İslam Qəribli
22
olan, illərdən bəri milli ziyalıların həsrətində olduqları növbənöv
qəzet və jurnallar ardıcıl şəkildə çap olunmağa başladı. Beləliklə,
belə bir əlverişli məqamda Azərbaycan milli mətbuatının
bünövrəsi üçün “Əkinçi” qəzetinin (1875-1877) oynadığı rolu
XX əsr milli mətbuatımız üçün oynaya biləcək bir mətbuat orqanı
- “Həyat” qəzeti həyata vəsiqə aldı. Milyonçu, messenat H. Z.
Tağıyevin maddi yardımı, gələcək Azərbaycan Demokratik
Cümhuriyyətinin yaradıcı və başçılarından biri Ə. Topçubaşovun
naşirliyi, böyük fikir bahadırları, əqidə və əməl sahibləri olan Ə.
Hüseynzadə və Ə. Ağayevin (Ağaoğlu) müştərək redaktorluğu ilə
1905-ci il iyun ayının 7-də Bakıda doğma Azərbaycan türkcəsində
fəaliyyətə başlayan bu qəzet, çəkinmədən demək olar ki,
Azərbaycan və Qafqaz həyatının güzgüsü polunu oynayırdı. Qəzet
üçün nə mövzu, nə də müəllif qıtlığı, məhdudiyyəti məsələsi yox
idi. Səhifələrində dünya hadisələrindən tutmuş milli məsələlərə
qədər müxtəlif sahələrə, daha çox maarif, mədəniyyət, milli
oyanış, dil, din və s. bu kimi problemlərə yer ayıran qəzetdə Ə.
Hüseynzadə, Ə. Ağayev, H. Zərdabi, N. Nərimanov, Ə.
Haqverdiyev və b. nisbətən təcrübəli qələm sahiblərinin imzası ilə
yanaşı yeni bir imza da görünməyə və dərhal da oxucuların
diqqətini cəlb etməyə başladı. Bu imzanın sahibi Əbdülsəlimzadə
Məhəmməd Hadi Şirvani idi.
1905-ci ilin yayında Kürdəmirdə yaşayan və yazılarını
oradan Bakıya, “Həyat” qəzeti redaksiyasına göndərən M. Hadi
ilk yazılarında qəzetdə əsərlərini oxuduğu zuyalıların, daha çox
Əli bəy Hüseynzadənin, müzakirə obyektinə çevirdikləri
məsələlərə münasibət bildirir və akademik Əziz Mirəhmədovun
sözləri ilə desək, “məqalələri içərisində bəzən mövzuya uyğun
mənzum parçalar da verməsi jurnalist Hadinin eyni zamanda şeir
yaradıcılığına böyük marağı olduğunu göstərirdi” (401, 21).
“Həyat” qəzetinin 23 iyul 1905-ci il tarixli 35-ci nömrəsində
“Əbdülsəlimzadə Şamaxiyi” imzası ilə çap etdirdiyi “Bəyani-
həqiqət”
(96, N 35) adlı məqaləsi ilə ədəbi aləmə gələn M. Hadi
Məhəmməd Hadi və mətbuat
23
qısa bir zaman kəsiyində “Həyat”ın ən fəal yazarlarından birinə
çevrildi.
M. Hadinin ilk əsərlərinin çap olunduğu “Həyat” qəzeti
Başlıca mövzuları “mətbuatın, elm və mədəniyyətin faydası,
sənaye, azadlıq hərəkatı, yeni nəslin tərbiyəsi, qadın azadlığı,
dünyəvi elmlərin kəşf və xariqələri, vətənin tərəqqisi, cəhalətdən
xilas olmaq, mədəniyyət səviyyəsini yüksəltmək, insani hisslərin
müqəddəsliyi və s.”(406, 334) olan, ilk məqaləsində millətin
məhrumiyyətlərə düçar olmasının əsas səbəbini maarif və
mədəniyyətin yoxluğunda görən gənc M. Hadi qeyd edirdi ki,
elmsizlik “millətin bərbad və pərişan olmasına ən kəskin bir
vasitədir və bu fəna əhvalın məzərrəti kimə aiddir, kimə racedir,
kimsəyə yox, kəndimizədir.
“Ən əhsənətum la nəfsəkum..”, hərgah yaxşı eləsəniz kəndi
nəfsinizə edəcəksiniz. Fənalıq da etsəniz, yenə nəfsinizə racedir,
miləli-xariciyə məzərrət deyil. Bizim böylə hali-bədbəxtaneyi-
cahilanəmiz mocibi-mənfəət olur, olacaq və hala olmaqdadır” (96,
N 35). İlk yazılarında M. Hadi belə bir əqidədə idi ki, İslam
millətinin, müsəlmanların xoş, firavan, asudə günə çıxmağının
başlıca yollarından biri, bəlkə də birincisi maarifə tapınmaqda və
müqəddəs, ilahi Qurani-kərimin göstərişlərinə əməl etməkdədir.
İslam Qəribli
24
M. Hadi onu da qeyd etməyi lazım bilirdi ki, Quranın ayə və
surələrini oxuyub mənasını anlamamaq , yaxud anladıqlarına əməl
etməmək Quranı oxumamaq və tanımamaq kimi bir şeydir.
Əsərlərində dönə-dönə “Utlubul elmu minəl-məhdi iləl-ləhdi”
(“Beşikdən məzara qədər elmi öyrənin”) ayəsinə müraciət edən M.
Hadi “Həyat” qəzetində çap etdirdiyi məqalə, şeir və
tərcümələrinin əksəriyyətində belə bir ideya irəli sürürdü ki, elm,
maarif və mədəniyyət kəsb etmədən bəşər övladının xoşbəxtliyi
barədə düşünmək xoş bir xəyal, mənasız və üzücü bir
məşğuliyyətdir.
Bir qələm sahibi olaraq M.Hadi “Həyat” qəzetində üç
istiqamətdə fəaliyyət göstərmişdir: 1. Ģair kimi; 2. publisist
kimi; 3.tərcüməçi kimi.
****
Akademik Bəkir Nəbiyevin yazdığı kimi, “XX əsrin
əvvəllərindən Azərbaycan poeziyasının romantik qolunun başında
duran M. Hadinin”(415, 99) “Həyat” qəzetində, ümumən
mətbuatda çap olunmuş ilk şeiri “Lövhi-məkatib” adlanır.
Sərlövhədən
sonra
verilən
“Övladi-millətə
hədiyyeyi-
kəmtəranəmdir” cümləsi ilə oxuculara təqdim olunan və şairin
ölümündən sonra çap olunmuş kitablarının heç birinə düşməyən
bu şeir qəzetin 29 noyabr 1905-ci il tarixli 109-cu nömrəsində işıq
üzü görmüşdür. İyirmi altı misradan ibarət olub qəsidə formasında
yazılan:
Məkatib cilvəgahi-tələti-fəyyazi -qüdrətdir,
Məkatib pərtovi-ənvari-Ģəmsi-sübhi-vəhdətdir(99,N 109), -
beyti ilə başlanan ilk mətbu şeirində şair məktəbi millətin yaşayışı,
inkişaf və tərəqqisi üçün başlıca vasitə hesab edir. M. Hadiyə görə
məktəb elə bir gülşən və çəməndir ki, sərvini (yəni qoynunda boy
atıb böyüyəni, yaşayanı – İ. Q.) azad və hürr eylər. Çünki:
Məkatib bir behiĢti-ədəndir rizvani-mənayə,
Məkatib bir ədibi-tərcümani-sirri-xilqətdir.
..Məkatib baniyi-gülĢənsərayi-dinü dünyadır,
Məkatib rəĢhəpaĢi-feyzü sərvistani-millətdir(99, N 109).