Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə1/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
  1   2   3   4   5   6   7   8   9   ...   147



Məhəmməd   Hadi  və   mətbuat 

 

 





 

 

 

   AZƏRBAYCAN    MĠLLĠ   ELMLƏR    AKADEMĠYASI 

     NĠZAMĠ adına ƏDƏBĠYYAT  ĠNSTĠTUTU 

 

 

 

                            

    

                   ĠSLAM     QƏRĠBLI 

 

 

 

 

 

  

MƏHƏMMƏD   HADĠ  VƏ   MƏTBUAT 

( 1905 – 1920-ci  illər ) 

 

                          

                           

 

 

 

 

 

 

 

 

“ N U R L A N ”, 

B A K I – 2011 

 

 

 


İslam  Qəribli 

 

 





 

 

Monoqrafiya    AMEA    Nizami    adına    Ədəbiyyat  Ġnstitutu 



Elmi ġurasının    16 noyabr 2011-ci il tarixli iclasının  qərarına     

 

 

  əsasən  çap olunur (protokol  N  4) 

 

 

 Elmi məsləhətçi və pedaktoru:  Akademik   BƏKĠR  NƏBĠYEV 



 

 

Rəyçilər:  filologiya  elmləri  doktoru    RƏHĠM      ƏLĠYEV,    



 

     filologiya elmləri doktoru   ALXAN  MƏMMƏDOV 

 

QƏRĠBLĠ  Ġ.



 

Məhəmməd Hadi və mətbuat(1905-1920-ci illər), 

                        Bakı, “Nurlan”,  2011,  444  səh. 

 

          



Monoqrafiyada  XX  əsr  Azərbaycan  ədəbiyyatı  və  ictimai  fikir 

tarixinin 

görkəmli 

nümayəndələrindən 

biri, 

milli 

Azərbaycan 

romantizminin  yaradıcı  və  başçılarından  olan  Məhəmməd  Hadinin 

1905-1920-ci  illərdəki  Azərbaycan  dövri  mətbuatı    ilə  əlaqələri  tədqiq 

edilir.  Sənətkarın  “Həyat”  qəzetindən  başlayaraq  “Azərbaycan” 

qəzetinə  qədər  müxtəlif  təmayüllü  iyirmiyə  yaxın  mətbuat  orqanında 

dərc  etdirdiyi  iki  yüz  doxsandan  yuxarı  bədii,  elmi,  publisistik  və 

tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili 

aparılır.    Bu  əsərlərin    M.  Hadinin  sağlığında  və  ölümündən  sonra 

kitablarına  düşənləri  ilk  mənbələrlə  tutuşdurularaq  tekstoloji  mətnlər 

hazırlanır  və  yüzə  qədər    əsər  üzə  çıxarılaraq  ilk  dəfə  tədqiqata  cəlb 

edilir.  İndiyə kimi daha çox şair kimi tanınan M. Hadidən nasir, alim, 

publisist  və  tərcüməçi  kimi  də  bəhs  olunur,  əsərlərinin  mövzu,  forma, 

məzmun, ideya və sənətkarlkıq məsələləri ətraflı şəkildə şərh olunur. 

                                     

 

 

 



 

 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



 

 



 

             HADĠġÜNASLIĞA  YENĠ   TÖHFƏ 



 

 

B

u  monoqrafiyanın  ilk,  doktorluq  dissertasiyası  versiyası 

barədə  mən  vaxtilə  rəy  yazıb  müəllifinə  xeyir-dua  vermişəm. 

Kitabın əlyazmasını vərəqlədikcə gördüm ki, müəllif onu daha da 

təkmilləşdirmiş,  əsaslı  şəkildə  sahmanlamışdır.  Azərbaycan 

romantizminin  yaradıcılarından  biri,  romantik  poeziyamızın 

bayraqdarı    olan    Məhəmməd  Hadinin  həyat  və  yaradıcılıq  yolu 

barədə müxtəlif monoqrafiyalar yazılıb kitablar çap edilsə də (bu 

kitabların ikisinin müəllifi elə İslam Qəriblinin özüdür), sənətkarın 

irsi,  özəlliklə  onun  Azərbaycan  dövri  mətbuatı  ilə  əlaqələri  heç 

vaxt  bu  monoqrafiyada  olduğu  kimi  əhatəli  və  hərtərəfli  tədqiq 

edilməmiş,  zəngin  ədəbi-elmi    yaradıcılığı    bu  şəkildə 

araşdırılmamışdır.  

 

M.  Hadi  XX  əsr  Azərbaycan    şairləri  içərisində  mətbuatla 



sıx  əlaqəsi  olan  barmaqla  sayılacaq  sənətkarlardandır.  O,  sənət 

aləminə  gələn  ilk  gündən  ömrünün  axırlarına  qədər  müxtəlif 

mətbuat orqanları ilə əlaqə saxlamış, bir sıra redaksiyalarda ədəbi 

işçi  kimi  fəaliyyət  göstərmiş,    cəmiyyətdə  həlli  vacib  olan 

problemlərə  dair  bədii,  elmi,  publisistik  əsərlərini,  tərcümələrini 

davamlı olaraq qəzet və jurnallarda nəşr etdirmişdir.  

 

1905-ci  ildə  “Bəyani-həqiqət”  adlı  ilk  məqaləsini  “Həyat” 



qəzetində nəşr etdirməklə mətbuat və sənət aləminə gələn M. Hadi  

1919-cu  ilin  may  ayına  –  ölümündən  bir  qədər  əvvələ  kimi 

mətbuatla əlaqələrini üzməmişdir. Bu monoqrafiyada  M. Hadinin 

1905-1919-cü  illərdə  yazdığı  və  iyirmiyə  yaxın  müxtəlif 

təmayüllü mətbuat orqanında  çap etdirdiyi, demək olar ki, bütün 

əsərlərinə münasibət bildirilmiş, onların təhlili veriilməklə yanaşı, 

şairin  istər  sağlığında,  istərsə  də  ölümündən  sonra  çıxmış 

kitablarındakı    variantlarla  müqayisə  edilmiş  və  sənətkarın 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə