Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə8/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   4   5   6   7   8   9   10   11   ...   147

İslam  Qəribli 

 

 



22 

olan,  illərdən  bəri  milli  ziyalıların  həsrətində  olduqları  növbənöv 

qəzet və jurnallar ardıcıl şəkildə çap olunmağa başladı. Beləliklə, 

belə  bir  əlverişli  məqamda  Azərbaycan  milli  mətbuatının 

bünövrəsi  üçün  “Əkinçi”  qəzetinin  (1875-1877)    oynadığı  rolu 

XX əsr milli mətbuatımız üçün oynaya biləcək bir mətbuat orqanı 

-    “Həyat”  qəzeti  həyata  vəsiqə  aldı.  Milyonçu,  messenat  H.  Z. 

Tağıyevin  maddi  yardımı,  gələcək  Azərbaycan  Demokratik 

Cümhuriyyətinin  yaradıcı və  başçılarından biri Ə. Topçubaşovun 

naşirliyi, böyük fikir bahadırları, əqidə və əməl sahibləri olan Ə. 

Hüseynzadə və Ə. Ağayevin (Ağaoğlu) müştərək redaktorluğu ilə 

1905-ci il iyun ayının 7-də Bakıda doğma Azərbaycan türkcəsində 

fəaliyyətə  başlayan  bu  qəzet,  çəkinmədən  demək  olar  ki, 

Azərbaycan və Qafqaz həyatının güzgüsü polunu oynayırdı. Qəzet 

üçün nə mövzu, nə də müəllif qıtlığı, məhdudiyyəti məsələsi yox 

idi.  Səhifələrində  dünya  hadisələrindən  tutmuş  milli  məsələlərə 

qədər  müxtəlif  sahələrə,  daha  çox  maarif,  mədəniyyət,  milli 

oyanış, dil,  din və  s. bu  kimi  problemlərə  yer  ayıran qəzetdə Ə. 

Hüseynzadə,  Ə.  Ağayev,  H.  Zərdabi,  N.  Nərimanov,  Ə. 

Haqverdiyev və b. nisbətən təcrübəli qələm sahiblərinin imzası ilə 

yanaşı  yeni  bir  imza  da  görünməyə  və  dərhal  da  oxucuların 

diqqətini cəlb etməyə başladı. Bu imzanın sahibi Əbdülsəlimzadə 

Məhəmməd Hadi Şirvani idi.  

1905-ci  ilin  yayında  Kürdəmirdə  yaşayan  və  yazılarını 

oradan  Bakıya,  “Həyat”  qəzeti  redaksiyasına  göndərən  M.  Hadi 

ilk  yazılarında  qəzetdə  əsərlərini  oxuduğu  zuyalıların,  daha  çox 

Əli  bəy  Hüseynzadənin,  müzakirə  obyektinə  çevirdikləri 

məsələlərə  münasibət  bildirir  və  akademik  Əziz  Mirəhmədovun 

sözləri  ilə  desək,  “məqalələri  içərisində  bəzən  mövzuya  uyğun 

mənzum parçalar da verməsi jurnalist Hadinin eyni zamanda şeir 

yaradıcılığına  böyük  marağı  olduğunu  göstərirdi”  (401,  21). 

“Həyat”  qəzetinin  23  iyul  1905-ci  il  tarixli  35-ci  nömrəsində 

“Əbdülsəlimzadə  Şamaxiyi”  imzası  ilə  çap  etdirdiyi    “Bəyani-

həqiqət”


 

(96,  N 35) adlı məqaləsi ilə ədəbi aləmə gələn M. Hadi 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



23 

qısa  bir  zaman  kəsiyində  “Həyat”ın  ən  fəal  yazarlarından  birinə 

çevrildi. 

 

    



M. Hadinin ilk əsərlərinin çap olunduğu “Həyat” qəzeti 

 

Başlıca mövzuları “mətbuatın, elm və mədəniyyətin faydası, 



sənaye,  azadlıq  hərəkatı,  yeni  nəslin  tərbiyəsi,  qadın  azadlığı, 

dünyəvi  elmlərin  kəşf  və  xariqələri,  vətənin  tərəqqisi,  cəhalətdən 

xilas  olmaq,  mədəniyyət  səviyyəsini  yüksəltmək,  insani  hisslərin 

müqəddəsliyi  və  s.”(406,  334)  olan,  ilk  məqaləsində  millətin 

məhrumiyyətlərə  düçar  olmasının  əsas  səbəbini  maarif  və 

mədəniyyətin  yoxluğunda  görən  gənc  M.  Hadi  qeyd  edirdi  ki, 

elmsizlik  “millətin  bərbad  və  pərişan  olmasına  ən  kəskin  bir 

vasitədir və bu  fəna əhvalın məzərrəti kimə aiddir, kimə  racedir, 

kimsəyə yox, kəndimizədir. 

“Ən əhsənətum la nəfsəkum..”, hərgah yaxşı eləsəniz kəndi 

nəfsinizə  edəcəksiniz.  Fənalıq  da  etsəniz,  yenə  nəfsinizə  racedir, 

miləli-xariciyə  məzərrət  deyil.  Bizim  böylə  hali-bədbəxtaneyi-

cahilanəmiz mocibi-mənfəət olur, olacaq və hala olmaqdadır” (96, 

N  35).    İlk  yazılarında  M.  Hadi  belə  bir  əqidədə  idi  ki,  İslam 

millətinin,  müsəlmanların  xoş,  firavan,  asudə  günə  çıxmağının 

başlıca yollarından biri, bəlkə də birincisi maarifə tapınmaqda və 

müqəddəs,  ilahi  Qurani-kərimin  göstərişlərinə  əməl  etməkdədir. 



İslam  Qəribli 

 

 



24 

M.  Hadi  onu  da  qeyd  etməyi  lazım  bilirdi  ki,  Quranın  ayə  və 

surələrini oxuyub mənasını anlamamaq , yaxud anladıqlarına əməl 

etməmək  Quranı  oxumamaq  və  tanımamaq  kimi  bir  şeydir. 

Əsərlərində  dönə-dönə  “Utlubul  elmu  minəl-məhdi  iləl-ləhdi” 

(“Beşikdən məzara qədər elmi öyrənin”) ayəsinə müraciət edən M. 

Hadi  “Həyat”  qəzetində  çap  etdirdiyi  məqalə,  şeir  və 

tərcümələrinin əksəriyyətində belə bir ideya irəli sürürdü ki, elm, 

maarif  və  mədəniyyət  kəsb  etmədən  bəşər  övladının  xoşbəxtliyi 

barədə  düşünmək  xoş  bir  xəyal,  mənasız  və  üzücü  bir 

məşğuliyyətdir. 

Bir  qələm  sahibi  olaraq  M.Hadi  “Həyat”  qəzetində  üç 

istiqamətdə    fəaliyyət   göstərmişdir:  1. Ģair kimi; 2. publisist 

kimi; 3.tərcüməçi kimi. 

                                         **** 

Akademik  Bəkir  Nəbiyevin  yazdığı  kimi,  “XX  əsrin 

əvvəllərindən Azərbaycan poeziyasının romantik qolunun başında 

duran  M.  Hadinin”(415,  99)  “Həyat”  qəzetində,  ümumən 

mətbuatda  çap  olunmuş  ilk  şeiri  “Lövhi-məkatib”  adlanır. 

Sərlövhədən 

sonra 

verilən 


“Övladi-millətə 

hədiyyeyi-

kəmtəranəmdir”  cümləsi  ilə  oxuculara  təqdim  olunan  və    şairin 

ölümündən  sonra  çap  olunmuş  kitablarının  heç  birinə  düşməyən 

bu şeir qəzetin 29 noyabr 1905-ci il tarixli 109-cu nömrəsində işıq 

üzü görmüşdür. İyirmi altı misradan ibarət olub qəsidə formasında 

yazılan: 

        

Məkatib cilvəgahi-tələti-fəyyazi -qüdrətdir, 

Məkatib pərtovi-ənvari-Ģəmsi-sübhi-vəhdətdir(99,N 109), - 

beyti ilə başlanan ilk mətbu şeirində şair məktəbi millətin yaşayışı, 

inkişaf və tərəqqisi üçün başlıca vasitə hesab edir. M. Hadiyə görə 

məktəb elə bir gülşən və çəməndir ki, sərvini (yəni qoynunda boy 

atıb böyüyəni, yaşayanı – İ. Q.) azad və hürr eylər. Çünki: 

 

 



Məkatib bir behiĢti-ədəndir rizvani-mənayə, 

 

 

Məkatib bir ədibi-tərcümani-sirri-xilqətdir. 

 

 

..Məkatib baniyi-gülĢənsərayi-dinü dünyadır, 

 

 

Məkatib rəĢhəpaĢi-feyzü sərvistani-millətdir(99, N 109). 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə