İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

30

FEVRAL. 2012. № 12



www.uluturk.info

Bir daha BabəkinTürk-müsəlman hökmdarı olması barədə

* tarixi mənbələrdə həmin ərazilərdə dövlət

qurumunun və onu idarə edən hökmdarın var-

lığını  söyləməyə  əsas  verən  məlumatların

mövcudluğu;

*  sözügedən  əraziləri  idarə  edən  şəxsin

digər  xarici  dövlətlərin  hökmdarları  ilə

əlaqələr qurması;

* idarə edən şəxsin idarəetmə sahəsindəki

əməli fəaliyyətinin mövcudluğu.

Bunları sadaladıqdan sonra Babək dövrü Azər-

baycanında  adları  çəkilən  amillərin  mütləq  ək-

səriyyətinin var olduğunu çəkinmədən qeyd edə

bilərik.  Ərəb  imperializminə  qarşı Azərbaycan

xalqının  başlatdığı  və  Hürrəmilik  tərəfdarları

tərəfindən yönləndirilən milli-azadlıq hərəkatının

öndəri olmuş Babəkin Bəzz qalası adlı paytaxt

şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölük-

lərinin  başçılarından  ibarət  Hərbi  Şura  adlı

idarəetmə orqanı, Al rəngli bayrağı, uzun müddət

(22 il 5 ay) ərzində nəzarət etdiyi konkret ərazilər

vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və

şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd

yönümlü üsyan və qiyamları yatırdır, Bizans im-

periyası  ilə,  eləcə  də Abbasilər  xilafətinin  baş

sərkərdəsi Afşin Hidr ibn Kavusla rəsmi şəkildə

məktublaşırdı.

Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar

kimi  təqdim  olunması  sovet  hakim  konsep-

siyasından çox-çox öncə onu səviyyəsiz və quldur

birisi  kimi  göstərməyə  çalışmış  Abbasilər

sarayının maraqlarına zidd idi. Bu baxımdan xi-

lafət sarayının tarixçiləri öz əsərlərində Babəki

daha çox bir qiyamçı kimi göstərməklə onun mü-

cadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə

çalışırlar,  bununla  yanaşı,  bir  çox  əsərlərdə

Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə

geniş müzakirələr açıb fikirlər söyləyirlər. “Adi

bir qiyamçının” yaxud “üsyan başçısının” əsil-

nəcabətinin  bu  qədər  geninə-boluna  təhlil

edilməsi  əlbəttə  ki,  anlaşılmaz  və  şübhə

yaradandır.  Babək  əsir  alınarkən  xəlifə

Mötəsimin onu fəthnamələrdə “şimal hökmdarı”

kimi qeyd etdirməkdə məqsədinin guya özünü

qüdrətli göstərməkdən ibarət olması barədə müd-

dəalar isə səhv düşünçədir və əsası yoxdur.

Qədim  tarixi  mənbələrdə  həmin  ərazilərdə

konkret dövlət qurumunun və onu idarə edən hök-

mdarın varlığını söyləməyə əsas verən məlumat-

ların mövcudluğu məsələsinə gəlincə, bu haqda

mənbələrdə kifayət qədər məlumatlar vardır ki,

bu  günədək  diqqətdən  kənarda  qalmışdır.  Bu

məlumatları bölüşməyə, zənnimcə, o səbəbdən

ehtiyac vardır ki, ənənəvi tarixşünaslıq IX yüzil-

liyin ilk yarısında Azərbaycan ərazilərini sadəcə

müvəqqəti olaraq Abbasilərin nəzarətindən kə-

narda qalmış və heç bir idarəetmə mexanizminə

malik  olmayan  torpaqlar  kimi  göstərməyə

çalışmışdır.    Buna  görə  də  mənbələrdə  diqqəti

cəlb edən bir sıra mühüm məlumatları bir daha

incələmək lazım gəlir. 

BABƏK HÜRRƏMİNİN HÖKMDAR OLMASI İLƏ

BAĞLI

BƏZİ MƏNBƏ MƏLUMATLARI

Bizə  görə,  Babəkin  hökmdar  olduğunu

söyləməyə  əsas  verən  daha  önəmli  mənbə

məlumatları onun özünün dilindən söylənən fikir-

lərin  əks  olunduğu  məlumatlardır.  Bizlər  üçün

Abbasi  saray  tarixçilərinin  yaxud  onların

məlumatlarını  qeydsiz-şərtsiz  obyektiv  qəbul

edərək  onlara  istinad  etmiş  digər  tarix

yazarlarının fikirlərindən daha çox Babək Hür-

rəminin özünü hansı məqamda görməsi mühüm

əhəmiyyət kəsb edir. Çünki Abbasilər yox, məhz

Babək  Hürrəmi  bizim  tarixi  qəhrəmanımız  və

dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı

bir sıra maraqlı məlumatlara rast gəlinir. 

Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin

“Tərix  ər-rüsul  və-l-müluk” adlı  əsərində

Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki

meşəlikdə olduğu zaman oğlundan gələn mək-

tuba verdiyi cavabda bu cümlələrə yer verilib:



“Bəlkə də mən bu gündən sonra çox yaşamadım,


31

FEVRAL. 2012. № 12



www.uluturk.info

Ceyhun Bayramlı



amma  mən  hökmdar  adını  daşıyıram  və  mən

harda olsam, yaxud mənim barəmdə harada nə

danışsalar,  -  yenə  də  mən  hökmdar  olaraq

qalıram”. Z.  Bünyadovda  Babəkin  bu  mək-

tubundakı  “hökmdar” kəlməsi  “padşah”  



“şah” olaraq qeyd olunub. 

Sözügedən məktubda diqqəti cəlb edən daha bir

məqam Babəkin özünü konkret bir sülalənin ban-

isi olaraq görməsi və oğlunun varislik hüququn-

dan danışmasıdır: “Sən mənim yolumla getsəydin

və  öz  sülalənin  varisi  olsaydın”.  Eyni  sülalə

məsələsi və Babəkdən sonra onun varisinin kim

olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində

daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl

Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz

narahatlığını  dilə  gətirir  və  məlum  olur  ki,

Babəkin oğul övladlarının bir çoxu idarəetmədə

naşı, digərləri də azyaşlı olduqları üçün Babək

Bəzz qalasının süqutundan sonra qardaşı Abdul-

lanı öz yerinə varis təyin etmək fikrində idi və

məhz bu səbəbdən onu qorumaq məqsədilə Ab-

dullanı Beyləqan hakimi Əbu Musa Yesainin (İs-

tifanusun) yanına göndərir. Mənbədə bu haqda

məlumat aşağıdakı şəkildə verilmişdir: “- Yaxşı



olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki

birisi bizlərdən birinin izinə düşərsə, o birisi sala-

mat qalıb yaşayacaqdır. Mən özüm səninlə qala-

cağam,  qardaşım  Abdullah  isə  ibn  İstifanusun

yanına gedəcəkdir, çünki biz nə olacağını bilmirik

və sonradan bizim sülaləni davam etdirə biləcək

varisimiz  yoxdur”.  “-  Sənin  çoxlu  oğlanların

vardır”, - deyə İbn Sumbat ona müraciət etdi.

Lakin Babək cavab verdi ki, onların arasında bir

nəfər də münasib olanı yoxdur, buna görə qar-

daşını inandığı ibn İstifanusun qalasına göndər-

məyi  qərara  almışdır.  Babəkin  bu  sitatdakı

sözlərindən  açıq-aydın  görülür  ki,  o,  özünü

müstəqil dövlətin hökmdarı hesab edir, özündən

sonra hökmdar sülaləsinin varisinin kim olacağını

düşünürdü.

Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin



“Kitab-əl-Fütuh” adlı əsərində Babəkin oğluna

yazdığı cavab məktubunda onun məşhur kəlamı

aşağıdakı şəkildə qeyd olunub: “Babək oğlunun

məktubu  ilə  tanış  olandan  sonra  məktubu

gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə

heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə

dedi“Oğlumun yanına get və bu sözləri ona çat-

dır: bir gün hökmdar kimi yaşamaq qırx il qul

qalmaqdan  daha  yaxşıdır!””.  Burda  Babəkin

özünü hökmdar qismində görməsi asanlıqla an-

laşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam “qırx

il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa

kimi yaşamaq daha yaxşıdır” formasında əks ol-

unub. 


Babəkin bir hökmdar olduğunu söyləməyə əsas

verən  daha  bir  mühüm  fakt Abdürrəhman  ibn

Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin

Əsyutinin) “Tərix-ül-xülafə” adlı əsərində əks ol-

unmuşdur. Tarixçi-alim Z. Bünyadov öz əsərində

Süyutinin  “837-ci  ildə  Mötəsim  Azərbaycan



padşahını  (məlikini)  əsir  almışdır”

deyə


yazdığını bildirir.

Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq



etdiyi  ərazilər”dən  danışır  və  bu  ərazilərin

coğrafi  təsvirinə  yer  verir.  Təsvirdən  sonra

tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökm-

ranlıq  etməsini” qeyd  edir.  “Hökmdarlıq” 

“hökmranlıq” arasında leksik-semantik fərqlər

olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət

qədər  geniş  bir  əraziyə  kifayət  qədər  uzun  bir

müddət ərzində nəzarət etdiyini və bu ərazilərdə

öz idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təs-

diqləyir.

Mənbələrin  məlumatları  ilə  yanaşı,  Babəkin

hökmdar olduğunu sübut edən digər məqamlara

da diqqət cəlb etməkdə fayda vardır. Bu məqam-

lar üzərində tarix sahəsində bu günədək müəyyən

səbəblərdən sistemli iş aparılmamışdır, bununla

bərabər, bu faktların ciddi fərziyyələr irəli sürmək

üçün kifayət qədər əsas verdiyini mütləq qeyd et-

məliyik.


Əvvəla,  onu  bildirmək  lazımdır  ki,  Babəkin

çoxlu  sayda  cəlladının  olması  barədə  bir  sıra

mənbələrdə,  o  cümlədən, Təbərinin  “Tərix-ər-

rüsul  və-l-müluk”,  Nizamülmülkün  “Siyasət-



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə