İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   22   23   24   25   26   27   28   29   30

54

FEVRAL. 2012. № 12



www.uluturk.info

Zaur ƏLIYEV

isidə  "Bizim  Vətən  Partiyası"nın  təşəbbüsü  ilə

"Qafqaz Xalqları Konfederasiyası" (lideri Tamaz

Ququnişvili), 2009-cu il martın 1-də Avstriyanın

paytaxtı  Vyanada  "Qafqaz  Xalqları  Konfed-

erasiyası" yaradılıb (lideri Zaal Kasrelişvili).

Bu prosesin həlli yönündə artıq Qərbdə Quzey

Qafqazla bağlı bir sıra qurumların yaranması, on-

ların regiona yönəlik fəaliyyət dairəsinin infra-

strukturlarının qurulması, ən azından informasiya

mühitinin formalaşması yönündə çox ciddi ad-

dımlar atılmaqdadır. "Azadlıq" radiosunun gündə-

lik  avar,  çeçen  və  ləzgi  dillərində,  "Alman



dalğası" radiosunun Quzey Qafqazla bağlı anali-

tik icmal proqramları, "Kavkaz - TV" kanalının

(Gürcüstan)  Quzey  Qafqaza  yönəlik  təbliğat

şəbəkəsinə  çevrilməsi,  Danimarkada  yaradılan



"Azad Qafqaz" İctimai-Siyasi Hərəkatı, Polşada

"Qafqaz Birliyi Hərəkatı" vaynax (çeçen-inquş),

çərkəz, gürcü və alan (balkar-qaraçay) diaspor

təşkilatlarının fəallaşması, həmin xalqlara məxsus

ictimai institutların yaranması tədricən regiona öz

təsirini göstərməkdədir.

Belə ki, Türkiyədə 48 Qafqaz diaspor təşkilat-

ları birləşərək “Qafqaz Diaspor Təşkilatlarının

Federasiyası”nı yaradıblar. Bu güclü qurumun

maliyyə imkanları hesabına indi onlarca internet

qəzetləri, radio və televiziya kanalları yaradılıb.

Hər il onlarca kitablar nəşr olunmaqdadır.

Eyni zamanda, dünyanın digər dövlətlərindəki

diaspor  təşkilatlarını  da  öz  çevrələrində  bir-

ləşdirməyə nail olublar. Kremli qorxudan amil-

lərdən biri də İsrail və ABŞ-dakı Adıge diaspor

təşkilatlarının  Quzey  Qafqaz  siyasətlərinin  bu

dövlətlərin maraqları ilə uzlaşmasıdır. Dünyanın

50 dövlətində yaşayan adıgelərin bir araya gətir-

ilib də “Unrepresented Nations and Peoples Or-



ganization” (BMT-nin  nəzdində  dövlətləri

olmayan xalqların nümayəndəliyində təmsil ol-

unmaları təmin edilib) təşkilatında birləşiblər. 

Bundan 


yararlanaraq 

özlərinin 

milli

hüquqlarına əməl olunmasını bir şərt kimi irəli



sürürlər. Artıq ərəb dövlətləri də bu yöndə ak-

tivləşiblər. İordaniyada dünya çərkəzlərinin əsas

milli  tribunası  kimi  dəyərləndirilən  “National

Adiga  Radio  Television” kanalının  aktiv

fəaliyyətləri sayəsində Suriya, İordaniya, Misir,

İsrail, Birləşmiş Ərəb Əmirlıikləri, Türkiyə, eləcə

də bütün Quzey Qafqaz regionlarında diqqətlə

izlənilməkdədir. 

“Federation of European Circassians” qurumu

Avropada yaşayan bütün çərkəzləri öz sıralarında

birləşdirə bilibdir. Çərkəz diaspor təşkilatları artıq

Rusiyanı təhdid edirlər “Çərkəzlərin Böyük və



Azad Birliyi” təşkilatının nəzdində dünyanın 50-

dən çox dövlətində mövcud olan çərkəz diaspor

təşkilatları  artıq  son  illər  öz  tarixi  torpaqları

barəsində açıq şəkildə siyasi iradə nümayiş et-

dirməkdədirlər.

2002-ci ildən etibarən Qafqaz kökənli toplu-

luqlar ilk sırada özlərinin malik olduqları mədəni

və ictimai mərkəzlərini yaratmağa, bununla da

beynəlxalq aləmin hüquq normaları çərçivəsində

mənsub olduqları tarixi regionun problemlərinin

üstün səviyyədə həlli istiqamətində hərəkətə keçi-

blər. Faktik olaraq, bu ictimai qurumları təmsil

edənlər arasında azərbaycanlılar, gürcülər, çeçen-

lər və inquşlar daha aktiv görünürlər.

Azərbaycanın  ərazilərinin  işğalı  və  Xocalı

soyqırımı kimi həqiqətlərin tanıdılması üçün təşk-

ilatlanmış şəkildə müntəzəm olaraq mitinqlərin,

piketlərin, digər ictimai-siyasi aksiyaların keçir-

ilməsi,  elmi  konfransların  təşkili,  kitabların,

dərgilərin nəşri, beynəlxalq səviyyədə işlək dil-

lərdə 

internet 



səhifələrinin 

yaradılması,

beynəlxlaq təşkilatlarla birlikdə bu problemlərin

gündəmə 


gətirilməsi 

yönündə 


aparılan

fəaliyyətlər faktiki olaraq yeni bir mərhələdir.

2008-ci ilin avqustunda Rusiyaya məxsus hərbi

qüvvələrin Güney Osetiyaya və sonra da Gürcüs-

tanın paytaxtı Tiflisin 30 km-nə qədər gəlməsi,

beynəlxalq  səviyyədə  bu  müdaxiləyə  qarşı

dirənişlər  də  güclənmiş  oldu.  Avropa  Birliyi

beynəlxalq  qurumların  dəstəyi  ilə  ilk  dəfə

Rusiyaya məxsus hərbi qüvvələrin işğal etdiyi re-

giondan çox asanlıqla, qısa bir zamanda dışlan-

masını təmin edə bildi. Məhz bu aksiyadan sonra

Azərbaycan, Çeçen-İçkeriya, İnquşetiya, Dağıs-




55

FEVRAL. 2012. № 12



www.uluturk.info

Qafqaz diasporları arasında əməkdaşlıq

tan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey re-

spublikalarında  Rusiya  tərəfindən  idarəolunan

xalqlararası münaqişələrə münasibətlər də tamam

dəyişdi.


Son 15 ildə Avropada Qafqaz kökənli əski di-

aspor təşkilatları və yeni mühacirlərin birləşmə

prosesi xeyli dərəcədə sürətlənib. Bu sırada özəl-

liklə gürcü, çeçen, inquş və azərbaycanlı mühacir

təşkilatlarının arasında dərin uzlaşma müşahidə

olunur. Bu xalqları təmsil edən ictimai qurumlar

ötən  il  Danimarkanın  Herlev  şəhərində  “Azad

Qafqaz” İctimai-Siyasi Hərəkatı adlı qurum təsis

ediblər. Yeni qurum 2010-cu ilin fevralın 19-20-

də paytaxt Kopenhagendə Avropa Qafqaz Dias-

por  Təşkilatlarının  Birləşmiş  Qurultayını

keçirmişdir.

Bunun  ardınca  isə  fevralın  23-də  Kopen-

hagendə qurultay iştirakçıları “Xocalı soyqırımı”

və “Çeçen soyqırımı” xatirəsinə həsr olunmuş

küçə  yürüşləri  təşkil  ediblər.  Bu  yürüşlərə

Avropada fəaliyyət göstərən insan hüquqlarının

müdafiəsi və Qafqaz diaspor təşkilatları da qatıla-

caqlar. “Azad Qafqaz” İctimai-Siyasi Hərəkatının

faktiki olaraq dünyanın bir sıra dövlətlərində nü-

mayəndəlikləri də yaradılıb. 

Mərkəzi  qərargahı  Danimarkanın  Herlev

şəhərində yerləşən “Azad Qafqaz” İctimai-Siyasi

Hərəkatının  əsas  hədəfi  Rusiyanın  Qafqazda

neoimperiya  siyasətinin  gizlinlərini  regionda

yaşayan  xalqlara  anlatmaq,  tarix  boyu

Moskvadan  yönəldilən  antiqafqaz  siyasətinin

bütün  çalarlarını  gündəmə  gətirməklə  yanaşı,

həm də Qafqaz xalqlarının regionda hər hansı bir

dövlətin  imperiya  siyasəti  təşəbbüslərinə  qarşı

birgə mübarizə və dirənişlər aparmaqdır.

Bu qurumun rəhbərliyinin fikrincə, Gürcüstan,

Azərbaycan  və  Çeçenistanın  ayrı-ayrılıqda

Rusiyanın  müxtəlif  vasitələrlə  onlara  qarşı

apardığı  soyqırım  siyasətinə,  bu  xalqların

ərazilərinin işğalına qarşı aparılan mübarizələrin

heç bir effekti yoxdur. Buna görə də ümumqafqaz

müstəvisində  gündəmə  gətirilən  uzlaşmış

fəaliyyət  proqramları  sayəsində  Rusiyanın

ənənəvi  imperiya  siyasətinin  qarşısını  almaq

mümkündür. 

Son dövlərldə isə 52 ölkədə gürcü diasporu ilə

Azərbaycan diasporunun əlaqələr qurulduğunu

qətiyyətlə demək olar. Onların müxtəlif ölkələrdə

təşkilatlanmasına və fəaliyyətinə digər xalqların

diasporları,  o  cümlədən  Azərbaycan  icma  və

cəmiyyətləri zəruri dəstək göstərirlər. Ayrı-ayrı

ölkələrdə fəaliyyət göstərən Azərbaycan və gürcü

diaspor  təşkilatlarının  əməkdaşlığının  inkişafı

məqsədilə  müvafiq  dövlət  qurumları  arasında

memorandum imzalanması təklifi bu gün Dias-

porla iş üzrə Dövlət Komitəsi və Gürcüstanın Di-

aspor  işləri  üzrə  Dövlət  Nazirliyi  arasında

memorandum  imzalanmasına  dair  danışıqlar

gedir.


Hal-hazıda Avropada  Qafqaz  diasporu  ilə

Azəbaycan  diasporunun  birgə  əməkdaşlığı

aşağıdakı istiqamətdə həyata keçirilir:

1.  Kitab  nəşrlərini,  kinomatoqrafik,  elektron

xüsusiləşmiş kitabxananın və həmçinin Qafqaz

regionu ilə bağlı dövri mətbuatın açılması.

2. Konfransların, seminarların, praktikum-sem-

inarların, görüşlərin, mühazirələrin və həmçinin

hesabatların və başqa elmi və təhsil tədbirlərin

təşkili.


3. Sərgi salonlarının, konsertlərin, festivalların

və həmçinin başqa mədəni və artistik tədbirlərin

təşkili.

4. Qafqaz dövlətləri məzunlarına, tələbələrinə

və  doktorantlara  kömək  göstərilməsi.  Avropa,

Azərbaycan,  Gürcüstan  və  digər  dövlətlər  və

muxtar  respublikalar  arasında  tələbə  və  elmi

mübadilənin təşkili.

5. Qafqaz haqqında biliyin, nəşriyyat və bilik

fəaliyyətinin inkişaf etdirilməsi; Qafqaz KİV –

ləri ilə məlumat əməkdaşlığı.

6.  Turist  qrupları,  artist,  ticarət-təsərrüfat,

idman və həmçinin başqa xüsusiləşmiş səfərlərin

təşkili.


7.  Qafqaz  təşkilatları  arasında  əməkdaşlığın

dəstəklənməsi.

8.  Dünyada  olan  Azərbaycan,  Gürcüstan  və

digər xalqların diasporları ilə əməkdaşlıq.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə