İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

20

FEVRAL. 2012. № 12



www.uluturk.info

Ş

iəliyin necə yaranması üzrə indiyə qədər



birbaşa araşdırma aparılmayıb. 1871-ci ildə

“Jurnal  Azyatik”də  çap  olunmuş  məqaləsində

cənab Stanislas Giyar və Kollej dö Fransada Pəh-

ləvinin  müəllimi  olmuş  alim  T.  Darmesteterin

Mehdi  haqqındakı  maraqlı  kitabçasında  bəzi

məlumatlar verdiyini və mövzunun çox maraq

kəsb etdiyini bildirmişlər. Lakin onların hər ikisi

ancaq şiəliyin bəzi formaları haqda yazmış, onun

mənşəyi isə qaran¬lıq olaraq qalmışdır. Amma

şiəlik  Islam  tarixində  psixoloji  cəhətdən  ən

maraqlı, ən nadir bir fenomendir. Başqa ikinci

dərəcəli suallar, məsələn, İsmaililər məzhəbinin,

Masiriliyin, Karmatların, Drantların, Sufilərin,

Şeyxilərin,  Babilərin  mənşəyi  ancaq  Şiəliyin

mənşəyi  öyrəniləndən  sonra  məlum  olacaqdır;

çünki bütün bu fəlsəfi, dini və əfsanəvi inanclar

Şiəliyin əsasında yaranmışlar və Şiəliyin mənşəyi

öyrənilməyincə  onlar  haqda  məlumatlar  da

yarımçıq olacaqdır.

Avropa dillərində Şiə sözü  “Əli məzhəbçisi”,

“Əlinin  tərəfdarı” mənasında  başa  düşülür.

Şiəliyin təsvirində bu ən yanlış təsəvvürdür. Şiə-

lik özünə sərfəli bir hökumət dəyişikliyi istəyən

bir  siyasi  partiya,  yaxud  hüququ  pozulmuş

adamların  hüququnu  bərpa  etmək  istəyən  bir

qurum  deyil.  Doğrudur,  əvvəl  də  onun  siyasi

cəhətləri olub, amma onu təmsil edən adamlar

neçə əsrlər əvvəl siyasi arenadan gedib və əgər

Şiə  ancaq  öz  hüquqları  uğrunda  mübarizə

aparsaydı, bu əhəmiyyətsiz bir iş sayılardı. Həm

də ki, Şiəlik qəlbləri idarə etmək istəyir, məişətdə

və ictimaiyyətdə davranış qaydaları, düşüncə və

duyma qaydaları təlqin edir, bir sözlə mənəviyyat

dərsi verir, bu isə siyasi fəaliyyət sayılmır.

Şiəlik sözün tam mənasında bir din deyil, yəni

kiçik varlıqla böyük varlıq, yaradılanla Yaradan

arasında əlaqə deyil, bu əlaqələr bəşəri olmalıdır,

yerli əhəmiyyət daşımamalıdır, ancaq indiyə və

gələcəyə aid olmalıdır. Şiəlik isə belə deyil, məh-

dud bir məkan içində o  tək indi və gələcəyi deyil,

eyni zamanda keçmişi də təlqin edir. Hər şiə iran-

lıdır; Əgər Şiə Rüstəmin ali mənşəyinə və onun

möcüzəli qəhrəmanlıqlarına inanmırsa; o gün-

lərin birində İsfahan yaxınlığındakı bir quyudan

möcüzəli bir insanın çıxıb dünyanı xilas edəcəy-

inə və Rüstəmlə Kavanın onun yanında olacağına

inanmırsa; o İranın işıqlı, elmli, təmiz bir ölkə

olduğuna,  dünyanın  taleyinin  ondan  asılı

olduğuna inanmırsa şiə deyil. Qısacası şiə olmaq

iranlı olmaq deməkdir, onun keçmişini tamlıqla

qəbul etmək, ona qovuşmaq, onun uğuruna sev-

inmək,  qəminə  ortaq  olmaq,  arzularına  şərik

olmaq deməkdir. 

Beləliklə,  şiəlik  nə  sözün  əsl  mənasında  bir

dindir, nə də siyasi bir partiyanın təzahürü, o İran

milli  ruhunun  sintezidir,  uzun  əsrlərdən  bəri

keçmişlə və indi, Məzdəkilik və Islam arasında

yaranmış bir uzlaşmadır. Bu cür uzlaşmalar başqa

yerlərdə və başqa formalarda da mövcud olmuş-

dur. Xristianlığın tarixinə nəzər saldıqda, onun

Misirdə,  Yunanıstanda,  Romada  və  müasir

Avropanın başqa xalqları arasında necə qəribə

dəyişikliklərə uğradığını xatırlamaq kifayətdir.

Ümumiyyətlə, öz tarixi ənənəsi, çoxəsrlik tarixi,

öz dini və ədəbiyyatı olan hər bir xalq başqa bir

xalqla təmasda olduqda onun maddi və mənəvi

təsirinə məruz qalır. Keçmiş ənənələr, qədim din-

lərlə yeniləri arasında şiddətli mübarizə başlayır

və  bu  ideyalar  və  ənənələr  mübarizəsinin

nəticəsində  keçmişlə  indi  arasında  orta  bir

səviyyə alınır, iki dinin bir növ birləşməsi yaranır.

Əhməd bəy AĞAOĞLU

(Fransızcadan Azərbaycan Türkcəsinə çevirəni: Hamlet Qoca)

Şiə dinində məzdəki inancları



21

FEVRAL. 2012. № 12



www.uluturk.info

Əhməd bəy AĞAOĞLU

Burada müasirlik öz varlığını itirmədən keçmişlə

uyğunlaşır və ondan götürə biləcəklərini götürür.

İranla Ərəbistanın qarşılıqlı vəziyyətlərinə bələd

olan hər kəs bilərdi ki, İslamın meydana çıxdığı

vaxt  İranın  sonrakı  dövründə  bu  tarixi  qanun

həmən ölkə üçün uyğunlaşdırılacaqdır. Bir tərəfdə

öz şöhrətinin və mədəniyyətinin zirvəsində olan,

hakimiyyəti Ərəbistanın şimalında və cənubunda

böyük əraziyə yayılmış İran, digər tərəfdən isə boş

səhradan  ibarət,  özünün  tarixi  keçmişi  və  birgə

ənənələri olmayan, daim bir-biri ilə savaşda olan

qəbilələrdən  ibarət  bir  ölkə.  Dünyanın  uzaq  bir

küncündə  qalmış  bu  ölkə  özünə  qapanmışdı  və

qonşu xalqların mədəniyyətlərini qəbul etmirdi. O

dövrün iranlısı üçün ərəb kobud bir varlıq, ayağı

yalın bir dəvəçi, qızmar səhrada həyat sürən, heç

bir mədəniyyəti və tərəqqini yaxın buraxmayan bir

məxluqdur. Xosrovun onun barədə Allahın elçisinə

verdiyi kinayəli cavab artıq məlum olduğuna görə

təkrar etməyə dəyməz. Amma həmin bu Ərəbistan

qəhrəman bir vətənpərvərin çağırışı ilə uzun yuxu-

sundan  oyandıqda  və  güclü  bir  öyrədicinin

peyğəmbər inamı ilə cana gəldikdə, mat qalmış

İrana  sübut  etdi  ki,  əsl  ucalıq  zənginliyin  art-

masında və ənənələrin inkişafındadır. İran gördü

ki, nifrət etdiyi bu səhra ölkəsində Zohak ilanı hələ

də fışıldayır və o Cəmşid dövründəki kimi təslim

oldu.  Amma  Kavanın  ruhu  hələ  ölməmişdi  və

İranın təslim olması məcburi idi, bu  nə özünün

itirilməsi, nə də unudulması demək deyildi. Uzun

əsrlərdən bəri davam etmiş şöhrətli bir keçmişi, ən

zəngin və ən elmi bir dini və mifologiyanı qəfildən

dəyişib,  ona  qədər  həqarətlə  baxılan,  aşağı  irq

sayılan  bir  xalqın  gətirdiyi  inamı  qəbul  etmək

mümkün deyildi. Mənşəyi məlum olmayan, yəqin

ki, xalq yaradıcılığı olan və təmiz dillə ifa olunmuş

bir xalq deyimində keçmişlə indi arasında tərəddüd

edən,  təslim  olmuş,  qüssəli  iranlı  qəlbinin  ağır

taledən acı və kinayəli şikayətində deyilir: 

“Sənə lənət olsun, ey dəyişkən tale, Sən ərəbi elə

əzizlədin  ki,  o  dəvə  südü  içdiyini  və  kərtənkələ

yediyini unutdu və Kayyanilər taxtına göz dikdi”.

Amma  bu  ağır  vəziyyətdə  də  iranlı  həmişəki

kimi bir çıxış yolu tapdı; o İslam örtüyü altında

yeni  bir  din  yaratmağa  başladı.  Sahibi  təəc-

cübləndirməmək  üçün  bu  iş  ərəb  adı  altında

görülürdü, amma eyni zamanda keçmişi və qədim

mifologiyanı da özündə saxlayırdı. Bu yeni din

Şiəlik idi.

İran bu dini necə yarada bilmişdir; bu din necə

formalaşmışdır; onun başlanğıc nöqtəsi nədir; bu

işdə kimlər fəal rol oynamış və ona öz dühalarının

rəngini vermişlər? Bunlar maraqlı suallardır, amma

təəssüf ki, onlara ancaq təxmini cavab vermək olar.

Heç bir müsəlman yazıçısı məsələni tarixi inkişaf

cəhətdən  araşdırmayıb  və  bu  gün  dəqiq  cavab

əvəzinə fərziyyə yürüdürük. Mən həqiqətə daha

yaxın  saydığım  və  vəziyyət  dəyişənə  qədər

inanacağım  bir  fərziyyəni  sizə  təqdim  etmək

istəyirəm.

İslamın lap əvvəlindən müsəlman aləmində bir

iranlı meydana çıxmış və onda az-çox şərəfli bir

rol oynamışdır. Adının indi də iranlı ruhu və dini

inancları üzərində təsiri istər-istəməz diqqətimizi

ona cəlb edir və onun şiə dininin formalaşmasında

fəaliyyət göstərməsi fikri meydana gəlir. Bu şəxs

məşhur Salmani Farsidir.

Müsəlman  yazıçıların  əsərlərindəki  bioqrafik

qeydlərə  görə  Salmani  Farsi  Fars  əyalətində

Dehkan ailəsində dünyaya gəlib. Bu gün dehkan

dedikdə  əkinçi  yaxud  kəndli  nəzərdə  tutulur.

Amma  Sasanilər  dövründə  bu  söz  İran  adət-

ənənələrini qoruyub saxlayan varlı və qədim kənd

ailəsini  nəzərdə  tuturdu.  Fikirdən  rahatlıq  tapa

bilməyən  Salman  Nasturi  kilsələrini  və  yəhudi

məbədlərini  dolandıqdan  sonra  Mədinəyə,

dünyanın yeni canlandırıcısının yanına gəlmiş və

Məhəmmədin ən etibarlı, ən yaxın əzhablarından

birinə çevrilmişdir. Həzrət Məhəmmədin vəfatın-

dan  sonra  o  Əliyə  bağlanmış,  onun  sirdaşı  və

köməkçisinə çevrilmiş, ona xidmətlər göstərmişdir.

Deyilənə  görə  o,  bir  dəfə  Əlinin  həyatını  xilas

etmiş  və  həmin  vaxt  bu  şəxsiyyətin  qeyri-adi

bacarığı üzə çıxmışdır. Kufə camaatı Əlini öldür-

mək qərarına gəlibmiş və bu qərarı həyata keçir-




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə