İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

18

FEVRAL. 2012. № 12



www.uluturk.info

Türk Cümhuriyyətinə “Azərbaycan” adının verilməsinin 3 səbəbi və 3 hədəfi

Cümhuriyyət  ideoloqları  tərəfindən  yeni  dövlətə

“Azərbaycan” adının verilməsi, nə zamansa İran

Türkləri  ilə  Qafqaz  Türklərinin Azərbaycan  adlı

dövlətdə birləşməsi, bütövləşməsi ideyası ilə bağlı

olmuşdur. 

Bunu,  o  zaman  Qacarlar  (İran)  dövlətinin  nü-

mayəndələri anlamaqda çətinlik çəkməmiş və rəsmi

Bakıya  etiraz  notası  göndərmişlər.  1918-ci  ilin

sentyabrında Azərbaycan Cümhuriyyətinin İstan-

bulda olan nümayəndə heyətinin başçısı M. Ə. Rə-

sulzadə “İstiqlal bəyannaməsi”ni İranın buradakı

konsulluğuna  təqdim  etmiş,  konsulluq  isə  bütün

kağızları,  ayrıca  bir  qeydlə  geri  qaytarmış  və

bildirmişlər  ki,  Azərbaycan  İranın  ayrılmaz  bir

hissəsidir. Hətta İran tərəfi təklif etmişdir ki, yeni

dövlət Aran Xalq Cümhuriyyəti adlansın. Azərbay-

can Türk hökuməti isə İranın etirazının bir hissəsini

nəzərə alaraq, rəsmi sənədlərdə ölkəni bir çox hal-

larda “Qafqaz Azərbaycan”ı kimi qələmə almış,



“Azərbaycan” adından imtina olunmamışdır. 

Fikrimizcə,  Cümhuriyyət  ideoloqlarının  yeni

dövlətə  “Azərbaycan” adını  vermələrində  ikinci

hədəfləri Türk dövlətçilik ənənələrinin bərpası və

milli (Türk) dövlətçilik ideologiyasının yaradılması

ilə bağlı olmuşdur. Belə ki, “Azərbaycan” ismi milli

mənsubiyyəti  bildirməsə  də,  Türk  dövlətçilik

ənənəsi baxımından çox vacib sayılmışdır. Bir sözlə,



“Azərbaycan” adı bu ərazilərdə -İranın şimal-qərbi

və Qafqazın cənubunda vaxtilə mövcud olmuş Türk

dövlətlərilə  (Albaniya,  Sacilər,  Atabəylər,

Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) yeni

dövlət  arasında  bir  bağlılıq  olmalı  idi.  Deməli,

“Azərbaycan” adı  qədim  dövlətçilik  ənənələrini

ifadə etmək, eyni zamanda milli (Türk) dövlətçilik

ideologiyasını yaratmaq naminə yeni dövlətə ver-

ilmişdir. Bununla da, milli mənsubiyyəti ifadə edən



“Türklük” və milli dövlətçiliyi ifadə edən “Azər-

baycan”ın vəhdəti kimi “milli (Türk) və müstəqil

Azərbaycan” ideyası yaranmışdır. Çox keçmədən

“milli  (Türk)  və  müstəqil  Azərbaycan” ideyası

Türklüyün  rəsmi  təbliğinin  əsas  hissəsinə

çevrilmişdir. 

Deməli,  milli  ideoloqların  istiqlal  ərəfəsində



“Azərbaycan” adına müraciət etməsi, “türklüy”ün

yaxın  (Azərbaycan  Türk  muxtariyyəti)  və  uzaq

(Azərbaycan Türk istiqlalı) milli hədəfi olan Türk

dövlətinin yaranması ilə bağlı olmuşdur. Fikrimizcə,

bu məsələni ən doğru və obyektiv şəkildə M. Ə. Rə-

sulzadə şərh etmişdir. O hesab etmişdir ki, “milli və



müstəqil  Azərbaycan” ideyası  yalnız  Türklük

uğrunda savaş aparan müsavatçıları deyil, sosial-

istləri, islamçıları və başqalarını da öz ətrafında bir-

ləşdirə  bilər.  Əslində  son  hədəfi  müstəqil  Türk

dövləti yaratmaq olan Türklərin ölkənin “Azərbay-

can” adlandırılması bir tərəfdən Türklüyün ifadəsi,

digər tərəfdən isə siyasi-ideoloji gediş idi. Rəsulzadə

yazır: “Cənub-Şərqi Qafqaz torpaqlarının bütün-

lüklə Azərbaycan adı altında yaranan siyasi quru-

luşlarda  olması  sübutundan  başqa  Azərbaycan

Türklərinin yaşadıqları bir ölkə olduğu üçün buraya

Azərbaycan deməkdə heç bir sıxıntı görülməmişdir.

Bu adın yeni Türk Cümhuriyyətinə verilməsində ən

böyük  tutalqa  sözsüz  bu  Türklük  olmuşdur”.

Deməli, bu dövlətin bir Türk dövləti olması, onun

dilinin və millətinin Türk adı daşıması kimi, “Azər-

baycan” sözünün  də  Türklüyü  ifadə  etməsi  heç

kəsdə şübhə doğurmamış və xalq tərəfindən birmə-

nalı şəkildə qəbul edilmişdir. Sadəcə olaraq, siyasi-

ideoloji  mənada  “Azərbaycan”,  “Azərbaycan



Cümhuriyyəti” anlayışları yalnız Türklüyü ifadə et-

məklə  məhdudlaşmamış, Azərbaycanda  yaşayan

bütün vətəndaşların (Türk və Türk olmayan) vətəni

və dövləti kimi daha geniş məna daşımışdır. 

Deməli,  Türk  Cümhuriyyətinə  “Azərbaycan”

adının  verilməsində  üçüncü  hədəf Azərbaycanın

sayca üstün milləti olan Türklərlə azsaylı xalqları

bir ideya altında birləşdirmək və onların bir ideolo-

giaya– milli dövlətçiliyə xidmət etməsinə nail olmaq

idi. Çünki “Azərbaycan” adı yalnız Türklərin deyil,

başqa azsaylı etnik qrupların da qəbul etdiyi bir an-

layış idi ki, bu da məhz “milli (Türk) və müstəqil



Azərbaycan” ideologiyasına xidmət etməli idi. 

Bizə elə gəlir ki, məhz bu mənada Azərbaycan

Cümhuriyyətinin qurucusu və ideoloqu M. Ə. Rə-

sulzadə və onun silahdaşları Türk dövlətinə “Azər-



baycan”

adı 


verməklə, 

onu 


Türklüklə

məhdudlaşdırmaq 

istəməmiş, 

Türklük 


dövlətçiliyi  uzlaşdırmağa çalışmışlar. Bu artıq Azər-

baycan  Türklüyünün  bir  dövlətin  rəsmi  milli

ideyasına  çevrilməsi  və  öz  mənasını  daha  da




19

FEVRAL. 2012. № 12



www.uluturk.info

Faiq Ələkbərov

genişləndirməsi  demək  idi.  Yəni  Azərbaycan

Cümhuriyyəti yaranana qədər başlıca ideya etnik

(Türk  dünyasının  bir  hissəsi  olan  Azərbaycan

ərazisində) Türklük idisə, milli dövlət qurulduqdan

və “Türklürk” anlayışı millətin rəsmi şəkildə dilinə

və adını çevrildikdən sonra, Azərbaycan və türk-

lüyün bütövləşməsi ilə “milli (Türk) və müstəqil

Azərbaycan” ideyası yaranmışdır. Bu məsələ ilə

bağlı  M.  Ə.  Rəsulzadə  doğru  qeyd  edirdi  ki,  bu

Cümhuriyyət Azərbaycan adlansa da, əslində bir

Türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Yəni

ölkənin hansı adla adlandırılmasından asılı olma-

yaraq, əslində bu dövlət Türk dövləti, Türk hökumə-

tidir.  Görünür,  M.  Ə.  Rəsulzadə  “Azərbaycan”

sözünə sinonim kimi “kiçik Türkiyə” ifadəsini də

bu mənada işlətmişdir. Hər halda açıq şəkildə hiss

olunur  ki,  Cümhuriyyət  ideoloqları  milli  mən-

subiyyəti, milli dili, milli mədəniyyəti, dövlətçiliyi

və s. “Azərbaycan” və “Türk” ideyalarının vəhdəti

şəklində  təbliğ  ediblər.  Fikrimizcə,  bundan  çıxış

edərək M. Ə. Rəsulzadə yazır ki, Rusiyada yaşayan

Qafqaz müsəlmanlarını “Türk”, ölkələrini “Azər-

baycan” kimi qəbul etdirmək qazanılmış bir dava

idi. 


Gördüyümüz  kimi,  bütün  hallarda,  milli

dövlətçiliyin əsas prinsipi Türklük əsasında qurul-

muş, sadəcə Türk dövlətinə, Türk Cümhuriyyətinə

yuxarıda qeyd etdiyimiz səbəblərə görə Azərbaycan

Cümhuriyyəti adı verilmişdir. Bu mənada, hazırda

bəzi “azərbaycançı” ideoloqların hər cür vasitə ilə

XX  əsrin  əvvəllərindəki  Türklüyü  “azərbay-

cançılıq” kimi yozmalarının heç bir əsası yoxdur.

Ona görə də, o dövrlə bağlı “azərbaycançılıq”dan

deyil, ən yaxşı halda Türklük əsasında meydana

çıxmış və Türklüyü ifadə edən “azərbaycanlılılq”

və “milli (Türk) və müstəqil Azərbaycan” ideyasın-

dan bəhs etmək olar. Yəni mövcud olmayan “azər-



baycançılıq” Türklüyü deyil, Türklük “milli (Türk)

və müstəqil Azərbaycan” ideyasını və ən yaxşı halda

“azərbaycanlılığ”ı  (“azərbaycançılığ”ı  deyil)

doğurmuşdur. Bu “azərbaycanlılıq” isə Azərbay-

canda yaşayan bütün vətəndaşlara (Türk və Türk ol-

mayan)  verilmiş  siyasi  millət  anlamını  ifadə

etmişdir.

Belə ki, “azərbaycanlılıq”, “türkiyəlilik”, “gür-



cüstanlılıq”, “rusiyalılılq”, “iranlılıq” və b. kimi

anlayışlar əslində konkret bir milləti, məsələn Türk-

ləri nəzərdə tuta bilməzdi. Əslində “azərbaycan-

lılıq” başda Türklər olmaqla, Azərbaycanda yaşayan

bütün  etnosları  ifadə  etmişdir.  Ancaq  o  başqa

məsələdir  ki,  Azərbaycan  əhalisinin  böyük  ək-

səriyyəti  həmişə Türklərdən  ibarət  olduğu  üçün,



“azərbaycanlılıq” anlayışı, ilk növbədə onlara şamil

edilmişdir. Eyni zamanda Türkləri azlıq təşkil edən

etnik  xalqlardan  fərqli  olaraq,  “müsəlman”

məfhumu kimi “azərbaycanlı” və “azərbaycan-



lılıq” anlayışlarını  da  daha  çox  mənimsəmiş,

özlərini “azərbaycanlı” adlandırmaqda elə bir zor-

luq çəkməmişlər. Bunu, bugünkü  vəziyyət də bir

daha ortaya qoyur. Bu günün özündə də Azərbaycan

Türkləri etnik mənsubiyyət kimi “azərbaycanlı”

anlayışından çox istifadə edirlər, nəinki milli azlıq

təşkil edən etnoslar.

Yeni nəşr

AMEA  Fəlsə-

fə, Sosiologi-ya

və Hü-quq İnsti-

tutunun  əmək-

daşı, 

fəlsəfə


doktoru 

Faiq


Ə l ə k b ə r o v u n

“Milli ideologiya

probleminə tar-

ixi-fəlsəfi baxış (I

hissə)” kitabı çap

o l u n m u ş d u r.

Monoqrafiyada

ilk  dəfə  olaraq

milli  ideologiya

problemi  bütün  aspektləri  ilə  tədqiq

edilmiş, milli ideologiya ilə bağlı etnos, mil-

lət,  milliyyət,  xalq,  mənəvi  dəyər,  milli

ideya anlayışları ətraflı şərh olunmuşdur. 

Monoqrafiya  fəlsəfə,  tarix,  politologiya,

ədəbiyyat, dilçilik, etnoqrafiya, kultrologiya

və başqa elm sahələrində çalışan mütəxəs-

sislər, tələbələr və müəllimlər üçün maraqlı

mənbədir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə