İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

34

FEVRAL. 2012. № 12



www.uluturk.info

Ö

lüm  yalnız  qocalıqdan  və  xəstəlikdən



olmur. İnsanın inamı qırılanda da ölüm

çox  fəallaşır.  Ya  hiss  olunmadan  insanı

içərisindən çürüdərək xəstəlik şəklində özünə

çəkir, ya da açıq-aşkar intihar baş verir. Həkim-

lər,  psixoloqlar  bu  mövzuda  çox  yazsalar  da,

necə  deyərlər,  hələlik  inam  “dərmanını” tam

tapa  bilməyiblər.  Fitri  istedadı  ilə  seçilən,

ədəbiyyatda yenilikçi kimi tanınan, çılğın inqil-

abçılığı ilə başqalarına da güclü təsir edən çuvaş

şairi Mişşi Sespelin də inamı qırıldığından inti-

harı yeganə çıxış yolu kimi görmüşdü.

Mişşi Sespel kimi tanınan şairin adı, atasının

adı  və  soyadı  sənədlərdə  Mixail  Kuzmiç

Kuzmin  kimi  yazılmışdır.  Türk  soyundan

gəlməsinə baxmayaraq, babaları XVIII yüzildə

bölgəni işğal edən Rusiya tərəfindən zorla xris-

tianlaşdırılmışdır. Nə yaxşı ki, qaqauzlar da xris-

tian olmalarına baxmayaraq, Türk soyadlarını bu

günədək  qoruyub  saxlaya  bilmişlər.  Rusiya

əsarəti altına aldığı xalqların çoxunu xristian-

laşdıranda onların ata adlarını və soy adlarını da

dəyişdirmişdir.  Bu  zorakılıqlara  baxmayaraq,

həmin xalqlarda iki adlılıq bu gün də davam et-

məkdədir.  Bunlardan  biri  sənədlərdə  yazılan

adlar və soyadlar, o biri də evdə, ailədə, xalq

arasında çağırılan ad və soyadı olur. 

Xristianlaşdırılmış, kilsədə ad qoyulmuş şairin

sənədlərində  Mixail  Kuzmiç  Kuzmin  yazıl-

masına baxmayaraq, onu dünyanın hər yerində

əsasən çuvaş adıyla Mişşi Sespel kimi tanıyırlar.

Çuvaşlarda  (s)  səsinin  (ş)  səsilə  əvəzlənməsi

yayğın olduğundan bəzən, xüsusən də Türkiyədə

onun soyadını Şeşpel kimi yazırlar. 

Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan

quberniyasının Tsivil qəzasının çuvaşlar yaşayan

Kazakkası kəndində kasıb bir ailədə doğulmuş-

dur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili

atası  1910-cu  ilin  payızında  Şuqurav  kilsəsi

yanındakı məktəbə  qoyur. O, burada rus dilində

yazıb  -  oxumaqla  yanaşı,  xiristian  dininin

ehkamlarını da öyrənir.

1911-ci ilin yayında ailə üzvləri arasında mü-

naqişə yaranır və bu faciə ilə nəticələnir. Mix-

ailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb

ailənin vəziyyəti daha da ağırlaşır. Atasını böyük

məhəbbətlə sevən balaca Mixail bu hadisədən

bərk sarsılır. Lakin o, təhsilini yarıda buraxmır.

1914-cü  ildə  kilsə  məktəbini  əla  qiymətlərlə

bitirdikdən sonra qonşu Şixazanax kəndindəki

ikisinifli dövlət məktəbində təhsilini davam et-

dirir.  Sonralar  şagird  yoldaşları  Mişşi  Sespel

kimi məşhurlaşan Mixail haqqında xatirələrində

yazırlar  ki,  onun  məktəb  kitabxanasında  oxu-

madığı kitab yox idi. 

Təhsil illərində Mixail rus dili və ədəbiyyatı

dərslərinə daha çox maraq göstərir. Müəllimləri

P. A. Lomonosovun təşəbbüsü ilə ikinci sinif şa-

girdləri  “Zvezdoçka”  (Ulduzçuğaz)  adlı

əlyazma jurnalı hazırlayırlar. Bu jurnalın redak-

toru  və  ən  çox  yazı  hazırlayanı  Mixail  olur.

1917-ci ildə yazdığı “Yenə də məktəbdə” adlı ilk

şeirini də oxucular bu jurnalda görürlər.

Burada onu da qeyd edim ki, çuvaşlar Türk

soyundan olsalar da, özlərini Volqa bulqarlarının

varisi  sayırdılar.  Eyni  zamanda,  onlar  öz  ba-

balarının ədəbi mirasına da sahib çıxmırdılar.

Çünki Çuvaşiya ərazisində bulqarlar zamanın-

dan qalan qəbir daşlarının üzərləri ərəb əlifbası

ilə yazılmışdı. Kağıza köçürülmüş şeir, poema,

nəsr  və  folklor  nümunələri  isə  qıpçaq

ləhcəsində, ərəb əlifbası ilə yazılmışdı. Çuvaşlar

da XVIII yüzildə zorla xristianlaşdırıldığından

200 ilə yaxın idi ki, kiril əlifbasından istifadə

edirdilər. Ərəb əlifbası ilə yazılanları da müsəl-

manların,  onların  qəbul  etmədikləri  bir  dinin

Aldanmışların ömrü intiharla bitir 

(Çuvaş  şairi Mişşi Sespel kimi)



Əli Şamil


35

FEVRAL. 2012. № 12



www.uluturk.info

Aldanmışların ömrü intiharla bitir

abidəsi sayırdılar. Çuvaş dilində yazılı mətnlər

çox  sonralar,  XIX  yüzilin  ikinci  yarısında

qələmə  alınan  İncildən  çevirmələr,  dua

kitabçaları,  xristian  müqəddəsləri  haqqında

yazılar idi. 

1905-ci ildə həftədə bir dəfə çap olunan və iki

ildən  sonra  hökumət  məmurları  tərəfindən

bağladılan  “Hıpar” (Xəbər)  qəzeti  də  yazı

dilinin formalaşmasına təsir göstərmişdi. Mixail

də  bu  kitab  və  qəzetin  pərakəndə  saylarını

oxuya-oxuya  çuvaş  yazı  dilini  öyrənmişdi.

Amma onun şeirlərinin dili həmin dövrün yazı

dilindən  ifadələrinin  zənginliyi  ilə  seçilirdi.

Səbəbi  isə  onun  folklora,  xalq  arasında  geniş

yayılmış nəğmələrə böyük maraq göstərməsi ol-

muşdu. Mixail ilk təhsilini kilsə yanındakı mək-

təbdə  alsa  da,  yeniyetməliyindən  ateist  kimi

böyümüş,  redaktoru  olduğu  əlyazma  jurnalda

din xadimlərini tənqid edən məqalə yazmışdı.

Birinci  Dünya  Savaşı  Rusiyadakı  daxili

qarışıqlığı daha da dərinləşdirir. Ac-yalavac xalq

idarəolunmaz hala gəlir. İmperiyada vəziyyətdən

çıxarmaq, narazı toplumu sakitləşdirmək üçün

Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə

son qoyulur. Çar II Nikolay taxtdan əl çəkməyə

məcbur edilir. Lakin bu tədbirlər də ölkədə din-

clik, firavanlıq yaratmır. Kerenskinin rəhbərlik

etdiyi Müvəqqəti hökumət zamanında, nədənsə,

çuvaş dilindəki kitabların oxunmasına qadağa

qoyulur. Bu da xalqın müxtəlif təbəqələrinin in-

cikliyinə səbəb olur.

Ölkədə  yaranmış  qarışıqlıqdan  məharətlə

yararlanan bolşeviklər 1917-ci il oktyabrın 25-

də, yeni təqvimlə noyabrın 7-də silah gücünə

hakimiyyəti ələ alırlar. Bu hakimiyyət dəyişik-

liyi Rusiyadakı qarışıqlığı daha da dərinləşdirir.

Bolşeviklərin  kəndlilərə  torpaq  verəcəkləri,

əsarət altındakı xalqları zülmdən qurtaracaqları,

sülh,  əmin-əmanlıq,  firavanlıq  və  bərabərlik

yaradacaqları,  “dünya inqilabı” edərək kom-

munizm  quracaqları  haqqında    şirin  vədlər

çoxları kimi gənc Mixail Kuzmiçi də  bir maqnit

kimi özünə cəlb edir.

Ağqvardiyaçılarla  bolşeviklərin  ölüm-dirim

savaşına girdiyi zamanda Simbirsk şəhəri yaxın-

lığındakı Tetiyuş qəsəbəsində açılmış müəllim-

lər  seminariyasında  oxuyan  Mixail  Kuzmiç

bolşeviklərə  böyük maraq göstərir. Tələbə dostu

Pavel Bekşanski ilə birlikdə bolşeviklərin qəza

mərkəzindəki  qərargahına  gedərək  onlarla

əməkdaşlıq etmək istədiklərini bildirirlər. 1918-

ci ilin yazında məktəbdə inqilabi ruhlu gənclərin

ilk təşkilatı yaranır. Bu təşkilata çılğın xasiyyəti,

bəlağətli  söhbətləri,  çağırış  ruhlu  şeirləri  ilə

seçilən  Mixail  Kuzmiç  Kuzmin  rəhbər  təyin

edilir.  Yavaş-yavaş  o,  Mixail  Kuzmiç  Kuz-

mindən çox Mişşi Sespel kimi tanınır. Şeir və

məqalələrini də Mişşi Sespel imzasıyla çap et-

dirir.

Mişşi  Sespel  və  Pavel  Bekşansi  məktəbdə



bolşevik ideyalarını yaymaq üçün gənclər təşk-

ilatı  yaradır,  ilk  dəfə  divar  qəzeti,  sonra  isə

əlyazma jurnal hazırlayırlar.

Bolşeviklər ideyalarını yaymaq üçün 1918-ci

ildə  çuvaş  dilində    “Kommunizm  yalovyo”

(Kommunizm bayrağı) və 1917-ci ildə “Sovet-



skaya  Çuvaşiya” qəzetlərini  nəşr  etməyə

başlayırlar.  Mişşi  Sespel  şeir  və  məqalələrini



“Tetyuşinskiye  izvestiya”,  “Znamya  revolyut-

sii”,  “Kanaş” qəzet  və  jurnallarında  çap  et-

dirməklə  kifayətlənmir,  gənclərin  bolşevik

əsgəri birliklərinin sıralarında ağqvardiyaçılara

və  vətənə  getmək  istəyən  çex  əsirlərinə  qarşı

döyüşlərdə səfərbərliyə alınmasında fəal iştirak

edir. Qaynaqların verdiyi bilgiyə görə, 75 min

çuvaş gənci bu səfərbərlikdə iştirak edir. 

Fəallığına  görə  Tetyüşski  Qəza  Partiya

Komitəsi 1919-cu ilin əvvəlində onu Moskvaya,

rəhbər partiya işçisi hazırlayan kursa oxumağa

göndərir. Moskvada Lenini görməsi gənc şairə

olduqca güclü təsir göstərir. O daha cılğınlıqla

inqilabi  ruhlu  şeirlər  yazmağa  başlayır.  Ana

dilində  Lenin  haqqında  yazdığı  şeir  çuvaşlar

arasında geniş yayılır və bolşevik təbliğatının ən

gözəl nümunəsinə çevrilir.

1919-cu  ilin  payızında  qəza  komsomolçu-

larının qurultayında iştirak edən Mişşi Sespeli

Rusiya  Kommunist  Gənclər  İttifaqı  qəza

komitəsi katibinə müavin seçirlər. İctimai - təşk-

ilati işlərdə fəal iştirakı ilə yanaşı, o, ardıcıl bədii



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə