İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   2   3   4   5   6   7   8   9   ...   30

6

FEVRAL. 2012. № 12



www.uluturk.info

Arzu Şirinova

lərin dördüncü ildönümündə Xocalı soyqırımını

həyata keçiriblər. Hələ 1991-ci ilin oktyabrında

Xocalı  ilə  avtomobil  əlaqəsi  demək  olar  ki,

kəsilib.  Həmin  vaxtdan  etibarən  şəhərlə  əlaqə,

ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-

ci il yanvarın 2-də isə şəhərdə elektrik xətti də

kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci

il fevralın 13-də ərzaq və yanacaqla yüklənmiş

hərbi vertolyot gedib. Elə həmin gündən şəhər er-

məni hücumu təhlükəsi ilə üz-üzə qalıb. Xocalılar

da  artıq  başa  düşürlər  ki,  yaxın  günlərdə  er-

mənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-

də əsir götürülmüş erməni döyüşçüsü xocalıların

gümanlarını təsdiqləyir. Bundan sonra şəhər rəh-

bərliyi  kömək  üçün  Bakıya, Ağdama  müraciət

edir. Ancaq  olunan  müraciətlər  cavabsız  qalır.

1992-ci il fevralın 25-də  axşama yaxın Xocalıdan

çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə

götürülür. Gecə saat 23:00-da 366-cı  motoatıcı

alayın zirehli texnikaları, onların arxasınca isə er-

məni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xo-

calı  şəhərinə  hücuma  keçirlər.  Bu  hücumun

qarşısını  almaq  160  nəfər  döyüşçü  üçün

(özünümüdafiə  qüvvələriylə,  xüsusi  təyinatlı

milis dəstəsiləri-red.) çətin olsa da, onlar həyatları

bahasına  şəhər əhalisinin Xocalını tərk etməsinə

imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin

böyük əksəriyyəti şəhid olub. Həmin gecə Qar-

qarın buz kimi suyundan keçib Kətik və Naxçı-

vanikə  yol  alan  xocalıları  deməyəsən  qarşıda

faciə  gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın

25-dən  26-na  keçən  gecə  XX  əsrin  ən  böyük

faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə günah-

sız insanlar qanlarına qəltan edilib. Körpəyə, qo-

caya,  qadına  aman  vermədən  qəddarlıqla

öldürüblər.  Həmin  gecə  erməni  cəlladları

Xankəndində yerləşən 366-cı alayın köməkliyilə

Xocalıya  soxulub,  şəhəri  yandırıblar.  Kərkica-

hanın, Malıbəylinin, Meşbəylinin ardınca tarixdə

Xocalı soyqırımını yaşadıq. Ancaq həmin vaxt

hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-

3  nəfərin  öldüyü  haqqında  məlumatın  getməsi

üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX

əsrin ən böyük faciəsi idi. Bunu bütün dünyadan

gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın

26-da  qocaların,  qadınların,  körpə  uşaqların

meyidləri  dərələrdə,  meşələrdə,  dağlarda  qalıb.

Girov  götürülənlərin başına iyrənc oyunlar açılıb,

onların  başları erməni qəbirləri üzərində qurban-

lıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi

soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-

deşik olunub. Bütün bunlardan ürəyi soyumayan

ermənilər  ən  alçaq  hərəkətlərə  belə  əl  ataraq

vəhşicəsinə  öldürdükləri  körpənin,  qocanın

meyidlərini insanlığa yaraşmayan surətdə təhqir

ediblər.  Şahidlərin söylədikləri faktlara əsasən,

qətlə yetirilən azərbaycanlılar çox da dərin ol-

mayan  xəndəklərə  atılıb,      onların  üstü  tor-

paqlanıb. Gecələr bu xəndəklərin həndəvərində

itlərin hürüşməsindən, çaqqalların  ulaşmasından

az  qala  qulaq  tutulub.  Hər  yerdən  insan

cəsədlərinin kəsif iyi gəlib. 



Qaradağlı sakini, hadisələrin şahidi İlqar

Əliyevin açıqlaması:

“Ermənilər Qaradağlını

tutandan sonra əsir və girov götürdükləri kənd

sakinlərindən 33 nəfərini öldürdülər. Öldürdük-

ləri qadın və uşaqların cəsədlərini kənd yaxın-

lığındakı  Bəylik  bağı  adlanan  yerdə  “silos”

quyusuna töküb, üzərini torpaqladılar.”

İlqar Əliyev daha sonra deyir:

“Mənimlə

birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov

götürülmüşdü.  Yolda  dəhşətli  işgəncələrə

qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını

toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi

əvvəlcə    Lingin  kəndinə  gətirdilər.  Orada  33

nəfəri,  Malıbəylidə  isə  12  nəfəri  gizlədirdilər.

Malıbəylidə hamını maşınlardan töküb, piyada

Xankəndinə  qədər  apardılar.  Yol  boyu  er-

mənilərin təhqirləri ilə qarşılaşırdıq”.

İlqar Əliyev Xankəndində yerləşən həb-

sxanada  8  Qaradağlı  sakininin  acından

öldüyünü də vurğulayır:

“Ermənilər  fevralın  26-da  Xocalını  işğal


Xocalı fəryadı

7

FEVRAL. 2012. № 12



www.uluturk.info

edəndə  Xankəndində  həbsxanada  idim.  Həmin

gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya

gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakin-

ləridir və bu şəhər də işğal olunub. Səhərisi gün

gözümün qabağında 60-a yaxın Xocalı sakininin

başını kəsdilər. Onların arasında uşaq və qadın-

lar da vardı”.

Qaradağlı  sakini  Oruc  Əliyev  də  kənd

işğal  olunduqdan  sonra  şahidi  olduğu

işgəncə və qətliamlar haqda danışır:

“Məni fevralın 17-də əsir götürdülər. Yolda qo-

humlarımın yarısını öldürdülər. Xankəndindəki

həbsxanada isə dişlərimi zorla çəkdilər. Həmin il

martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə

dəyişdirildim. 

Beynəlxalq 

Qırmızı 

Xaç

Komitəsinin nümayəndələri həmin gün bir dəfə

də  olsun  xəstəxanaya  gəlmədilər.  Ermənilər

sağlam  azərbaycanlı  əsir  və  girovların  daxili

orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım

ermənilər mənə deyirdi”.

Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid

olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə

məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə

hər iki valideynini itirib. 1000 nəfər Xocalı sakini

əlil  və  şikəst  olub,  150  nəfərin  taleyi  hələ  də

məlum deyil. 

Məlumat  üçün  bildirək  ki,  Xocalının  işğalı

planı bir həftə öncə, fevralın 20-də hazırlanıb.

Belə ki, hadisədən bir müddət əvvəl Paris yaxın-

lıında gizli təlim düşərgəsi  yaratmış “Asala” er-

məni  terrorçu  təşkilatının  26  nəfərlik  dəstəsi

mayor Aşin Simonyanın başçılığı ilə  Xankəndinə

gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı

altında vuruşan, əslində isə “Asala” terror təşki-

latının    Xankəndində  İllarion  Alahverdiyanın

başçılığı  ilə    yaradılan  dəstənin  üzvləri  366-cı

alayın  içərisində  öz  dayaqlarını  yaradaraq

polkovnik Y. Zarviqarova 36 min dollar rüşvət

veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri

Boris  Budeykinə  çatdıqda  o,  Zarviqarovun

hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə

qovulmasını tələb edib.

366-cı  alayın  hərbi  əməliyyatlar  zamanı  er-

mənilərin  tərəfinə keçib azərbaycanlıları qətlə

yetirməsi, hərbi texnika və sursatı ermənilərə ver-

məsi, əslində siyasi bir məsələdir. Xocalı hadis-

əsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid

sənədlərin bir qismi 1992-ci il martın 1-də Za-

qafqaziya Hərbi Dairəsinin aviasiya komandiri,

general-mayor S. Lukaşovun əmri ilə yandırılıb. 

Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıt-

maq istəyirəm. Biz bir millət olaraq Xocalı və

digər  faciələrimizi  dünyaya  yaxşı  çatdıra

bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər

Azərbaycanla  şərtlər  irəli  sürməklə  danışırlar.

Ancaq  vaxtında  Xocalı  soyqırımının  dünya

dövlətlərinin parlamentlərində müzakirəsinə nail

olsaydıq  təbii  ki,  hadisələr  başqa  istiqamətdə

cərəyan edəcəkdi. Səhvlərimizdən nəticə çıxar-

mağın zamanı çoxdan keçsə də, bu istiqamətdə

planlı işlər görülməlidir. Yəni, hər bir faciəmizin

ildönümünü xatırlamaqla işimizi bitmiş hesab et-

məməliyik.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə