Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

lər. Bu rejim ehtiyat pulun xarici valyutaya dəyişdirilməsinə 
əsaslanır. Bundan Honq-Konq, Estoniya, Argentina, Sinqapur 
istifadə edir. 
5.4.
 
VALYUTANIN FUNDAMENTAL 
TARAZLIQ MƏZƏNNƏSİNƏ TƏSİR 
EDƏN AMİLLƏR 
Valyutanın fundamental tarazlıq məzənnəsinə aşağıdakı 
amillər təsir edir: 
1.
 
Struktur amillər - uzun müddəti əhatə edir. Bura 
daxildir: 
-Ölkənin istehsal məhsullarının dünya bazarında rəqabət 
qabiliyyətliliyi; 
-Pul vahidinin alıcıhq qabiliyyəti və inflyasiya
-Ölkənin tədiyyə balansının vəziyyəti; 
-Müxtəlif ölkələrin faiz dərəcələrinin müxtəlif olma- sı; 
-Valyuta məzənnəsinin dövlət tərəfindən tənzimlənməsi
-Ölkə iqtisadiyyatmın açıq və ya qapalı olması (ticarət 
baxımından). 
2.
 
Konyuktur amillər - qısa müddəti əhatə edir. Bura 
bunlar daxildir: 
-Valyuta bazarının fəaliyyəti; 
"Spekulyativ (möhtəkir) valyuta əməliyyatları; 
-Böhranlar, müharibələr, təbii fəlakətlər
-Proqnoz (iqtisadi, siyasi); 
-Ölkədə və dünya bazannda işgüzar aktivliyin çe- 
viklikliyi. 
162 


5.5.
 
VALYUTA MƏZƏNNƏSİNƏ 
TƏSİR EDƏN AMİLLƏR 
Valyuta  məzənnəsinə  bir  sıra  amillər  təsir  göstərir.  Bu 
amillər aşağıdakılardır: 
1.
 
İnflyasiya  səviyyəsi.  İnflyasiyanın  artması  milli 
valyutanın  alıcılıq  qabiliyyətini  aşağı  salır.  Bu  da  öz 
növbəsində  milli  valyutanın  xarici  valyutalara  nisbətən 
məzənnəsinin aşağı düşməsinə səbəb olur. 
2.
 
Tədiyə  balansının  vəziyyəti.  Tədiyə  balansının  aktiv 
saldosu 
milli 
valyutanın 
məzənnəsinin 
möhkəmləndirilməsini  təmin  edir,  çünki  valyuta  bazarında 
ona tələb artır, xarici valyutanın təklifi isə genişlənir. Passiv 
saldo isə milli valyutanın ucuzlaşması ilə nəticələnir, çünki 
valyuta bazarında onun təklifi genişlənir, xarici valyutaya isə 
tələb artır. 
3.
 
Valyuta  siyasəti.  Valyuta  müdaxiləsi  vasitəsilə 
valyuta  bazarının  dövlət  tənzimlənməsi  də  milli  valyutanın 
məzənnəsinin  dinamikasına  təsir  edir.  Valyuta  müdaxiləsi 
xarici  valyutalar  üzrə  tələb  və  təklifi  tarazlaşdıraraq  milli 
valyutanın məzənnəsinin müəyyən səviyyədə saxlanılmasına 
imkan verir. 
4.
 
Milli  gəlirin  dinamikası.  Milli  gəlirin  yüksək  sürətlə 
artması əhalinin alıcılıq qabiliyyətini yaxşılaşdmr. Nəticədə 
həm  daxildə,  həm  də  xaricdə  istehsal  edilmiş  məhsul  və 
xidmətlərə  əhalinin  tələbi  yüksəlir.  Xarici  məhsul  və 
xidmətlərə  tələbin  artması  idxalın  genişlənməsinə  şərait 
yaradır. Ona görə də xarici valyutaya tələb artır və onun milli 
valyutaya nisbətən məzənnəsi yüksəlir, milli gəlirin azalması 
isə əks nəticələr verir. 
5.
 
Faiz dərəcələri arasında fərq. Məsələn, ölkənin finans 
bazarında dövlət kağızları üzrə faiz dərəcələrinin yüksəlməsi 
onu həm daxili, həm də xarici investorlar 
163 


üçün yüksək gəlirlik baxımından cazibədar edir. Bu səbəbdən 
ölkəyə  xarici  sərmayənin  axım  güclənir.  Lakin  dövlət 
qiymətli  kağızlarm  alınmasından  öncə  xarici  sərmayədarlar 
öz valyutalarını bu kağızların ifadə olunduğu milli valyutaya 
dəyişdirməlidirlər. Belə olduqda milli valyutaya tələb artır və 
o, xarici valyutalara nisbətən bahalaşır, əksinə, faiz dərəcələri 
aşağı  düşəndə  həm  daxih,  həm  də  xarici  sərmayədarlar  öz 
sərmayələrini 
ölkədən 
çıxararaq 
başqa 
ölkələrdə 
yerləşdirirlər. Milli  valyutada ifadə olunmuş bu  sərmayələr 
xaricə  çıxarılmamışdan  öncə  xarici  valyutalara  dəyişdirilir. 
Bu  da  öz  növbəsində  milh  valyutanın  xarici  valyutaylara 
nisbətən dəyərdən düşməsinə səbəb olur. 
6.
 
Spekulyativ  əməhyyatlar.  Siyasi  hadisələrin  iqtisadi 
siyasətə  təsir  edə  bilmək  ehtimalı  (məsələn,  milliləşdirmə 
təhlükəsi  və  s.)  spekulyativ  axınların  sürətlənməsinə  səbəb 
ola 
bilər. 
Belə 
hallarda 
spekulyativ 
xarakterli 
əməliyyatlardan  doğan  axınlar,  yəni  zəif  bir  valyutadan 
kütləvi surətdə sabit valyutaya qaçmaq valyuta məzənnəsinə 
çox ciddi təsir göstərir. 
Valyuta  bazarında  spekulyasiyalar  bank,  firma  və 
ayrı-ayrı  fiziki  şəxslərin  valyuta  bazarlarında  valyuta 
məzənnələrinin  dəyişəcəyini  ehtimal  edərək  və  əvvəlcədən 
düşünülmüş  şəkildə  valyuta  riskini  öz  üzərinə  götürərək 
gələcəkdə qazanc əldə etmək məqsədilə valyuta alqı-satqısı 
ilə  məşğul  olmalarıdır.  Valyuta  spekulyativ!  hər  hansı  bir 
valyutanın  vəziyyəti  haqqında  bütün  incəlikləri  öyrənib 
nəzərə alır. 
Spekulyasiyada  ən  mühüm  məsələ  bugünkü  spot 
məzənnələrin 
gələcək 
vəziyyətini 
düzgün 
proqnozlaşdırmaqdır.  Spekulyant  sabah  bazarda  spot 
məzənnənin  yüksələcəyi ehtimal olunan valyutanı satın alır 
və əksinə azalacağı ehtimal olunan valyutanı isə satır. Şübhə 
164 


siz,  nıöhtəkirlərin  ehtimalları  fərdidir  və  ona  görə  də 
bir-birindən fərqlənir. Onların ehtimalları fərqli olduğu üçün 
hərəkət tərzləri də müxtəlifdir. 
Möhtəkirlik müddətli valyuta əməliyyatları ilə əlaqədar, 
xüsusən geniş yayılmışdır. 
Valyuta  spekulyasiyasmın  nəticəsi  gələcək  valyuta 
məzənnəsinin  düzgün  proqnozlaşdınlmasından  asılı  olduğu 
üçün, o mənfəət də, zərər də gətirə bilər, hətta firmanı müflis 
də edə bilər. Bütün bunlar isə valyuta məzənnəsinə ciddi təsir 
göstərir. 
Valyuta  məzənnəsinin  formalaşmasına  bir  sıra  amillər 
təsir göstərdiyi kimi, valyuta məzənnəsinin səviy- yəsindəki 
dəyişikliyin  özü  də  bİr  sıra  amillərə  təsir  göstərir,  o 
cümlədən: 
1)
 
ölkənin xarici ticarətinə; 
2)
 
milli  əmtəələrin  rəqabət  qabiliyyətinə  (dünya 
bazarında); 
3)
 
kapital axınına; 
4)
 
pul dövriyyəsinə
5)
 
ümumiyyətlə  bütün  təkrar  istehsal  prosesinə  təsir 
edir. 
5.6.
 
VALYUTA MƏZƏNNƏSİNDƏ 
DƏYİŞİKLİKLƏRİN İQTİSADİYYATA TƏSİRİ 
Valyuta  məzənnəsinin  aşağı  düşməsi  onu  göstərir  ki, 
xarici  valyutaya  çevrilərkən  müəyyən  məbləğ  milli  valyuta 
indi əvvəlkinə nisbətən az miqdar xarici valyutanı ifadə edir 
və əksinə, hər vahid xarici valyutaya daha çox yerli valyuta 
əldə  etmək  olar.  Bu  halda  xarici  ixracatçı  öz  valyutasında 
əvvəlki məbləği əldə etmək üçün bu ölkə valyutası ilə ixracın 
qiymətini  artırmağa  məcbur  olur.  Bu,  ixraca  gedən  malın 
bütün  istehsal  xərclərinin  ödənilməsi  və  müəyyən  mənfəət 
əldə edil 
165 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə