İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə11/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   7   8   9   10   11   12   13   14   ...   142

34

                                            

Əsrin şairi IX 

olmuşdur.  Qurbanəli  Şərifova  yazdığı  məktublarda  onu 

minnətdarlıqla  yad  etmiş,  tərtib  etdiyi  proqramla  təhsil  aldığını 

göstərmişdir*.  



 

Cavid  1907-ci  ildə  İstanbuldan  “Füyuzat”  jurnalına  “Hali-

əsəfiştimalımı  təsvirdə  bir  ahi-məzlumanə”  şeirini  göndərir.  Bu, 

onun jurnala göndərdiyi ilk və son şeiri olur. (O zaman M.Hadi 

jurnalda  mühərrirlik  edirdi.)  M.Cəfər  belə  hesab  edir  ki,  həmin 

şeirdə  Hadinin  vətənpərvərlik  ruhunda  yazdığı  şeirlərin 

“qüvvətli  təsiri  olmuşdur”.  Müəllif  şeiri  təhlil  edərkən,  iradsız 

keçinmir.  Onun  fikrincə,  Cavid  şeirdə  vətənə  “çox  birtərəfli 

baxırdı”.  Vətən  onun  nəzərində  “zəvalə  uğramış”,  “böyük 

bəlalara  düçar  olmuş”,  “ayaq  altında  paymal  olmuş”,  “ürəyi, 

cismi yaralı bir xəstədir”.(?!) 

Mənim  fikrimcə,  şairin  qürbətdə  bu  cür  düşünməsi  və 

yazması  təbii  idi.  (Hadinin  də  bu  cür  şeirləri  var.)  Nə  üçün? 

Əvvəla,  şair  şeirdə  vətənin  paymal  olmasına  maarifçilik  baxı-

mından yanaşırdı. O zaman Azərbaycanda təhsil, maarif, elm və 

mədəniyyət hansı səviyyədə idi? Bunu bu gün, demək olar ki, hər 

kəs  bilir.  İkincisi,  Azərbaycan  çar  Rusiyasının  əsarəti  altında  idi. 

Belə  olan  surətdə  şair  nə  və  necə  yazmalı  idi?  Tarixi  gerçəkliyi 

təhrif  etməliydimi?..  Bu  isə  onun  yaradıcılıq  metoduna  zidd  idi. 

Üçüncüsü,  o  zaman  Cavidin  Hadinin  şeirlərilə  tanış  olub-olma-

ması  sual  altındadır.  Dördüncüsü,  o,  İstanbuldan  qayıtdıqdan 

sonra publisistik məqalələr yazıb “Həqiqət” və b. qəzetlərdə çap 

etdirir.  Həmin  şeirdə  qaldırdığı  problemin  üzərinə  yenidən  və 

daha  ətraflı  şəkildə  qayıdır.  Demək  istəyirəm  ki,  şairin  yazdıq-

larında həqiqət var idi. 

 

Monoqrafiya müəllifi inqilaba münasibətdə şairi daha ciddi 

şəkildə ittiham edir. Yazır ki, birinci rus inqilabının təsirilə Güney 

Azərbaycanı inqilab ocağına çevrilmişdi. “Cavid vətənin bu yeni 




         

35

 

İsgəndər Atilla 

həyatını,  tarixini  görə  bilmirdi;  öz  azadlığı  və  istiqlaliyyəti 

uğrunda  mübarizəyə  qalxan  xalqın  qüdrətini  qiymətləndirə 

bilmirdi.  O,  aydın  siyasi  görüşə  (?!)  malik  olan  bir  vətəndaş 

səviyyəsinə yüksələ bilməmişdi.” və s. və i.a. 

Mən  qabaqda  bu  ciddi  məsələnin  üzərinə  qayıdacağam. 

Ancaq  qısaca  deməliyəm  ki,  o  zamanlar  sovet  ədəbiyyatşünas-

larını  yazıçıların  nədən  və  necə  yazması  deyil,  özünün  düşün-

düyü,  yaxud  arzu  etdiyi  mövzunu  yazıb-yazmaması  daha  çox 

maraqlandırırdı. Bu, sovet ədəbiyyatşünaslığında normativ bir hal 

almışdı  və  xroniki  xəstəliyə  çevrilmişdi.  Müəllifin  irəli  sürdüyü 

ittihamlar  da  oradan  qidalanırdı.  Tədqiqatçılar  bədii  əsərləri 

marksist-leninçi  metodologiya  əsasında  təhlil  və  şəhr  etməyə, 

qiymətləndirməyə  həvəsli  idilər.  Kommunist  rejimi  bizim  neçə-

neçə  böyük  şair,  ədib  və  alimimizi  şikəst  etdi;  sərbəst  və  azad 

düşüncədən məhrum, kar, kor və lal etdi!.. Çox təəssüf!.. 



 

M.Cəfər  Cavidin  Naxçıvanda  və  Tiflisdə  qələmə  aldığı 

şeirlərində xoş duyğular oyadacaq, təsəlli verəcək, demək olar ki, 

heç nə görmürdü. Türkiyədən pərişan xəyallı, ümidsiz (?!) bir şair 

kimi qayıtdığını, şeirlərində daha çox kədərə, qəmə, iztiraba mail 

olduğunu  məxsusi  qeyd  edirdi.  Onun  “bədbin  misralarını” 

nəzərdən  keçirir  və  bu  nəticəyə  gəlirdi  ki,  gənc  şair  şeirlərində 

sevinc,  şadlıq,  ümid  və  gözəl  xəyallara  qarşı  mücərrəd  kədər 

fəlsəfəsini qoyurdu. Özünü mübarizədən  kənara çəkib, “dünyəvi 

kədərin” ağuşuna atılmaq, kədərlə həmdərd olmaq, onunla təsəlli 

bulmaq istəyirdi. Lirik qəhrəmanın gözündə bütün dünya, kainat, 

bəşər həyatı başdan-başa bir əfsanədən, cansıxıcı kölgədən ibarət 

idi. O, sözünə davam edərək yazırdı: 

-  Tərəddüdsüz  demək  olar  ki,  bütün  bu  bədbinlik,  ümid-

sizlik Cavidin Azərbaycan inqilabi varlığından uzaq olmasının və 

onun  Türkiyə  ictimai-ədəbi  mühitindən  aldığı  təsirlərin  nəticəsi 

idi.  Hərçənd  1909-10-cu illər,  ümumiyyətlə,  1905-ci  il  [rus] 



36

                                            

Əsrin şairi IX 

inqilabının  məğlubiyyətindən  sonra  gələn  ağır  irtica  illəri  idi  və 

bu  irtica  ədəbiyyata  da  öz  mənfi  təsirini  göstərmişdi;  bununla 

belə,  Azərbaycanın  xüsusi  şəraiti,  buradakı  spesifik  tarixi,  siyasi 

mühit  fərqlənirdi.  Bu  elə  bir  dövr  idi  ki,  Cənubi  Azərbaycanda 

milli azadlıq hərəkatı, silahlı mübarizə, şimalda isə çarizmə, müs-

təmləkə  əsarətinə  və  yerli  hakim  siniflərə  qarşı  vuruşma  davam 

edirdi...

1

 

 



Ədalət naminə deməliyəm ki, tədqiqatçının Cavid şeirlərinin 

ruhuna aid  söylədiyi mülahizələrdə müəyyən  həqiqət var.  Fəqət 

yerdə  qalan  fikirlərilə  razılaşmaq  mümkün  deyildir.  Birincisi, 

marksist ədəbiyyatşünas başqa cür də düşünə və yaza bilməzdi. 

İkincisi,  müəllif  siyasətdən həmişə  uzaqda  bulunan  Cavidi 

siyasətə çəkir. Onu bir inqilabçı, ictimai-siyasi xadim kimi görmək 

istəyir.  Üçüncüsü,  Cavid  tədqiqatçını  düşündürən məsələləri 

publisistik  məqalələrində  yazmışdır.  Dördüncüsü,  Cavidin  o  cür 

şeirlər yazması romantik şair üçün təbii idi. Buna görə də roman-

tiklərin  dünyaya,  təbiətə,  kainata,  ictimai-siyasi  hadisələrə 

münasibətləri  realist  yazıçılarınkından  fərqlənirdi...  Başqa  sözlə, 

mən həmin  şeirləri  lirik  qəhrəmanın  yaşadığı  həyatın,  keçirdiyi 

güzəranın bədii ifadəsi hesab edirəm. 



 

10 

Müəllif  monoqrafiyada  Cavidin  şeirlərindəki  bədbin  əhval-

ruhiyyənin,  qəm-qüssənin,  fərdiyyəçilik  və  laübalılığın  Azər-

baycan ictimai və ədəbi mühitindən deyil, “Türkiyədəki tənzimat 

ədəbiyyatından irəli gəldiyini” israrla qeyd edirdi. 

O  zaman  Türkiyə  sovet  Azərbaycanı  üçün  “burjua  ölkəsi” 

idi. Ona nə desəydin, oxuculardan üzr istəyirəm, hətta söysəydin 

belə  (söyürdülər  də!)  yaraşardı!  Bizim  rus  sovet  siyasətinə  uyan 

bəzi tarixçi və ədəbiyyatçılarımız belə də edirdilər. Bu, məsələnin 

                                                 

1

 M

əmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960, s. 49. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə