İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   2   3   4   5   6   7   8   9   ...   30

8

FEVRAL. 2012. № 12



www.uluturk.info

S

on iyirmi ildə insan potensialı və insan



faktoru anlayışlarından  geniş istifadə

edilir.  Belə  ki,  1990  -  cı  ildən  bəri  BMT

İnkişaf Proqramı (BMT İP) tərəfindən hazır-

lanan  hesabatlarda  insan  potensialının

inkişafı diqqət mərkəzindədir. Hər il dünya

dövlətlərinin  reytinqi  İnsan  potensialinin

inkişaf  indeksinə  (  İPİİ  )  görə  müəyyən

edilir.  Bu  indeks  qlobal    göstəici  olub,

dövlətlərin  inkişafını  müqayisə  etməyə

imkan verir.  İPİİ yaradıcısı dahi iqtisadçı

alim,  pakistanlı  Məhbub  ül  Həqdir.  O,  ilk

dəfə  milli  inkişafın  makroiqtisadi  göstəri-

cilərlə  qiymətləndirilməinə  bir  alternativ

olaraq, bu indeksi təklif etmişdi. Bu indeks

inkişafa  çox  həssas  olub,  orta  inkişaf

səviyyəsini təyin edən, insan potensialının

inkişafnın  əsas  göstəricilərini  (təhsil,

uzunömürlülük və ləyaqətli həyat səviyyəsi)

nəzərə alan  indekslərin cəmindən ibarətdir.  

Dünya dövlətlərinin reytinqi bu göstəriciyə

görə sıralanır. Misal üçün “Доклад о разви-

тии  человека  2010” kitabının  143-147-ci

səhifələrində  2010-ci  il  üçün  169  dövlətin

İPİİ  görə reytinqi göstərilmişdir.  İndeksin

qiyməti sfır ilə vahid arasında dəyişir.  Yük-

sək həyat səviyyəsini təmin etmiş dövlətlər

üçün bu indeks “1” , dözülməz, ağır şəraitdə

yaşayan dövlətlər üçün bu indeksin qiyməti

sfıra yaxındır. 2010–cu il təqdimatında, bir-

inci yerdə Norveç, axırıncı yerdə (169)  isə

Zambabve  durur.  Azərbaycan  2010-cu  ilin

hesabatında 2005-ci illə müqayisədə 34 pillə

yüksələrək 169 ölkə arasında insan inkişafı

indeksinə görə 101-ci yerdən 67-ci yerə yük-

səlmişdir. 

Dövlətlərin  dünya  reytiqindəki    yerini

müəyyən  etmək  üçün    praktiki  olaraq  ölkə

əhalisinin həyat şəraitinin bütün göstəriciləri

nəzərə alınır:  təhsil səviyyəsi, uzun ömür-

lülük,  doğum  və  ölüm  səviyyələri,  adam

başına düşən ÜDM, istehlak qiyməti indeksi,

mobil    telefon  və  İnternet  ələqəsi,  içməli

suyun keyfiyyəti, səhiyyənin vəziyyəti, enerji

təminatı,  meşələrin  sahəsi,  ətraf  mühitin

vəziyyəti, insan hüquqları sahəsində vəziyyət,

gender bərabərliyi, cinayətkarlığın səviyyəsi,

işsizliyin səviyyəsi və s.  Bu göstəriciləri bəzi

dövlətlər  diqqətdə  ciddi  saxlayır,  bəziləri

lazımıca  diqqətdə  saxlamırlar,    bəziləri  isə

heç diqqət yetirmirlər.

“Доклад  о  развитии  человека  2010”

kitabında sıra nömrəsi ilə çap olunmuş bəzi

dövlətlərin  İPİİ  –  qiymətləri  cədvəlin  3-cü

stununda verilmişdir.

Cədvəldə  İnsan  potensialının  İnkişaf  İn-

deksi hərfi ilə işarə eilmişdir. Göründüyü

kimi  birinci    üç  yeri  tunan  ölkələr  üçün

qiyməti    0,9 –  dan  böyükdür.  Planetimizdə



a=1 olan  ölkə  yoxdur.    Səmavi  kitablarin

məlumatlarına görə  a=1 şərti Cənnət üçün

ödənilir. Deməli, Norveç, Avstraliya və Yeni

Zelandiyanı kvazicənnət ölkələr saymaq olar.

İnkişaf  etmiş  və  ya  inkişaf  etməkdə  olan

ölkələrə  misal  cədvəldə  65-68  ci  yerləri

bölüşdürən  (RF,  Qazaxstan,  Azərbaycan)

ölkələri  göstərmək  olar.  Bu  ölkələr  üçün  a

əmsalının qiyməti 0,710 ilə  0,720 arasında

dəyişir və inkişaf etmiş ölkələr sırasına yaxın-

laşırlar.

Hər iki dünyadan xəbər 

verən indeks

Professor Şahlar Əsgərov,

Anar Əsgərov  



9

FEVRAL. 2012. № 12



www.uluturk.info

Professor Şahlar Əsgərov, Anar Əsgərov

Cədvəldə  166  -169  cu    yerləri  bölüşdürən

ölkələr (Nigeriya, Konqo, Zimbabve) üçün a

əmsalının qiyməti  0,282  ilə  0,140 arasında

dəyişir. Bu ölkələrdə həyat şəraiti çox ağırdır.

Misal üçün Zimbabve ölkəsi öz əhalisi üçün

“Cənnət  dövlət” olan  Norveçin  yaratdığı

şəraitin yalnız  14 % yarada bilib.    

Qeyid  etmək  lazımdır  ki,  BMT  İP  dörd

səhifəlik cədvəl tam şəkildə belə az informativ,

quru və ruhsuzdur.  Bu informasiyaları daha

parlaq və canlı şıkildə təqdim etmək üçün yeni

metodologiyadan istifadə etmək lazımdır. Belə

metodologiya xüsusi halda biliyin qiymətlən -

dirilməsi üçün hazırlanıb və istifadə edilibdir.

Yeni kriteriya olaraq tədris materialının mən-

imsənilən 

hissəsinin, 

mənimsənilməyən

hissəyə nisbəti təklif olunmuşdur və hərfi ilə

işarə edilmişdir. Burda da anoloji olaraq mak-

simal həyat səviyyəsinin əldə olunan hissəsinin

kəsir hissəyə nisbətini  bir kriteriya kimi qəbul

edib, dövlətləri inkişaf səviyəsinə görə sıraya

düzmək mümkündür. Yuxarıdakı cədvəldə belə

bir əmsalı müxtəlif ölkələr üçün hesablanıb,

cədvəlin 4-cü sütunda  göstərilmişdir.

BMT tərəfindən hesablanmış İPİİ –ni – dan

asılılığı  qurmaqla,  onu  daha  canlı  və  ruhlu

təqdim  etmək  münkündür.  Belə  bir  asılılıq

qrafikdə  göstərilmişdir.

Qrafikdən göründüyü kimi müxtəlf dövlətlər

üçün İPİİ - nın  qiyməti  – dan asılılığı mo-

noton dəyişir və əyrinin üzərindəki nöqtələrlə

müxtəlif dövlətləri göstərir. Əyrinin sağ yuxarı

küncündəki  nöqtə    Norveçi,  ondan  soldaki

nöqtə Avstraliyanı, qrafikin sol aşağı küncün -

dəki nöqtə Zimbabveni göstərir.   

Mövcud  BMT  metodologiyasına  əsasən

dünya dövlətləri  inkişaf səviyyəsinə görə dörd

qrupa bölünür. 2010 -cu ilin hesabatında  təs-

nifat  belədir: 

1) İPİİ çox yüksək olan ölkələr (42 ölkə); 

2) İPİİ yüksək olan ölkələr (43 ölkə);

3) İPİİ  orta olan ölkələr (42 ölkə); 

4) İPİİ  alçaq olan ölkələr (42 ölkə).

Bu bölgü subyektiv xarakter daşıyir, obyektiv

kriteriyaya  əsaslanmır  və  bu  səbəbdən  də

doğma Planetimizdə   ölkələrin iqtisadi - sosial

vəziyyətini ciddiliyi ilə təqdim edə bilmir.



Ölkələrin reytinqinin keyfiyyət faktoru K- dan asılılığı.

Şəkildə  rəqəmlərlə  ölkələrin  reytinqi

göstərilmişdir.  Norveç(1),   Avstraliya(2),Yeni

Zelandiy(3), RF(65), Qazaxstan(66), Azərbay-

can(67),  Nigeriya(167),  Konqo(168),  Zim-

babve(169).                    

Yuxarıdakı  qrafikdən  aydın  görünür  ki,

dünya dövlətlərini inkişaf səviyyəsinə görə üç

qrupa bölmək olar. Birinci qrup ölkələr üçün

a(K) asılılığı  zəifdir.  Bu  ölkələr  çox  inkişaf



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə