İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

26

FEVRAL. 2012. № 12



www.uluturk.info

Türk toplumlarının inteqrasiyasında  medianın rolu



Dünyaya  səpələnmiş  dövlətləri  olmayan,

kiçik  Türksoylu  xalqların  və  toplumların

milli kimliyinin qorunması məsələsi və on-

ların tanıdılmasında medianın rolu

Orta Asiya ölkələri – Tarixən bu regionda

yaşayan  xalqlar  oxşar  tarixi-ictimai,  siyasi

mərhələləri keçdiklərindən regionda baş verən

proseslər də mediaya bu və ya digər dərəcədə

oxşar  təsir    göstərir.  70  illik  Sovet  dönə-

mindən  sonra  bu  xalqlar  müstəqilliyə

qovuşsalar  da,  hələ  də    Rusiyanın  onların

siyasətinə,  eləcə  də  mediasına  birbaşa  və

dolayı təsir üstünlüyü duyulmaqdadır. Bunun

nəticəsidir ki, mətbuatda, dövlət qurumlarında

və s. ünsiyyət dili kimi rus dili hakimdir. Bu

situasiya da öz növbəsində milli dilin, milli

məfkurənin məhv olması deməkdir və  xalqın

bir milli varlıq kimi gələcəyini təhlükə altına

atır. 


Qazaxıstanda da digər qonşu ölkələrdəki kimi

mətbuatda və elektron resurslarda rus dili qazax

dilini  üstələyir.  Ölkədə  təxminən  453  mətbu

nəşr qazaxca, 2303 nəşr isə rus dilində çıxır.

Ölkənin  analitik  təşkilatları  alyanslarının

araşdırmalarına  görə  2010-cu  ildə  ölkədə

yayımlanan mətbuatın cəmi 6% qazax dilində

nəşr edilib. 

Buna  görə  də  ölkədə  qazaxdilli  və  rusdilli

mətbuat  anlayışı  meydana  gəlib.  Onlar  istər

məzmununa, istərsə də hadisələri təhlil və işıq-

landırmasına görə fərqlənirlər. Ancaq əsas prob-

lem  rusdilli  oxucu  kontingentinin  anadilli

mətbuata ögeyliyi və dövlət dilindən xəbərsi-

zliyidir. Qazaxıstandan olan jurnalist Əmircan

Kosanov ölkə mətbuatının iki cəbhəyə bölün-

məsi problemini bu cür izah edir: “Qazaxıstan

KİV-inin problemi odur ki, qazaxdilli jurnal-

istlər və oxucular rusdilli KİV-i oxuya bilirlər,

ancaq əksər rusdilli KİV-in jurnalistləri, oxucu-

ları təəssüf ki, orijinalda məs: Qasım Aman-

jolulının yaradıcılığı ilə tanış ola bilmirlər..”

Bunu  nəzərə  alan  Qazaxıstan  höküməti

qazax  dilinin  inkişafı  və  əhalinin  öz  dilini

mükəmməl bilməsi üçün xüsusi göstəriş verib

və 2020-ci ilə qədər Qazax dilinin İnkişafının

Dövlət Proqramı qəbul edilib və bu siyasət artıq

bir neçə ildir ki, uğurla həyata keçirilir. 

Proqram və layihə çərçivəsində 150.000 - dən

çox sözü əhatə edən qazax dilinin lüğətinin çapı

nəzərdə tutulur. Hökümətin proqnozlarına görə

10 il sonra dövlət dilini bilən qazaxların  sayı

95%, rusca danışanlar 5 % olacaq. 

Qazaxıstan İnformasiya və Əlaqələr Nazir-

liyinin göstərişinə əsasən dillə bağlı qaydalar

KİV-də,  özəlliklə  radio  Tv  yayımında  daha

ciddi nəzərə alınacaq. Qaydalara görə Dövlət

dilində  efirə  çıxan  radio  və  Tv  proqramları

2012-ci ilin yanvarından 25%, 2013-cü ildə bu

göstəricinin  35%,  2015-ci  ildə  isə  50%-dən

aşağı  olmaması  planlaşdırılır.  2012-ci  ilin

sentyabrında   Tv-lərin ümumi efir həcminin

50%-i studiyaların öz istehsalı olan tele məh-

sullar,  qazax  müəlliflərin  musiqi  əsərləri  ol-

malıdır.  

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev

ara-sıra  mətbuata  açıqlamasında    medianın

qazax dilində fəaliyyətinin zəruriliyini qeyd edir.

Ümumiyyətlə  qloballaşan  dünyada  çox  dil

bilməklə yanaşı, ana dilinə sayğının hər şeydən

əvvəl gəlməsini dolayısıyla vurğulayır: “Hesab



edirəm ki, dilin  inkişafında KİV çox vacibdir.

Məs: “Balapan” uşaq telekanalı indi bütünlüklə

qazax dilində yayımlanır. Hər bir qazaxstanlının

minimum üç dili bilməsi zəruridir—dövlət dili,

rus və ingilis dili. Üç dili bilmək bizim gələcəy-

imizdir. Dünya getdikcə  daha da qloballaşır,

gələcək nəslimizin çoxdilli mühitə öyrəşə bilməsi

vacibdir”.

Yeddi müstəqil Türk dövlətindən başqa digər

xalqlar bilindiyi kimi ya muxtar cümhuriyyət

kimi, ya da digər dövlətlərin tərkibində toplum

kimi  fəaliyyət  göstərirlər.  Bu  xalqların  milli

şüurunu  və  varlığını,  ənənələrini  və

mədəniyyətini  yaşatması  üçün  digərlərindən

fərqli olaraq, milli ideologiyaya dayanan me-

diaya daha çox ehtiyacı var. Bu baxımdan me-



27

FEVRAL. 2012. № 12



www.uluturk.info

Əfsanə Bayramqızı

dianın  üzərinə  çox  böyük  iş  və  məsuliyyət

düşür. Türk özərk cümhuriyyətlərin mediasının

əsas ortaq özəlliklərini aşağıdakı kimi sırala-

maq olar:

Media milli dillə yanaşı, bir çox halda tərk-

ibində  olduğu  ölkənin  dövlət  dilində  də

fəaliyyət göstərir;

Anadilli mətbuatın keyfiyyət və sayının art-

masına  daha çox ehtiyac var;

Ümumrespublika  federativ  media  quru-

luşlarında digər Türksoylu xalqların dillərində

saat hesabıyla  verilişlər yayımlanır, və s. 

Tatarıstan,  Başqırdıstan,  Çuvaşiya,  Tuva,

Altay,  Saxa Yakutiya,  və  s.  özərk  cümhuriy -

yətlərin mediasında Orta Asiyada olduğu kimi

rus  dili  üstünlük  təşkil  edir.  Ancaq  bununla

yanaşı, ana dilində də media fəaliyyət göstərir.

Bu baxımdan Tatarıstan mediasının digərləri ilə

müqayisədə  daha  çox  inkişaf  etməsini  qeyd

etmək mümkündür. 

Özərk cümhuriyyətlərin bəzilərində federativ

dövlətin həmin xalqların ana dilli mətbuatının

inkişafına  maraq  göstərməməsi  və  hətta  bu

mətbu  nəşrlərə  dırnaqarası  yanaşması  Türk-

soylu xalqların ana dilində informasiya alma

hüququnu dolayısıyla pozur. 

Məs:  Çeçenistan  respublikasında  qumuq

dilində  fəaliyyət  göstərmiş  “Kumuk  dyuz”

(Qumuq düzü) qəzetinin bağlanması ilə bağlı

üzləşdiyi  problem  buna  nümunədir  Belə  ki,

2009-cu  ildə  Xasavyurt  şəhər  adminis-

trasiyasının qərarı ilə “Kumuk dyuz”un rusdilli



“Dostluq”—“Drujba”

qəzeti  ilə    bir-

ləşdirilməsi qərara alındı və  bu qərar qəzet ox-

ucularının  haqlı  narazılığına  səbəb  oldu.  Bu

ölkədə yaşayan qumuqların adından  bir qrup

oxucu  2009-cu ilin 28 iyulunda Dağıstan Re-

spublikasının  prezidentinə  müraciət  etdi.

“Kumuk dyuz”un etno mədəniyyətin və dilin

qorunub saxlanılmasında mühüm rol oynadığı

və  20  illik  tarixə  malik  olduğu  qeyd  olunan

müraciətdə  nəşrin  fəaliyyətinin  davam  et-

dirilməsi xahiş edilirdi.  

Digər məsələ isə Rusiya Federasiyası ərazi -

sində yaşayan Türksoylu xalqların ictimai milli

mədəni həyatında baş verən hadisələrin rusdilli

KİV-də  işılandırılmamasıdır. Anadilli  KİV-in

azlığı  və  məhdud  çərçivədə  fəaliyyəti  bu

xalqların cəmiyyətlərində baş verən yenilikləri

daha geniş auditoriyaya çatdırmasına mane olur.

Qumuqların  əsas  anadilli  qəzeti  olan

“Yoldaş”ın baş redaktoru Kamil Əiyevin fikrin -

cə də “respublika səviyyəli rusdilli KİV milli



əhəmiyyətli  mədəniyyət,  yubiley  tədbirlərinə

yetərincə diqqət ayırmır. Bu isə qumuq xalqının

həyatında baş verən əsas ictimai mədəni aləmdə

baş verənlərdən auditoriyanı məhrum edir”

Bugün qaraim, krımçak, şor, qaşqay, teleut və

s. kimi elə azsaylı xalq və qruplar var ki, onlar

qloballaşma  şəraitində  öz  milli  varlıqları

uğrunda mübarizə aparırlar. Bu xalqların medi-

asından danışmaq bir qədər absurd görünsə də,

onlar hər cür nəşrlərlə təşkilatlanmanı həyata

keçirirlər.  Məs:  krımçakların  “Kırımçaxlar”,

qaraimlərin “Misl karaimska”, qaşqayların “El

sözü” dərgiləri, qaqauzların “Ana sözü” qəzeti

bu xalqların təşkilatlanması, milli adət və var-

lıqlarının qorunmasında əsas nəşrlərdən sayılır.

Kərkük  Türklərinin  yeganə  Tv  kanalı  olan



“Türkman eli” bölgədəki həqiqətləri çatdıran

yeganə mənbə hesab edilir.

Müasir  dövrdə  qaynar  qazanı  xatırladan

dünyada bir sıra Türksoylu xalqlar ictimai və

siyasi  səbəblər  üzündən  beynəlxalq  icti-

maiyyət qarşısında haqsızlığa məruz qalır, on-

ların əsas insan hüquq və azadlıqları pozulur.

Türk xalqlarının üzləşdikləri bu cür problem

və  aktual  məsələlər  təəssüf  ki,  beynəlxalq

KİV-də, eləcə də yaşadıqları ölkə mətbuatında

obyektiv işıqlandırılmır ya da təhrif edilir. Söz

azadlığı  olmadığından  bu  cür  mövzuların

anadilli mətbuatda tam işıqlandırılması da re-

allaşmır. Odur ki, Şərqi Türküstanda, eləcə də

digər bölgələrdə baş verən hadisələrlə bağlı

obyektiv  məlumatlar  xaricə  mühacir  etmiş

ziyalıların və ya  dərnəklərin qurduqları media

orqanları  vasitəsi  ilə  müxtəlif  dillərdə

dünyaya  yayımlanır.  Türkiyədə  uyğurların



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə