6
üzv olmaqla ölkəmizi orada təmsil edir. Bu hadisə beynəlxalq
aləmdə respublikamızın inkişafı üçün yeni üfüqlər açaraq,
Azərbaycana və ona üzv olan ölkələrin dəstəyini qazandırır.
2017-ci il yanvar sərəncamı ilə İlham Əliyev bu ili “İslam
Həmrəyliyi ili” elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu
sərəncamda qeyd edildiyi kimi, Azərbaycan uzun əsrlərdən bəri
İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğundan, İslam
Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və
çoxidmanlı tədbir
İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçirilir.
İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirildi. Sayca
İkinci İslam Həmrəyliyi Oyunlarının ilkin olaraq 2009-cu ilin
oktyabrında İranda keçirilməsi nəzərdə tutulsa da, daha sonra
tədbir 2010-cu ilin aprel ayına təxirə salınır və sonradan ləğv
olunur. Növbəti Oyunlar isə 2013-cü ildə İndoneziyada baş tutur.
İslam Həmrəyliyi İdman Federasiyasının səkkizinci seçilmiş Baş
Assambleyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində dördüncü
İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanda
keçirilməsinə qərar vermişdir. İslam Oyunlarının rəmzi olaraq,
Azərbaycanın Qarabağ atlarını təcəssüm etdirən, İncə və Cəsur
maskotları seçilmişdir. Burada, İncə özündə məlahət və incəlik
kimi keyfiyyətləri adət-ənənələri və milli dəyərləri təmsil edir. İncə
və Cəsur Azərbaycanın milli sərvəti olan Qarabağ atlarıdır. İncə
zəriflik və gözəlliyi, Cəsur isə məharət və mərdliyi təcəssüm
etdirirlər. Bu atlar, mükəmməlliyin timsalıdır. Çünki qarşısına
qoyduğu məqsədlərə nail olmaq üçün əlindən gələni edir.
Mehribanlığı ilə tanınan Cəsur hamıya qarşı dostyana münasibət
bəsləyir. Bundan əvvəlki Bakı-2015 Birinci Avropa Oyunları
başlamazdan əvvəl məşəl müqəddəs atəşlə alovlandırılmış və
ölkənin hər bir guşəsinə oyunların ruhunu və həyəcanını gətirmək
üçün bütün ölkə ərazisində daşınmışdır. Bakı 2017 İslam
Həmrəyliyi Oyunlarının təşkilində də məqsəd dəyişməzdir. Lakin
bu dəfə Səyahət od deyil, İslam dinində su ünsürünə böyük önəm
7
verildiyindən bu ünsür ilə səyahətə başlamışdır. Su saflıq, təmizlik
və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı
şəhəri Xəzər dənizinin sahilində yerləşir. Novruz bayramından
öncə qeyd etdiyimiz çərşənbələri simvolizə edən dörd ənənəvi
ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan
bütün məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb etdiyindən,
oyunlar ərəfəsində Su ünsürü əsas seçilmişdir. Başlanğıc 5 aprel
Bakı şəhəri Xəzər dənizindən olmaqla mərasim aşağıdakı
tarixlərdə bu sırada davam edəcəkdir.
7 aprel-Naxçıvan,
9 aprel-Astara,
11 aprel-Şirvan,
13-aprel Sabirabad ,
15 aprel-Ağcabədi,
17 aprel-Horadiz şəhəri, Füzuli,
19 aprel-Gəncə
21 aprel-Şəmkir
23 aprel-Mingəçevir,
25 aprel-Qax,
27 aprel-Qəbələ ,
29 aprel- Qusar, 1mayıllı, Quba,
3 may - Qaradağ,
5 may - Sumqayıt,
12 may Bakı - Açılış mərasimi.
8
II İslam Həmrəyliyinin kitabxanada təbliği ilə bağlı
keçirilə biləcək tədbirlər
Ta qədimdən nənə və babalarımız öz arzularını,
xəyallarını nağıllara hopdurub bu gunkü nəslə ötürüblər. Biz də
uşaqlıqdan bu nağıllardan tərbiyə götürmüşük, əxlaq öyrənmişik,
mərdlik, igidlik, qoçaqlıq kimi keyfiyyətləri mənimsəmişik.
2017-ci ilin Həmrəylik ili elan edilməsi ilə bağlı ölkəmizdə
müxtəlif tədbirlər həyata keçirilir. Kitabxanamız da oyunların
keçirilməsində islam ölkələrinin həmrəyliyini, birliyini göstərən
müxtəlif tədbirlər keçirir. Milli nağıllarımızı sevdirməklə bərabər
müxtəlif islam ölkələri xalqlarının nağılları kitabxanada təbliğ
edilir. Bunun üçün nağıl otağında hər bazar günü xidmət şöbəsi
tərəfindən nağıl saatı keçirilir. Nağıl saatında müxtəlif xalqların
nağılları uşaqlara ucadan oxunur. Həmçinin bu xalqların
nağıllarına çəkilmiş cizgi filmləri nümayiş etdirilir və sonra
kitabxanaçi cizgi filminin məzmunu ilə bağlı onlara suallar verir.
Bu nağıllardan Əfqan xalq nağılı olan “Ədalətli bölgü”,
“Axmağın dostluğu ilə düşmənin dostluğu eynidir”, “Ədalətli
hakim”, Pakistan xalq nağılı “Xeyirli sövdələşmə”, Hersoqavina
nağılı “Ölüm hökmü”, Fars nağılı “Tülkü və Xoruz”, İndoneziya
nağılı “Pişik və Meymun balaları”, İndoneziya nağılı “Nə üçün
ayının quyruğu gödəkdir”, Makedoniya nağılı “Çar və dünya
gözəli” və b. adlarını çəkə bilərik.
Bundan əlavə “Milli-mənəvi dəyərlərin əbədiyaşar daşıyıcısı”
adlı nağıl müsabiqəsi keçirə bilərik. Nağıl müsabiqəsində
məktəblərə
islam ölkələrindən müxtəlif xalqların nağıllarını
təqdim edirik. Seçdiyi ölkənin nağılını daha maraqlı şəkildə
təqdim edən məktəb sonda kitabxanada təşkil olunmuş tədbirdə
münsiflər heyəti tərəfindən mükafatladırılır.
Gəlin Türkmən nağılı “Saxsı küp” nağılını səhnələşdirək.