İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   22   23   24   25   26   27   28   29   30

50

FEVRAL. 2012. № 12



www.uluturk.info

Taleh Cəfərov

Avropanın birləşməsində, bütün iqtisadi sektor-

ları əhatə edəcək qurumların yaradılmasında

maraqlı olan ölkələrdən biri olan Türkiyənin bu

məkana  inteqrasiyasının  qarşısını  istənilən

yolla  almağa  çalışan  ölkələr  süni  olaraq

maneələr  yaratmağa  başladılar.  Məhz  bu  is-

tiqamətdə ilk maneə “erməni məsələsi” idi. 

Bəhs olunan dövrdə erməni milliyətçiliyinin

canlanması prosesi davam etməkdə idi. Buna

səbəb  uzun  müddətdən  bəri  diaspora  ilə  Er-

mənistan  SSR  arasındakı  əlaqələrin  yenidən

qurulması idi. Sovet siyasi rejimi diaspora ilə

hökumət arasındakı münasibətləri tənzimləmək

üçün bir sıra məsələlərdə son dərəcə ehtiyatlı

mövqe  nümayiş  etdirmişdir.  İ.  V.  Stalinin

hakimiyyəti dövründə diasporanın Ermənistan

SSR-ə  müdaxiləsi  aradan  qaldırılmış  və  hər

hansı  sosial-siyasi,  iqtisadi  və  mədəni

əlaqələrin qurulması prosesi son dərəcə məh-

dudlaşdırılmışdır. Lakin 1962-ci ildə hökumət

diasporadan  Yerevana  tələbələrin  gəlməsinə

icazə verməyə başladı. Beləliklə, diaspora sis-

temində  formalaşmış  yeni  nəsillər  Erməni-

standa  təhsil  almağa  başladılar.  Məqsəd  bu

gənclərin “tarixi vətən”lərini tanımaları və dil-

lərini mühavizə etmələri idi. Daha çox Yaxın

Şərq və Qərb ölkələrindən gəlmiş erməni gən-

cləri Ermənistanlı gənclər üzərində böyük təsir

imkanlarına  malik  olmaqla  bütövlükdə  mil-

liyətçiliyin canlanmasına yardımçı oldular. Er-

məni milliyətçiliyinin daha da canlanmasında

ikinci ən önəmli məsələ Türk düşmənçiliyi idi.

Qeyd edək ki, erməni milliyətçiliyinin daha da

güclənməsi diasporanın maraq dairəsində ol-

maqla yanaşı, həmçinin SSRİ-nin diaspora ilə

Türk hakimiyyətinə qarşı birgə mübarizə işinə

dəstək olması idi. Türkiyə hakimiyyətinə qarşı

erməni  diasporası  ilə  birgə  mübarizə  aparan

SSRİ hökuməti daşnaqların bütün gücünü bu

ölkəyə qarşı yönəltməklə rəsmi Moskva ona

qarşı yönəlmiş hər hansı təhlükədən uzaq dur-

mağa  çalışırdı.  Buna  səbəb  1952-ci  ildə

Türkiyənin NATO sıralarına qatılması ilə bağlı

idi.  Bundan  sonra  SSRİ-nin  Türkiyəyə  olan

təzyiqləri aradan qaldırılmış və münasibətlər

nisbətən  mülayimləşmişdir.  Məhz  bundan

sonra, 60-cı illərdə rəsmi Moskva daşnaqlarla

münasibətləri nizama salmış, gərginlik getdikcə

azalmışdır. Əksinə, Sovet hökuməti erməni tar-

ixində xidmətləri olmuş şəxslərin xatirəsinin

əbədiləşdirilməsi üçün bir sıra iri şəhərlərdə,

mərkəzi  meydanlarda  memarlıq  abidələri

ucaldılmasına qərar vermiş, nümayiş və mitin-

qlərin  keçirilməsinə  icazə  verilmişdir.  SSRİ

Hökuməti  eyni  zamanda  diaspora  daxilində

yaranmış qütbləşmənin aradan qaldırılması is-

tiqamətində də səylərini gücləndirmişdir. Məhz

hər  iki  qüvvənin  birgə  səyləri  nəticəsində



“Hayreniki Dzain” (Ana vətənin səsi) adında

yeni bir jurnal işıq üzü gördü. Nəticədə, dias-

poranı təmsil edən partiya və təşkilatlar arasın-

dakı  birgə  fəaliyyətlər  güclənmiş,  həm  də

diaspora ilə Ermənistan arasındakı bağlar daha

da  möhkəmləndirilmişdir.  Hər  iki  bağın

möhkəmləndirilməsində ümumi məqsəd Türk

düşmənçiliyi idi. (sedat Laçıner, səh. 408)

II Dünya müharibəsindən sonra Türkiyənin

Şərq vilayətlərinin SSRİ-yə birləşdirilməsini

həll etmək üçün sovet rəhbərləri ilk növbədə

bütün  dünyaya  səpələnmiş  çoxsaylı  erməni

əhalisinin potensialından istifadə etməklə bu

torpaqların Sovet ittifaqına birləşdirilməsində

ABŞ,  Britaniya  kimi  böyük  dövlətlərin

razılığını  almaq  istəyirdilər.  (Necla  Bağğün



“Türk-Ermeni ilişkileri”, İstanbul, 1973, 154

s.) Bu torpaqlar barədə sovet planının baş tuta-

cağı təqdirdə, geri alınacaq ərazilərin məskun-

laşdırılması problemi də həll edilmiş, həmin

torpaqlarda  məskunlaşma  problemi  vaxtı  ilə

Türkiyə ərazisindən xarici ölkələrə miqrasiya

etmiş  ermənilər  vasitəsilə  həll  edilməli  idi.

Sovet rəhbərləri Türkiyədən torpaq məsələsini

qaldırarkən bunu “tarixi ədalətin” bərpası kimi

qiymətləndirirdilər.  (Əsəd    Qurbanlı  Sovet

Türkiyə münasibətlərində “Erməni Məsələsi”

və  onun  Azərbaycanlıların  deportasiyasına




51

FEVRAL. 2012. № 12



www.uluturk.info

XX əsrin 50-60-cı illərində erməni disporasının antitürk fəaliyyəti

təsiri  (1945-1947-ci  ilər),  “Dirçəliş  XXI-əsr,

səh. 385”)

İ.  V.  Stalin  antitürkiyə  siysətində  erməni

komitə və təşkilatlarından istifadə edir, bütün

dünya  ermənilərini  ayağa  qaldırmağa  səy

göstərirdi. Dövlət başçısı bu məsələdə daha çox

Eçmiədzin kilsəsinin imkanlarından istifadə et-

məyə çalışırdı. “İtirilmiş torpaq”ların geri qay-

tarılmasında kilsənin imkanları daha geniş idi

və “azad ediləcək” ərazilər məsələsində kilsə

öz imkan və vasitələri ilə çox böyük iş görə

bilərdi. Vaxtilə çar Rusiyası ilə Eçmiədzin kil-

səsi  arasında  qurulmuş  sıx  münasibətlər  bir

müddət aradan sonra yenidən bərpa olunmağa

başladı. Bu sovet hökumətinin maraqlarından

irəli gəlsə də əslində burada qazanan əsas tərəf

Eçmiədzin kilsəsi və erməni maraqları idi. 

II Dünya müharibəsi və ondan sonrakı dövrdə

SSRİ-nin  Türkiyə  siyasətində  “erməni



məsələsi”nin  yenidən  siyasətə  qayıdışı  ilə

Eçmiədzin  kilsə  xadimləri  də  özlərini  və

fəaliyyətlərini bu işə səfərbər etdilər. Çünki bu

zaman Eçmiədzin kilsəsi öz fəaliyyətini qeyri-

rəsmi  formada  davam  etdirdiyindən  kilsə

xadimləri yaranmış bu fürsətdən lazımınca is-

tifadə edərək hökumətlə münasibətləri yüksək

səviyyədə qurmağa can atırdılar. Belə ki, həmin

dövrdə  kilsə  başçısının  müavini  Gevorq

Çerokçyan  İ.  V.  Stalinlə  şəxsi  münasibətlər

qura bilmiş, kilsə həm də ianə yığımında fəal

rol oynayırdı. Belə olan şəraitdə G. Çerokçyan

dövlət başçısı ilə kilsənin bərpası istiqamətində

danışıqlar  aparır,  kilsənin  yenidən  bərpasına

çalışırdılar. Bu danışıqlar nəhayət, 1945-ci ildə

Sovet-Türkiyə münasibətlərinin gərginləşdiyi,

Türkiyənin  Şərq  vilayətlərinə  sovet  iddiaları

şəraitində öz nəticəsini göstərdi. SSRİ XKS-nin

sədri  İ.  Stalin  1945-ci  il  aprelin  19-da

Eçmiədzin kilsəsinin rəsmi fəaliyyətinə icazə

verdi. G. Gerokçyan yeni katalikos seçildi. (Er-

meni komitelerinin İhtilal Haraketleri. Ankara,

1981, 201 səh.).

Qondarma  “erməni  soyqırımı”nın  50-ci

ildönümü  yaxınlaşdıqca  diaspora  təşkilatları

daxilindəki gərginlik daha da güclənməkdə idi.

Kilsə rəhbərləri ilə diaspora təşkilatları arasın-

dakı fikir ayrılıqları da artmaqda idi. 1964-cü

ilin  16  avqustunda  Ermənistanda  fəaliyyət

göstərən və SSRİ DTK-nın nəzarətində olan er-

mənilərin  böyük  patriarxı,  Eçmiədzin  Kata-

likosu  I  Vazgenin  təhqir  dolu  bəyanatı

yayımlandı. Üç gün sonra 19 avqust 1964-cü

ildə mərkəzi Livanda yerləşən və ABŞ-ın MKİ-

nin  nəzarətində  olan  Antilyas  Patriarxı  və

yaxud  “Böyük  Kilikiya  Katalikosu” I  Xoren

tərəfindən daha geniş məzmunda bir bəyanat

yayımlandı. Bəyanatların hər ikisində hər iki

patriarx  1915-ci  il  uydurma  “erməni

soyqırımı”nın  50-ci  ildönümünün  yaxın-

laşdığını  fürsət  bilərək  dünya  ermənilərini

Türkiyəyə qarşı səfərbər etdilər. Məhz bu iki

şəxsin dünya ermənilərinə səslənən bəyanatları

Türkiyənin mühüm siyasi dairələri tərəfindən

narahatlıqla  qarşılandı.  Məhz  Türk  hakim

dairələrinin bu bəyanatlara münasibətində hər

iki dövlət arasında mülayimləşən münasibətlərə

xələl  gətiriləcəyi  vurğulanırdı.  Belə  ki,  ilk

olaraq “Böyük Patriarx” I Vazgenin dünya er-

mənilərinə səslənən fikirlərini təhlil etdiyimiz

zaman burada açıq-aşkar Türk düşmənçiliyini,

barbarlığını görmək mümkündür. I Vazgen Ki-

likiya,  Qüds  və  İstanbulda  yerləşən  patri-

arxlıqlara  və  eyni  zamanda  bütün  erməni

xalqına səsləndirmiş olduğu fikirlərdə əsasən,

1915-ci ildə baş vermiş hadisələr zamanı Türk-

lər tərəfindən 2 milyona qədər erməninin qətlə

yetirildiyi  və  “böyük  faciə”nin  50-ci

ildönümünün yaxınlaşdığı xatırladılır, həmçinin

bu  faciənin  məhz  Türklər  tərəfindən  qabaq-

cadan  planlandırılmış  və  həyata  keçirilmiş

olduğunu  irəli  sürürdü.  Bir  qədər  də  irəli

gedərək erməni memarlar tərəfindən salınmış

kənd, qəsəbə və kilsələrin yerlə-yeksan edildiyi

də  vurğulanırdı.  I  Vazgenin  erməni  xalqına

yazmış  olduğu  bəyanatda  xüsusilə  aşağıdakı

məsələlər diqqət mərkəzində saxlanılırdı:




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə