İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   2   3   4   5   6   7   8   9   ...   30

12

FEVRAL. 2012. № 12



www.uluturk.info

Qafqaza kütləvi erməni köçləri Gürcüstan arxivlərində 



Yuxarıda qeyd olunanlardan aydın görünür ki, 

nestorianların  iranlılara  qarşı  sizin  rəhbər-

liyiniz və ya mənim atam, yaxud da ki, mənim

tərəfimdən silahlandırılması Rusiya və Türkiyə

imperiyaları  arasında  sülhün  pozulması  kimi

qiymətləndirilə bilməz...”

Məktubda, daha sonra Anton Qrikur oğlunun

nestorianların  hamısının  Rusiya  təəbəliyini

götürərək İrana qarşı savaşda Rusiyanın yanında

yer almağa hazır olduqlarını söylədiyi də ifadə ol-

unur.  


Qafqazda miqrasiya prosesləri ilə bağlı GMTA-

da  saxlanılan  materiallar  içərisində  daha  çox

diqqətimizi cəlb edən 1105-ci fondda 55 saylı iş

adı  altında  saxlanılan  “Qarabağa  və  digər



sərhədyanı  əyalətlərə  erməni  mühacirlərinin

köçürülməsi” (О переселении из Персии в Ка-

рабаг (Karabax yox, Karabaq! – F.V.) и прочие

провинции армян, пограничных выходцев»)

başlıqlı rəsmi sənədlər toplusu  oldu (Xüsusilə

qeyd etmək istərdik ki, bu arxiv sənədinin qey-

diyyat-istifadə vərəqəsindən onunla yalnız erməni

tədqiqatçılarının (V. Parsamyan, L. Xaçatryan, M.

Darbinyan, L. Melikset-Bek) tanış olduğu bəlli

olur). Bu sənəddən aydın olur ki, İran tabeliyində,

Urmiyə gölü hövzəsində yaşayan ermənilər və

yunanlar Qafqaz canişini knyaz general-adyutant

İ.  Paskeviçə  ünvanladıqları  müraciətlərində

Rusiya  İmperiyasının  hüdudları  daxilinə

köçürülmələrini  xahiş  edirlər.  Müraciətdə

köçürülmək  istəyənlərin  15  min  ailədən  ibarət

olduğu göstərilir. Eyni zamanda onu da qeyd edək

ki,  sənəddən  ümumilikdə  Urmiyə  bölgəsində

yunan və ermənilərin 145 kənddə yaşadığı və bu

kəndlərin əhalisinin 2/3-sinin yunanlardan və 1/3-

nin ermənilərdən ibarət olduğu bəlli olur.

Müraciətlə  bağlı  Paskeviç  Şəki,  Şirvan  və

Qarabağ bölgələrinin idarəçisi polkovnik knyaz

Abxazova  məktub  yazaraq  konkret  təlimatlar

verir. 27 dekabr 1827-ci il tarixli, 528 saylı bu

məktubunda o, köçmək istəyənlərdən Şəki, Şir-

van  və  Qarabağ  vilayətlərinin  hərəsinə  2  min

ailədən  az  olmamaq  şərtilə  neçə  ailənin    yer-

ləşdirilməsi mümkünlüyü ilə bağlı siyahılar hazır-

lamağı tapşırır. 

Abxazov tərəfindən Paskeviçə ünvanlanmış 9

fevral 1828-ci il tarixli cavab raportunda verilən

tapşırığı yerinə yetirmək üçün qeyd olunan vi-

layətlərdəki mahallarda naib vəzifəsini icra edən

“tatar”ların (Azərbaycan Türklərinin), xüsusən

də Qarabağın “tatar” naiblərinin köməyinə bel

bağlamağın boş və mənasız olduğu bildirilir və

köçkünlərin  hansı  şərtlər  əsasında  məskun-

laşdırılacağı,  onlara  güzəştlər  verilib-verilmə -

yəcəyi  barədə  dəqiq  məlumat  verilməsi  xahiş

olunur. 

Daha  sonra  Abxazov  Paskeviçə  onun  tapşı -

rığına uyğun olaraq tərtib etdiyi siyahını göndərir.

Bu siyahıda 



Şirvan vilayətinə - 2860 ailə,

Şəki vilayətinə - 400 ailə, 

Qarabağ vilayətinə isə - 10870 ailə

nin köçürülməsinin mümkünlüyü qeyd olunur.

Qarabağ vilayətinin mahallarının ayrı-ayrılıqda

aran və dağlıq hissələrinə neçə erməni ailəsinin

köçürülməsi mümkünlüyü ilə bağlı  siyahıda əks

olunmuş məlumatı özəl olaraq cədvəl şəklində

təqdim edirik.




13

FEVRAL. 2012. № 12



www.uluturk.info

Dr. Fəxri Valehoğlu 

Cədvəldən  göründüyü  kimi  rus  məmurları

tərəfindən Qarabağ vilayətinin dağlıq ərazilərinə

7825,  aran  ərazisinə  isə  3045  erməni  ailəsinin

köçürülməsinin  mümkün  olduğu  müəyyən  ol-

unur.

Qeyd  edək  ki,  bu  arxiv  bəlgəsinin  27-ci



vərəqində Quba vilayətində hansı sahələrə və nə

qədər  erməninin  yerləşdirilməsi  mümkünlüyü

barədə siyahı da əks olunmuşdur.

Paskeviç  27  fevral  1828-ci  il  tarixində  Təb -

rizdən Abxazova yazdığı 285 saylı məktubunda

İrəvan və Naxçıvan vilayətlərinə 18 minə qədər

ailənin  yerləşdirilməsi  üçün  kifayət  qədər  tor-

pağın olduğunu, ancaq ermənilərin bir hissəsinin

qəti və qərarlı şəkildə Qarabağa məskunlaşmaq

istədiklərini  ifadə  edir.  O,  Qarabağda  yalnız

dövlətə məxsus torpaqlarda 8600-dən çox ailənin

yerləşdirilməsinə imkan olduğu üçün ermənilərin

bu tələblərinə yox deməməyi lazım bildiyini də

vurğulayır.

Yuxarıda təqdim edilən məxfi yazışmalardan və

10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay

müqaviləsindən sonra, yəni ki, Araz çayının  şi-

malına ermənilərin köçürülməsi üçün tam zəmin

yaradıldıqdan sonra Paskeviç Qarabağa köçmək

istəyində olan İran təəbəli ermənilərin Ucan və

Türkmənçay məntəqələri  arasında yerləşən və

cəmi 150-160 ailənin yaşadığı Üzümçü, Qaraqov-

man, Quşçu və Həsənabad adlı erməni kəndlərinə

toplaşmasını əmr edir, onların köçməsinə yardım

göstərmək üçün isə 41-ci Yeger alayının erməni

əsilli mayoru Melikovu bu kəndlərə ezam edir.

Beləliklə, Güney Azərbaycanda dağınıq, səpələn-

miş halda yaşayan ermənilərin Şimali Azərbay-

cana – Qarabağa, İrəvan və Naxçıvan bölgələrinə

Türk-müsəlman mülkədarlara məxsus torpaqlara

kompakt  şəkildə  məskunlaşdırılması  prosesinə

start verilir. 

Arxiv sənədlərindən köç proseslərinə nəzarətin

birbaşa rus ordusunun milliyyətcə erməni olan

zabitlərinə  həvalə  olunduğu  məlum  olur.

Məsələn,  İrəvan  komendantı  vəzifələrini  icra

edən  podpolkovnik  knyaz  Arqutinskiy-Dolqo -

rukovun Paskeviçə raportundan bəlli olur ki, Səl-

masdan  ermənilərin  köçürülməsi  ilə  bağlı  ilk

başda poruçik Melik-Yusupov və praporşik Şah-

nazarov məşğul olub, titulyar müşavir  Yeni ko-

lopov isə general-mayor Pankratyevin razılığı ilə

xristian köçkünlər və yerli müsəlmanlar arasında

mübahisəli  məsələlərin  aydınlaşdırılması  ilə

məşğul olurdu. 

Saray  müşaviri  Usimoviç  Paskeviçə  ünvan-

ladığı məktubunda (29.02.1828-ci il) xristianların

köçü ilə bağlı 15 maddədən ibarət olan göstəriş

verir. Onlardan  4-ü aşağıdakılardır:

1) Köç prosesinə nəzarət etmək üçün Xristian

Köçkünlər Komitəsi yaradılsın;

2) Köçkünlərin yerləşdiriləcəyi ərazilərdə xris-

tianlardan ibarət ayrıca dairə (okruq) və mahallar

yaradılsın. Çalışılsın ki, xristianlar müsəlmanlarla

qarışıq yaşamasınlar. Bunun üçün bəzi müsəlman,

eləcə də xristian kəndlərinin onların dindaşlarının

daha sıx yaşadığı bölgələrə köçürülməsi məsələs-

inə baxılsın;

3) Köçkünlərin yerləşdirilməsi üçün yaşamağa

əlverişli, həyat üçün sağlam və suyu bol olan tor-

paqlar seçilsin;

4) Köçkünlərə güzəştlər və imtiyazlar verilsin.  

Yuxarıdakı göstərişlərə əməl olunur. Xristian-

ların  Köçkünlər  Komitəsi  və  bu  komitənin




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə