İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   2   3   4   5   6   7   8   9   ...   30

10

FEVRAL. 2012. № 12



www.uluturk.info

Hər iki dünyadan xəbər verən indeks

etmiş ölkələrdi və bu ölkələr üçün  K  >> 1- dir.

İnkişaf etmiş II qrup ölkələri  üçün – nın

qiyməti vahid ətrafında dəyişir.  Üçüncü qrup

ölkələr  üçün  a(K) asılılığı  qüvvətlidir.  Bu

ölkələr zəif inkişaf etmiş ölkələrdir. Bu ölkələr

üçün  K  <<  1 - dir.

Bütün səmavi kitablarda Cənnət və Cəhənən-

nəmin varlığı  və səciyyəvi cəhətləri xeyli aydın

təsvir  edilibdir.  Cənnətəbənzər    həyat  şəraiti

quran dövlətlərdə  – nın qiyməti 10 – dan

çoxdur.  Bu  dövlətlərə  misal  olaraq  Norveçi,

Avstraliya,  göstərmək  olar.  Bu  ölkələr,  bu

Dünyada  cənnət şəraitinin 90% -ni yarada bili-

blər.  Üçüncü qrup olkələrinə qiyməti ilə



0,4 arasında  dəyişən ölkələri aid etmək olar.

Bu ölkələrə misal Nigeriya, Konqo və Zimbab-

veni göstərmək olar. Zimbabve üçün   K = 0,16

- dır. Nə qədər ağır olsa da bu ölkədə Cəhən-

nəmin  ələmətləri  qədərincə çoxdur.

Bu  dünyada  doğma  planetimizin  bir  neçə

ölkəsi 

firavan 


yaşamanın 

nümunəsini

yaradıblar.  Allah  insanlara  düşünməyə  ağıl,

görməyə göz veribdir. İnsan oglu bu Dünyaya

gəlişinin  səbəbini  düşünüb  tapmalıdır.  Əgər

tapa bilməsə, XXI əsrin ən intellektual adamı,



“Apple” firmasının yaradıcısı Stiv Cobsun bu

fikirlərinə diqqət etsin: “Biz bu Dünyaya ona



görə  gəlmişik  ki,  öz  töhvəmizi  verək”.

Töhvəni necə verməni  kvazicənnət dövlətlərin

vətəndaşlarından öyrənmək olar.     

Alp Arslan və Əbülfəzl Səki

(ibrətli hekayə)

Bir gün Əbülfəzl Səkzi Alp Arslandan soruşur:

- Nə üçün sahibxəbərin yoxdur?

Alp Arslann dedi:

- İstəyirsən mənim ölkəmi bərbad edəsən, dostları məndən qaçırasan?

- Nə üçün?

Alp Arslan:

- Ona görə ki, mən sahibxəbər təyin etsəm, ürəkdən mənə səmimi və dost olanlar

bu  dostluq  və  səmimilik  xatirinə  səhibxəbəri  saymayacaq  və  ona  rüşvət  ver-

məyəcəklər.  Əksinə,  mənə  qeyri-səmimi  və  düşmən  olanlar  isə  sahibxəbərlə

dosluq edib ona rüşvət və bəxşiş verəcəklər. Sahibxəbərlər də məcbur olub dostdan

pis, düşmənlərdən isə yaxşı sözlər çatdırarlar. Yaxşı və pis söz oxa bənzər, bir neçə

ox atdıqda axırada biri hədəfə dəyər, bizim ürəyimizə hər gün dosta qarşı xal düşər,

düşmənə qarşı isə yumşalarıq. Bir az keçməz ki, dost uzaqlaşmağa, düşmən yaxın-

laşmağa başlar, nəhayət, düşmən dostun yerini tutar, ondan törəyəcək fəlakətin

qarşısını heç nə ala bilməz. 




11

FEVRAL. 2012. № 12



www.uluturk.info

X

alqımızın tarixi və mədəniyyəti ilə bağlı



müxtəlif  ölkələrdə  saxlanılan  arxiv

sənədlərinin    üzə  çıxarılaraq  tədqiq  olunması

Azərbaycan-Türk elmi qarşısında duran ən aktual

və prioritet məsələlərdəndir. Arxivlərində tarixi

keçmişimizlə  bağlı  mühüm  əhəmiyyətli

sənədlərin qorunduğu ölkələrdən biri də qonşu

Gürcüstandır. Bunun əsas səbəbi milli dövlətçilik,

mətbuat,  ədəbiyyat  və  mədəniyyət  tariximizdə

xüsusi  yer  tutmuş  bu  ölkənin  paytaxtı  Tiflis

şəhərinin  XIX  yüzildə  Cənubi  Qafqazın  baş

şəhəri rolunu oynaması və bu dövrdə Rusiya İm-

peratorluğunun    Qafqaz  Canişinlik  İdarəsi  və

digər  inzibati  dövlət  qurumlarının  məhz  bu

şəhərdə yerləşməsindən irəli gəlir. 

Gürcüstan Mərkəzi Tarix Arxivində (GMTA)

saxlanılan  sənədlər  içərisində  Türkmənçay  və

Ədirnə  sülh  müqavilələri  nəticəsində  Cənubi

Qafqazda (özəlliklə Qarabağ, Naxçıvan, İrəvan

çuxuru  və Ahısqa-Axalkələk  bölgəsində) Türk

etnik varlığının sıxışdırılması və yad etnik ünsür-

lərin,  xüsusən  də  ermənilərin  yerləşdirilməsi

yönündə gerçəkləşdirilən demoqrafik siyasəti əks

etdirən  sənədlər  böyük  önəm  daşıyır.  Belə

sənədlərdən    xronoloji  ardıcıllığa  görə  başda

gələn Tiflis hərbi qubernatorunun 4 iyun 1827-ci

il  tarixli  hesabat  məktubudur.  1826-28-ci  illər

Rusiya-İran  müharibəsində  rusların  cəbhə  xət-

tində  tam  üstünlüyü  ələ  aldıqları  bir  zamana

təsadüf edən bu məktubdan Ərzurumda yaşayan

erməni tacir Anton Qrikur oğlunun rus hökumət-

inə  nestorian  ermənilərin  iranlılara  qarşı

silahlandırılmasını təklif etdiyi və şifahi surətdə

hərbi qubernatora bunları söylədiyi bəlli olur:

“Mənim atam Qrikur Seyl oğlu çoxdan Ümum-

rusiya  imperatorunun  təəbəliyini  götürmək

istəyirdi. Ona görə də həmişə özünün Böyük der

javasına (Rusiya dövlətinə - F.V.) sadiqliyini

göstərmək üçün vasitələr axtarırdı ki, təəbəliyini

götürəndən  sonra  orada  da  Türkiyə  İm-

periyasının paşalarının ona verdiyi imtiyazlara

malik olsun. Mənim valideynimə Rusiya təəbələri

sırasında olmaq xoşbəxtliyi nəsib olmasa da, o

mənə  əmr  etdi  ki,  aşağıdakılar  barədə  sizin

höküməti məlumatlandırım. Nestorian adlanan

xalq  iranlılara  məxsus  Səlmas  şəhərindən  12

saatlıq  məsafədə,  İmidt  dağları  ərazisində

yaşayır,  sayları  50000-60000  ev  arasındadır.

Onlar səthi olaraq Türkiyə sultanına tabe olsalar

da öz üzərlərində onun hakimiyyətini qəbul etmir-

lər. Həmişə iranlılarla düşmən şəraitində olan

nestorian xalqı iranlılar tərəfindən sıxışdırılanda

onlara  müharibə  elan  edir  və  bu  müharibəni

Türkiyə  sultanının  köməyi  olmadan  aparır.

Dediklərimizə  nestorianların  üzərinə  hücum

etmiş şahzadənin onların malını-mülkünü qarət

etməsini  də  əlavə  etmək  lazımdır.  Baş  verdiyi

gündən təqribən 8 il ötdüyü və  Qriboyedovun da

bildiyi  bu  hadisə  Türkiyə  ilə  sülhü  pozmadı.

Qafqaza kütləvi erməni köçləri 

Gürcüstan arxivlərində 

Dr. Fəxri Valehoğlu 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə