Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

hazırlanması;  2)  analogiyalar  metodu,  surət  üzrə 
proqnozlaşdırma metodu (korporativ metod). Perspektiv üçün 
məntiqi  modelləşdirmə  göstəricilərinin  və  məqsədlərinin 
detallaşdırma  dərəcəsi,  balans  qurmaq  istiqamətləri  və 
dərəcələri,  kompleks  yanaşmalann  üstünlüyü  nəzərə 
alınmalıdır. Məntiqi modelləşdirmədə əsas yanaşma-şistemli 
yanaşmadır. 
4.7.
 
QİYMƏTLİ KAĞIZLAR BAZARININ TEXNİKİ 
TƏHLİLİNDƏ İSTİFADƏ EDİLƏN ÜSUL VƏ 
VASİTƏLƏR 
Texniki  analizdə  istifadə  edilən  üsul  və  vasitələr  dörd 
yerə ayrılır: 
1.
 
Dou nəzəriyyəsi. 
2.
 
Qiymət göstəriciləri. 
3.
 
Miqdar göstəriciləri. 
4 Sair göstəricilər. 
Dou nəzəriyyəsi; XX əsrin  əvvəllərində ABŞ-da Çarilz 
H.Dou 
səhmlərin 
qiymətlərinin 
fərziyyələrə 
görə 
formalaşmadığını,  səhmlərin  qiymətlərinin  üç  müxtəlif 
tendensiyadan  təsirləndiyi  hipotezini  ortaya  çıxarmışdır. 
Dounun  ortaya  çıxardığı  bu  hipotez  ən  qədim  texniki  təhlil 
vasitəsidir. 1902-ci  ildən  yəni  Dounun ölümündən sonra bu 
nəzəriyyə  “The  Wall  Street  Jour-  nal”-ın  əməkdaşları 
tərəfindən daha da inkişaf etdirilmişdir. 
Dou nəzəriyyəsinin əsas prinsipləri aşağıdakılardır: 
1.
 
İndekslər həm mövcud, həm də potensial investorların 
bütün qərarlarını, istəklərini və s. əks etdirir. 
2.
 
Bazardakı qiymət hərəkətlərində tendensiyası vardır. 
154 


3.
 
İndekslərin  (Day Jones sənaye indeksi və  Day Jones 
nəqliyyat indeksi) bir-birilərinə müvafiq olması lazımdır. Hər 
iki  indeksin  eyni  istiqamətdə  dəyişməsi  çox  vacibdir. 
Məsələn: Əgər Day Jones sənaye indeksi artıbsa, Day Jones 
nəqliyyat indeksi də artmalıdır. 
4.
 
Əməliyyatların həcmi tendensiyalara uyğun olmalıdır. 
Yəni istər azalma, istərsə də yüksəlmə mərhələsində olan hər 
bir uzun müddətli tendensiya əməliyyat həcminin də artması 
ilə təsdiqlənir. 
5.
 
Bazardakı  mövcud  tendensiya  əhəmiyyətli  bir 
dəyişiklik baş verənə qədər davam edir. 
6.
 
Qiymət təhlillərində yalnız sonuncu qiymətlər nəzərə 
almır. Yəni Dou nəzəriyyəsi ən yüksək, ən aşağı və ya orta 
qiymətlərdən istifadə etmir, sadəcə olaraq son qiymətlərdən 
istifadə edir. 
Miqdar  göstəriciləri  İçində  ən  geniş  istifadə  olunanları 
birjanın əməliyyat həcmi, az miqdarda əməliyyat həcmi, qısa 
satış (açıq satış) və etibarlılıq indeksləridir. 
Birjanın  əməliyyat  həcmi.  Texniki  təhlil  aparanlar 
birjadakı  əməliyyat  həcmi  ilə  qiymət  hərəkətləri  arasında 
əlaqə qururlar və əməliyyat həcmindəki dəyişmələrin qiymət 
dəyişmələri üçün əsas göstərici olduğunu irəli sürürlər. Buna 
görə  də  alqı-satqı  miqdarı  səhmlərin  tələb  və  təklif 
miqdarının funksiyasıdır. Beləliklə alqı-sat- qı miqdarı, həm 
bazar,  həm  də  ayrı-ayrı  səhmlər  üçün  dönüş  nöqtələrinin 
müəyyənləşməsində  istifadə  edilir.  Birjalarda  əməliyyat 
həcmi qiymətlər artan zaman artır, qiymətlər düşən zaman isə 
əməliyyat  həcmi  azalır.  Əməliyyat  həcmindəki  dəyişmələr, 
qiymət dəyişmələrindən əvvəl baş verir. Yüksələn bazarlarda 
qiymətlər  azalmadan  əvvəl  əməliyyat  həcmləri  azalmağa 
başlayır. Əməliyyat həcminin düşməsi bazar qiymətlərinin də 
düşəcəyi barədə məlumat vermiş olur. Əksinə geriləyən 
155 


bazarlarda  qiymətlər  artmazdan  əvvəl  əməliyyat  həcmi 
artmağa  başlayır  və  qiymətlərin  artması  barədə  məlumat 
verir.  Beləliklə  də,  əməliyyat  həcmi  vasitəsilə  bazardakı 
səhmlərin qiymətləri müəyyən edilmiş olur. 
Buna  görə  də  qiymətli  kağızlar  bazarı  ilə  maraqlanan 
həvəskar  investor  qiymətlər  yüksəldiyi  zaman  səhm  alır, 
qiymət  düşüncə  səhm  satır.  Kiçik  investorlar  qiymətlər 
yüksəldiyi zaman bazara etibar etmir, qiymətlərin yüksəlməsi 
davam etməyə başlayanda o, qiymətlərin daha da artacağını 
düşünərək  səhmlərdən  özünün  etibar  etdiklərini  satın  alır. 
Əslində kiçik investor qiymətlərin ən yüksək olduğu zaman 
investisiya  qoyunca  qiymətlərin  tezliklə  düşə  biləcəyini 
fikirləşmir.  Qiymətlər  ən  aşağı  olduğu  zaman  o  səhmləri 
satışa  çıxarır.  Kiçik  investor  səhmlərini  satdığı  an,  peşəkar 
investorun  bu  səhmlərə  investisiya  qoyduqları  müşahidə 
olunur. 
Etibarlılıq  indeksi.  Etibarlılıq  indeksi  ABŞ-da  qiymətli 
kağızların  keyfiyyətini  əks  etdirən  göstəricidir  və  qiymətli 
kağızlar bazarı haqqında qənaətə gəlmək məqsədilə istifadə 
edilir. Etibarlılıq indeksi aşağıdakı kimi hesablanır: 
yüksək keyfiyyətli qiymətli kağızların mənfəəti 
etibarlılıq indeksi = ---------------------------------------------------------------------------------  
aşağı keyfiyyətli qiymətli kağızlarm mənfəəti 
Daha  çox  aşağı  və  orta  səviyyəli  qiymətli  kağızlardan 
əldə  edilən  mənfəət  yüksək  olduğuna  görə  bu  nisbət  1-dən 
aşağı  olur.  İqtisadi  göstəricilər  müsbət  olduğu  zaman 
investorların az keyfiyyətli qiymətli kağızlara tələbi çoxalır. 
Bu tələbin artması qiymətli kağızlarm mənfəətini azaldır və 
etibarlıhq  indeksi  1-ə  yaxınlaşır.  Əksinə  olduğu  zaman  isə 
etibarlılıq indeksinin aşağı düşdüyü müşahidə olunur. 
Etibarlılıq  indeksi  iqtisadi  göstəricilər  barədə  mühüm 
məlumat verir. 
156 


V BOLMƏ 
BEYNƏLXALQ VALYUTA-KREDİT 
MÜNASİBƏTLƏRİ 
5.1.
 
VALYUTA SİYASƏTİ 
Valyuta siyasəti - valyuta münasibətləri sahəsində dövlət 
tərəfindən  həyata  keçirilən  iqtisadi,  hüquqi  və  inzibati 
tədbirlər kompleksidir. 
Valyuta  münasibətləri  nisbi  müstəqilliyə  malik  olub, 
tədiyyə balansı, valyuta məzənnəsi, kredit və əməliyyat üzrə 
hesablaşmalar 
vasitəsilə 
həyata 
keçirilir. 
Valyuta 
münasibətləri 
ayrı-ayn 
Ölkələrin 
iqtisadi 
inkişaf 
səviyyələrinin  və  onlar  arasındakı  beynəlxalq  iqtisadi 
münasibətlərin təkmilləşməsində əsas rol oynayır. 
İqtisadiyyatın tənzimlənməsi sistemində valyuta siyasəti 
mühüm  yer  tutur.  Valyuta  siyasəti  pul  siyasətinin  mühüm 
tərkib  hissəsidir  və  onun  çoxtərəfli  məqsədlərinin  yerinə 
yetirilməsinə, yəni güclü iqtisadi inkişafın təmin edilməsinə, 
işsizlik və inflyasiyamn artmasının dayandırılmasına, tədiyə 
balansı  müvazinətinin  dəstəklənməsinə  yönəldilir.  Valyuta 
siyasəti  dövlətin  cari  və  strateji  məqsədlərinə  uyğun  olaraq 
ümumdünya  təsərrüfat  əlaqələri  sistemində  iqtisadiyyatın 
daxili  və  xarici  dinamik  müvazinətini  təmin  etmək, 
beynəlxalq  valyuta  və  digər  iqtisadi  münasibətləri  həyata 
keçirmək üçün tətbiq olunan əməliyyaların məcmusudur. 
Valyuta  siyasətinin  istiqaməti  və  formaları  ölkənin 
valyuta- iqtisadi vəziyyəti, dünya iqtisadiyyatı və beynəlxalq 
valyuta  sisteminin  təkamülü  ilə  müəyyən  edilir.  Valyuta 
siyasəti məqsəd və formasından asılı olaraq struktur və cari 
valyuta siyasətinə bölünür. 
157 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə