İsa Həbibbəyli akademik Şahlar Əsgərov professor Oruc İbrahimoğlu Türksevər


FEVRAL. 2012. № 12 www.uluturk.info



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix03.08.2018
ölçüsü0,9 Mb.
#60630
1   ...   22   23   24   25   26   27   28   29   30

60

FEVRAL. 2012. № 12



www.uluturk.info

B

u  gün  qalaqapı  oyunu  idman  sahəsinin



mütəxəssislərinə  tanış  deyil  və  ya  az

tanışdır. Buna görə nə seminar iştirakçılarını, nə

də  onların  rəhbərlərini  qınamaq  olmaz.

Gələcəkdə isə bu idman növündən bixəbər olmaq

bağışlanılmazdır. Bunun səbəbi isə çox dərinlik-

lərə gedir.

Kütləvi  sovet  repressiyaları  zamanı  insanlar

yalnız cismani deyil, həm də mənəvi əzab çəki-

blər.  Mənşəcə  və  mədəniyyətcə  xalqa  yabançı

olan iqtidar hər hansı mədəniyyət fərqinin büruzə

verilməsini hakimiyyətin zorakılığına qarşı etiraz

növü kimi qəbul edib. Həmin fərq vəhşi keçmişin

qalığı  sayılır,  bu  isə  mümkün  olmadıqda

(məsələn,  əqli-intellektual  qalaqapı  oyunu  ilə

bağlı:  vəhşi  keçmişin  qalığı  isə  əqlən  inkişaf

etmiş  ola  bilməz)  mədəniyyətin  bu  cür  xü-

susiyyəti  quruluşun  özülünü  sarsıdan  yadelli

təbliğat kimi qələmə verilir.

1924 - cü ildə sovet hakimiyyətinin, o zaman-

lar az yayılmış şahmatın inkişafına “yaşıl işıq”

verən xüsusi qərarı ilə üç idman növü – bilyard,

bric və qalaqapı qadağan edildi,  bilyard ilə bric

qumar oyunları, qalaqapı isə “ideoloji cəhətdən

düşmən oyunu” olduğuna görə.

Sonuncu, “tuthatut daması” uydurma adı ilə

yasaq edilmişdi. Bu ad özü də Moskvadakı qa-

nunvericilərin 

qalaqapı 

haqqında 

bəsit

təsəvvürünün  ifadəsi  idi.  Belə  adqoyma  SSRİ



xalqları  arasında  geniş  yayılan  bütün  daş-daş

oyunlarının  müqəddəratına  öz  mənfi  təsirini

göstərmişdi.  Bunların  hamısı  sovet  idmanının

təbliği üçün arzuedilməz növlər sırasına aid olun-

muşdu.

İlkin olaraq sovet idmanında damanın indi də



“rus  daması” deyilən  növünün  həvəskarları

özlərinə yol aça bilmişlər. Bəs necə - məgər “rus”

daması “ideoloji cəhətdən düşmən oyunu” ola

bilərdimi? Həm də bu dama 64 xanalı şahmat tax-

tasında, bəzən isə hətta şahmat fiqurları ilə oy-

nanırdı. Şahmatçıların özləri də oynadığı bu dama

istər-istəməz “qanunlaşdırıldı”.

Növbəti oyun, amma ümumittifaq yox, milli

idman növü kimi qəbul edilən masaüstü oyunu

nərd oldu. Burada da öz nüfuzunu şahmat taxtası

göstərdi. Sovet vaxtı nərd dəsti üzərinə şahmat

taxtası  vurulurdu  ki,  nərd  daşları  ilə  də  “rus



daması” oynamaq mümkün olsun.

Şahmat  taxtasının  sovet  idman  rəsmilərin

dünyagörüşünə  təsir  qüvvəsi  barədə  bircə  onu

demək kifayətdir ki, damanın beynəlxalq növü



“rus daması”ndan 20 il sonra az-çox fəal tətbiq

edilməyə  başlamışdır.  Özü  də  ona  görə  ki,  bu

dama,  100-xanalı  olsa  da,  ancaq  ağ-qara  taxta

üzərində  oynanır.  Fəqət  beynəlxalq  dama  üzrə

dünya  çempionatları  keçirilir,  64-xanalı  “rus

daması” üzrə isə yox.

Qaldı ki digər əqli el oyunları, o cümlədən, qu-

ruluşca qalaqapı ilə eyni taxtada oynanan oyunlar

(misal üçün, damanın əsas növü – Türk daması,

yaxud sadəcə dama deyilən oyun və ya Qazaxıs-

tan və Orta Asiya Türklərinin sevdiyi qalah və s.)

SSRİ  dağılana  qədər  idman  növü  adını  ala

bilməmişlər.

Qalaqapının aqibəti isə lap acınacaqlı olmuşdur.

Sovet hakimiyyətinə “ideoloji düşmən” kəsilən

el  oyununu  oynamaq  özünə  sui-qəsd  etməyə

bərabər  idi.  Oyunsuz  da  minlərlə  Azərbaycan

ziyalıları  güllələnmiş,  on  minlərlə  azad  fikirli,

düşüncənli insanları zindanlara atılmış və Sibirə

sürülmüş,  yüz  minlərlə  dinc  sakinlər  öz

evlərindən ailəsi, ata-anası, körpə balaları ilə bir-

likdə quş qanad, qatır dırnaq salmayan çöllərə

atılmışdı. Onlar isə öz növbəsində övladlarının

sağ  qalması  üçün  qalaqapını,  eləcə  də  digər

mədəni  ənənələri  oğul-uşaqlardan  gizlədib

yadırğatmağa çalışmışlar. Amma nəvələr oyunun

ancaq  adını  yaddan  çıxarmışlar.  Oyun  özü  isə

Azərbaycana  ötən  əsrin  80-cı  illərində,  lakin

yapon “qo daması” adında qayıtmışdır. Qəribə



Qalaqapı nədir?

Dr. Qəmbər Cəfərov

Fəlsəfə doktoru, Azərbaycan qalaqapı federasiyanın prezidenti




61

FEVRAL. 2012. № 12



www.uluturk.info

Qalaqapı nədir?

deyilmi?

Keçən yüzilliyin əvvəlinədək – Təbrizdə, Ti-

flisdə,  Şəkidə,  Dərbənddə,  Naxçıvanda,  Ərdə-

bildə, Şuşada, Abşeron yarımadasında və güman

edilir ki, Türkiyənin əyalətlərində də qalaqapı oy-

nayırdılar. Oyunçular əsasən ziyalı zümrəsindən

idilər, amma ola bilsin, oyuna bütün el bələd idi.

Bu oyunla böyük yazıçımız Cəlil Məmmədqu-

luzadə,  müsəlman  maarifçisi  hacı  Qurban

Bəkiroğlu və digər görkəmli şəxslər də tanış idilər

– həmin məsələ hələlik tədqiqatçıların diqqətini

çəlb etməyibdir.

Bu  gün  dünyanın  100-dən  artıq  ölkəsində,  -

Asiyada, Avropada, Afrikada, Amerikada, Avs-

traliyada,  Okeaniyada  qalaqapı  üzrə  peşəkar

yarışlar keçirilir. Ancaq oyuna yaponvari – “qo”

deyirlər. Çünki yaponlar Cin və Koreya vasitəsilə

onlara  gəlib  çatan  oyunumuzu  əxz  edərək

dünyaya tanıda bilmişlər.

Artıq “qo” qalaqapının beynəlxalq miqyasda

adı  olubdur. Yaponlar  özləri  isə  qalaqapıya  “i

qo”, çinlilər “vey si”, koreyalılar “pa duk” deyir-

lər. Yaponlar təsəvvür edirlər ki, bu oyun onlara

qərbdən,  yəni  Çindən  gəlib,  çinlilər  isə  belə

fikirdədilər ki, oyun haradansa qərbdən gətirilib-

dir.  Bəzi  müasir  tarixçilərin  fərziyyəsinə  görə

oyunu e.ə. III minillikdə Mərkəzi Asiya riyaziyy-

atçıları icad ediblər və sonralar bu oyun Hindis-

tandan  keçib  Çinə  yayılıb.  Hindistanın  güclü

təsiri  olan  Tibetdə  qalaqapının  bir  qədər  dəy-

işilmiş növünü – şahmat ilə damada olduğu kimi

daşları qabaqcadan taxtaya düzüb oynayırlar.

Zənn  edirlər  ki,  “özgənin  daşını  dövrələdin,



deməli,  əsir  aldın,  yedin,  öldürdün” məramı

olduqca ibtidaidir və belə tuthatut-halay oyunları

Yer kürəsinin müxtəlif bölgələrində biri-birindən

asılı olmayaraq yaradıla bilərdi. Özü də həmin

məramı  təqribən  oyunun  qədim  qaydalarına

uyğun hesab edirlər. Oyunun məqsədi haqqında

yaxud qədimdə oyunçuların belə məramı barədə

bu cür təsəvvür oyunla çox səthi tanışlığı isbat

edir.

Çünki,  müasir  qo  (vey  si  ya  pa  duk)  rəqibi



“udmaq” naminə deyil, ərazini tutmaq naminə

oynanır. Bu özü-özlüyündə Avropa dünyagörüşlü

insanlar üçün nou-haudur (yəni yenilikdir), həm

də  çağdaş  tədqiqatçıların  qədimdə  sözügedən

oyunun oynanılması üsulları barədə bəsirətsiz 

təsəvvürləri  ilə  nisbətdə  bir  qədər  yüksək

mərhələdir.  Qırma-qırım  yox,  ərazi  üzərində

nəzarət! Ancaq oyunun mənası bambaşqadır və

oyunun mahiyyətini anlamaq üçün daha dərindən

düşünmək gərəkdir.

Qalaqapıda məqsəd istər keçmişdə, istərsə də

hazırda daşları halaylayıb udmaq yaxud ərazini

tutmaq ya da ona nəzarət etmək olmayıb və dey-

ildir. Oyunun məğzi ərazinin bölüşdürülməsindən

ibarətdir.  Həmin  ərazini  ki,  o,  taxtada  oyun

başlanılmasından  əvvəl  də,  yəni  oyunçulardan

asılı  olmadan  mövcüd  idi.  Oyunçular  həmin

ərazinin yalnız şəklini dəyişərək bundan istifadə

edirlər. Belə halda üzbə-üz əyləşən oyundaş üçün

mümkün qədər çox yer saxlamaq zəruridir – heç

olmazsa ondan ötrü ki, rəqib də burada nəsə özü

üçün yaradıb qura bilsin. Lakin, oyunçu özünə

rəqibin ərazisindən daha çox ərazini saxlamağı

əsas vəzifə hesab etməlidir.

Bəs  biz,  təkcə  xaricilərin  bu  oyunun  Türk

mənşəli olduğunu anlamadıqlarına görəmi onu

başqa mənşəli oyun hesab etməliyik? Axı həmin

xaricilər  özləri  də  qalaqapının  qədim  Türk

xalqları içərisində geniş yayılması haqqında xeyli

məlumat təqdim edirlər.

Budur, bir neçə dəlil:

Oyun haqqında ilkin xəbər Çin hökmdarların-

dan  Xan  sülaləsi  (Türk  mənşəli)  dövrünün

əvvəlinə  aid  salnamələrdə  tapılıbdır.  Burada




62

FEVRAL. 2012. № 12



www.uluturk.info

Dr. Qəmbər Cəfərov

göstərilir ki, qədim rəvayətlərə görə oyunu aləmə

yayan Ya Sin olmuşdur (bu kimdir, nədir və ya da

haradır? Eyni zamanda Qurani Kərimin Ya Sin

surəsində  bu  ad  çəkilir).  Sonradan  yaradılmış

əslən Çin rəvayətlərində deyilir ki, bu oyunu, ha-

belə yazını və gəncəfəni (qumar kağızlarını) icad

edən əfsanəvi Vu adlı zadəgandır. Eyni zamanda

qeyd edilir ki, oyunun keçmişdə adı əski Türk “ye



oyunu” olubdur.  Deməli,  həmin  rəvayətlər  də

çinlilər tərəfindən onlara yad olan oyunun ibtidai

şəkildə qavranılmasını əks etdirir. Belə qavrayış

bizim  müasirlərin  bu  oyun  barədə  bəsit

mülahizələri ilə üst-üstə düşür.

Fəqət  oyun  Çində  xoş  zəminə  bolluca  tum

salmışdır.  Tarixi  yazılarda  bunun  layiqli

məşğuliyyət  olması  haqqında  qeydlər  tapmaq

mümkündür.  Şairlər  buna  siyasətçilərin  oyunu

deyirlər. “Vey si insanı həyata öyrədir” – məşhur

orta  əsrlər  Çin  mütəfəkkiri  Hun  Cı  (Konfutsi)

oyuna münasibətini bu sayaq ifadə etmişdir.

Bizim  oyun  üzrə  ən  əski  örnək  qədim  Türk

dilində Çin hürüfatı ilə təhrif olunmuş əlyazması

hesab edilir. O 1990-cü ildə 40 minə qədər başqa

əlyazması ilə birlikdə Dünan yaxınlığındakı za-

ğada tapılmışdır.

Çinin şımalı-qərbində, Altunşan sıra dağlarının

şımal qolunda yerləşən Dünan hazırda 150 min

əhalisi  olan  şəhərdir.  2000  il  əqdəm  cənub  və

şımal  İpək  Yollarının  qovuşağında  yerləşən

Dünan tarixçilərin fikrincə Şərq ilə Qərb arasında

mühüm hərbi təmas və ticarət mərkəzi olmuşdur.

Bütpərəst rahiblər burada Mağara (Mogao) za-

ğalarının lap yaxınlığında beş yüzə yaxın mabəd

yaratmış və xeyli əlyazma toplayıb şaxlamışdılar.

100 ildən çoxdur ki, bu əlyazmaların hamısını

macar qədimşünası Aurel Stain bütpərəst rahi-

blərin birindən cəmisi 220 sterlinq funta alıb və

Avropaya aparıb. 20 santimetr eni və 2 metr uzun-

luğu  olan  əlyazması  bu  gün  də  Britaniya

Muzeyində saxlanılır. O indiyədək heç bir müasir

dilə tərcümə olunmayıb.

Yaponiyaya  isə  oyunu,  görünür,  elə  həmin

yuxarıda adı çəkilən bütpərəst rahiblər gətiriblər

(təxminən yeni eranın əvvəlində). Amma o za-

manlar oyun burada geniş yayılmamışdı. O bir

qədər gec – VII əsrdə siyasi hərcmərcliklərdən

canını  qurtararaq  Yaponiyaya  Koreyadan  mə-

murların, alimlərin, sənətçilərin köçüb gəlməsi

nəticəsində  dəbə  düşmüşdür.  Uzun  müddət

Yaponiyada belə hesab edilirdi ki, i qo oyununu

ancaq  siyasətçilər  bilməlidir.  Hətta  (mikado

ailəsinin üzvlərini öyrətmək üçün) “mikado i qo



müəllimi” vəzifəsi təsis edilmişdi. Oyun üç əsr

ərzində müstəsna olaraq mikado sarayının imtiya-

zlarından biri idi. Yaponiyanın ilk paytaxtı Nara

şəhərindəki  qədim  milli  sərvətlər  muzeyində

mikado üçün hasil edilən i qo dəsti saxlanılır. Çox

qiymətli  ağac  növlərindən  yonulmuş  taxta

üzərində quşların və heyvanların şəkilləri həkk

edilmiş, daşlar isə qırmızı və ağ rəngli cavahirat-

dan hazırlanmışdır.

1603-cü  ildə  söqun  (hökmdar)  Nəyesu

tərəfindən i qo akademiyasının təsisatı haqqında

fərman  verildi.  Ən  mahir  oyunçulara  hökümət

torpaq  sahələri,  illik  düyü  payı,  habelə  başqa

imtiyzlar verməyə başladı. 1612-ci ildə dörd “İ



qo  məktəbi” təsis  olundu,  ən  güclü  oyunçular

üçün illik məvaciblər təyin edildi.

Məvacibin ödənilməsindən ötrü mahir oyunçu-

ların ədalətlə müəyyən edilməsi zərurəti ortaya

çıxdı. Həmin vaxtlar bu ixtisas üzrə dərəcələr və

rütbələr  müəyyən  edildi.  Bunlar  indiyədək

mövcuddur.  Oyunçuya  rütbə  –  dan verilir,  ən

aşağı birinci, ən yuxarısı doqquzuncu dan - dır.

Yaponiyaya  ziyarət  edən  avropalılar  keçən

yüzilliyədək i qo oyununu qəribə bir bir şey kimi

təsvir ediblər. 1908-ci ildə artıq qo üzrə dərslik

çapdan çıxmışdır. Bunun müəllifi uzun illər boyu

Yaponiyada yaşamış və yapon ustadından dərs

almış alman mühəndisi Korşelt idi.

Avropadakı qo oyununun qaynağında şahmat

üzrə ikinci dünya çempionu Emmanuil Lasker ilə

onun həmsoydaşı beynəlxalq şahmat ustası Ed-

vard Lasker durublar. Sonuncu Avropada ilk qo

həvəskarları  klubunu  yaratmışdır.  Hər  ikisi

yəhudi olduğuna görə 30-cu illərdə Almaniyadan

didərgin  düşmüşlər,  lakin  qo oyununa  olan

marağı unutmamışlar. Edvard Lasker, “Qo və qo-




63

FEVRAL. 2012. № 12



www.uluturk.info

Qalaqapı nədir?



moku” kitabının müəllifi, Amerika qo oyununun

“atası” sayılır.

Keçən  əsrin  60-cı  illərində  SSRİ-nin  siyasi

dairələrində “yapon qo daması”na maraq oyan-

mışdır. Onların məsləhəti ilə 1962-ci ildə "Юный



техник", 1965-ci ildə "Техника – молодежи" ju-

rnallarında oyunun qaydaları dərc olunmuşdur.

1965-ci ildə Leninqradda bir dəstə pərəstişkarlar

SSRİ-də ilk qo idman bölməsini yaratmışlar, bir

az sonra yarışlar da – “Emmanuil Laskerin xatirə

turnir”ini,  “SSRİ  –  Yaponiya  Dostluq

Cəmiyyəti”nin mükafatını almaq, Leninqradın ən

qüvvətli  oyunçusu  adını  qazanmaq  uğrunda

turnirlər keçirilmişdir.

Qalaqapı çox sadə qaydaları və yüksək məntiqi

mürəkkəbliyi  olan  əqli  idman  növüdür.  Qay-

daların  hətta  oynaya  bilməyən  tamaşaçıya  an-

laşıqlığı, quraşdırmaların ağlagəlməz incəlikləri

qalaqapını  müxtəlif  səviyyədə  hazırlıqlı

tamaşaçılar üçün cazibəli edir.

Qaydaların sadəliyi ilə oyunun mürəkkəbliyi

qalaqapıçının  təfəkkür  qabiliyyətinin  inkişafı

üçün gözəl yardımçı vasitəyə çevirir. Oyun özü

isə bütövlükdə bilgisayğaca qapılmır. Müqayisə

edin: birinci gediş etmək üçün taxtada 361 xal

mövcuddur,  ikinci  və  üçüncü  gedişlərin  artıq

129960 variantı vardır. Bütün oyun ərzində edilə

biləsi ümumi gedişlərin sayı isə, deyilənlərə görə,

bizim kəhkaşandakı – ulduzlar topasındakı atom-

ların sayından üç qat artıqdır.

Qalaqapı çox böyük qüvvəyə malik masaüstü

oyunlardandır.  O,  rəqibləri  daim  gərgin

vəziyyətdə saxlayır. Hər bir gedişin seçimi üçün

təkçə iti idrakı məntiq yox, həm də incədən-in-

cəyə duyma qabiliyyəti, yalnız tez və tutarlı vari-

antın hesablanması yox, eyni zamanda zəriflik

hissiyatı tələb olunur. Ən əlverişli (sonradan sadə

və təbii görünən) gedişi seçməkdən ötrü qeyri-adi

təxəyyül gərəkdir. Bu cür keyfiyyətlərin qovuş-

ması  ancaq  sağlam  həyat  sürən,  fəal,  özünə

güvənən, lakin öz gücünü şişirtməyən insanlara

məxsus ola bilər.

Bu oyunda həddindən artıq israfçı və həddindən

çox  acgöz,  təcavüzkarlığa  bənzər  fəal  və  ya

fəaliyyətsizliyə oxşar ehtiyatlı, çox xəyalpərəst və

təxəyyüldən  məhrum  olan  insanlar  uduzur.

Qalaqapı oyunçuya ən müxtəlif, hətta xoşagəlməz

vəziyyətlərdə  də  təmkinli  və  dözümlü  olmağı

aşılayır. Söz yox ki, bu cür xassələr insana gündə-

lik həyatında da gərəkdir.

Qalaqapı  təkrarolunmaz  ünsiyyət  vasitəsidir.

Taxta arxasında əyləşən oyundaşlar nəinki biri-

birini,  həm  də  özü-özünü  dərk  edir.  Oyunun

gedişatında insanın xasiyyətinin ən batil cəhətləri,

əhval - ruhiyyəsinin cizgiləri, məcazının çalarları

özünü büruzə verir. Əgər kimsə tayı-bərabəri olan

oyundaşa yalnız soyuqqanlığının çatışmamazlığı

ucbatından uduzursa, əvəzinə gündəlik həyatda

öz davranış tərzini islah etmək imkanı qazanır. 

Uzaq keçmişdə əcdadımız maldarlığa öyrəşdiyi

zaman, əhliləşdirmək istədiyi heyvanların dalınca

baharda  qışlaqdan  yaylağa  –  dağlara  qalxırdı,

payızda,  əksinə,  yaylaqdan  qışlağa  –  ovalara

enərdi. O dövrdə həmişəlik mənzil tikilmirdi, tor-

paq sahəsi hasarlanmırdı. Yer üzü kimlərəsə məx-

sus  deyildi.  Ərazidən  ancaq  müvəqqəti  –

heyvanları otarmaq üçün istifadə edilirdi.

Əlbəttə, o vaxtlar da torpağın hamısı eyni dey-

ildi – sahələrin çəmənlisi də var idi, quraqlısı da.

Yəqin  ki,  tayfalar  arasında  otlaq  üstündə

mübahisələr baş verirdi. Müdriklər isə bu bəhsləri

dinc yolla həll etməyə çalışırdılar. O zamanlar

yaradılan  qalaqapı  kimsəsiz  ərazini  ədalətlə

bölüşdürmək üçün bunlara örnək olubdur. 



64

FEVRAL. 2012. № 12



www.uluturk.info

Qədim Türk şeri

Qışla yazın deyişməsi

Qış ilə yaz döyüşdü

Qəzəbli baxışlarla baxışdılar,

Tutaşmaq üçün yaxınlaşdılar,

(bir birini) Yıxmaq üçün çalışırlar

Yaz ilə qış çəkişdi,

Igidlik yayını qurdular,

Əsgər yığıb vuruşdular,

Oxlarla atışdılar.

Qış yaya (üz tutub) söyləyir:

Ər, at mənimlə sərtləşir,

Xəstəlikər də aradan qalxır,

Vücud, bədən gümrahlaşır.

(Yaz:)

Soyuq gəlib (hər tərəfi) bürüdü,

Xoşbəxt yazı qısqandı,

Qar dünyanı örtdü,

Vücud, bədən üşüyüb titrəşir.

(Qış:)

Səndə çıxar çayanlar,

Ağcaqanad, ilanlar,

Minlərlə, on minlərlə

Quyruq qaldırıb qaçışırlar.

(Yaz:)

Cayır quşu səndən qacaq,

Qaranquşlar məndə durur,

Bülbül dadlı-dalı ötər,

Erkək dişi cütləşir.

(Qış:)

Yağış qar qışda yağar

Yemək, əkin onunla başa gələr,

Azğın düşmən sakit oturar,

Sən gələndə tərpəşər.

(Yaz:)

Palçıq, zığ dizə çıxır,

Yoxsul, düşkün bürüşür,

Barmaqları uyuşur, 

Qığılcımla oynayır.  

Türklərin törəyişi haqqında 

BOZ QURD dastanları

I variant

Qədim Hunların soyundan gələn Göytürk-

lər Aşina adına bir aildən törəmiş, ayrı-ayrı

oymaqlar  halında  yaşamağa  başlamışdılar.

Lin  adlı  bir  xalq  tərəfindən  məğlub  edilib

qırıldılar. Yalnız 10 yaşında bir uşaq qaldı.

Düşmən  onun  zəif  olduğunu  nəzərə  alıb

öldürmədi, qıçlarını kəsib bataqlığa atdılar.

Orada peyda olan bir dişi Qurd uşağı ətlə bəs-

ləyib  böyütdü,  onunla  ər-arvad  kimi  yaşa-

mağa  başladı  və  hamilə  oldu.  Gəncin

yaşadığını bilən düşmən onu tapıb öldürdü.

Qurd isə qaçıb dağlara getdi. Ətrafı yaşıl çöl

olan  bir  mağaraya  sığınıb  orada  10  oğlan

uşağı doğdu. Oğlanlar böyüdükdən sonra kə-

nardan  gətirdikləri  qızlarla  evləndilər.  Hər

birindən bir soy törədi. Aşina da həmin soy-

lardan  biri  idi.  Çoxalıb  100  ailə  olduqdan

sonra yaşadıqları yerə sığmayıb mağaradan

çıxdılar. Altay dağlarının ətəklərində məskun-



laşdılar.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə