İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   2   3   4   5   6   7   8   9   ...   30

4

FEVRAL. 2012. № 12



www.uluturk.info

İ Ç İ N D Ə K İ L Ə R



Əli ŞAMİL

Aldanmışların ömrü intiharla bitir (Çuvaş  şairi Mişşi Sespel kimi)

..........................................................



34

Mişşi Sespel açıq-aşkar anlayır ki, Rusiyanın müstəmləkə siyasəti yeni formada davam etdirilir. Xalqının 

vətənsevər və cəsur övladlarının məhv edilməsinə dözmür. “Bu haqsızlığı durdurun!” demək istəyir, amma 

ona imkan vermirlər. Özünü həbsə atırlar. Üç aylıq həbsdən sonra dostlarının yardımıyla qurtula bilir.



Şəbnəm XEYRULLA

Mənim “düşmən” oyuncağım (birpərdəli mono pyes)................................................................................................38

Elə bilirsiniz, ancaq böyüklərin köçü olur? Bu cür düşünürsünüzsə, səhviniz var. Onda mənim səkkiz yaşım

var idi. Çətin günlər olduğunu başa düşür, hamının ciddi-cəhdlə köçə hazırlaşdığını görürdüm. Mən də öz balaca 

məktəb çantama kitablarımı, rəngli karandaşlarımı, babamın köməkliyi ilə topladığım kəpənək kolleksiyasını 

və bir də sevimli oyuncağımı yığmışdım.

Dr. Aqil EYVAZOV

Sağlam insan və cəmiyyət üçün halal gəlirin əhəmiyyəti

. .........................................................................



41 

Müsəlman işləmədən, başqalarının hesabına və qeyri- qanuni, haram yollardan qazanc əldə etməkdən mütləq

çəkinməli; qazancının haradan, necə gəldiyinə diqqət yetirməlidir. Çünki haram hərəkətlərdən biri işlənildikcə, 

digərinə qapı açılır və haramlar normal qarşılanmağa başlayır.



Mətanət ŞƏKİXANOVA

Türk məfkurə tarixinin işıqlı siması Musa Cərulla Biqiev və onun əsərləri haqqında ............................................43

“Siz ey Türk İnqilabçı Dövləti! Şərq xalqlarına söykənərək  və İslam siyasətini əldə rəhbər tutaraq, bütün 

müsəlman dünyasını dünya mədəniyyətinə özünə məxsusluqla aparın! Bunu insanlığın ləyaqətini, azadlığını və

hüquqlarını təmin edən İslam qanunlarını əldə rəhbər tutaraq ədalətli Türk ordularının vasitəsi ilə edin.”



Taleh CƏFƏROV

XX əsrin 50-60-cı illərində erməni disporasının antitürk fəaliyyəti ( ı yazı) ............................................................48

Qeyd etmək lazımdır ki, 1923-cü il Lozanna müqaviləsi ilə iflasa uğramış “erməni məsələsi” 60-cı illərdən

başlayaraq yenidən gündəmə gətirildi. “Erməni məsələsi”nin bəhs olunan dövrdə gündəmə gətirilməsi heç də 

səbəbsiz deyildi. Belə ki, II dünya müharibəsindən sonra dağıdılmış, viran edilmiş Avropanın yenidən qurulması

və inkişaf etdirilməsi məsələsi ön plana keçdi. 

Zaur ƏLİYEV

Qafqaz diasporları arasında əməkdaşlıq

................................................................................................



53

2002-ci ildən etibarən Qafqaz kökənli topluluqlar ilk sırada özlərinin malik olduqları mədəni və ictimai 

mərkəzlərini yaratmağa, bununla da beynəlxalq aləmin hüquq normaları çərçivəsində mənsub olduqları tarixi 

regionun problemlərinin üstün səviyyədə həlli istiqamətində hərəkətə keçiblər. Faktik olaraq, bu ictimai qurumları 

təmsil edənlər arasında azərbaycanlılar, gürcülər, çeçenlər və inquşlar daha aktiv görünürlər.

Dr. İradə ZƏRQAN

İmam Qəzalinin “böyük cihadı” ....................................................................................................................................56

Cihad – təmiz niyyətə, ali məqsədə, real elmi-əməli nəticəyə yönəlmiş  fədakar fəaliyyətdir. Bu amilləri nəzərə 

almadan, hər hansı kortəbii müqaviməti, terroru, yaxud müharibəni cihad adlandırmaq üçün düşünmək lazımdır.

Dr. Qəmbər CƏFƏROV

Qalaqapı nədir?

................................................................................................................................



60

Bu oyunda həddindən artıq israfçıl və həddindən çox acgöz, təcavüzkarlığa bənzər fəal və ya fəaliyyətsizliyə 

oxşar ehtiyatlı, çox xəyalpərəst və təxəyyüldən məhrum olan insanlar uduzur. Qalaqapı oyunçuya ən müxtəlif, 

hətta  xoşagəlməz vəziyyətlərdə də təmkinli və dözümlü olmağı aşılayır. Söz yox ki, bu cür xassələr insana gündəlik

həyatında da gərəkdir.



5

FEVRAL. 2012. № 12



www.uluturk.info

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı

bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli

olduq.  Mən  ölülərin  üstündən  getmək  istəmədim.

Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi

ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qızın meyi-

dinin sinəsinə basıb addımlamağa başladım. Mənim

ayaqlarım və şalvarım qan içində idi və beləcə 1200

meyidin üstündən keçdim”.

Bu  iyrənc,  heyvana  xas  sözlərin  müəllifi

özlərini məzlum kimi aparıb yalançı soyqırım id-

diaları ilə az qala dünyanı barmağına sarıyan bir

toplumun 

(millət 


sözünü 

çirkləndirmək

istəmədim-red.) cinayəti seyr edib bundan zövq

alan yazıçı-jurnalisti David Xerdiyana məxsus-

dur.  Hazırda  Livanda  məskunlaşan  David

Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türk-

lərinin  başına  gətirdikləri  müsibətləri 

“Xaç

uğrunda”

kitabında  fəxrlə  xatırlayaraq  daha

sonra yazır:

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri

yandırmaqla  məşğul  olurdu)  2000-ə  yaxın  alçaq

monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı

hissələrlə  Xocalının  1  kilometrliyində  yandırdı.

Axırıncı yük maşınında mən başından və qollarından

yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm.

Diqqətlə  baxanda  gördüm  ki,  o  yavaş-yavaş  nəfəs

alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq,

o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın

gözlərini  heç  vaxt  yaddan  çıxarmayacam.  Sonra

Tiqranyan familyalı bir əsgər onun qulaqlarından

tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içəris-

inə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan

ağlamaq və imdad səsləri gəlirdi””.

Xocalı  ərazisi  ən  qədim  memarlıq  və  ilk

mədəniyyət  abidələri  ilə  zəngindir.  Memarlıq

abidələrindən  türbə  (XIV  əsr),  dairəvi  türbə

(1356-1357-ci  illər),  ətafında  son  tunc  və  ilk

dəmir dövrünə aid nekropol, kurqan çölü və s.

var.

XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqan-



lardan ibarət olan Xocalı qəbristanlığı - son tunc

və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arx-

eoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar,

silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-

təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta

və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək

alətləri aşkar edilib. Burada çoxlu sayda “Qoç və

yəhər” şəkilli qəbir daşları və s. var.

Xocalı  şəhəri  və  Əsgəran  qəsəbəsi  arasında

Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə

aid  “Əsgəran  qalası” mövcuddur.  Qalanı

Qarabağ xanı Pənahəli xan tikdirib. Qala iki is-

tehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ik-

iqat daş divarlardan ibarətdir. Sol sahildəki qala

dördkünc  bürclüdür.  Divarların  qalınlığı  2-3

metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh

danışıqları “Əsgəran qalası”nda aparılıb.

Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristan-

lıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər,



“kilsəli”  deyilən  yerdə Alban  kilsəsi,  qəbirlər,

800 il əvvələ təsadüf edilən müsəlman qəbristan-

lığının qalıqları, Alban pir-ocaqları və s. var.

Ermənistanın  işğalı  nəticəsində  Xocalı  ray-

onunun tarixi, mədəni, dini abidələri, şəhər və

kəndləri, iqtisadi bazaları və s. dağıdılıb. Xocalı

şəhərinin  ən  qədim  tarixi  abidələri,  qəbristan-

lıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və

Meşəli  kəndlərindəki  qəbristanlıqlar,  dini

abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” 

s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi,

31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20

təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5

rabitə obyekti və s. darmadağın edilib.

Erməni cəlladları Sumqayıtda törətdikləri qətil-

Xocalı fəryadı

Arzu Şirinova*

"Xalq Cəbhəsi" qəzetinin redaktoru




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə