İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə137/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   134   135   136   137   138   139   140   141   142

         

411

 

İsgəndər Atilla 

göz

əl görmək istəyir. 

M

əsud Əlioğlu 

 

 



Cavidin  şeirləri, xüsusən  dramları  bizə  intiutiv təsir gös-

t

ərirdi, maqnit kimi bizi cəzb edirdi, həyəcanlandırırdı,  dü-

şündürürdü,  fikrimizi  hara  isə  ucalara  qanadlandırırdı.  Xə-

yalımızda füsunkar bir aləm, işıqlı həyat səhnələri açırdı. 

 



Cavidin 

əsərləri böyük həyati əhəmiyyətə və təsir qüvvəsinə 

malik idi v

ə  indi də  öz dərin humanist məzmunu,  işıqlı  fikir  və 

idealları  ilə  insanları  düşündürən,  onların  ürəyinə, mənəvi 

al

əminə güclü təsir göstərən əsərlərdir.  

 



Cavid poeziyası gənclik illərindən bizi valeh etmiş, həyatı-

mıza,  mənəvi aləmimizə  daxil  olmuşdu.  Onun  “Şeyx  Sənan”, 

“İblis”  kimi  əsərlərindəki bir çox beytləri, aforistik ifadələri 

dilimizin 

əzbəri idi. Cavid beytləri bizim qulağımızda romantik bir 

musiqi parçası kimi, himn kimi səslənirdi. 

 



Cavid

ə qarşı hücumlar başladı. Biz tələbələr ona qarşı hər 

bir hücumu v

ə  iradı  ürəkağrısı  ilə  qarşılayırdıq.  Cavidin 

yaradıcılığını  və  şəxsiyyətini müdafiə  etdiyimə  görə  məni 

komsomoldan xaric etdil

ər.  Şairə  hücumda fəallıq  gösətərənlərin 

əksəriyyəti  əslində  əsl milli mədəniyyət və  ədəbiyyatdan uzaq 

adamlar idi. O adamalar indi ya

dıma  düşəndə  məni nifrət hissi 

boğur. 

Dilşad Mehdiyeva 

 

 



Birinci il 

ədəbiyyat müəllimimiz Abdulla Şaiq oldu. İkinci-

üçüncü ill

ər yenə də həmən o möhtərəm sima, Cavid müəllim ilə 

qarşılaşdıq.  O,  bizə  ədəbiyyatdan dərs verirdi. Onun sakit və 

m

ənalı  baxışı,  həlim  danışığı  heç  vaxt  yadımdan  çıxmır.  Cavid 

əfəndi dərs keçərkən mən dərsdə olduğumu tamamilə unudardım. 

Onun  danışığına,  rəftarına  heyran  olardım.  Mən onu nəfəs 

almadan dinl

əməyə  çalışardım.  Cavid  əfəndinin  başını  bir  qədər 

yana 

əyib, sakit və çox təmkinli dərs söyləməsi, hərdənbir zəncirli 

pensin

əsini düzəldib, tələbələri gözü ilə  süzməsi çox mənalı 

görünür v

ə məndə müəllimimə qarşı məhəbbət hissi aşılardı. Mən 


412

                                            

Əsrin şairi IX 

onun h

ər bir hərəkətini izləməyə  səy göstərərdim. Onun, bir 



əllim kimi, sadəliyinə, aram-aram və çox sərbəst dərs deməsinə 

valeh olardım, daha dəqiq desəm, vurulardım. 

Bacıxanım Axundzadə 

 

Nisgilli Mişkinaz Cavidin qəmli xatirə dəftərindən 

s

ətirlər 

 

 



1918-ci ild

ə Naxçıvanda evləndik. Kiçik toyumuz oldu. 

 



M

ən savadsız idim Cavid mənə dərs keçdi, yazıb-oxumağı 

öyr

ətdi. Mən onun əsərlərinin ilk oxucusu oldum. 

 



1918-ci ild

ə  Bakıya  köçdük.  Cavid  kirayə  ev tutmuşdu. 

Evd

ə heç bir şey yox idi. Bikef oturmuşdum. Məni belə görüb dedi: 

“Bax, qaçqına bənzəyirsən. Boş ev, boş ocaq, boş bucaq. Əsl şeir 

malıdır. O, “Qaçqın” şeirini yazdı. 

 



İşsiz  qalmışdı.  Maarif  İdarəsi  ona  qız  məktəbində  əlavə 

d

ərs verdi. Atası molla olduğuna görə şəriət müəllimi təyin edildi. 

Buna çox 

əsəbləşdi. Məcburən işə getdi. Sinfə girib dedi: “Xanım 

qızlar,  məni sizə  şəriət müəllimi göndəriblər. Ancaq mən molla 

deyil

əm. Sizə  ədəbiyyatdan dərs verəcəm”. Maarif müdiri bunu 

bilib, ona demişdi: “Cavid əfəndi, bu necə dərs verməkdi?!”. O, 

demişdi: “Mənim şəriət dərsim budur”. Buna görə də işdən azad 

edil

mişdi. 

 



Cavid çox 

əsəbi idi. Deyərdi: “Sənin iki yox, üç uşağın var. 

Biri lap c

əncəl, nadincdi. O da mənəm”. 

 



 

İstirahətə  və  sağlamlığa  fikir  verərdi. Deyərdi:  “Sağlam 

b

ədənlə  sağlam  fikir  olar.  Çürük  ağacın  çürük  meyvəsi olar. 

Geyimin sad

ə olmasının eyibi yoxdu, mümkün qədər o yerində olsa 

daha yaxşı”. 

 



Ayaqqabısı  və  kostyumu çox köhnə  idi.  İstədim ikisindən 

birini alım. Dedi ki, özün bilərsən, ancaq bazardan kəsmə. Gedib 

bir cüt ayaqqabı aldım. Geyib işə getdi. Evə gələn kimi dedi: “Sağ 

ol,  Mişkinaz,  bu  ayaqqabını  aldın.  Neçəsi dedi ki, Cavid əfəndi, 

ayaqqabılar sənə necə də yaraşır?” 

 



B

əzən deyərdi:  “İçinizi  tənbəllik  basıb!”,  “Bəzən  şəkər 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə