İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

22

FEVRAL. 2012. № 12



www.uluturk.info

Şiə dinində məzdəki inancları

mək  üzrə  imişlər.  Düşmənlər  Xəlifənin  evinə

gəliblərmiş. Bu zaman sadiq xidmətçi özünü itir-

mir, öz ağasını torbaya qoyub çiyninə atır və sak-

itcə şəhərdən çıxır. Düşmənlər ondan torbada nə

olduğunu  soruşurlar,  o  isə  cavab  verir  ki,  tor-

badakı Əlidir. Onlar bunu zarafat sanıb gülür və

Salmanı  buraxırlar.  Bu  rəvayətin  həqiqətə  nə

qədər  uyğun  olduğunu  bilməsəm  də,  şiələrin

buna böyük əhəmiyyət verməsindən duyulur ki,

Salman Əlinin ən yaxın dostu imiş və ona təsir

edə  bilirmiş.  Məlum  məsələdir  ki,  Salman  bu

təsirdən İranın xeyrinə istifadə etməyə çalışıb.

Parsi Mobedin oğlu, Dehkan ailəsindən çıxmış

bu  şəxs  İran  ənənələrinin  qoruyucusu  və

davamçısı  idi,  İran  qanunlarına  bağlı  idi  və  o

Peyğəmbərin  yaratdığı  hakimiyyətin  xalqçı

mənşəyinə  çətinliklə  uyğunlaşırdı.  Çox

mümkündür ki, o, Məhəmmədin əmisi oğlu, həm

də  kürəkəni  olan  və  iranlı  düşüncəsi  ilə  onun

əvəzsiz varisi sayılan Əlini İran taxtına gətirmək

üçün plan qurmuş və bu mövzuda ölkəsinin ağıllı

adamları  ilə  məsləhətləşmişdir.  Belə  deyilsə,

geniş  fəaliyyətdə  olmayan  və  o  vaxta  qədər

İranda heç tanınmayan Əlinin bu ərazidə çoxlu

tərəfdarı yaranmasını və onun öz düşmənləri ilə

döyüşlərini İran səhnəsinə keçirmək istəyini nə

ilə izah etmək olar? Bundan başqa, məlumdur ki,

Əli  oğlanlarından  birini  –  Hüseyni  Yezdəgird

Şahrabanunun ərəblərə əsir düşmüş qızlarından

biri  ilə  evləndirib.  Düşünmək  olmazmı  ki,  bu

siyasi 

izdivac 


ancaq 

Sasani 


ailəsinin

hüquqlarının Əli ailəsi üzərinə keçməsi məqsədi

ilə qurulub? Üstəlik də İmamlıq Əlinin böyük

oğlu  Hüseynə  keçməkdənsə,  onun  Şahrabanu

tərəfdən  olan  davamçılarına  keçib  (Dördüncü

İmam  Zeynalabdin  Şahrabanunun  oğludur.).

Salmana  aid  sayılan  rəvayət  və  hədislərin  ək-

səriyyəti Hüseynin tərifindən ibarət olur, elə bil

onu məşhurlaşdırmaq işinə xidmət edir. Kərbəla

qırğınında İmamın ətrafındakı kişilərin hamısı

həlak  olduqdan  sonra  Şiə  inamına  görə  beni-

Haşim  (Əli  ailəsi)  bayraqdarı  Şahrabanu  olur.

Ərinin ölümündən sonra o düşmənlər arasında

ərinin cəsədini tapıb onun qanlı paltarını geymiş,

başına  peyğəmbərin  bornosunu  bağlamş  (bu

Beni-Haşimin simvolik mirası sayılırdı), Abbasın

(Hüseynin  qardaşı  və  bayraqdarı)  bayrağını

qaldırmış və simvolik vərəsə sayılan Zülcenah

atına  minərək  düşmənlərlə  əsirlik  şərtlərini

danışmağa getmişdir. Şərqdə bu danışığa ancaq

başçı gedə bilərdi. Şahrabanu bu işi Sasanilər və

Beni-Haşimin varisi olan oğlu dördüncü İmam

Zeynalabdinin  xəstə  və  zəif  günlərində  gör-

müşdür. Onu Hüseynin qızları və Məhəmmədin

nəvələri  Zeynəblə  Gülsüm  müşaiyət  etmişlər.

Ərəb ailə ənənəsinə görə onların görəcəyi işi, əs-

lində yad sayılan Şahrabanu fars adəti ilə həyata

keçirmişdi. Amma müqəddəs hüquq bu cür rəh-

bərliyi qəbul etmir və Şahrabanunun 3-cü və 4-

cü  İmamlar  arasındakı  bu  qısa  müddətli

fəaliyyəti  göstərdi  ki,  hər  yanda  İran  ruhu

keçmişlə indini qarışdırmağa çalışmış, ondan is-

tifadə etmək istəmişdir.

İlk şiələr öz dinlərinin yaranmasında Salmanın

oynadığı rolu yaxşı anlayıblar. Cənab Stanislas

Kiyardın çap etdiyi bir əlyazmasında məşhur İs-

mailiyyə  (əvvəlcə  Şiəliyin  bir  qolu  olub)

başçılarından biri Rəşid-əd-Din Sinan Məhəm-

məd peyğəmbərdən danışarkən deyib: 

“Sonra mən dövrün hakimi olan Əli qayəsində

göründüm,  sonra  isə  Məhəmməd  libasına

girdim; mənim böyük şəxsiyyətimi qoruyan isə

Salman oldu”.

Hələ bu gün də dini məsələlərdə onun hörməti

elə ucadır ki, adını yerli-yersiz rəvayət və hədis-

lərlə  bağlayırlar.  Məsələn  dindar  bir  qadın

Salmanı yuxuda görür və Salman ona Məhəm-

məd peyğəmbərin adından hədis söyləyir. Bu cür

əhvalatların Rozat-i-Şohada (Şəhidlər bağı) və

Fazil-i-Dərbəndi kimi ciddi əsərlərdə yazılması,

onun şöhrətinə xidmət edir. Bu böyük şöhrət isə

Salmanın  keçmiş  siyasi-dini  fəaliyyətinə  bir

abidə kimi qəbul olunur. 

Digər  tərəfdən,  Şahrabanunun  əri  və Yezdə-

girdin  kürəkəni  olan  Hüseyn  farslar  arasında



23

FEVRAL. 2012. № 12



www.uluturk.info

Əhməd bəy AĞAOĞLU

böyük hörmətə malikdir; Onu İmamların ən əzizi

sayırlar;  onun  əzablarına  həsr  olunmuş  bir

tamaşa oynanılıb, müxtəlif əsərlər yazılıb. İran-

lılara  görə  o,  İmamlığın  ən  bariz  nümunəsi,

keçmiş və müasir İran arasında əlaqə vasitəsidir.

Onun  şəxsiyyəti  iranlıların  gözündə  hüquq,

aşkarlıq və ləyaqətin simvolu idi və İranı işğal və

qarət etmiş əvvəlki üç xəlifənin əksi sayılırdı. 

İndi, əvvəlcə deyilənləri və İranın Əli ailəsinə

ancaq Sasanilərin tək və əsl varis kimi baxdığını

nəzərə  alanda  Şiəliyin  mənşəyini  izah  etmək

mümkün  olur.  Həqiqətən  də  Sasanilərin  tacı

qədim  Məzdək  krallığının  xüsusiyyətlərini

saxlayan Beni-Haşimin başı üzərinə keçməli idi.

Bu xüsusiyyətlərdən ən vacibi və bu gün şiəliyin

əsasını  təşkil  edəni  insanın  ilahi  təbiətdə  işti-

rakıdır. Bu inanc isə ortodoks islama çox ziddir.

Məlumdur ki, qədim məzdəkilikdə krallıq Şatra-

Verya,  bu  gün  isə  Şahrivar  adlanan  ilahi  bir

qüvvə ilə təmsil olunub. Krallar həmən Şatra-

Veryanın ruh daşıyıcılarıdır və məzdəki inancına

görə  “onlar  insanlar  arasında  tanrı,  tanrılar



arasında  insanlar  olublar”.  Müteşerrilərin,

yaxud ortodoks şiələrin gözündə imam sözünün

başqa mənası yoxdur: İmam burada ilahiyyatı,

yüksək şüuru təmsil edir və buna görə də dini və

mənəvi cəhətdən dünyanı idarə etmək hüququ

vardır.  Təbiidir  ki,  ilk  imamlar  Əli  və  onun

davamçıları  olmuşlar;  İran  onların  din

sahəsindəki qərarlarını diqqətlə izləmişdir. On-

ların  İrandakı  krallıqla  bağlı  hüquqlarına

gəldikdə isə, bunu əldən verməmək üçün ümid-

sizliklə vuruşmuş, ancaq bircə dəfə, Əl-Mamun

dövründə  uğur  qazana  bilmişlər.  Bu  hiyləgər

Xəlifə  Abbasın  əcdadı  və  Əlinin  qohumu

olduğuna  və  İranın  köməyi  ilə  Xilafət  taxtına

sahib olmuşdur. O İrana söz vermişdi ki, qızını

səkkizinci İmam Rzaya ərə verəcək və onu varis

təyin edəcək. Amma vədi yerinə yetirmək vaxtı

çatanda razılığı pozmuş və Rzanı zəhərlətmişdir.

Yenidən mübarizə başlamış və hicri tarixinin 3-

cü əsrinin sonuna, Beni-Haşim ailəsinin son nü-

mayəndəsi,  on  ikinci  İmam  Abul-Kasım,

gələcəyin Mehdisi yoxa çıxana qədər davam et-

mişdir. Onunla birgə hakimiyyətin və krallığın

mövcud  prinsipləri  yer  üzündən  yoxa  çıxıb.

Çünki Şiə iranlının fikrincə krallıq zülm, kral isə

zalım deməkdir. Elə ki, haqsızlıq həddini aşdı,

qədim İran mifologi¬yasında həmişə ölkəni xilas

etmiş varlıq indi Mehdi qayəsində meydana çıxır.

Öz seyidlik bacarıqlarından məharətlə istifadə

edən Səfəvilər taxta gələndə bütün İranda şayiə

yayılmışdı ki, İsfahan yaxınlığında bir quyuda,

dünyada  haqq-ədaləti  bərpa  etmək  üçün  tam

silahlanıb hazır olan və kömək üçün Mehdinin

gəlməsini  gözləyən  Rüstəm,  öz  quyusundan

çıxmışdır və vaxtın çatdığına inanır. Amma o,

ümidinin boşa çıxdığını görüb dünya-nın sahib-

ini gözləmək üçün öz yerinə qayıtmışdır. Lakin

dünya sahibinin gəlməsinə və Rüstəmlə birgə yer

üzündən  zülm  və  haqsızlığın  silinəcəyi  günə

qədər dindarları doğru yolla aparacaq, heç ol-

masa  dini  qoruyacaq  adamlar  lazım  idi.  Bu

adamlar isə müctəhidlər idi, onlar hər cür dini və

dünyəvi hakimiyyətə malik olan imamlar qrupu

tərəfindən idarə olunurdular. Ancaq onlar dindar-

lara  rəhbərlik  edə  bilər  və  imamlar  tərəfindən

idarə olunduqlarına görə dini özünəməxsus şək-

ildə və tam sərbəstliklə yozmaq imkanına malik

idilər. İmamların hörmətini qazanmaq üçün ide-

ala,  yəni  İmamın  özünə  mümkün  qədər  yaxın

olmaq, beləliklə ədalətdə, elmdə, bir sözlə, dini

və  mənəvi  sahələrdə  üstün  olmaq  lazım  idi.

İmam bildikdə ki, şəxs kifayət qədər mükəmməl-

ləşib,  onun  ruhu  müctəhidə  keçir  və  onun  hər

hərəkəti, hər kəlməsi imamınkı sayılır. Ona xid-

mət etmək İmama xidmət, etiraz isə İmama etiraz

sayılır. 

Şiəlikdə üç körpü – imamlıq, Mehdi və müc-

təhidlik  Sünni üçün Allahla bəndə arasında geniş

bir  məkan,  Şiəliyin  isə  əsas  əlamətləridir.

Məlumdur ki, yeni fikir və biliklərin meydana

çıxması  ilə  əlaqədar  bu  üç  körpü  böyüyə,

genişlənə  bilər,  hətta  ilahiyyatla  bəşəriyyət

arasındakı boşluğu doldura bilər. 

(Qoy İran tarixini, ilkin şiəliklə şiə torpağında




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə