İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

46

FEVRAL. 2012. № 12



www.uluturk.info

Mətanət Şəkixanova



xalq tamamilə təmin edilmiş azadlıq, sərbəst-

lik, dilini, danışığını saxlamaq hüququ, mək-

təblər,  ali  dini  müəssisələr  yaratmaq  və

saxlamaq,  eləcə  də  dil  problemləri  ilə,

ədəbiyyat və incəsənət məsələləri ilə məşğul

ola bilmək azadlığı ilə də təmin olunmalıdır. 

Dövlətin  ən  başlıca  məsələsi  və  faydalı

mükəlləfiyyəti  insanların  hüquqlarının,

şəxsiyyətinin və şərəfinin hərtərəfli qorunub,

saxlanıla bilməsidir. 

6. Müsəlmanlar İslam təliminə görə bütün

insanların,  bütün  xalqların  ləyaqət  və

hüquqlarının bərabər olduğunu qəbul edirlər.



Rusiya  müsəlmanları  hər  yerdə  müsəlman-

ların birliyini, bütün münasibətlərdə başqa

xalqlarla  hüquq  bərabərliyinə  malik

olduğunu və bunun təkzibedilməz və müqəd-

dəs həqiqət olduğunu elan edir,  təsdiqləyir-

lər.

7.  Rusiyanın  hazırkı  müsəlman  xalqları



digər xalqlarla bütün sahələrdə (mədəni, ic-

timai, 

siyasi) 

tammamilə 

bərabər

hüquqludurlar.  Onların  məişət  tərzi  isə

həmişə  və  bütün  münasibətlərdə  İslam  qa-

nunlarına  uyğundur.  Heç  yerdə  və  heç  bir

hüquqi  münasibətdə  məhdudlaşdırılmadan

söhbət gedə bilməz.

8.  Hər  bir  xalq,  eləcə  də  hər  bir  insan



bildiyimiz  kimi  sosial,  siyasi  hüquqlardan

müştərək şəkildə və ayrılıqda, bütövlükdə və

tək-tək istifadə edir. Ayrıca hər bir insan və

hər bir xalq bu hüquqlardan (dövlətin hüquq

bərabərliyi  siyasətindən-Ş.M.)  istifadə  et-

məyə layiqdir.

9.  Rusiya  müsəlmanları  dövlətin  bütün



hüquqlarına  sahib  olmuş,  bütün  mükəllə-

fiyyətləri  yerinə  yetirən,  bərabər  hüquqlu

fərdləridirlər. Lazım gəldikdə onlar siyasi və

ictimai  tədbirlərdə  hərtərəfli  iştirak  etmək

hüququna malikdirlər.

10.  Dini  mənsubiyyət,  vicdan  və  hüquq



yaradıcılığı həmişə və hər yerdə hər baxım-

dan azaddır. 

11.  Dini  mənsubiyyət  və  vicdan  azadlığı



təbliğ olunur, buna görə də bütün dinlər hör-

mətə layiqdir. Dini müqəddəslik və hüquqa

hörmət ümumi haqqa aiddir.

12.  İstənilən  aksiyalar  dinin  toxunulma-



zlığına  və  onun  müqəddəs  statusuna  xələl

gətirərsə, qətiyyətlə qarşısı alınmalıdır”.

Simasını itirən millətlərin faciəsini açmaq,

totalitar kommunizmin iç üzünü göstərmək

üçun  “İslamın  əlifbası”  və “İslam  mil-



lətlərinə” əsərlərinin  müəllifi  Bigiyev,  bu

əsərləri  o  vaxt  yazdı  kı,  o  vaxtlar  artıq

yazarlar,  filosoflar,  ideoloqlar,  siyasətçilər

başqa abı hava ilə yaşayırdılar. 

Biqiyev  XVI  əsrin  sonları,  XVII  əsrin

əvvəllərindən başlayaraq, ta onun zamanına

qədər davam edən, intibah fəlsəfəsi və yeni

dövr  fəlsəfəsinin  ayrı-ayrı  materialist

cərəyanlarına  qarşı  özünün  yeni  islahatçı,

əxlaqi, siyasi, fəlsəfi görüşlərini qoydu. 

İndi  isə  onun  “Türkiyə  Böyük  millət  Mə-

clisinə  Müraciət” əsərindən  bir  parçaya

diqqət edək. “Əsrimizdə də İngiltərə iqtisadi

qələbə çalıb, o Rusiyada, eləcə də Asiyada

həlledici qüvvəyə malikdir, dənizdə və quruda

rəqibi yoxdur, Sovet dövləti Şərqdə İngiltərə

ilə  təbliğat  aparmağı  artıq  tamamilə  kəs-

mişdi.  Əksinə  sovet  dövləti  Şərqdə  elə  İn-

giltərə  kimi  işğalçı  siyasət  yeridir.  Bu

həqiqətdir, reallıq bundan ibarətdir. Amma

Siz, İslam bayrağı altında birləşən inqilabçı

dövlətin şanlı qoşunu və təmiz millətin milli

yığıncağının yönəticiləri kimi əvvəlki inam,

enerji və səbrlə hərəkət etsəniz, Şərq Sizin

olacaq. Türkistan müsəlmanları və Fərqanə

döyüşçüləri Sizin ordularınızdır. Çin müsəl-

manları  Sizin  çağırışınıza  cavab  verərək,

Sizə tabe olacaqlar. Çin dövləti Sizin ən sə-

daqətli dostunuzdur, onlar da Qərb asılılığın-

dan qurtarmağa can atırlar.

Əfqanıstan  Sizin  sədaqətli  və  bacarıqlı

müttəfiqinizdir,  İranın  Sizin  himayənizə

ehtiyacı  var.  Hindistan  özünün  bərəkətli



47

FEVRAL. 2012. № 12



www.uluturk.info

Türk məfkurə tarixinin işıqlı siması Musa Cərulla Biqievin kitabları haqqında



dövləti, gəncləri isə öz həyatlarıyla Sizə can

atır. Əgər Siz Şərqdə ağıllı rəhbərlik edə bil-

səniz,  siyasətiniz  İngiltərə  siyasətindən  də

üstün olacaq və Siz Şərqə hakim olacaqsınız.

Siz bu günkü vəziyyətə hakim ola bilsəniz,

vəziyyət özü Sizin qələbənizi təmin edəcək.

“Şərq xalqlarına!” sözü bolşeviklərin boş

vədləridir . Onların vəhşilikləri, ingilislərdən

asılılıq  bütün  bəşəriyyətdə  proletariatın

köləliyinə və təngə gəlməsinə səbəbdir. Odur

ki,  hər  bir  millətin,  hər  bir  fərdin,  hər  bir

məkanın  belə  azadlığa  can  atması  hədsiz

böyükdür, bu isə bu şəraitdə təbiidir. 

Şərqin bütün istismarçılardan azadlığı da

Sizin əlinizdədir. Sizin qələbəniz isə Şərqin

əlindədir.  Əgər  Siz  rəhbərlik  edə  bilsəniz,

bütün Türkiyə, bütün Şərq Sizin olacaqdır. 

Almaniya da  Sizin dostunuz hesab olunur.

Belə olan halda (yuxarıda deyilənlər həyata

keçərsə)  o,  Sizdən  iqtisadi  baxımdan  dost

olan  ölkədən  sizə  ehtiyacı  olan  ölkəyə

çevriləcəkdir.  Digər  Avropa  ölkələri  də

həmçinin ya Sizinlə dost olacaq ya da Sizə

ziyanlıq  verə  biləcək  durumda  olmayacaq.

Dünya  evinin ən varlı məmləkəti olan Şərqdə

işlənməyən  və  tarımar  olan  sərvətlər  Şərq

xalqlarını  tamamilə  təmin  etməyə  kafidir.

Şərq özünün sərvətlərindən istifadə  edərək

kənar  qüvvə  olmadan  tədricən  Amerika  və

Almaniyanın    mədəniyyətlərinin  lazımlı

hissəsindən istifadə edərək qalxacaqdır.

Qloballaşan  mədəniyyətdən  azad  olub

özlüyünüzü  saxlaya  bilmək  üçün  Sizə  Karl

Marksın “ölçülərinə” müraciət etmək lazım

deyil.

Siz  ey  Türk  İnqilabçı  Dövləti!  Şərq

xalqlarına  söykənərək    və  İslam  siyasətini

əldə  rəhbər  tutaraq,  bütün  müsəlman

dünyasını dünya mədəniyyətinə özünə məx-

susluqla aparın! Bunu insanlığın ləyaqətini,

azadlığını və hüquqlarını təmin edən İslam

qanunlarını əldə rəhbər tutaraq ədalətli Türk

ordularının vasitəsi ilə edin.

Mədəniyyət səhifələrində İslamın qələmi ilə

Siz yeni həyatın qanunlarını yazacaqsınız !

Bu yer kürəsinin yeni əxlaq, yeni xoşbəxtlik

səhifələri  olacaqdır.  Çünki  müsəlman

dünyasının  yeni  mənəvi,  sosial  çevrilişlərə

daha  çox  ehtiyacı  vardır,  nəinki  inqilabi

çevrilişlərə”.

Sonra müəllif izah edir ki, ona görə də “İs-



lamın  əlifbası” kitabında  yazdıqlarını  bu

yolu başlamağa bir mayak hesab edir. Müəllif

ərsəyə  gəlmiş  bu  kitabın  daha  bir

məziyyətindən  söhbət  açaraq  qeyd  edir  ki,



“sünnilər və şiələr, vəhabilər və babilər , or-

tadoksallar və sufilər arasında fikir yekdilliyi

və  razılığın  əmələ  gəlməsi  üçün  bu  kitabı

mənimsəmək  kifayətdir”.  Bu  saydığımız

məsələlər haqqında az-çox bilən adam kitab-

dakı  bəndləri  mütləq  qiymətləndirəcəkdir.

İslam sivilizasiyası əsrlərdir ki digər siviliza-

siyalarla yanaşı mövcud olmaqda davam edir.

Bu sivilizasiya  onu yaradanların həyatlarının

işıqlandırmasından, 

onların 


nümunəvi

əxlaqını  sərgiləməkdən  tutmuş,  İslam  in-

cəsənətini, memarlığını, elmini, fəlsəfəsini

yaradanların  hamısının  zəhmətlərini,  əqidə

və inamlarını, bu yolda verdikləri qeyrət və

mücadilələri əhatə edir.

İslam  sivilizasiyasiyasının  nailiyyətlərini

yaşadığı zamana uyğunlaşdırmaq  üçün za-

manında mücadilə vermiş modernist islahatçı

Musa  Cərullah  Biqiyev  haqqında  tədqiqat-

larımız  onun müasirlərinin də fəlsəfələrini

incələməklə davam edəcək. 

Məqalənin  ərsəyə  gəlməsinə  görə  birinci

növbədə şöbəmizdə hökm sürən dini fəlsəfi,

mədəni  mühitə,  saf  niyyətlərinə,  məs-

ləhətlərinə  görə  isə  bərabərlərim,  hörmətli

alim  dostlarım  Aydın-Əlizadəyə,  Elsevər

Səmədova,  Radif  Mustafaya,  gənc  və

bacarıqlı tədqiqatçı Yasəmən Qaraqoyunluya

minnətdarlıq bildirirəm.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə