İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

28

FEVRAL. 2012. № 12



www.uluturk.info

Türk toplumlarının inteqrasiyasında  medianın rolu



“Göytürk” dərgisi, internet “İstiqlol TV” 

uyğur  soyqırım  tarixini  əks  etdirən  saytlar

buna nümunədir.

Türk xalqlarının öz vətənlərində media va-

sitəsi ilə deyə bilmədiyi fikirlər və mövzular

məhz ölkədən kənarda kütləvi informasiya va-

sitələrinin  yaranmasını  zəruri  edir  və  bu  cür

dərgi, sayt,  radio və TV-lər meydana gəlir. Bu

fəaliyyət öz növbəsində Türk xalqları diaspor

mətbuatının formalaşmasına da şərait yaradır.

Türksoylu  xalqların  arasında  informasiya

şəbəkəsinin qurulması və toplumların bir-birinə

daha yaxın olması üçün medianın üzərinə bir

sıra 


vəzifələr 

düşür. 


Müasir 

dünya


müstəvisində  mənəvi Turan  birliyinin  qurul-

ması məsələsi  medianın vəzifə və imkanların-

dan  nə  dərəcədə    düzgün  və  planlı  şəkildə

istifadə edilməsindən asılıdır.

Bunun üçün aşağıdakı məsələlər öz həllini

tapmalıdır:

Türk 

xalqlarının 



media 

şəbəkəsinin

əlaqələrini gücləndirəcək qurumların yaradıl-

ması və işlək vəziyyətə gətirilməsi (İlkin nü-

munə 

Türkdilli 



ölkələrin 

informasiya

agentlikləri Birliyi);

Türk xalqlarının tarixi, mədəni irsi, adətləri

və  müasir  durumu,  ortaq  dəyərləri  ilə  bağlı

ortaq sənədli filmlərin, verilişlərin, teleradio

layihələrin hazırlanması və müxtəlif ölkələrdə

yayımının təşkili;

Ortaq xəbər agentliyinin, Tv və radionun qu-

rulması;


İnformasiya siyasətində Türk dünyasında baş

verən  hadisələrə  daha  duyarlı  və  obyektiv

yanaşma;

Jurnalistlərin peşəkarlığının artırılması və

qarşılıqlı  səfər  və  təcrübə  mübadiləsinin

təşkili;


Media qurumlarının Türk cümhuriyyətlərində

və toplumlarının yaşadığı bölgələrdə müxbir

postların yaradılmasına xüsusi diqqət etməsi;

Türk xalqları coğrafiyasının dünyaya inteqrasiya

etməsi üçün əcnəbi dillərdə  KİV yaratması;

Türk  xalqlarının  ana  dilində  medianın

inkişafına diqqət göstərməsi;

Ortaq  dil  və  əlifba  probleminin  zamanla

həllini tapması.

Türkiyədə fəaliyyət göstərən “Turkish Music



Box” kanalı Türk dünyasının musiqi kanalı ol-

masını bacardı. Kanalın yayım məqsədi Türk

coğrafiyasının  istənilən  bölgəsindən  olan

xalqların musiqi mədəniyyətini bir birlərinə və

dünyaya təqdim etməkdir. TRT AVAZ-ın mey-

dana gəlməsi isə bu sahədə daha böyük addım

oldu və böyük sevinclə qarşılandı. 

Bu  gün  Türk  xalqları  arasında  kommu-

nikasiyaya mane olan cəhətlərdən biri də əlifba

məsələsidir.

Məs: uyğurlar, Kərkük Türkləri ərəb qrafkalı,

Orta Asiya  Cümhuriyyətləri  və  Rusiya  Fed-

erasiyasının tərkibində olan özərk Cümhuriy -

yətlər kiril, Türkiyə və Azərbaycan Cüm huriy -

yətəri  isə  latın  qrafikalı  əlifbadan  istifadə

edirlər. 

Sözsüz ki, Türk xalqları mediasının üzləşdik-

ləri  çətinliklər  bununla  bitmir.  Bu  baxımdan

ümid  etmək  olar  ki,  Türk  dünyasının  inte-

qrasiyası üçün sadalanan məsələlər öz həllini

tapacaq,  zamanla  bu  inkişaf  öz  bəhrəsini

verəcək. İki ildir, Türk xalqları və toplumlarının

Media Forumunun keçirilməsi, müxtəlif  jurnal-

istlərin bir araya gəlib inteqrasiya məsələlərini

müzakirə etməsi və fikir mübadiləsi aparması

medianın  gələcəkdə  Türk  xalqları  arasında

mənəvi körpü olacağına işarədir.



29

FEVRAL. 2012. № 12



www.uluturk.info

Bir daha Babəkin Türk-müsəlman 

hökmdarı olması barədə

(I yazı)


Ənənəvi  tarixşünaslıqda  Babəkin  sadə  xalq

kütlələrinin mənafelərinin müdafiəçisi olmuş bir

üsyançı  kimi  göstərilməsi  sovet  tarix  konsep-

siyasının tələblərindən irəli gələn bir baxış idi və

bu  gün  müstəqil  Azərbaycanda  tarix  elminin

inkişaf  yoluna  qədəm  qoyması  bir  çox  digər

məsələlər  kimi,  bu  problemə  də  yeni  baxış

sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əl-

bəttə,  nə  cür  təqdim  olunmasından  asılı  olma-

yaraq,  Babək  Azərbaycan  tarixinin  ən  şanlı

səhifələrinə öz ismini qızıl hərflərlə yazmış bir tar-

ixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir

tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun

həyat  və  fəaliyyətini,  mübarizə  amallarını  hər

hansı ictimai quruluşun tələbləri çərçivəsində yox,

məhz  tarixi  həqiqətlərin  bərpası  düşüncəsi  ilə

obyektiv tədqiq etmək lazımdır. Azərbaycan tarix

elminin  qarşısında  bu  gün  dayanan  ümdə  vəz-

ifələrdən biri, zənnimcə, bu olmalıdır. 

Babəkin  həyat  və  mücadiləsinin  bir

dövlət başçısı şəklində indiyədək araşdırılmaması

müxtəlif  səbəblərlə  izah  oluna  bilər.  Bu  yöndə

ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da,

Azərbaycan  tarixinin  IX  yüzillik  dövründə

mövcud  olmuş  dövlət  qurumlarının  adları

sırasında Hürrəmilər dövlətinin ismi keçmir. Ən

başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tar-

ixşünaslığının xüsusi konsepsiyasının olmasıdır.

Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan

bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil

milli  dövlətçilik  tarixinə  hansısa  Hürrəmilər

dövləti kimi bir faktoru əlavə etməyə imkan verə

bilməzdi. Bu baxımdan sözügedən məsələyə, yəni

Hürrəmilər  hərəkatının  nəticə  etibarilə  heç  bir

dövlətdən asılı olmayan müstəqil bir dövlətin qu-

rulmasına gətirib çıxarması və Babəkin də 22 il

ərzində bu dövlətin ilk hökmdarı olması fərziyyəs-

inə diqqətdən kənarda qalmış bir sıra obyektiv tar-

ixi faktların gözü ilə baxmaqda, düşünürəm ki,

böyük fayda vardır.

Babəkin bir dövlət başçısı olması faktını ortaya

qoyarkən  hər  şeydən  əvvəl  erkən  orta  əsrlərdə

tarix səhnəsində olmuş hər hansı bir tarixi dövlətin

mövcudluğunu  təsdiqləyən  ən  başlıca  amilləri

nəzərdən  keçirməyə  və  bunların  Babək  dövrü

Azərbaycanında  nə  dərəcədə  əks  olunduğunu

təhlil  etməyə  ehtiyac  var.  Hər  hansı  bir  tarixi

dövlətin müəyyən ərazilərdə qurulduğunu əsasən

aşağıdakı amillər təsdiq edə bilər:

*

xalqın yekdil iradəsini ifadə edən kütləvi



xalq  üsyanı,  işğalçı  qüvvəyə  qarşı  milli-

azadlıq hərəkatı dalğasının və ya kütləvi eti-

razın təşkilini həyata keçirən qüvvənin varlığı;

*  konkret  ərazilər  üzərində  üsyan  yaxud

hərəkat rəhbərliyinin davamlı nəzarəti;

* konkret idarəetmə orqanının fəaliyyətinin

mövcudluğu;

* dövlətçilik atributlarının (bayraq, taxt-tac,

möhür, pul sikkəsi və s. atributların) mövcud-

luğu;


* nəzarət edilən ərazilərin başkəndinin ol-

ması;


* nəzarət edilən ərazilərin qorunması mis-

siyasını daşıyan ordunun varlığı;



Ceyhun Bayramlı*

Oğuz Müstəiql  Araşdırmaçılar Birliyinin üzvü, tədqiqatçı-yazar.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə