İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə140/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   134   135   136   137   138   139   140   141   142

         

417

 

İsgəndər Atilla 

Oturub 

əlləri dizləri üstə bizi gözləyirdi. Yaxınlaşdıq. Dik qalxdı. 

İki il idi ki, onu görmürdük. Qollarını açıb, üçümüzü də birdən qu-

caq

ladı. Uşaqlar bir tərəfində, mən bir tərəfində oturduq. Qolunu 

geniş  açıb  uşaqları  özünə  tərəf  sıxdı.  Mən hal-əhval tutdum. 

Dedim:  “Yaxşını  yaman qələmə  verənlər” yox olsunlar! O dedi: 

“Olacaqlar”.  Ağır  itkilərdən sonra sağalmaz yaralar qoyub 

ged

əcəklər. Üç dəfə  məhkəmə  etdilər. Ləkəli, zərərli  bir  şey 

tapmadılar.  Qərara gəldilər ki, Vətən dəyişikliyi  etsinlər. Vaxt 

olacaq, özl

əri səhv  olduğunu  bilib  geri qaytaracaqlar. Sözlərim 

çoxdu, 

əfsus  ki,  vaxt  azdı.  Sizdən  arxayın  gedirəm.  Sağ-

salamatsınız.  Bu  mənə  bəsdi? Çox həyəcanlı  idi.  Amma  çalışırdı 

ki, sakit görünsün. 

 



Keşlə  zindanının  həyətində  verilən  vaxt  bitdi.  Əvvəl 

üçümüzü də birdən qucaqladı, sonra təkbətək. Bir qolunu oğlunun 

boynuna  doladı,  o  biri  əli  ilə  bizi  göstərib  dedi:  “Bunları  sənə 

tapşırıram.  Darıxmayın.  Mərd  olun,  mərd  ölün.  Bu  da  bir 

cərəyandı,  keçib  gedəcək.  Mərdlik,  namərdlik,  kişilik,  nakişilik 

hamısı  bu  illərdə  məhək  daşından  keçəcək”.  Turanı  bir  də 

qucaqladı.  “Nənəsim  amanatdı”  dedi.  Sakit  görünməyə  çalışırdı. 

Bizi  həyəcanlı  gördükdə  daha  da  həyəcanlanırdı.  Dodaqları 

səyriyirdi. Tez-tez dodaqlarını sümürürdü. Kövrək və ümidsiz bir 

səslə dedi: “Ayrılıq olmayaydı...” 

 



İnsanı qəm qədər heç nə yormur. 3 ildi qəm dəryasına qərq 

olmuşam. “İnsanı qəm yıxar, divarı nəm”. 

 



Keşləyə Cavidimi görməyə getdim. İlahi, burada nə qədər 

adam var?!. Hər qapıda 2-3 əli tüfəngli dayanıb. Adamları qoyun 

sürüsü kimi belədən-belə qovurdular... Cavid biləndə ki, ona əlavə 

görüş veriblər, o qədər sevinmiş, o qədər təəccüblənmişdi ki?!... 

 



Cavid mənə dedi: 

– 

...  Təmiz  adına  ləkə  vurulması,  başı-qulağı  üç  qəpiyə 

dəyməyənin qarşısında dayanıb təhqirli sözlər dinləmək, anlamaz 

qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza deyilmi? Elə 

təhqirli sözlər deyirlər ki, dözmək mümkün deyil. Gərək nə qədər 

ürəksiz,  şərəfsiz  adam  ola  ki,  olmayan  sözləri  danışa.  Nə  isə... 

Sözlərim  çoxdu.  Əfsus  ki,  vaxt  azdı.  Nə  qədər  deyiləsi  sözlərim, 


418

                                            

Əsrin şairi IX 

deyiləsi  dərdlərim,  görüləsi  işlərim  var.  Əsl  xain  yaxşıları  pis 

adlandırıb məhv edənlərdi. Vaxt gələcək tarixə, xalqa xeyir vermiş

vaxtından  əvvəl  itirilmiş  bu  günahsız,  ləkəsiz,  zavallılar  üçün  nə 

qədər təəssüf ediləcək. 

... Bir neçə dostunun adını soruşdu. Dedim: 

– 

Heç birini görməmişəm. 

Biri haqqında dedi: 

– 

Görməsən yaxşıdı, o yarım adam satandı, hələ yaxşısı budu. 

Neçə kişilər nakişi oldu. Əvvəl-axır ölümdü. Mərd ölmək namərd 

yaşamaqdan yaxşıdı. 

 



Üzünə baxıb ağladım. Əlimi bərk-bərk sıxıb dedi: 

– 

Mən  səni  ağlar  görmək  istəməzdim.  Keçirdiyin  ağır  gün-

lərini bilirəm. Dönüklük edənləri, əyri yola düşənləri eşitdim. Əsl 

sədaqət  ağır  gündə  bilinir.  Silinməz  ləkə,  çəkiləsi  dərd  elə 

dərdlərdi. Şükür o adlar ki adımızda yoxdu. Mən şad gedirəm bu, 

hər  şeydən  üstündü.  Qəmli  qəlbimin  sönməz  yıldızı.  Ağır  qəmim 

yenilməz  xalqımın  yenilməsidi.  Əllərdə  qalxan  olmasıdı.  Nələr 

olub, nələr var, bunlar olduğu kimi bu bədbəxt xalqa çatacaqmı? 

İnsan  nə  qədər  alçalarmış.  Mərd  ölmək  namərd  yaşamaqdan 

üstündü. Qadınlar ərizə verib, ərlərinə “xalq düşməni” deyib bo-

şandılar və ərə getdilər. 



 



Soruşdu: 

– 

Evdə əsərlərdən bir şey qaldımı? 

– 

Bütünü yox, bir neçə parça qalıb. 

Altı-yeddi hazır dram əsəri vardı. Demək olardı ki, əksəriyyəti 

əl  makinasında  çap  olmuşdu.  Nəşriyyata  vermək  üçün.  Bir  dənə 

ümumi dəftərə nəşr olunmamış əsərlərin məzmununu, iştirakçıların 

adlarını...  bir  neçə  pyesin  hamısını  narın  xətlə  yazmışdı.  Onu 

soruşdu: 

– 

O evdə qalırmı? 

– Yox! –dedim. 

Bərk  həyəcanlananda,  fikrini  bir  yerə  toplaya  bilməyəndə, 

dərin  fikirləşəndə  iki  qaşını  bir-birinə  yaxın  sıxar,  alnının 

ortasında bir qırış görünərdi. Qaşını sıxıb fikrə getdi: 

– 

Bir o qalsaydı, demək olardı ki, hamısı qalıb. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə