Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə5/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   2   3   4   5   6   7   8   9   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



13 

yeni  əlifbya  köçürmək,  geniş  şərh  və  lüğətlər  yazmaqla  çapa 

hazırlamaq. 

 

 Tədqiqiqtda  tarixi-müqayisəli  metoddan  istifadə  edilmiş, 

tədqiqatın  obyekti  kimi  seçilən  nümunələr  və  onlara  həsr  olunan 

araşdırmaların  meydana  çıxdığı  tarixi  şərait  nəzərə  alınmışdır.  İşin 

mahiyyəti  müqayisəli  təhlil  və  tədqiq  tələb  etdiyindən  əsər  boyu 

sistemli müqayisələrdən də istifadə olunmuşdur.  

 

Tədqiqatda  M.  Hadinin  Azərbaycan  dövri  mətbuatında 



(1905-1920)  çıxan  orijinal  poetik  əsərləri  və  poetik  tərcümələri  ilə 

sənətkarın  həm  sağlığında,  həm  də  ölümündən  sonra  çıxan 

kitablarındakı  nümunələr  tutuşdurulur,  kitab  çaplarındakı  qüsurlar 

islah edilir və şairin əsərlərinin mükəmməl nəşri üçün hazırlıq işləri 

görülür. Ən başlıcası isə M. Hadinin bu illərdə çıxmış və kitablarına 

düşməyən  onlarla  şeir  və  tərcümələri  ilk  dəfə  üzə  çıxarılır,  onlara 

imkan daxilində münasibət bildirilir. 

 

Poetik əsərləri və poetik tərcümələri tam şəkildə olmasa da, 



müəyyən  qismi  kiril  və  latın  əlifbalarında  çap  olunan  sənətkarın 

irsinin yarısından çoxunu təşkil edən elmi-publisistik yazıları və nəsr 

əsərləri,  demək  olar  ki,  müasir  əlifbalarla  nəşr  olunmamış,  nə 

sağlığında,  nə  də  sonralar  çap  olunan  kitablarının  heç  birinə 

düşməmişdir.  Müxtəlif    tədqiqatlarda  bu  əsərlərin  bəzilərinə 

münasibət bildirilsə də,  sənətkarın elmi, publisistik  əsərləri və  bədii 

nəsri  demək  olar  ki,  araşdırılmamışdır.  Monoqrafiyada  həm  bu 

qəbildən olan  əsərlər ilk dəfə geniş şəkildə tədqiqata cəlb olunmuş, 

həm  də  müəllif  tərəfindən  onların  mətni  yeni  əlifbaya  köçürülərək 

izah, şərh və lüğət yazılmaqla nəşrə hazırlanmış, bir çox nümunələr 

mətbuat vasitəsi ilə ədəbi ictimaiyyətə təqdim olunmuşdur. 

 

Tədqiqatın nəzəri-təcrübi   əhəmiyyətini hər şeydən əvvəl M. 

Hadinin  dünyagörüşü,  ideyalar  aləmi  və  bədii-elmi  irsini  hərtərəfli 

araşdırmaq  və  qiymətləndirməkdə  axtarmaq  lazımdır.  Sənətkarın 

elmi-ədəbi  ictimaiyyətə  bəlli  olmayan  çox  sayda  əsərlərinin  üzə 

çıxaraılaraq  şərh  edilməsi,  böyük  fikir  və  əqidə  adamı  barədə 

deyilənlərin  sistemləşdirilməsi,  şübhəsiz,  M.  Hadinin  olduğu  kimi 

ictimaiyyətə təqdim olunmasında əhəmiyyətli rol oynayacaqdır.  




İslam  Qəribli 

 

 



14 

 

 

 

I FƏSĠL 

 

MƏHƏMMƏD  HADĠ ĠRSĠ  “HƏYAT” VƏ  

“FÜYUZAT”IN SƏHĠFƏLƏRĠNDƏ 

 

I.1. HƏYATININ   MƏTBUAT  ALƏMĠNƏ  GƏLĠġĠNƏ   

QƏDƏRKĠ  DÖVRƏ  ÜMUMĠ   BĠR  BAXIġ 

 

Etiraf  etmək  lazımdır  ki,  1905-ci  il  Birinci  rus  inqilabı 

dünyanın  bir  sıra  məmləkətlərində  olduğu  kimi,  qədim  və 

əsrarəngiz Şərqin bir parçası olan Azərbaycanın da ictimai-siyasi 

və mədəni həyatında yeniliklərin meydana çıxmasına tarixi şərait, 

münbit zəmin yaratdı və “belə bir şəraitdə Azərbaycanın qabaqçıl 

fikirli yazıçıları Şərqin oyanmasını hüsn-rəğbətlə qarşıladı, azadlıq, 

istiqlaliyyət  və  xoşbəxt  həyat  uğrunda  mübarizələrdə  həmrəy 

olduqlarını nümayiş etdirdilər”(26, 280). Yeni tarixi şərait və ələ 

düşmüş fürsət Azərbaycan həyatının ictimai-siyasi və həlli vacib 

problemlərinin  qabardılıb  ictimai  müzakirə  obyektinə  çevrilməsi 

ilə müşaiyət olunmağa başladı. İctimai fikirdəki dirçəlişin nəticəsi 

olaraq  maarif,  mətbuat,  teatr  və  s.  bu  kimi  milli  şüurun 

formalaşması və millətin taleyi ilə birbaşa bağlı olan  məsələlərin 

həllinin tapılması uğrunda yolların axtarılması daha qəti, dönməz 

və ardıcıl xarakter aldı. Milli intibah ideyaları xalq həyatının bütün 

sahələrində  olduğu  kimi,  bədii  ədəbiyyatın  inkişafı  və  simasının 

formalaşmasında da öz bəhrəsini verməyə başladı. Söz sənəti həm 

ideya-məzmun,  həm  forma,  hə  də  üslub  cəhətcə  nəzərə  çarpan 

dərəcədə yeniləşdi və zənginləşdi. Bu tarixi proses   ədəbi həyatda 

tamamılə orijinal  və mütərəqqi bir  hadisə olan  milli Azərbaycan 

pomantizminin  də  bir  ədəbi  cərəyan  kimi  formalaşmasına  rəvac 

verdi. 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



15 

Özünəqədərki Qərbi Avropa, rus və türk(osmanlı) romantiz-

mindən  fərqli  cəhətlərə  malik  olan  “Azərbaycan  romantizminin 

təşəkkül  tapıb  inkişaf  etməsində  və  dünya  romantizmi  ilə 

qovuşmasında  başlıca  simalardan  biri,  demək  olar,  bu  cərəyanın 

başçısı”(400,  XVII) Məhəmməd Hadidir. 

“İyirminci  əsrin  başlanğıcında  yeni  məzmunlu  milli 

ideologiyanın formalaşması istiqamətində ardıcıl iş aparan, ictimai 

fikri  epoxal  bir  yüksəkliyə  çatdıran  şəxsiyyətlərdən  biri”(422,  6) 

olan Məhəmməd Hadi mətbuat və sənət dünyasına gəlişinə qədər 

üzüntülər,  ağrı-acı  və  məhrumiyyətlərlə  dolu  olan  bir  ömür  yolu 

keçmiş,  həyatın  bərkinə-boşuna  düşərək  yetkinləşmiş,  müəyyən 

təcrübə 

qazanmışdı. 

Əsl  adı  Ağa  Məhəmməd  olan 

“Əbdülsəlimzadə  Məhəmməd  Hadi  hicrətin  1298-ci  ilində”(66,   

N  3)  (miladi  1879-cu  il)  əsrlər  boyu  Şərqin  elm,  şeir-sənət 

mərkəzlərindən  biri  kimi  tanınan  Şamaxı  şəhərində,  Sarıtorpaq 

məhəlləsində sayılıb-seçilən bir ailədə anadan olmuşdur.   Belə ki, 

“  şairin  atası  Ədülsəlim  böyük,  qoca  bir  nəsildən  idi.  Ulu 

babalarından  olan  Tahir  əfəndi  məşhur  Şirvan  üləmasından 

imiş”(398, 6).  

Şairin  təvəllüd  tapdığı  ərəfələrdə  Şamaxı  əvvəlki  şöhrətini 

itirmiş, məşhur  zəlzələ ilə bağlı olaraq quberniya mərkəzi 1859-

cu  ildə  Bakıya  köçdüyündən,  Şamaxı  bir  əyalət  şəhərinə 

çevrilmişdi.  XIX  əsrin  60-80-ci  illərində  Şamaxının  əvvəlki 

şöhrətini  bərpa  etmək  üçün  göstərilən  cəhdlər,  demək  olar  ki,  

səmərəsiz  qalmışdı.  S.  Ə.  Şirvaninin  açdığı  yeni  tipli 

məktəb(1870-1871),  Səid  Ünsizadənin  təşəbbüsü  və  vasitəçiliyi 

ilə  Şamaxı  Ruhani  İdarəsinin  nəzdində  açılan  “Məclis 

məktəbi”(1875), şair Məhəmməd Səfanın evində S. Ə. Şirvaninin 

rəhbərliyi  ilə  fəaliyyət  göstərən  “Beytüs-cəfa”  ədəbi  məclisinin 

fəaliyyəti və s. bu kimi məsələlər Şamaxıda ictimai-ədəbi mühitin 

canlanmasına  müəyyən  təsir  göstərsə  də,  zaman  öz  hökmünü 

vermişdi.  Bakının  inzibati  mərkəzə  çevrilməsi,  neft  və  digər 

sənaye  sahələrinin  sürətli  inkişafı  kapital  axınını  Bakıya 

yönəltdiyindən,  Şamaxı  və  Şamaxı  kimi  digər  əyalət  şəhərləri 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə