İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

44

FEVRAL. 2012. № 12



www.uluturk.info

Mətanət Şəkixanova

rulmasının  əsas  momentlərinə;  müsəlman

diplomatiyası və xarici siyasətə, müsəlman

qadınlarının  hüququ  və  s.  fərqli  baxış  nü-

mayiş etdirmişdir.

Sovet rejimindən   bütün xalqları və mil-

lətləri simasızlaşdırıb, bir rəngə, bir biçimə

salmaq  üçün  istifadə  edilib.  Odur  ki,  bu

dönəmdə 


millətlər 

simasızlaşır,

mədəniyyətlər çeynənir, ali olanlar adiləşirdi.

Bir  tərəfdən  isə  Allahsızlıq  ideyası    sovet

adamının  ağlına  hakim  kəsilməli  idi.  Elə

buna görə də “İslamın əlifbası” kitabını ağır

talenin gözlədiyi təəccüblü deyil. Bu kitabın

ilk tezisləri 1920-ci  ildə Biqiyev tərəfindən

16-18 sentyabrda Ufada keçirilən müsəlman

üləmalarının qurultayında, daha sonralar isə

bu qəbildən olan başqa tədbirlərdə oxundu.

Kitabın nüsxələri çap olunmaq üçün qurultay

iştirakçıları tərəfindən Türküstana, Qaşqara,

Əfqanıstana və Türkiyəyə göndərilmişdir.  

Tatar ilahiyyatı antologiyasından oxuyuruq

ki,  Musa  Cərullah  Biqiyev,  bu  kitabının

çapından toplanan vəsaiti atasız-anasız Türk

uşaqlarının 

(valideyinləri 

dünya


müharibəsində ölən) nəfinə xərcləmişdir.

Musa Biqiyevin bu kitabı o zaman yazıldı

ki, elə o vaxtlar, müəllif Sovet dövlətinin rəh-

bərliyi  ilə  əməkdaşlıq  etmək  üçün  (bu  bir-

likdə yaşayan  müsəlmanları düşünürək-Ş.M)

vasitələr axtarırdı. Musa Bigiyev Sovet lid-

erlərinin  yüksək  pafosla  verdikləri  çoxlu

vədlərin  səmimiyyətinə də inanmamış dey-

ildi.  Odur  ki  Zinovyevə  müraciət  edərək

sovet  Rusiyasında  yaşayan  müsəlmanların

yaşayışını, keçimini müzakirə etməyə icazə

istəmişdi.  Zinovyev  tərəfindən  qəbul

edilməsə də o, sonralar Petroqradda təqibə

məruz  qalmamasının  səbəbini  məhz  Zi-

novyevə minnətdar olmaqla anırdı. Belə bir

məlumat  vardır  ki,  Biqiyev  şəxsən  V.  İ.

Leninlə də görüşübmüş. 

“Müsəlman millətlərinə” əsərinin gir-

işində müəllif kommunizmin qurucusu Karl

Marksı və onun kommunizm ideologiyasını

kəskin tənqid edərək, özünün alternativ fikir-

lərini  sərgiləyə  bilmişdir.  Bu  fikirləri  o,

müsəlman qurultaylarında da nümayişkəranə

çıxışları ilə vurğulamışdır. Məhz  buna görə

də    Biqiyev  hələ  kitab  işıq  üzü  görməmiş

siyasi təqiblərə məruz qaldı. 1921-ci ildə isə

o, Daşkənd  Fövqəladə Komisiyası tərəfindən

həbs olunur.         

Bu səbəbdən də müəllifin bu əsəri 1923-cü

ilədək çap olunmamış qaldı. Biqiyev  “İslam

əlifbası”nı və eləcə də digər əsərlərini çap et-

dirmək  üçün  qardaş  Türkiyəyə  müraciət

etmiş, lakin Rusiya ilə aralarında bağlanmış

olan sülh müqaviləsinə əsasən  ona bu təmən-

nanın mümkün olmayacağını söyləmişlər. O

zaman  Biqiyev  bu  lazımlı  əsərini  Fin-

landiyaya,  orada  yaşayan  Helsinki  məsci-

dinin  imamı  əslən  Kazanlı  Vəli  Əhməd

Hakimə  göndərmişdir.  Bu  imamla    onu

möhkəm  dostluq  telləri  bağlayırdı.  Vəli

Əhməd Hakim kitaba  bir neçə cümlə giriş

sözü  yazaraq  Helsinkidə  çap  etdirmişdir.

Kazan torpağının digər yetirmələri  Cəmaləd-

dinov  və  Zinətulla    Əhsən  messanantlıq

edərək malliyə yükünü öz üzərlərinə götür-

müşlər.  Kitabın  əlyazması  tatar  siyasi

mühaciri Məhəmməd Həyyaz İsakinin (1878-

1954)  əlinə  keçir.  Berlində  yaşayan  İsaki

Biqiyevi birlikdə işlədikləri müsəlman qurul-

taylarından,  tədbirlərindən  yaxşı  tanıyırdı.

İsaki kitabı yenidən redaktə etməklə özünün

bəzi əlvələrini də  (müəlliflə razılaşmadan)

yazır. Elə o formada da kitab  1923-cü ildə

5000  nüsxə  ilə  işıq  üzü  görür.    Bu

nüsxələrdən təxminən 2000 ədədini Biqiyev

SSRİ-da yaşayan müsəlmanlar arasında pay-

lamış,  qalan    hissənini  isə  Moskvadakı

Türkiyə  səfirliyinin  vasitəsi  ilə  Türkiyəyə

satışa göndərmişdir. 

17  noyabr  1923-cü  ildə  kitabın  çapından




45

FEVRAL. 2012. № 12



www.uluturk.info

Türk məfkurə tarixinin işıqlı siması Musa Cərulla Biqievin kitabları haqqında

həmən  sonra  onu  həbs  edib,  Peterburqdan

Moskvaya  Lübyankadakı  mərkəzi  həbsx-

anaya  göndərirlər.  Bolşevizmin  kəskin

düşmənlərindən biri olan İsakinin kitaba ön

söz  yazması  Biqiyevin  həbsinin  əsas

səbəblərindən idi.

Musa  Biqiyev  Türk  xalqlarının  xilasını

Türk dövlətinin cəsarətli addımlarında, fana-

tizmdən  qurtuluşa  can  atmasında  görür,

Türklərin müsəlmanlığı sivil bir surətdə şərh

və  təbliğ  edəcəklərini  inamla  ifadə  edirdi.

Biqiyevi həmçinin müsəlman aləminin bütün

ağrı-acıları, 

cümlədən 



müsəlman

ölkələrinin geridə qalan iqtisadiyyatı, eləcə

də Türkiyə iqtisadiyyatının xarici kapitaldan

asılılığı narahat edirdi.

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində

yaşamış islahatçı ziyalılar kimi, Biqiyev də

müasirləşən,  yenidən  qurulan  dünyanın

mənzərəsində həm dünyəvi, həm də dini or-

tamda qalib görmək istədiyi müsəlmanların

problemləri  və  dərdləri  ilə  yaxından

maraqlanır və bir çox ziyalılar kimi dindaş,

vətəndaş yanğısı ilə mübarizə edirdi. O, bu

yolda    həyatını  belə  itirməyi  göz  önünə

alaraq, sovet dövlətinin müsəlman xalqlara,

millətlərə göstərəcəyi xidmətin nədən ibarət

olacağı intizarı ilə yaşayır və bu mənada o

hadisələrə bir seyirçi kimi qala bilmirdi. 

Bütün müsəlman aləmində baş verən

hadisələri izləyən və  müsəlman xalqlarına

(xüsusən  də  Rusiyada  yaşayan)  ümumi  bir

rifah  konsepsiyası  hazırlayan  Bigiyevin

“Müsəlman millətlərinə” əsərindən müəyyən

hissələrini tədqiqatımızın məqsədi kimi rus

dilindən tərcümə edərək oxuculara təqdim et-

məyi lazımlı bildik.  



“Rəhimli və böyük Allahın adı ilə: 

ı. Bütün Rusiya müsəlmanları dili, ədəbiyy-



atı, dini, təbiyyəti, temperament və həyat mü-

cadilələri ilə birləşən bir millətdir. - Millət

tarixi,  temperamenti,  adətləri,  dini  ilə

müştərək olan fərqlilikdir. Milləti qan birliyi,

din  birliyi  və  tarixi  sosial  vəziyyət

fərqləndirir. Milləti fərqləndirən daha bir el-

ement  mənəvi-əxlaqi  keyfiyyət  hesab  edilə

bilər. Bu keyfiyyət öz əhəmiyyətilə daha yük-

səkdə  dayanır,  nəinki  milli  təbiət.  Belə  də

olur ki, siyasətin və tərbiyənin təsiri ilə bəzən

bir  böyük xalqı çox saylı “kiçik” xalqlara da

çevirirlər.  Buna  görə  də  biz  ümumilikdə

“məqsəd və  məramlara” aydınlıq gətirmişik.

2. Rusiyada yaşayan, müsəlmanların etiqat



etdiyi    din  İslamdır.  Buna  görə  də  İslam

özünün əxlaqi,  sosial,  iqtisadi,  dini-siyasi

təlimləri ilə hər yerdə keçərli olan əsas və

həyat tənzimləyicisi kimi Rusiya müsəlman-

larının birinci mənbəsidir. 

3.  İnsanlıq  (insan  Ş.M.)  nə  qədər  ki,  yer



üzündə bütün mükəlləfiyyətlərin, bütün qa-

biliyyətlərin, hüququn daşıyıcısıdır, Rusiya

müsəlmanları  da  dünyadakı  bütün  müsəl-

manlar,    dünya  insanlarının  haqlarını,

hüquqlarını  tanıyır  və  onlara  öz  şərəf  və

hüquqlarına hörmət edən kimi,  azaltmadan

hörmət edir və özlərininki kimi qəbul edirlər.

–  Bu  qanunlar,  hansı  ki,  “onlar  da  haqq,

hüquq   sahibidirlər, o şeylər ki, bizim onlara

hüququmuz var və onların üzərinə o qoyul-

muşdur,  (mükəlləfiyyətlər  Ş.M.)  bizim  də

üzərimizə o qoyulmuşdur “hələ ki, sədaqət-

lidirlər  onlar  sizə,  siz  də  onlara  sədaqətli

olun””Bu ayələrdə qanun kimi səslənir və

İslamda  qarşılıqlı  münasibətlərin  əbədi

əsasını təşkil etmışdir və etməkdədir. 

4.  Rusiya  müsəlmanları  bütün  Rüsiya  və



dünya xalqlarının, eləcə də bütün irqlərin,

sosial qrupların və siniflərin hüquq bərabər-

liyinə, eləcə də hüquqlarının və vəzifələrinin

bərpasına çağırır və bunu tələb edir.

5. Dövlətin əsas qanunu hər bir xalqı bütün



siyasi  bərabərliklərlə,  hüquqla,    dil,

ədəbiyyat,  təlim,  təhsil,  din  kimi  mənəvi

bərabərliklərlə  də  təmin  etməlidir.  Hər  bir


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə