Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə6/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   2   3   4   5   6   7   8   9   ...   147

İslam  Qəribli 

 

 



16 

getdikcə  əhəmiyyətli  dərəcədə  mövqeyini  itirməkdə  idilər.  XIX 

əsrin  80-90-cı  illərində  Gəncə,  Naxçıvan,  Lənkəran,  Şəki  kimi 

ikinci  dərəcəli  şəhərlər  cərgəsinə  keçməyə  başlayan  Şamaxı 

əhalisinin bir qismi iş və çörək dalınca müxtəlif şəhərlərə, əsasən, 

Bakı və Tiflisə, digər qismi isə “Orta Asiyanın müxtəlif yerlərinə 

getməli  olurdu”(401,  8).  Bu,  heç  şübhəsiz  ki,  şəhərin  mədəni 

həyatına  da  öz  mənfi  təsirini  göstərirdi.  Bu  köçhaköçün  yaratığı 

fəna    vəziyyəti  M.Hadi  1905-1907-ci  illərdə  yazdığı  bir  sıra 

məqalə və şeirlərində, Abbas Səhhət isə “Ölü şəhər” adlı əsərində 

ürək  ağrısı  ilə  təsvir  etmişdilər.    “Kim  baxarsa  haçaq  bizim 

Ģəhərə,  Bir  məzarlıq  kimi  gələr  nəzərə” misraları ilə  başlanan 

çox  təsirli  şeirdə  A.  Səhhət  qeyd  edirdi  ki,  burada  sükut 

hökmfərmadır  və  şəhərin  göylərini    kəsif    buludlar  sarımışdır. 

Şəhər elə bir hala düşüb ki: 

 

Nə gurultu, nə küy, nə səs vardır, 

  Bir neçə ruhsuz qəfəs vardır. 

  Dirilikdən əsər əlaməti yox, 

  HəĢri var, ĢuriĢi-qiyaməti yox. 

  ..Qəhri-ənqaz ilə səqətliyi var, 

  Daha bədtər adam qəhətliyi var. 

  Getməyib hər kəs ki qalmıĢdır, 

  Dərdü qəmdən ĢaĢıb bunalmıĢdır... 

  ..Diridirlər əgərçi surətdə, 

  Ölüdürlər, vəli, həqiqətdə

 

(2,  52-53). 

A. Səhhətin rəngləri bir qədər tündləşdirdiyi XIX əsrin axırı, 

XX  əsrin əvvəllərində bir zamanlar Şirvanşahların paytaxt şəhəri 

olan  Şamaxıda  vəziyyət  o  qədər  də  ürəkaçan  deyildi.  XIX  əsrin 

axırlarında  arabir  teatr  tamaşalarının  verilməsi,  XX  əsrin  ilk 

illərində  mətbəə  və  kitabxananın  təşkili,  M.  Ə.  Sabir,  S.  M. 

Qənizadə,  A.  Səhhət,  A.  Naseh  və  s.  başqa  yerli  ziyalıları 

meydana  çıxıb  xalqa  can-başla  xidmət  etmək  arzusu  şəhərin 

həyatında  mühüm  yeniliklər  olsa  da,  dindar  və  mühafizəkar 

əhainin  çoxluq  təşkil  etdiyi  Şamaxı  tipik  feodal  şəhəri  kimi 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



17 

qalmaqda  idi.  M.  Hadi  belə  bir  zaman  kəsiyində  dünyaya  göz 

açmış, uşaqlıq və gənclik illəri doğma şəhərində keçmişdir.  

   Peşə etibarı ilə tacir olub ailəsinə normal yaşayış tərzi qura 

bilən  Hacı  Əbdülsəlim  maarifpərvər  bir  şəxs  idi.      Övladını 

gələcəkdə  ziyalılar,  üləmalar  cərgəsində  görmək  istəyən,  kiçik 

yaşlarından onu  məktəbə qoyan ata “Məhəmməd Hadi 10 yaşına 

çatdıqda vəfat edir”(66, N 3). Atasının sağlığı zamanında məktəbə 

verilən  M.  Hadi  “ibtidai  təhsilini  Şamaxıda  məhəllə  məktəbi 

saxlayan  Molla  Səməd  adında  bir  şəxsdən  almış,  bir-iki  il  sonra 

mərhum  Abbas  Səhhətin  atası  Hacı  Molla  Əli  Abbasın  yanında 

oxumuşdur”(66,  N 3). Atasının ölümündən bir müddət sonra M. 

Hadinin  anası  onu,  bacıları  Sahibə  və  Əsmanı  ata  qohumlarının 

himayəsinə buraxaraq Sulut kəndində yaşayan varlı bir kişiyə ərə 

getmiş və bundan sonra “M. Hadini böyük nənəsi, Əbdülsəlimin 

anası Teyyibə xanım saxlamış, ona pərəsdar olmuşdur”(66,  N 3). 

Zirək və  mömin bir   qadın olan Teyyibə  xanım nəvəsini    ruhani  

görmək  arzusunda olduğundan,    onun təhsil alması  üçün  əlindən 

gələni  edir  və  Hacı  Əbdülsəlimin  qardaşı,  Şamaxının  nüfuzlu 

tacirlərindən  olan  “Hacı  Abbasqulu  da  qardaşının  yadigarı 

Hadinin  xatirini  çox  istədiyinə  görə,  onun  təhsilini  yarımçıq 

qoymasına razı olmur”(401, 9). 

Atasının ölümündən iki il sonra əmisinin də ölümü gələcək 

şair  və  mütəfəkkiri  çıxılmaz  vəziyyətə  salsa  da,  qohumlarından 

yeni  himayədar  tapılır  və  onun  təlim-tərbiyəsi  ilə  ata  tərəfdən 

qohumu  və  bibisinin  qayını,  dövrünün  tanınmış  ziyalılarından 

olan  Mustafa  Lütfi  Hacı  Sədrəddin  oğlu  İsmayılzadə  məşğul 

olmağa başlayır. Ana dilindən başqa ərəb, fars, osmanlı türkcəsini 

də  mükəmməl  bilən,  zəngin  mütaliə  və  dərin  savada  malik  olan 

Mustafa  Lütfi  M.  Hadinin  vətəndaş  –  insan,  millətini  və  dinini 

sevən bir gənc, ən başlıcası bir ziyalı kimi formalaşması üçün əlin-

dən gələni əsirgəmir.  

“Məhəmməd Hadi 20-21 yaşlarına çatdıqda Teyyibə xanım 

da  vəfat  etdiyindən  Hadi,  onunla  bir  neçə  qız  çocuq  tamamilə 

başsız və sahibsiz qalmış”(66,  N 3) və bu səbəbdən də yetimlər 



İslam  Qəribli 

 

 



18 

imkanlı  qohumlar  arasında  bölünmüş,  bacıları  qohumların 

himayəsini  qəbul  etsələr  də,  “təbiətən  hürr  və  sərbəst  olan  və 

kimsəyə boyun əymək istəməyən Məhəmməd Hadi əqrəbasından 

kimsənin  himayəsini  qəbul  etməmiş,  yalnız  başına  öz  evlərində 

qalmışdı”(66,  N 3).   

M.  Hadinin  1906-cı  ildə  yazdığı  “Hacıtərxandan  məktub” 

məqaləsində “ustadi-mümtazım”, “maddi və mənəvi səbəbi-həyat 

və nicatım”(126, N 117), - deyə xatırladığı Mustafa Lütfi 1900-cu 

ilin  axırlarında  Şamaxını  tərk  edib  Həştərxana  köçdükdən  sonra 

gənc M. Hadi təzədən maddi və mənəvi köməkdən məhrum olur, 

bibisi 


Zeynəbin 

nəzarəti 

altında 

yaşayaraq  “Tələbəlik 

xatitaratından”  adlı  məqaləsində  acınacaqlı  vəziyyətini  ətraflı 

şəkildə  təsvir  etdiyi  məhəllə  məscidində(122,  N  88,  90,  92) 

çətinliklə  də  olsa,  təhsilini  davam  etdirir  və  “onun  Sabir  və 

Səhhətlə tanışlığı da bu zaman başlanır”(397, 3).  

Oxumağa,  öyrənməyə  həddən  ziyadə  meyil  göstərdiyindən 

və  mütaliəyə  olan marağını  gələcək  yazılarının  birində  “Xatirimi 

əyləndirən bir şey var idisə də, o da mütalieyi-kitab idi. Məni bu 

mütaliəyə sövq edən nə idi? Ta kiçikliyimdən bəri başımda böyük 

bir  ədib  olmaq  sevdası”(Bax:  M.Hadi.  “Dəftəri-həyatımdan  bir 

vərəq,  yaxud  xatirati-səbavət”,  “Təzə  həyat”  qəzeti,  1  sentyabr 

1908-ci  il,  N  200),-  cümlələri  ilə  dilə  gətirən  gələcək  şair  və 

mütəfəkkir  vaxtının  çöxunu  Şamaxıda  “Carullah  adlı  birisinin 

açmış olduğu qiraətxanada keçirir”(401, 18), ərəb, fars və osmanlı 

türkcəsini  mükəmməl  bildiyindən  İstanbul,  Kəlküttə,  Qahirə  və 

Bağçasarayda nəşr olunan və  nüsxələri Şamaxıya  da  gəlib  çıxan  

“Sərvəti-fünun”,  “Sabah”,  “Həblül-mətin”,  “Əl-Müəyyəd”, 

“Tərcüman”  və  c.  bu  kimi  qəzetləri,  Azərbaycan,  Şərq  və  Qərb 

klassiklərinin (ərəb,  fars,  yaxud türkcəyə  tərcümə  olunanlari  -    İ. 

Q.) əsərlərini mütaliə edir.  

“Daha  geniş  dünyaya  çıxmaq,  təhsilini  Şərq  elm 

mərkəzlərində  davam  etdirmək  arzuları  kasıblıq  ucundan  daşa 

dəyib  çilik-çilik  olan”(73,  4)  M.  Hadi  Şamaxı  kimi  bir  əyalət 

şəhərində  sistemli  və  mükəmməl  təhsil  ala  bilir  ki,  bunun  da 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə