İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

32

FEVRAL. 2012. № 12



www.uluturk.info

Bir daha BabəkinTürk-müsəlman hökmdarı olması barədə



namə”, Həmdullah Mustovfinin “Tarixi-qozide”,

Qazi  Əhməd  Ğəffarinin  “Nigaristan”,  Fəsih

Herəvinin “Mücməli-fəsih” əsərlərində, habelə,

“Zinət-əl-məcalis” əsərində məlumatlar verilib,

hətta  Füzuni  Astarabadinin  “Kitabi-Büheyrə

əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər

göstərilib. Sıradan bir üsyan başçısının bu qədər

cəlladının olması heç bir məntiqə sığmır, verilən

məlumatlardan aydın olur ki, Babəkin idarəet-

məsində konkret məhkəmə və cəza mexanizmi də

olmuşdur.  Əks  təqdirdə,  bu  qədər  cəllada  da

ehtiyac olmazdı. Bu fakt öz-özlüyündə Babəkin

bir  müstəqil  dövlətin  hökmdarı  olduğunu  təs-

diqləyir. 

Babəklə bağlı bu günədək aparılmış tədqiqat-

larda diqqətdən demək olar ki, kənarda qalmış

daha bir fakt Babəkin hərəmxanasının olması fak-

tıdır. Sovet dövründə məlum səbəbdən bu faktın

üzərindən sükutla keçilmişdir. Tarixi mənbələr

onun arvadlarından ikisi – Bəzz qalasının sahibi

olmuş Şəhrək oğlu Cavidanın dul qalmış qadını

və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə

barədə daha ətraflı məlumat verir. S. Nəfisi qeyd

edir ki, “Görünür ki, onun (Babəkin – C.B.) bir

neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə

aparılan əsirlər içərisində bir neçə qadın varmış

ki,  Babəkin  arvadları  hesab  olunurdular”.

İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət”

adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçir-

ilən  ailə  üzvləri  barədə  bunu  yazır:  “Onun



(Babəkin  –  C.B.)  on  yeddi  oğlu  və  özü  ilə

oğullarının arvadlarından iyirmi üç nəfər qadın

ələ keçmişdi”

Elə bu yerdəcə onu da qeyd edək ki, Babəkin

827-ci ildə Sünik knyazı Vasakla qohum olaraq

onun qızını alması faktı əslində Babəkin hökmdar

statusunu  təsdiqləyən  bir  hadisə  kimi  dəyər-

ləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vi-

layətinin  hakimi  kimi  bir  adamın  ən  azı

əsilzadəlik meyarları baxımından adi bir üsyan

rəhbərinə qız verib qohum olması o qədər də tez-

tez baş verən hadisə deyildi. Deməli, ən azı Sünik

və digər Qərbi Azərbaycan ərazilərində Babək adi

bir üsyan başçısı yox, məhz hakim, hökmdar qis-

mində qəbul olunurdu. 

Daha  bir  məqam  pavlikianların  üsyanının

yatırdılması məqsədilə Babəkin quzey Azərbay-

can ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da

diqqət yetirmək lazım gəlir. Belə ki, bu üsyanın

yatırılması üçün Alban (Alpan) knyazları özləri

Babəkə müraciət edərək ondan yardım istəmiş,

yalnız  onun  bu  işi  həll  edə  biləcəyini

bildirmişdilər. Azərbaycan tarixində belə bir hal

görülməyib ki, bir hökmdar yaxud vilayət hakimi

öz ərazilərində çıxan üsyanı yatırtmaq üçün başqa

bir üsyançını öz dəstələri ilə birlikdə dəvət etsin.

Burdan  aydın  olur  ki,  həm  Sünik  knyazı,  həm

Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər

Alban  (Alpan)  hakimləri  və  feodallar  Babəkə

özlərindən daha yüksək məqama sahib, hökmdar

statusunda olan bir insan kimi yanaşırdılar. 

Babəkin  bir  hökmdar  kimi  atdığı  addımlar

arasında  onun  827/828-ci  ildə  pavlikianların

üsyanını yatırtması (Stepannos Orbelian, Sünik

tarixi, XXXIII fəsil, səh. 95-97), erməni-hayların

təşkil etdiyi qoşunu məğlub edərək erməni din

xadimlərini  ölkənin  şimal-qərbindən  qovması,

onların  əmlakına  isə  od  vurub  yandırması  ilə

yanaşı,  eyni  zamanda,  ölkəni  işğal  etmək

niyyətindən əl götürməyən Abbasi xilafətinin or-

dularına  qarşı  daha  təsirli  addımlar  atmaq

məqsədilə Azərbaycan ərazilərindən kənarda  xi-

lafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən

qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-

cü  ildə  (hicri  218-ci  il)  İsfahan  şəhərində  hür-

rəmilərin  tərəfdarları  üsyan  qaldırdığı  zaman

xəlifə Mötəsim Babəkin ordusunun İsfahana girə

biləcəyindən  narahat  olaraq  qabaqlayıcı  tədbir

kimi xilafət sərkərdəsi İshaq ibn İbrahimin rəh-

bərlik etdiyi çoxsaylı xilafət ordusunu hürrəmilər

üzərinə  göndərdi,  hürrəmilər  Həmədan  yaxın-

lığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da,

Babək taktiki gediş edərək Hürrəmi ordusunun

bir  qismini  Azərbaycan  ərazilərindən  kənarda

yerləşən İsfahan şəhərini almaq üçün göndərdi.

Hürrəmi  ordusu  İsfahanı  ərəb  qoşunlarından




33

FEVRAL. 2012. № 12



www.uluturk.info

Ceyhun Bayramlı

təmizlədi. Bu hadisə onu göstərir ki, Azərbay-

canın  hökmdarı  olan  Babək  artıq  xilafətlə

istənilən formada barışığın və dinc yanaşı yaşa-

mağın mümkün olmadığını qəbul etmiş, birbaşa

xilafətin  ərazilərinə  hücuma  keçməyi  və  Ab-

basilərin dövlətçilik təməllərini sarsıtmağı qərara

almışdı.

Bəzz qalasının süqutundan sonra Babəkə Abbasi

xəlifəsi  tərəfindən  qızıl  möhürlü  fərman

göndərilməsi də diqqət yetirilməsi vacib olan bir

nüansdır, belə ki, adi bir üsyan başçısına, üstəlik

qüvvələri zəiflədilmiş və resursları tükədilmiş bir

adama qızıl möhürlü fərman göndərilməsi ağlasığ-

mazdır. Xəlifənin bu addımı, aydın məsələdir ki,

heç də onun Babəkə rəğbət hissi ilə yanaşması

yaxud aşırı humanistlik nümayiş etdirməsi demək

deyildi, bu, Babəkin özünün istər-istəməz hökm-

dar qismində görülməsindən irəli gələn addım idi

–  yalnız  bir  hökmdara  bu  cür  təntənəli  şəkildə

xəlifə fərmanı göndərilə bilərdi. Bu yanaşmamızın

doğruluğunu Babəkin əsir alınaraq xilafət paytaxtı

Samarraya gətirilməsi hadisəsi də təsdiqləyə bilər.

Təbəri  “Tərix  əl-rüsul  və-l-müluk” əsərində,

İmadəddin  ibn-Kəsir  “Əl-bidayə  və-n-nihayət”

əsərində,  Mirxond  Bəlxi  “Rövzət-əs-səfa”

əsərində,  Məsudi  “Müruc-əz-zəhəb” əsərində

qeyd edir ki, Babək hökmdarlara məxsus dəbdəbə

ilə  geyindirilmiş,  başına  hökmdarlarda  tez-tez

müşahidə olunan, xəzlə əhatə olunmuş şiş papaq

qoyulmuş, məxsusi bəzədilmiş olan nəhəng bir

filə  mindirilmişdi  .  Babəkin  əsir  götürülmüş

oğlanlarına xəlifənin öz geyimlərini geydirməsini,

onların hərəsini bir atın belinə mindirməsini və

şəxsən hər bir atın ayağına ləl-cəvahirat bağla-

yaraq onları anaları ilə birlikdə azad etməsini biz

dövlətə asi olmuş adi bir üsyançıya göstərilən nə-

vaziş  kimi  qəbul  edə  bilmərik,  bu,  məntiqdən

kənar olardı. Bu addım yalnız hökmdar, yaxud

əsilzadə kimi qəbul edilən adamın özünə və ailəs-

inə xəlifə səviyyəsində nümayiş etdirilən etiket

(süni də olsa) kimi dəyərləndirilə bilər. 

Bir fincan su

(ibrətli hekayə)

Makedoniyalı İsgəndər İrana hücum edərkən isti bir yay günündə susuz bir ərazidən

keçməli olur. Yol üstü vilayətlərin birinin əli ona tuluqda sərin bulaq suyu gətirirlər.

İsgəndər gümüş piyalədə olan suya, tuluğa, qoşuna baxır və görür ki, su qoşuna çat-

maz. Suyu içmədən piyaləni geri qaytarır və yoluna davam edir.

İsgəndərin bu hərəkəti qoşunun döyüşkənlik ruhunu çox qaldırır. Nəticədə İsgəndər

nisbətən az qoşunla güclü İranı fəht edir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə