xaricində. E-puldan istifadə edən və ödəmələrdə E-pul ;əbul
edən qurumlara da çeşidli üstünlük saxlayır. Ä.yrıca gərəkli
düzənləmələrin aparılması təqribən, qurumların vergi, sığorta
və ya gömrük ödəmələri kimi qanuni öhdəliklərinin də yerinə
yetirilməsində rahatlıq yaradacaq və bu ödəmələrin
zamanında aparılmasını asanlaşdıracaqdır.
E- pulun ortaya çıxara biləcəyi risklər. E-pulun
istifadəsinin əsas üstünlükləri ilə bərabər riskləri də vardır.
İnkişaf etmiş ölkənin mütəxəssisləri tərəfindən hazırlanmış
hesabatda ölkə iqtisadiyyatı üçün ən əsas təhlükə pulun
istifadəsində vergidən yayınma hallarıdır. E-pul yolu ilə
vergidən yayınma təhlükəsi, E-pulun saxladığı əsas üstünlük
ödəmələrin üz-üzə olmadan apanimasıdır. E-pulun
istifadəçilərdə yaradacağı risklərdən biri də istifadə edilən
kompüter şəbəkələrinə qanunsuz yollarla müdaxilə
edilməsidir. Buna əlavə olaraq, sistemin elektrik enerjisinin
kəsməsi, xətt çatışmamazlığı və digər səbəbdən çalışmaması
və ya keçici olaraq çökməsi, E-pul olaraq əldə tutulan
miqdarların istifadə edilməməsinə, ödəmələrin istənildiyi
anda aparümamasma yol aça bilər. Bu risk indiki anda
istifadə edilən ödəmə alətlərində də görünür və daşıdıqlan bu
risk E-pul ilə qarşılaşdığında daha yüksəkdir. E-pulun ortaya
çıxaracağı bir başqa risk isə məxfiliklə bağlıdır.
Kredit kartından istifadə
etmənin üstünlükləri
aşağıdakılardır: yetərli qədər nağd pul daşımamaq, uyğun bir
mal və ya xidmətin satınalınması zamanı böyük miqdarda
pulun itirilmə və ya oğurlanma riskini ortadan qaldırır;
beynəlxalq köçərli kart sahibinin xaricə gedərkən valyuta
daşıma məcburiyyətinin olmaması, kartlardan nağd çəkmə
imkanı olması, təklif edilən bəzi xidmətlərdən aşağı
qiymətlərlə yararlanması və bunlara bənzər bir çox güzəşt və
imkanlardır.
27
II
BÖLMƏ
KREDİT VƏ FİNANS
XİDMƏTLƏRİ ALƏTLƏRİ
2.1. KREDİT
Kredit
-
bağlanmış müqaviləyə uyğun olaraq
qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması
hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə,
təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən
pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi
haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət,
borc qiymətli kağızlarının dis- kontla və ya faizlər alınmaqla
satın alınması və müqaviləyə əsasən hər hansı formada
verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər
hüquq da kredit anlayışına aiddir.
Kredit - pul ilə ödəmə vədinin dəyişdirilməsidir.
Kredit etimada və ya təminata söykənən bir
əməliyyatdır. Kredit qənaət edilən pulların bazara axmasına,
malların ən faydalı şəkildə istifadəsinə kömək edir.
Kredit əldəki pul ilə gələcəkdə ələ keçəcək pulun
mübadiləsidir. Kredit verən pul verib, ödəmə vədi almaqda,
kredit alan pul alıb ödəmə vədi verməkdədir. Pul sonsuz
likvid olduğuna, pul ilə istənilən mal və xidmət satın alına
bildiyinə görə, kredit, kredit verənin bu gün mal və xidmət
satınalmaqdan əl çəkərək gələcəkdə mal və xidmət
satınalmasını, kredit alanın gələcəkdə mal və xidmət
satınalmaqdan əl çəkərək bu gün mal və xidmət satınalmasını
mümkün edir.
28
Kredit gələcək gəlirlər hesabına xərcləmək imkanı
verməklə yanaşı, İqtisadiyyatda satınalma gücünün
artmasına, mübadilə həcminin genişlənməsinə səbəb olur.
2.2.
KREDİTİN ƏSAS
PRİNSİPLƏRİ
Kredit münasibətləri zamanı tərəflər müəyyən
prinsiplərə riayət etməlidirlər. Kreditin qaytarılmalı olması
onun mahiyyətindən irəli gəlir, yəni verilən vəsait geri
qaytarılmalı olmasa o, heç kredit adlanmazdı. Bir iqtisadi
kateqoriya kimi kredit əmtəə-pul münasibətlərinin digər
iqtisadi kateqoriyalarından bilavasitə bu xüsusiyyəti ilə
fərqlənir. Bazar münasibətləri şəraitində bu xüsusiyyət daha
kəskin xarakter daşıyır. Kreditin qaytarılmalı olması borc
alanda və borc verəndə ciddi maddi məsuliyyət aşılayır.
Qaytarılmalı məfhumu mücərrəd xarakter daşıdığından
kredİtləşmə prosesində bu məfhum daha dəqiqləşdirilir. Yəni
kredit müddətlilik prinsipi əsasında həyata keçirilir. Bu o
deməkdir ki, kredit konkret müəyyən olunmuş müddətlərdə
qaytarılmalıdır. Müddətlilik prinsipi onu tələb edir ki, borc
vəsaiti borc alanın dövriyyəsində müəyyən müddət iştirak
etməlidir və bu müddət başa çatdıqdan sonra o geri
qaytarılmalıdır.
Müddətlilik - yəni borcun əvvəlcədən müəyyən edilmiş
müddətdə geri qaytarılması - borcdan səmərəli istifadə
olunduğunu göstərir. Kreditin müəyyən olunmuş müddətdə
geri qaytanlmaması əsassız olaraq müəssisənin dövriyyəsində
borc vəsaitinin iştirakından xəbər verir və pul tədavülünə
mənfi təsir göstərir.
29
Bankların kommersiya prinsipləri əsasında fəaliyyət
göstərdiyi bir şəraitdə bu prinsipin əhəmiyyəti daha da artır.
Kreditin ödənilmə müddətləri tərəflər arasında bağlanan
müqavilədə əks olunur. Müddətlilik prinsipinə əməl etməyən
borc alanlara iqtisadi sanksiyalar tətbiq edilir - əsasən faiz
səviyyəsi yüksəldilir və gələcək kreditləşmədə borcalanın
intizamsızlığı nəzərə alınır.
Kreditin vacib prinsiplərindən biri onun faizli olmasıdır.
Bu o deməkdir ki, kredit nəinki müəyyən olunmuş müddətdə
tam qaytarılmalıdır. Həmçinin kreditdən istifadəyə görə faiz
ödənilməlidir.
Kreditin ödənicli olması-borcalanda kreditdən səmərəli
istifadə etmək məsuliyyəti aşılayır, onda daxili resursları
artırmaq marağı oyadır. O, kreditdən elə istifadə etməyə
çalışmalıdır ki, əldə etdiyi nəticə nəinki kreditin geri
qaytarılmasını, həmçinin kreditə ,görə faizlərin ödənilməsini
təmin etsin və özünə gəlir gətirsin.
Ödəndik kreditor üçün də xüsusi əhəmiyyət kəsb edir.
Kreditor ödənclilik əsasında öz müstəqilliyini və gəlirliliyini
təmin edir, resurslarını artırır.
Ödəncliliyin iqtisadi mahiyyəti ondadır ki, kreditdən
istifadə nəticəsində əldə edilən gəlir borcalan ilə kreditor
arasında bölüşdürülür.
Ssuda kapitalına görə əldə edilmiş illik gəlirin verilmiş
kreditin məbləğinə nisbəti kimi müəyyən edilən ssuda faizi
norması kredit resurslarının qiyməti kimi meydana çıxır.
Bank kreditinə görə faiz dərəcələri müəyyənləşdiri-
lərkən aşağıdakılar nəzərə alınmalıdır; faiz şəklində gəlir
gətirən kredit qoyuluşu və digər aktiv əməliyyatların həcmi;
bankın öz müştərilərinə depozit hesablara
30
Dostları ilə paylaş: |