İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   22   23   24   25   26   27   28   29   30

52

FEVRAL. 2012. № 12



www.uluturk.info

Taleh Cəfərov

1.  Bütün  erməni  kilsələri  və  erməni  xalqı

yaxınlaşmaqda  olan  1965-ci  ili  “beynəlxalq



matəm və dua ili” elan etməlidir.

2. Bütün erməni kilsələrində 24 aprel günü

dini mərasimlər keçirilməli və şəhidlər üçün

dua oxunmalıdır.

3. Şəhidlərin ruhunu yaşatmaq üçün bütün er-

məni kilsələrinə təcili yanacaq lampaları qoyul-

malı və hər il 24 apreldə dini anım mərasimləri

təşkil olunmalıdır. 

4. Aprel “soyqırımı”nı anmaq üçün istisnasız

bütün erməni birlikləri və koloniyaları, erməni

dərnəkləri əl-ələ verib ermənilər və erməni ol-

mayanlar üçün izdihamlı mitinqlər, nümayişlər,

konfranslar  keçirməli  və  ədəbiyyat  sərgiləri

təşkil olunmalıdır. 

5. Erməni dini icmaları, beynəlxalq təşkilat-

ları, tarix, ədəbiyyat və mədəniyyət dərnəkləri

və erməni mətbuatı “böyük soyqırım”da can-

larını  vermiş  olan  ermənilərin  müqəddəs

xatirələrini sözlə və həqiqəti canlandırıb yaşat-

maq üçün tarixi dəlilləri, sənədləri,  araşdır-

maları, xatirələri, erməni və erməni olmayan

yazarların ədəbiyyat və sənət əsərlərini yayım-

lamağı vacib bir məsələ bilməlidirlər. 

Mərkəzi  Livanda  yerləşən Antilyas  və

yaxud da Kilikiya Patriarxı I Xorenin bəyanatı

da eyni ilə I Vazgenin çağırışları ilə üst-üstə

düşürdü və bir növ onun təkrarı idi. Eyni ilə I

Xoren  də  bütün  erməni  xalqına  səslənərək

böyük aprel faciəsində bir milyondan artıq er-

mənin  öldürüldüyünü,  insanların  ermənilik

ruhunu əbədiyyən yaşatmaq üçün can verdik-

lərini bildirir. I Vazgendən fərqli olaraq I Xoren



“böyük  faciə” zamanı  1  milyon  erməninin

məhv edildiyini qeyd edir. Həmçinin, I Xoren

24  aprel  tarixinin  ermənilik  üçün  bir  matəm

günündən daha çox bir zəfər gününə çevrilməs-

inə çalışır. Erməni xalqı 1965-ci ilini “birlik və

qardaşlıq ili elan etməli, apardığı mücadilədən

zəfərlə çıxmalıdır” deyirdi. I Xoren xüsusilə,

vahid  erməni  xalqının,  vahid  erməni

mədəniyyətinin, tarixinin, erməni dilinin, er-

məni dininin, vahid erməni kilsəsinin, vahid er-

məni yurdunun olmasını arzu-istək olaraq qeyd

edir.  Əsas  erməni  hədəflərindən  olan  Ağrı

dağının erməni yurdu olacağına inamını gizlət-

mir. Görkəmli Türk tarixçisi Bilal Şimşir yazır

ki, “hər iki patriarx dünya ermənilərinə Ağrı

dağını  və  Türkiyəni  hədəf  kimi  göstərdilər.

Daha  doğrusu,  Eçmiədzin  Patriarxı  I  Xoren

1915-ci il köçürülməsini qeyd edərək Türkiyə

Cümhuriyyətinə  açıq  şəkildə  müharibə  elan

etdi. Bu patriarxlar xüsusilə, Eçmiədzin patri-

arxı erməni camaatının gözündə papa kimidir,

onların hər bir çağırışı əmr sayılır və dindar

olsun-olmasın hər kəs bu çağırışa tabe olmağı

dini və milli vəzifə olaraq qəbul edir”.



53

FEVRAL. 2012. № 12



www.uluturk.info

S

on  20  ildə  ilk  dəfə  olaraq  Qafqaz



siyasətində  regiondakı  etnik  kimlik,

superetnos maraqları qabardılmağa başladılıb.

Giriş: Qafqaz – Xəzər və Qara dəniz arasında

dağ sisteminin əmələ gətirdiyi, Avropa ilə Asiya

qitəsinin  sərhəddində  yerləşən  coğrafi  rayon.

Böyük Qafqaz sıra dağları bölgəni Şimali Qafqaz

və Cənubi Qafqaza ayırır. Ta qədimdən Qafqaz

Bizans İmperiyası, Sasanilər, Ərəb Xilafəti, Qızıl

Orda,  Rusiya  İmperiyası  və  Avropa  kimi

qüvvələrin siyasi və mədəni toqquşmasına şahid-

lik etmişdir ancaq heç biri bu əraziyə tamamilə

hökm etməyə nail olmamışdır. Bölgə zəngin yer-

altı  xam  maddə  ehtiyatına  sahibdir  və  tarixi

olaraq ticarət yollarının kəsişmə nöqtəsi olmuş-

dur. Tarixi İpək Yolu buradan keçmişdir. Burada

da  böyük  kütlələrin  hərəkətinə  əlverişli  keçid

yoxdur. Beləcə Qərb və Orta Qafqazlar dik, son

dərəcə  kələ-kötür  və  keçid  verməyən  xü-

susiyyətləri səbəbiylə Rusiyaya qarşı müqavimət

göstərən Qafqazlıların son sığınacaqlarını təşkil

etmişdir. Şərqi Qafqazlar isə, Daryal Keçidindən

Abşeron  Yarımadasına  qədər  uzanar.  Burada

yaşayan xalqlar dillərinə görə 3 qrupa bölünür:

Türk 



xalqları: 

azərbaycanlılar,

qaraçaylılar,  balkarlar,  kumıklar,  noğaylar,

qumuqlar.

Hind-Avropa xalqları: ermənilər, tatlar,



dağ yəhudiləri, talışlar, osetinlər və ruslar.

Qafqaz dilli xalqlar: abxazlar, adıgeylər,



çərkəzlər, kabardinlər, çeçenlər, inquşlar, ləzgilər,

avarlar, darginlər, laklar, gürcülər və başqları.

İslam (şiəlik və sünnilik) və xristian dinləri əsas

dinlərdir.  Müsəvilik  dininin  nümayəndələri  də

mövcüddür.  Tarixi  olaraq  Qafqaz  atəşpərəstlik

dininin mərkəzlərindən sayılır.

Türk  (azərbaycanlı,  kumuk,  noqay,  qaraçay,

balkar, Ahısqa Türkləri, toplam sayları 9 milyon

500 min nəfər), gürcü (sakartvelos, minqrel, svan,

acara, imeret, xevsur, toplam sayları 3 milyon 700

min),  çərkəz  (abaza,  abxaz,  şapsuq,  kabardin,

çərkəz,  adıgey,  ubıx,  toplam  sayları  600  min),

avar  (andi,  axvax,  baqulal,  botlix,  qodoberi,

karatin,  tindal,  çamalal,  bejtin,  ginux,  qunzib,

xvarşi, tsez, didoy, koysu, arçi, toplam sayları 785

min),  ləzgi  (aqul,  arçi,  budux,  qırız,  ləzgi,

tabasaran, udin, tsaxur, xınalıq, rutul, tabasaran,

toplam sayları 437 min), vaynax (çeçen, inquş,

toplam sayları 1 milyon) anlamında etnosları kimi

qəbul olunmaqdadır.

Bu xalqların xaricdə Sovetlər Birliyinin dağıl-

masından sonra miqrasiya etməsi nəticəsində on-

ların  icma  və  birlikləri  yaranmışdır.  Hazırda

Avropa dövlətlərində 1996-cı ildən bu günə kimi

məskunlaşmış 150 min çeçen, 25 min inquş, 100

mindən yuxarı gürcü, 30 min çərkəz (kabarda,

çərkəz, çapsuq, abaza, abxaz, adıgey), 125 minə

yaxın dağıstanlı, 180 mindən çox azərbaycanlı

mühacir yaşayır. Onların çoxu Qafqazda Rusiya

tərəfindən  gündəmə  gətirilmiş  və  idarəolunan

etnik  münaqişələrin,  savaşların  “sayəsində”,

eləcə  də  ağır  siyasi-sosial  həyat  tərzi  üzündən

məcburi  şəkildə  mühacirətə  getmiş  vətən-

daşlardır. 

Qafqaz siyasətində bütün xalqları bir platfor-

maya gətirmək yeni ideya deyil. Son illər gürcü

siyasətçiləri  bu  yöndə  fəallıq  göstərməyə

başlayıblar. Bir sıra diqqəti çəkən siyasi tədbirlər

həyata  keçirilib.  Bu  sırada  -  2006-cı  ildə

Fransanın Strasburq şəhərində Avropa Şurası Par-

lamentinin binasında "Qafqaz Xalqları Konfed-

erasiyası"

təsis  olunub  (lideri  Vladimir

Xmelidze), 2008-ci il 21 sentyabr tarixində Tbil-

Qafqaz diasporları arasında əməkdaşlıq

Zaur ƏLIYEV*

AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və Siyasi sosiologiya” şöbəsinin elmi işçisi




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə