4
FEVRAL. 2012. № 12
www.uluturk.info
İ Ç İ N D Ə K İ L Ə R
Əli ŞAMİL
Aldanmışların ömrü intiharla bitir (Çuvaş şairi Mişşi Sespel kimi)
..........................................................
34
Mişşi Sespel açıq-aşkar anlayır ki, Rusiyanın müstəmləkə siyasəti yeni formada davam etdirilir. Xalqının
vətənsevər və cəsur övladlarının məhv edilməsinə dözmür. “Bu haqsızlığı durdurun!” demək istəyir, amma
ona imkan vermirlər. Özünü həbsə atırlar. Üç aylıq həbsdən sonra dostlarının yardımıyla qurtula bilir.
Şəbnəm XEYRULLA
Mənim “düşmən” oyuncağım (birpərdəli mono pyes)................................................................................................
38
Elə bilirsiniz, ancaq böyüklərin köçü olur? Bu cür düşünürsünüzsə, səhviniz var. Onda mənim səkkiz yaşım
var idi. Çətin günlər olduğunu başa düşür, hamının ciddi-cəhdlə köçə hazırlaşdığını görürdüm. Mən də öz balaca
məktəb çantama kitablarımı, rəngli karandaşlarımı, babamın köməkliyi ilə topladığım kəpənək kolleksiyasını
və bir də sevimli oyuncağımı yığmışdım.
Dr. Aqil EYVAZOV
Sağlam insan və cəmiyyət üçün halal gəlirin əhəmiyyəti
. .........................................................................
41
Müsəlman işləmədən, başqalarının hesabına və qeyri- qanuni, haram yollardan qazanc əldə etməkdən mütləq
çəkinməli; qazancının haradan, necə gəldiyinə diqqət yetirməlidir. Çünki haram hərəkətlərdən biri işlənildikcə,
digərinə qapı açılır və haramlar normal qarşılanmağa başlayır.
Mətanət ŞƏKİXANOVA
Türk məfkurə tarixinin işıqlı siması Musa Cərulla Biqiev və onun əsərləri haqqında ............................................
43
“Siz ey Türk İnqilabçı Dövləti! Şərq xalqlarına söykənərək və İslam siyasətini əldə rəhbər tutaraq, bütün
müsəlman dünyasını dünya mədəniyyətinə özünə məxsusluqla aparın! Bunu insanlığın ləyaqətini, azadlığını və
hüquqlarını təmin edən İslam qanunlarını əldə rəhbər tutaraq ədalətli Türk ordularının vasitəsi ilə edin.”
Taleh CƏFƏROV
XX əsrin 50-60-cı illərində erməni disporasının antitürk fəaliyyəti ( ı yazı) ............................................................
48
Qeyd etmək lazımdır ki, 1923-cü il Lozanna müqaviləsi ilə iflasa uğramış “erməni məsələsi” 60-cı illərdən
başlayaraq yenidən gündəmə gətirildi. “Erməni məsələsi”nin bəhs olunan dövrdə gündəmə gətirilməsi heç də
səbəbsiz deyildi. Belə ki, II dünya müharibəsindən sonra dağıdılmış, viran edilmiş Avropanın yenidən qurulması
və inkişaf etdirilməsi məsələsi ön plana keçdi.
Zaur ƏLİYEV
Qafqaz diasporları arasında əməkdaşlıq
................................................................................................
53
2002-ci ildən etibarən Qafqaz kökənli topluluqlar ilk sırada özlərinin malik olduqları mədəni və ictimai
mərkəzlərini yaratmağa, bununla da beynəlxalq aləmin hüquq normaları çərçivəsində mənsub olduqları tarixi
regionun problemlərinin üstün səviyyədə həlli istiqamətində hərəkətə keçiblər. Faktik olaraq, bu ictimai qurumları
təmsil edənlər arasında azərbaycanlılar, gürcülər, çeçenlər və inquşlar daha aktiv görünürlər.
Dr. İradə ZƏRQAN
İmam Qəzalinin “böyük cihadı” ....................................................................................................................................56
Cihad – təmiz niyyətə, ali məqsədə, real elmi-əməli nəticəyə yönəlmiş fədakar fəaliyyətdir. Bu amilləri nəzərə
almadan, hər hansı kortəbii müqaviməti, terroru, yaxud müharibəni cihad adlandırmaq üçün düşünmək lazımdır.
Dr. Qəmbər CƏFƏROV
Qalaqapı nədir?
................................................................................................................................
60
Bu oyunda həddindən artıq israfçıl və həddindən çox acgöz, təcavüzkarlığa bənzər fəal və ya fəaliyyətsizliyə
oxşar ehtiyatlı, çox xəyalpərəst və təxəyyüldən məhrum olan insanlar uduzur. Qalaqapı oyunçuya ən müxtəlif,
hətta xoşagəlməz vəziyyətlərdə də təmkinli və dözümlü olmağı aşılayır. Söz yox ki, bu cür xassələr insana gündəlik
həyatında da gərəkdir.
5
FEVRAL. 2012. № 12
www.uluturk.info
“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı
bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli
olduq. Mən ölülərin üstündən getmək istəmədim.
Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi
ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qızın meyi-
dinin sinəsinə basıb addımlamağa başladım. Mənim
ayaqlarım və şalvarım qan içində idi və beləcə 1200
meyidin üstündən keçdim”.
Bu iyrənc, heyvana xas sözlərin müəllifi
özlərini məzlum kimi aparıb yalançı soyqırım id-
diaları ilə az qala dünyanı barmağına sarıyan bir
toplumun
(millət
sözünü
çirkləndirmək
istəmədim-red.) cinayəti seyr edib bundan zövq
alan yazıçı-jurnalisti David Xerdiyana məxsus-
dur. Hazırda Livanda məskunlaşan David
Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türk-
lərinin başına gətirdikləri müsibətləri
“Xaç
uğrunda”
kitabında fəxrlə xatırlayaraq daha
sonra yazır:
“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri
yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq
monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı
hissələrlə Xocalının 1 kilometrliyində yandırdı.
Axırıncı yük maşınında mən başından və qollarından
yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm.
Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs
alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq,
o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın
gözlərini heç vaxt yaddan çıxarmayacam. Sonra
Tiqranyan familyalı bir əsgər onun qulaqlarından
tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içəris-
inə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan
ağlamaq və imdad səsləri gəlirdi””.
Xocalı ərazisi ən qədim memarlıq və ilk
mədəniyyət abidələri ilə zəngindir. Memarlıq
abidələrindən türbə (XIV əsr), dairəvi türbə
(1356-1357-ci illər), ətafında son tunc və ilk
dəmir dövrünə aid nekropol, kurqan çölü və s.
var.
XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqan-
lardan ibarət olan Xocalı qəbristanlığı - son tunc
və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arx-
eoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar,
silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-
təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta
və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək
alətləri aşkar edilib. Burada çoxlu sayda “Qoç və
yəhər” şəkilli qəbir daşları və s. var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında
Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə
aid “Əsgəran qalası” mövcuddur. Qalanı
Qarabağ xanı Pənahəli xan tikdirib. Qala iki is-
tehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ik-
iqat daş divarlardan ibarətdir. Sol sahildəki qala
dördkünc bürclüdür. Divarların qalınlığı 2-3
metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh
danışıqları “Əsgəran qalası”nda aparılıb.
Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristan-
lıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər,
“kilsəli” deyilən yerdə Alban kilsəsi, qəbirlər,
800 il əvvələ təsadüf edilən müsəlman qəbristan-
lığının qalıqları, Alban pir-ocaqları və s. var.
Ermənistanın işğalı nəticəsində Xocalı ray-
onunun tarixi, mədəni, dini abidələri, şəhər və
kəndləri, iqtisadi bazaları və s. dağıdılıb. Xocalı
şəhərinin ən qədim tarixi abidələri, qəbristan-
lıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və
Meşəli kəndlərindəki qəbristanlıqlar, dini
abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və
s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi,
31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20
təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5
rabitə obyekti və s. darmadağın edilib.
Erməni cəlladları Sumqayıtda törətdikləri qətil-
Xocalı fəryadı
Arzu Şirinova*
"Xalq Cəbhəsi" qəzetinin redaktoru