6
FEVRAL. 2012. № 12
www.uluturk.info
Arzu Şirinova
lərin dördüncü ildönümündə Xocalı soyqırımını
həyata keçiriblər. Hələ 1991-ci ilin oktyabrında
Xocalı ilə avtomobil əlaqəsi demək olar ki,
kəsilib. Həmin vaxtdan etibarən şəhərlə əlaqə,
ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-
ci il yanvarın 2-də isə şəhərdə elektrik xətti də
kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci
il fevralın 13-də ərzaq və yanacaqla yüklənmiş
hərbi vertolyot gedib. Elə həmin gündən şəhər er-
məni hücumu təhlükəsi ilə üz-üzə qalıb. Xocalılar
da artıq başa düşürlər ki, yaxın günlərdə er-
mənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-
də əsir götürülmüş erməni döyüşçüsü xocalıların
gümanlarını təsdiqləyir. Bundan sonra şəhər rəh-
bərliyi kömək üçün Bakıya, Ağdama müraciət
edir. Ancaq olunan müraciətlər cavabsız qalır.
1992-ci il fevralın 25-də axşama yaxın Xocalıdan
çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə
götürülür. Gecə saat 23:00-da 366-cı motoatıcı
alayın zirehli texnikaları, onların arxasınca isə er-
məni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xo-
calı şəhərinə hücuma keçirlər. Bu hücumun
qarşısını almaq 160 nəfər döyüşçü üçün
(özünümüdafiə qüvvələriylə, xüsusi təyinatlı
milis dəstəsiləri-red.) çətin olsa da, onlar həyatları
bahasına şəhər əhalisinin Xocalını tərk etməsinə
imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin
böyük əksəriyyəti şəhid olub. Həmin gecə Qar-
qarın buz kimi suyundan keçib Kətik və Naxçı-
vanikə yol alan xocalıları deməyəsən qarşıda
faciə gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə XX əsrin ən böyük
faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə günah-
sız insanlar qanlarına qəltan edilib. Körpəyə, qo-
caya, qadına aman vermədən qəddarlıqla
öldürüblər. Həmin gecə erməni cəlladları
Xankəndində yerləşən 366-cı alayın köməkliyilə
Xocalıya soxulub, şəhəri yandırıblar. Kərkica-
hanın, Malıbəylinin, Meşbəylinin ardınca tarixdə
Xocalı soyqırımını yaşadıq. Ancaq həmin vaxt
hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-
3 nəfərin öldüyü haqqında məlumatın getməsi
üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX
əsrin ən böyük faciəsi idi. Bunu bütün dünyadan
gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın
26-da qocaların, qadınların, körpə uşaqların
meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb.
Girov götürülənlərin başına iyrənc oyunlar açılıb,
onların başları erməni qəbirləri üzərində qurban-
lıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi
soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-
deşik olunub. Bütün bunlardan ürəyi soyumayan
ermənilər ən alçaq hərəkətlərə belə əl ataraq
vəhşicəsinə öldürdükləri körpənin, qocanın
meyidlərini insanlığa yaraşmayan surətdə təhqir
ediblər. Şahidlərin söylədikləri faktlara əsasən,
qətlə yetirilən azərbaycanlılar çox da dərin ol-
mayan xəndəklərə atılıb, onların üstü tor-
paqlanıb. Gecələr bu xəndəklərin həndəvərində
itlərin hürüşməsindən, çaqqalların ulaşmasından
az qala qulaq tutulub. Hər yerdən insan
cəsədlərinin kəsif iyi gəlib.
Qaradağlı sakini, hadisələrin şahidi İlqar
Əliyevin açıqlaması:
“Ermənilər Qaradağlını
tutandan sonra əsir və girov götürdükləri kənd
sakinlərindən 33 nəfərini öldürdülər. Öldürdük-
ləri qadın və uşaqların cəsədlərini kənd yaxın-
lığındakı Bəylik bağı adlanan yerdə “silos”
quyusuna töküb, üzərini torpaqladılar.”
İlqar Əliyev daha sonra deyir:
“Mənimlə
birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov
götürülmüşdü. Yolda dəhşətli işgəncələrə
qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını
toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi
əvvəlcə Lingin kəndinə gətirdilər. Orada 33
nəfəri, Malıbəylidə isə 12 nəfəri gizlədirdilər.
Malıbəylidə hamını maşınlardan töküb, piyada
Xankəndinə qədər apardılar. Yol boyu er-
mənilərin təhqirləri ilə qarşılaşırdıq”.
İlqar Əliyev Xankəndində yerləşən həb-
sxanada 8 Qaradağlı sakininin acından
öldüyünü də vurğulayır:
“Ermənilər fevralın 26-da Xocalını işğal
Xocalı fəryadı
7
FEVRAL. 2012. № 12
www.uluturk.info
edəndə Xankəndində həbsxanada idim. Həmin
gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya
gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakin-
ləridir və bu şəhər də işğal olunub. Səhərisi gün
gözümün qabağında 60-a yaxın Xocalı sakininin
başını kəsdilər. Onların arasında uşaq və qadın-
lar da vardı”.
Qaradağlı sakini Oruc Əliyev də kənd
işğal olunduqdan sonra şahidi olduğu
işgəncə və qətliamlar haqda danışır:
“Məni fevralın 17-də əsir götürdülər. Yolda qo-
humlarımın yarısını öldürdülər. Xankəndindəki
həbsxanada isə dişlərimi zorla çəkdilər. Həmin il
martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə
dəyişdirildim.
Beynəlxalq
Qırmızı
Xaç
Komitəsinin nümayəndələri həmin gün bir dəfə
də olsun xəstəxanaya gəlmədilər. Ermənilər
sağlam azərbaycanlı əsir və girovların daxili
orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım
ermənilər mənə deyirdi”.
Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid
olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə
məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə
hər iki valideynini itirib. 1000 nəfər Xocalı sakini
əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də
məlum deyil.
Məlumat üçün bildirək ki, Xocalının işğalı
planı bir həftə öncə, fevralın 20-də hazırlanıb.
Belə ki, hadisədən bir müddət əvvəl Paris yaxın-
lıında gizli təlim düşərgəsi yaratmış “Asala” er-
məni terrorçu təşkilatının 26 nəfərlik dəstəsi
mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə
gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı
altında vuruşan, əslində isə “Asala” terror təşki-
latının Xankəndində İllarion Alahverdiyanın
başçılığı ilə yaradılan dəstənin üzvləri 366-cı
alayın içərisində öz dayaqlarını yaradaraq
polkovnik Y. Zarviqarova 36 min dollar rüşvət
veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri
Boris Budeykinə çatdıqda o, Zarviqarovun
hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə
qovulmasını tələb edib.
366-cı alayın hərbi əməliyyatlar zamanı er-
mənilərin tərəfinə keçib azərbaycanlıları qətlə
yetirməsi, hərbi texnika və sursatı ermənilərə ver-
məsi, əslində siyasi bir məsələdir. Xocalı hadis-
əsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid
sənədlərin bir qismi 1992-ci il martın 1-də Za-
qafqaziya Hərbi Dairəsinin aviasiya komandiri,
general-mayor S. Lukaşovun əmri ilə yandırılıb.
Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıt-
maq istəyirəm. Biz bir millət olaraq Xocalı və
digər faciələrimizi dünyaya yaxşı çatdıra
bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər
Azərbaycanla şərtlər irəli sürməklə danışırlar.
Ancaq vaxtında Xocalı soyqırımının dünya
dövlətlərinin parlamentlərində müzakirəsinə nail
olsaydıq təbii ki, hadisələr başqa istiqamətdə
cərəyan edəcəkdi. Səhvlərimizdən nəticə çıxar-
mağın zamanı çoxdan keçsə də, bu istiqamətdə
planlı işlər görülməlidir. Yəni, hər bir faciəmizin
ildönümünü xatırlamaqla işimizi bitmiş hesab et-
məməliyik.