İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

24

FEVRAL. 2012. № 12



www.uluturk.info

Şiə dinində məzdəki inancları

yetişən dini və fəlsəfi məktəbləri birləşdirən əlaqə-

ləri, onların müxtəlif görkəminə baxmayaraq eyni

nöqtədən başlamalarını – yəni insanın ilahi təbiətdə

iştirakını  təmsil  edən  məzdəki  inamı  olduğunu

başqa,  daha  bilikli,  daha  məlumatlı  adamlar

araşdırsınlar.) 

Məzdəkilik və şiəlik arasındakı əlaqələr haqda

deyilənlərə  əlavə  olaraq,  sonda,  İranda  hələ  də

mövcud olan Məzdəki bayram və inanclarını nü-

munə  göstərmək  olar.  Bunlar  qədim  inancların

yeni inanclara necə sızdığını göstərir.

Məlumdur  ki,  qədim  İran  dinində  Novruz

yaradılmanın ilk günüdür və Məzdəki ilinin altı

fəslinin birincisidir. Onu təbiətin yeniləşməsi kimi

də bayram ediblər. Zərdüşt ənənəsinə əsasən  Fir-

dovsi göstərib ki, həmən gün Cəmşid tərəfindən

bayram elan edilib, bütün şahlar taxta həmin gün

çıxıb, əyyam və xalqla birgə təntənəli bayram ed-

iblər.

Şiə dini bu bayramı yaşadacaq, amma həmən



gün Firdovsi ilə Cəmşidin gününə deyil, Əli və

övladlarının təntənəsi gününə çevriləcək. Xalq rə-

vayətində deyilir ki, Əli öz düşmənlərinə, xalqın

yaddaşında  pis  xatirəyə  dönmüş  əvvəlki  üç

xəlifəyə qalib gəldikdən sonra həmin gün taxta

çıxıb.  Novruz  bayramını  təsvir  etməzdən  öncə

ondan əvvəlki günlərin necə keçirilməsi də mühüm

əhəmiyyət daşıyır.

21 mart Novruz günündən əvvəl hər çərşənbə

axşamı həyətlərdə böyük tonqallar qalanır. Xalq

inancına görə bu tonqallar Beni-Haşim qələbəsinin

öncüsü, Hüseynin intiqamını almış Muxtarın mey-

dana  çıxmasının  simvoludur.  Amma  burada

atəşpərəstlik  daha  böyük  rol  oynayır.  Muxtarın

meydana  çıxması  isə  onunla  müqayisədə

əhəmiyyətsiz bir hadisədir. Təbəri öz yazılarında

göstərib ki, onun dövründə bu bayram çox tən-

tənəli  keçirilirmiş  və  iranlılar  öz  zərdüştilik

mənşələrini unutmamışdılar. Şübhəsiz, müasir İran

üçün Muxtarın adı dinsizliyi pərdələmək üçün bir

örtüyə çevrilib. Beləcə, hava qaralanda tonqallar

yandırılır; cavanlar (oğlan və qızlar) əl-ələ verib

tonqal ətrafında dövrə vurur, onu salamlayır və

təbiətin dəyişməsi münasibətilə ondan özlərinə xoş

tale diləyirlər. Alov kiçildikdə tonqalın üstündən

tullanma mərasimi başlayır. Cavanlar bir-birinin

ardınca tonqalın üstündən atılıb keçirlər. İnanırlar

ki,  tonqalın  alovu  bədəni  bütün  xəstəliklərdən

təmizləyir, eyni zamanda insana güc, dözüm və

gözəllik gətirir. Tonqal sönəndən sonra cavanlar

əvvəlcədən təyin olunmuş yerdə qruplarla toplaşıb

gecəni  oyaq  qalır,  bəziləri  qocaların,  yaxud

aşıqların söylədiyi rəvayətləri dinləyir, öz taleləri

ilə daha çox maraqlanan başqaları isə təbiət ele-

mentlərinə (su, bitki, işıq) müraciət edirlər. Guya

ki, bu elementlər həmən gecə ali gücə malik olur

və onlar qədim Məzdəkilikdə Xurdad, yaxud Mur-

dad  rəmzi  ilə  tanınırdı.  Nəhayət,  21  martda  –

Novruz günü çatdıqda kasıb-varlı, hər bir iranlı

təzə, ələlxüsus şənlik və uğur simvolu sayılan qır-

mızı  rəngli  paltar  geyirlər.  Dindarlar  bir-birinə

qonaq gedir və bu sözlərlə bir-birinə xoş yeni il

arzulayırlar: “Yeni iliniz, Həzrət Əlinin taxta çıx-

ması  gününüz  mübarək  olsun”. Həmişə  sərt

qısqanclıqla qorunan qadın və qızlar həmən gün

tam  azad  olurlar.  Novruz  gününün  səhərindən

onlar  şəhər  və  kənd  ətrafındakı  çöllərə  çıxır,

bənövşə  dərir,  mahnı  oxuyurlar.  Bu  bayramın

təbiətini göstərə bilmək üçün birgə oxunan mah-

nılardan birini tərcümə etməyə çalışdım:

“Gəl ey bahar, bizə səadət gətir:

Gəl ey günəş, qov bu qəmi-qüssəni.

İranın sahibi Əli, 

Çöllərimizin sahibəsi Şahrabanu

Alçaldılmış xəlifələrin yası olan Novruz səhəri

Al geyimlə taxta çıxırlar.”

Başqa qızlar isə bir qab suya üzüklərini salır və

oxuyurlar:

“Sən ey xoşbəxtlik gətirən saf su, 

Bizə gözəl və varlı bir nişanlı yetir”.

Onlar suyu qarışdırır, üzüyün suya batma for-

ması ilə talelərini görürlər.



25

FEVRAL. 2012. № 12



www.uluturk.info

Q

loballaşan  dünyada  artıq  informasiya



bolluğudur,  gün  keçdikcə  medianın

imkan və fəaliyyət dairəsi daha da genişlənir.

İnformasiya 

texnologiyalarının 

inkişafı

sayəsində dünyanın istənilən nöqtəsindən  xəbər

ötürülməsi  indi bir neçə saniyə vaxt alır.  Ancaq

buna baxmayaraq,  bütün dövlətlərdə dünyaya

inteqrasiya  səviyyəsi  və  eləcə  də  medianın

inkişaf tempi eyni deyil. Bu baxımdan Türk-

soylu  xalqların  mediasının  hazırkı  durumu

mürəkkəb, unikal və özünəməxsusdur. 

Qədim tarixə və şanlı keçmişə malik Türk

xalqlarının  tarixən  yaşadığı  coğrafi  areal

Avropadan tutmuş Çin səddinə qədər nəhəng

bir  ərazini  əhatə  edir.  Ortaq    tarixə,  adət-

ənənələrə, baxışlara malik bu xalqlar tarixən

demək olar ki, eyni ictimai-siyasi prosesləri

keçmiş, tarixin şanlı səhifələrinə yazılmış Hun,

Göytürklər, Qaraxanilər, Teymurilər, Osman-

lılar, Səfəvilər və s. kimi qüdrətli dövlətlər, im-

peratorluqlar qurmuşlar. Böyük Türk millətini

nəhəng  çinara  bənzətsək,  müxtəlif  oxşar

ləhcələrdə  danışan  Azərbaycan  Türkləri,

qazax, özbək, türkmən, qırğız, tatar, başqırd,

altay, tuva, uyğur, qaqauz, krımçak, qaraim və

s.  kimi  xalqları  onun  ayrılmaz  budaqları,

yarpaqları sayıla bilər. Tarixin müxtəlif dövr-

lərinə  nəzər  yetirsək,  istər  siyasi,  istərsə  də

mədəni, tarixi və ədəbi əlaqələr baxımından bu

xalqlar arasında səmimi qonşuluq, mehriban

dostluq və qardaşlıq  münasibətləri olduğunu

görə  bilərik.  Zamanla  bu  əlaqələr  müxtəlif

səbəblər  üzündən  zəifləyib,  münasibətlərə

kölgə  düşüb.  Sovetlər  dönəmində  SSRİ-nin

tərkibində  qapalı  rejimdə  yaşayan  azərbay-

canlı,  qazax,  özbək,  tatar  və  s.  xalqların

Türkiyə ilə əlaqələri kəsilmiş, hətta bu müna-

sibətlər  qadağan  olunmuşdu.  SSRİ-də

Türkiyədəki  Türk qardaşlarından danışmaq,



“Türk” adını çəkmək belə təhlükəli idi; çünki

bu insanlar “pantürkist” damğası vurularaq re-

spressiyaya  məruz  qalır,  ya  güllələnir,  ya  da

adam ayağı dəyməyən şaxtalı Sibirə ömürlük

sürgün edilirdi. Ancaq bütün bu qadağalara bax-

mayaraq,  yaddaşlarda və ailədə milli kimliyini,

adətini və keçmişini yaşadan Azərbayan Türk-

ləri  gizli  də  olsa,  radioqəbuledicilərdən

Türkiyənin  yayımladığı  veriliş  və  musiqiləri

ürək yanğısıyla dinləyirdi.  

Bu ağrılı dövrləri yaşamış Türksoylu xalqların

bir çoxu (Azərbaycan, Qazaxıstan, Özbəkistan,

Türkmənistan, Qırğızıstan) artıq müstəqilliyə

qovuşub,  bəziləri  özərk  cumhuriyyət  kimi

mvcuddur (Tatarıstan, Başqırdıstan, Saxa-Yaku-

tiya, Qaqauzya və s.). Söz və fikir azadlığının,

informasiya  texnologiyalarının  inkişaf  etdiyi

müasir dövrdə əlaqələr qurmaq, istənilən xalqın

mediasını izləmək  o qədər də çətin deyil.  Artıq

bugün  digər ölkələrdə olduğu kimi Türksoylu

ölkələrdə - xüsusilə də Orta Asiya regionunda

və  özərk  cümhuriyyətlərdə  çap  mediası  ilə

yanaşı,  elektron  media  (internet  qəzet  və

dərgilər,  radio  və  televiziya)    da  inkişaf  et-

məkdədir. Lakin indi Türksoylu xalqların me-

diasının  müasir  durumu  və  problemləri

başqadır.

Əvvəlcə  onların mediasının durumuna müx-

təlif  aspektlərdən  nəzər  yetirib  təhlil  edək.

Bunun üçün oxşar situasiyalara malik xalqların

mediasını  regionlar  üzrə  nəzərdən  keçirmək

daha məqsədəuyğun olardı.



Müstəqil Türk Cümhuriyyətləri 

Özərk cumhuriyyətlər və toplumlar

Türk toplumlarının inteqrasiyasında  

medianın rolu

Əfsanə Bayramqızı


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə