İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

48

FEVRAL. 2012. № 12



www.uluturk.info

XX əsrin 30-50-ci illərində beynəlxalq mü-

nasibətlər sistemində uzun illərdən bəri davam

edən siyasi gərginlik nisbətən mülayimləşməyə

başladı.  Proses  dünyanın  bir-birinə  əks  olan

sosial-siyasi  sistemlərə  bölünməsinin  dərin-

ləşməsi, həmçinin Şərq-Qərb ziddiyyətlərinin

kəskinləşməsi ilə sistemlərarası qarşıdurmanın

qüvvətlənməsi nəticəsində vaxtilə arxa plana

atılmış  məsələlərin  yenidən  gündəmə  gətir-

ilməsilə davam etdi. Belə ki, kapitalist münasi-

bətlər sistemində özünə layiqli mövqe tutmağa

çalışan, gündən-günə güclənən, Yaxın və Orta

Şərq ölkələrini Qafqaz və Mərkəzi Asiya ilə

birləşdirən Türkiyə Cümhuriyyətinin beynəlx-

alq  nüfuzunun  sarsıldılmasına  qarşı  qərbin

uzun illər aparmış olduğu çirkin kompaniyalar

öz mahiyyətini dəyişməklə növbəti mərhələyə

qədəm qoydu. Bu işdə daha çox fəallıq göstərən

qüvvələrdən biri də xaricdəki erməni diaspora

təşkilatları  və  onlara  himayədarlıq  edən

dağıdıcı qüvvələr idi. 

Qeyd etmək lazımdır ki, 1930-cu illərin sonu

-  40-cı  illərin  əvvəllərində  ermənilərin  uzun

sürən  miqrasiya  prosesi  nisbətən  sabitləşdi.

Bunu dünya müharibəsi təhlükəsinin reallaş-

ması və dünya iqtisadi böhranının davam et-

məsi ilə əlaqələndirmək olar. Digər tərəfdən də

bölgənin  Türkiyəyə  yaxın  olması,  dənizlərə

çıxış  və  eyni  iqlim  tipinə  uyğun

olması  erməniləri  bu  ərazilərdə

məskunlaşmağa  sövq  etmişdir.

Lakin  1939-cu ilə qədər Anadol-

unu tərk edən ermənilərin sayında

ciddi  artım  qeydə  alınmışdır.

Nəticədə Misir, İraq, Fələstin və

ətraf  ərazilərdə  kiçik  erməni  ic-

maları meydana gəlməyə başladı.

Yaxın  Şərq  ölkələri  ilə  yanaşı

Avropaya  miqrasiya  edən  er-

mənilər bu dəfə Kipr, Yunanıstan,

Bolqarıstan və Rumıniyadakı er-

məni diasporasının genişlənməsi

və möhkəmlənməsində yaxından

iştirak etdilər. Qərblə yanaşı daha

çox Yaxın və Orta Şərq ölkələrinə

miqrasiya edən ermənilərin yerli

əhali  ilə  dinc  yanaşı  yaşaması



XX əsrin 50-60-cı illərində erməni 

disporasının antitürk fəaliyyəti

Taleh Cəfərov

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, “Oğuz”

Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü



49

FEVRAL. 2012. № 12



www.uluturk.info

XX əsrin 50-60-cı illərində erməni disporasının antitürk fəaliyyəti

üçün əlverişli şərait yaradıldı. Məlumat üçün

qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  əvvəl-

lərinədək bir çox iri şəhərlər diaspor həyatının

əsas mərkəzləri halına gətirilmiş, sonra bu xü-

susiyyət öz mövqeyini yavaş-yavaş itirmişdir.

I  Dünya  müharibəsinədək  İstanbul  və  Tiflis

şəhərləri erməni diasporasının mərkəzi rolunu

oynamış, lakin  müharibədən sonra bu şəhərləri

Paris  və  Boston  əvəz  etmişdir.    II  Dünya

müharibəsindən, daha doğrusu, 50-ci illərdən

sonra  Qahirə,  Hələb  və  Beyrut  şəhərləri  ön

plana çıxmışdır. SSRİ-nin süqutundan sonra er-

məni  diasporasının  ağırlıq  mərkəzi  yenidən

qərbə  keçmişdır.  Bəzi  diaspora  mütəxxəsis-

lərinin  fikirlərinə  görə,  bəhs  olunan  dövrdə

ABŞ-a erməni miqrasiyasının güclənməsi və

diasporanın  formalaşmasında,  eyni  zamanda

fəaliyyətinin gücləndirilməsində Los-Anceles

ermənilərinin  mövqeyinın  artdığını  nəzərə

alaraq  şəhəri  bu  gün  erməni  diasporasının

mərkəzi hesab etmək mümkündür.   

II Dünya müharibəsi bitdikdən sonra, daha

dəqiq desək,  50-ci illərdən sonra Yaxın Şərqə

köçmüş  erməni  miqrantların  sosial-siyasi

vəziyyəti yenidən pisləşdi. Buna səbəb həmin

ölkələrdə baş vermiş ağır sosial-iqtisadi böhran,

etnik  azlıqların  sıxışdırılması,  bəzi  şərq

dövlətlərinin daxili siyasi vəziyyəti ilə bağlı idi.

Belə  ki,  1952-ci  il  Misir  inqilabı,  Livanda

vətəndaş  müharibəsinin  alovlanması,  Kiprə

Türk ordusunun hərbi müdaxiləsi, İranda İslam

inqilabının qələbə qazanması, həmçinin 1980-

88-ci illər İran-İraq müharibəsinin ağır sosial-

iqtisadi nəticələri və digər amillər buraya köç

etmiş  ermənilərin  yenidən  inkişaf  etmiş

ölkələrə miqrasiyası ilə nəticələndi. Əksər er-

məni ailələri inkişaf etmiş kapitalist ölkələrinə,

xüsusilə  ABŞ-a,  Kanadaya,  Avstraliyaya,

Fransaya, İngiltərəyə və digər ölkələrə köç et-

dilər.  Köç  prosesi  mərhələli  şəkildə  icmalar

tərəfindən həyata keçirilməkdə idi. Bu işə vax-

tilə adlarını qeyd etdiyimiz ölkələrə köç etmiş

və orada özlərinə kifayət qədər yüksək şərait

qurmuş iri erməni burjuaziyası da dəstək ver-

məkdə idi. Məskunlaşma prosesinin sürətlə get-

məsi və erməni icmalarının yerli sosial-siyasi

struktura inteqrasiyası onların bu ölkələrdəki

mövqeyini bir qədər də möhkəmləndirdi. Qərbi

Avropanın bir sıra ölkələrinə köç etmiş erməni

ailələrində doğulub böyüyən və təhsil alan yeni

nəsil ermənilər tamamilə o dövlətlərin həyat

tərzini,  normalarını  qəbul  etdilər  və  tam

hüquqlu  vətəndaşlarına  çevrildilər.  Amma

bütün  bunlara  baxmayaraq,  burada  yaşayan

yerli ermənilərin əhali ilə qaynayıb-qarışması

məsələsi  erməni  diasporasını  narahat  edən

amillərdən  biri  idi.  Öz  milli  kimliklərini,

özünüdərk  hisslərini,  dilini,  adət-ənənələrini

unutmaqda olan yerli ermənilərə Yaxın və Orta

Şərq ölkələrindən köçüb gələn ermənilər dəstək

olmağa başladılar. Həmçinin yeni köç etmiş er-

mənilər də vaxtilə Osmanlı imperiyasına qarşı

kin, nifrət hissləri hələ də qaldığı üçün onlar bu-

rada  ilk  növbədə  antitürk  təbliğatını  gü-

cləndirdilər. Yeni nəsil ermənilərdə “qəddar”,

“vəhşi Türk” imici formalaşdırmağa çalışan er-

mənilər daha çox məktəb və kilsələrə yol tap-

mağa  başladılar.  Nəzərə  alsaq  ki,  xaricdəki

erməni  diasporasını  vahid  mərkəzdən  idarə

edən  kilsə  təşkilatlarının  bu  sahədə  kifayət

qədər bilik və təcrübəsinin olması da ümumi işi

bir qədər də yüngülləşdirmiş oldu. 

Qeyd  etmək  lazımdır  ki,  1923-cü  il

Lozanna müqaviləsi ilə iflasa uğramış “erməni

məsələsi”  60-cı  illərdən  başlayaraq  yenidən

gündəmə gətirildi. “Erməni məsələsi”nin bəhs

olunan  dövrdə  gündəmə  gətirilməsi  heç  də

səbəbsiz  deyildi.  Belə  ki,  II  dünya

müharibəsindən sonra dağıdılmış, viran edilmiş

Avropanın  yenidən  qurulması  və  inkişaf  et-

dirilməsi məsələsi ön plana keçdi. İlk olaraq,

1951-ci ilin aprel ayında Avropa Kömür Saz-

işinin bağlanması, daha sonra, 1957-ci ilin mart

ayında  Romada  Avropa  Atom  Enerjisi

Agentliyinin  və  Avropa  İqtisadi  Birliyinin

yaradılması  prosesi  başa  çatdı.  Beləliklə,




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə