İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   22   23   24   25   26   27   28   29   30

58

FEVRAL. 2012. № 12



www.uluturk.info

İradə  Zərqan



qılıncı” adlandırırlar.

“İnsan daima İlahi Həqiqəti dərk etməyə

can atsa da, bu yolda qazandığı biliklər onu

məqsədinə  yalnız  bu  və  ya  digər  dərəcədə

yaxınlaşdırır.  Çünki  insanın  idrak  və

fəaliyyətləri  məhduddur.  Yalnız  Allah  hər

cəhətdən  mütləq  kamilliyə  malikdir,  insan

ağlının  məhsulu  olan  hər  hansı  bir  təlim

həqiqəti tam mənasında ifadə edə bilməz.”

Qəzaliyə görə Qurani-Kərim - birbaşa, düz,

insan  zəkasının  məhsulu  olan  elmlər  isə

dolayı yolla Allahın dərkinə aparır. Dolayı

yolda azmaq asan olduğundan insan Qurani-

Kərimə  əməl  etməlidir.  Deyilənləri  həyata

keçirmək,  reallaşdırmaq  üçün  isə  “böyük

cihad” gərəkdir.

Qəzali  “Ey  oğul”

əsərində  cihad

mövzusunda  fikrini  əsaslandırmaq  üçün

yazırdı: “Qurani-kərimdə buyurulur: İnsana

ancaq öz əməli, öz zəhməti qalar!” “Hər kim

Rəbbinə qovuşmağı umursa, saleh bir əməl

işləsin”. Qəzali “Ey oğul” əsərində Quranın

19-cu surəsinin “Onlar ki, namazı zay etdilər,



şəhvət ardına düşdülər, Biz onları cəhənnəmə

atacağıq: ancaq tövbə edib imana gələn və

saleh əməl işləyənlər müstəsna. Məhz bunlar

zərrə  qədər  halları  enməyərək  cənnətə

girəcəklər” ayətlərinin  cihada  açıqlama

olduğunu qeyd edir. O, fikrini əsaslandırmaq

üçün daha sonra hədisə müraciət edir: “İslam

dini beş təməl üzərində qurulmuşdur: Allah-

dan  başqa  yaradıcı  olmadığına,  Muham-

məd(s)in  Allahın qulu və rasulu olduğuna

şəhadət etmək, namaz qılmaq, zəkat vermək,

ramazan orucunu tutmaq, imkan daxilində

Həccə  getmək”.  Deməli,  cihad  –  Allahın

buyurduğu iman-əməl vəhdətidir.

Qəzali həmin əsərində iman və əməl, nəfs

tərbiyəsi,  ibadət  və  itaət  mövzularının

təhlilindən, sufilər - Şibli (714-773), Əbu Əb-

durrahmən Hatəm b. Alkan (…-851) və onun

müəllimi Şakik Bəlhinin kəlamlarını, ümu-

miyyətlə mürşid-mürid münasibətlərini şərh

etdikdən  sonra  aşağıdakı  nəticəyə  gəlir:

“Dünya üçün orada alacağın müddət çalış,

axirət  üçün  orada  qalacağın  müddət  və

cəhənnəm atəşi üçün də ona dözə biləcəyin

(səbr edəcəyin) qədər günah et”. O, fikrini

belə açıqlayır: “Bəzi insanlar şərəf və izzəti



başqalarının  mal-mülkünü  zorla  almaqda,

zülm və qan tökməkdə görürlər. Mən Allah-

təalanın “Allah nəzdində ən şərəfliniz - təq-

vası    üstün  olandır”  ayətini  düşündüm,

Qurani-Kərimin  gerçəkliyinə  sarsılmaz

imanla təqvanı seçdim, qalan zənn və iddi-

aların  boş  olduğunu  anladım”. Qəzali  bu

nəticəyə əsərlərində adlarını çəkdiyi 600-dən

yuxarı məşhur alim və mütəfəkkirin müdrik

kəlamlarını düşünüb, öz şəxsi təcrübəsində

sınadıqdan  sonra  gəlmiş,  Qurani-Kərim

həqiqətini bir daha etiraf etməli olmuşdur. 



“Qurani-Kərim”in müxtəlif dillərdəki tər-

cümələrində “cihad” kəlməsinin əsas mətndə

deyil, daha çox savaş, vuruş bəyanlarında -

tərcüməçinin 

izahlarında, 

mötərizədə

yazıldığının şahidi oluruq. Quranda “cihad”

kəlməsinin işləndiyi ayələrdə, hətta ölüm təh-

lükəsi anında belə “Allaha təvəkkül”, “Allah-

dan 

çəkinmə”, 

“axirəti 

düşünmə”,

ümumiyyətlə, ən fövqəladə vəziyyətdə də tə-

cavüz etməmək, başqa yol tapmaq tövsiyə ol-

unur. 


Dinin özəyi imandır. İman inama bağlıdır.

Qurani-Kərimdə  isə  deyilir:  “Rəbbin



diləsəydi, hamı iman edərdi. O halda sənmi

onları məcbur edəcəksən?!”. Deməli, nəinki

dünyəvi  işlərdə,  hətta  dində  məcburiyyət

təqdir  olunmur.  Paradoksal  haldır  ki,

məxluqatı yaradan, aldığı nəfəsin, yaşadığı

mülkün  sahibi  olan  Allah-təalanın  rəva

bilmədiyini, bir-biri üzərində heç bir haqqı




59

FEVRAL. 2012. № 12



www.uluturk.info

İmam Qəzalinin “böyük cihadı”

olmayan insanlar edir, hətta buna “dini rəng”

də  verirlər.  Əslində  Musa(ə)nın  hikmətini

Fironun  hakimiyyət  metoduna  dəyişmiş

yəhudilər, İsa(ə)nın humanistliyini Sinedrion

kahinlərinin amansızlığına dəyişmiş xristian-

lar,  Muhamməd(ə)in  yüksək  əxlaqını  lay-

iqincə təmsil etməyən müsəlmanlar nə qədər

yanıldıqlarının  fərqində  deyillər.  “Rəbbim,



onları bağışlar, zira nə etdiklərini bilmirlər”

(İncil  Lukaya  görə).  İsa(ə)nın  son  nəfəsdə

dediyi  bu kəlmələr bəşəriyyəti ayıltmalıdır,

çünki  “əməllər  insanın  imanından  xəbər



verir”. İslam dini isə buyurur ki, “Bilmədiyin

şeyin ardına düşmə”. Hədisdə deyilir: “Zənn

etməkdən çəkin, zira zənn fitnəyə səbəbdir”.

Qəzali  yazır:  “Sui-zənn  edib  dostundan



olma”.  Çünki  subyektiv  qərar  dünyada

düşmənçilik toxumu səpən amildir. Cəmiy -

yətdə  baş  verən  bir  çox  fəlakətlər  insanın

təbiəti, yaxud konkret hadisəni doğru dəyər-

ləndirməməsindən, sui-zənn etməsindən irəli

gəlir.  Bu  cəhətdən  Qəzalinin  aksioloji

görüşləri ayrıca bir tədqiqat mövzususudur.

Qəzalinin əsərlərində cihad anlyışı dözüm-

lülük  prinsipinə  zidd  deyil,  biri-digərini

şərtləndirir. O, təriqətlərin tədqiqinə həsr et-

diyi  “Qırx əsas” əsərində müxtəlif məzhəb

və  təriqətlərin  qədər  və  iradə  məsələlərinə

münasibəti haqqında  yazır:  “Qədər və iradə

- xam ayaqların sürüşdüyü bir mövzudur”.

“Onlara  deyilir  ki,  Allahın  buyurduğu  ilə

əxlaqlanın. Sükut edin”. “Qədər Allahın sir-

ridir. Onu araşdırma. Kim qeyb aləminin əs-

rarını bilmək istəsə - sevgi, məhəbbət, ixlas

və  doğruluqla  peyğəmbərlərin  yoluna

düşsün. Nübüvvətin əsrarını bilmək istəyən -

təzim  və  həya  ilə Allahın  əmrlərinə  uysun,

nəfsi ilə cihad etsin”.

Göründüyü  kimi,  Qəzali  ibadəti  hissi

idrakın davamı, məntiqi idrakın təməli hesab

edir. O, istər cihad etmək, istərsə də dözüm-

lülük    nümayiş  etdirməkdə  insanın  xarak-

terini, elm və etikasını diqqətə çəkir. Yenə də

Qəzalinin “cihad” haqqında düşüncələrinə,

o cümlədən “elm  almaq – ibadət, elm öyrət-



mək – cihaddır” fikrinə qayıdırıq. Cihad –

təmiz niyyətə, ali məqsədə, real elmi-əməli

nəticəyə yönəlmiş  fədakar fəaliyyətdir. Bu

amilləri nəzərə almadan, hər hansı kortəbii

müqaviməti, terroru, yaxud müharibəni cihad

adlandırmaq üçün düşünmək lazımdır. 

Bütün  bu  mətləblərdən  sonra  imam-

larımızın, Mənsur Həllacın (858-922), Nəi-

minin (1339-1394), Nəsiminin (1369-1417)

və  digər  fədailərin  “ölümsüzlük” sirri,

təsəvvüfdə, o cümlədən, Qəzali  dünya görü -

şündə  “cihad” anlayışının  izahı  müəyyən

qədər aydınlaşır. Deməli, cihad – dünyanın

rəzilliklərindən ucada durmağa cəhddir, in-

sanların primitiv “hücum”, yaxud “müdafiə”

üsullarından tamam fərqli, ali, müqəddəs bir

amaldır, Qurani-Kərimə sidq ilə əməl – in-

sanın təfəkkür ilə, düşünərək etdiyi bəndəlik,

Allaha yer üzərində əsl varislik missiyasıdır.

Nəzərimizcə, cihad “dişə – diş” deyil, “dişə



– baş” münasibəti tələb edən bir anlayışdır

və müasir dövrdə yeni  fəlsəfi  nəzər tələb

edən mövzudur.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə