün  iqtisadi  fəaliyyətin  nəticələrini 
özündə  əks  etdirən  statistik  göstəricilər  sistemidir.  Tədiyə 
balansının  tərtib  olunması  respublikanın  tədiyə  qabiliyyəti 
haqqında  dolğun  məlumatı  əks  etdirir  və  dövlətin 
makroiqtisadi siyasətinin əsas alətlərindən olan xarici ticarət, 
investisiya,  valyuta  tənzimləməsi  və  valyuta  nəzarəti, 
məzənnə siyasətinin müəyyən edilməsində böyük əhəmiyyət 
kəsb edir. 
Pul icmalı - maliyyə sektoru ilə dİgər sektorlar arasında 
olan  maliyyə  münasibətlərini  əks  etdirir,  pul  icmalı  Milli 
Bankın aylıq mühasibat balansının və kredit 
185 


icmal mühasibat balansının analitik qruplaşdıniması yolu ilə 
hesablanır. 
Xalis xarici aktivlər - pul-kredit tənzimlənməsi orqanları 
və  kredit  təşkilatlarının  qeyri-rezidentlərlə  xarici  valyutada 
və qiymətli metallarla aparılan aktiv və passiv əməliyyatların 
saldosudur. 
Xalis  daxili  aktivlər  -  bank  sisteminin  mərkəzi 
hökumətlə, fərdi sektorla, müəssisə və təşkilatlarla, maliyyə 
təşkilatları ilə, dövlət idarəetmə orqanları ilə aparılan aktiv və 
passiv əməliyyatların saldosudur. 
Geniş mənada pul kütləsi — ölkə iqtisadiyyatında ödəniş 
vasitəsi kimi ani istifadə oluna biləcək bütün pul vəsaiti. Bu 
göstərici  xalis  xarici  aktivlərin  və  xalis  daxili  aktivlərin 
məcmusu  kimi  və  ya  banklardan  kənardakı  nağd  pul  ilə 
əmanət və depozitlərin məcmusu kimi hesablanır. 
Banklardan kənardakı nağd pul - Milli Bankın və Kredit 
təşkilatlarının kassalarında olan pullar istisna olmaqla Milli 
Bank tərəfindən dövriyyəyə buraxılmış nağd pul vəsaiti. 
Pul  multiplikatoru  -  iqtisadiyyatın,  xüsusilə  də  bank 
sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edir və pul 
kütləsinin və inflyasiyasının səviyyəsinə nəzarət etmək üçün 
zəruri olan göstəricilərdəndir. Pul mültipli- katoru geniş pul 
kütləsinin  pul  bazasına  (ehtiyat  pullara)  nisbət  kimi 
hesablanır. 
Pul  kütləsi  (M2)  -  iqtisadi  siyasətin  işlənməsi, 
makroiqtisadi  proporsiyaların  müəyyən  edilməsi  zamanı 
istifadə  edilən  mühüm  maliyyə  aqreqatı.  Dövriyyədə  olan 
nağd pul ilə nağdsız vəsaitlərin cəmi kimi hesablanır. Geniş 
mənada pul kütləsindən fərqli olaraq bura xarici valyuta ilə 
əmanət və depozitlər daxil edilmir. 
186 


Nağdsız  vəsaitlər  -  qeyri-maliyyə  təşkilatlarının, 
müəssisələrin,  fiziki  və  hüquqi  şəxslərin  milli  valyuta  ilə 
hesablaşma,  cari,  depozit  və  digər  tələb  olunanadək 
hesablarında və eləcə də müddətli əmanətlərdə olan vəsaitlər. 
Nağd pul (MO) - ödəniş vasitəsi kimi ani istifadə olunan 
pul kütləsinin ən likvid hissəsi. 
Yenidən  maliyyələşdirmə  dərəcələri  -  Milli  Bankın 
kommersiya banklarına yenidən maliyyələşdirmə qaydasında 
verdiyi  kreditlərə  görə  formalaşan  faiz  dərəcəsi.  Pul-kredit 
tənzimləməsi  aləti  kimi  Milli  Bank  tərəfindən  banklararası 
bazarda faiz dərəcələrinə, eləcə də fiziki və hüquqi şəxslərin 
əmanət  və  depozitlərinə,  onlara  verilən  kreditlərə  görə  faiz 
dərəcələrinə təsir vasitəsidir. 
Məcburi ehtiyat normaları - kommersiya banklarının cəlb 
etdikləri  əmanətlərin  və  depozitlərin  məcburi  qaydada 
Mərkəzi  Bankda  saxladıqları  hissəsi  nəzərdə  tutulur  və 
pul-kredit  siyasətinin  əsas  alətlərindən  biridir.  Bank 
sisteminin  ümumi  likvidliyini  tənzim  edən  mexanizmi 
Özündə  əks  etdirir.  Ehtiyat  normaları  bankların  kredit 
imkanlarının  məhdudlaşdırılması  və  dövriyyədə  olan  pul 
kütləsinin  lüzumsuz  artımının  qarşısının  alınması  üçün 
istifadə edilir. 
Dövlət  qısamüddətli  istiqrazları  (DQİ)  -  Maliyyə 
Nazirliyi tərəfindən buraxılan güzəştli və müəyyən dövriyyə 
müddəti  olan  (1  ilədək)  qiymətli  kağızlar.  İstiqrazların 
parametrləri Maliyyə  Nazirliyi  tərəfindən müəyyənləşdirilir. 
DQİ-nin  ilkin  və  təkrar  bazarda  yerləşdirilməsi  Bakı  Fond 
Birjasında həyata keçirilir. 
DQİ-nin  auksionda  yerləşdirilmiş  həcmi  -  auksionda 
təklif edilmiş sifarişlər əsasında iştirakçılar tərəfindən istiqraz 
emissiyasının alınmış hissəsidir. 
187 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə