Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə10/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   6   7   8   9   10   11   12   13   ...   147

İslam  Qəribli 

 

 



28 

mütəfəkkirin,  filosof  şairin  ürək  çırpıntılarını,  duyğu  və 

düşüncələrinin istiqamətini çox aydın şəkildə əks etdirir: 

   


Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən, cana? 

   

Ġnanmaq istəməm ənzarə, ey didari-hürriyyət! 

   

Niqabı sal üzündən, ərzi-ruyi-ibtisam eylə, 

   

Görənlər söyləsinlər dilbəri-səhhari-hürriyyət! 

   

..Əsarət bərqi-xurĢidi-ziyadarınla məhv oldu, 

   

Sənə ləbrizi-Ģükrandır bütün əhrar, hürriyyət! 

   

..Kamalın bu kəlamilə xitam et nəğməni, Hadi, 

   


“Nə əfsunkar imiĢsən, ah, ey didari-hürriyyət”! (379, 1). 

Yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, M. Hadinin bu 

şeiri  Ə.  Hüseynzadənin  “Bəşəriyyətin  hər  növ  ehtiyacı, 

mədəniyyətin,  tərəqqi  və  təkamülün  ən  qəvi  mühərriki  olan 

ictimalara, 

cəmiyyətlərə, 

şirkətlərə,  ittifaqlara,  ittihadlara 

sərbəstiyi-tam verən sənsən, sən! Vəlhasil insanlara bilafərq lisan 

və şivə, bilafərq din və məzhəb, bilafərq qövm və millət, əfkar və 

amalın  həvayi-nəsimində  sərbəst  nəfəs  almağa  müsaidə  edən 

sənsən, sən! Yaşa, hürriyyət, yaşa!” sətirlərinin yer aldığı, “Həyat” 

qəzetinin  94-cü  nömrəsində  çıxan  “Hürriyyət”  məqaləsi  ilə 

yaxından səsləşir(51,  120).   

M.  Hadinin  “Həyat”da  işiq  üzü  görən  dördüncü  şeiri  çap 

olunmuş kitablarında özünə yer almayan “Qüdsiyyət və ülviyyəti-

islamiyyəyə  bir  nəzər”  əsəridir(102,  N  8).  “İslamiyyətin”  rədifli 

qəsidə  formasında  olan  iyirmi  beytlik  bu  şeir  qəzetdə  “A. 

Məhəmmədül-hac-Əbdülsəlimzadə  Şirvani”  imzası  ilə  çıxmışdır.  

“Bəyani-həqiqət”  məqaləsi  ilə  bağlı  qeydlərimizdə  göstərmişdik 

ki, M. Hadi Qurana tapınmağı, ondakı prinsipləri anlayıb həyata 

keçirməyi  müsəlmanların,  İslam  dinində  olan  millətlərin  nicatı 

üçün başlıca vasitələrdən biri hesab edirdi. Bu şeir də məzmun və 

ideyaca həmin məqalə ilə yaxından səsləşir.  

Pək böyükdür, pək müqəddəs Ģanı islamiyyətin, 

Pək açıqdır huri- nurəfĢanı islamiyyətin,- 

beyti  ilə  başlanan  əsərin  ümumi  məzmunu  bundan  ibarətdir  ki, 

islamiyyətin məramı pak və müqəddəs, nur saçan camalı isə günəş 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



29 

kimi parlaqdır. Bu elə bir pak dindir ki, fəsad toxumu səpmək və 

insan  qanı  axıtmaq  bu  dinin  yaradıcısı  olan  Peyğəmbərimiz 

Rəsuli-əkrəm tərəfindən qadağan edilib. Müqəddəs və bəşəriliyinə 

görə xaricilər (şeirdə Bilyamlar - İ. Q.) belə ona valeh və məftun 

olublar.  Bu  dinin  əsas  atributları  himmət,  əmniyyət,  sidq  və 

birlikdir.  İslam  dininə  görə xeyirli  adam  o kəsdir  ki,  “nəfbəxşi - 

nas ola”. 

 

M. Hadi qeyd edir ki, o kəslər  İslam dininin dostları hesab 



olunurlar  ki,  onlar  nəfslərinə  qalib  gəlməyi  bacarırlar.  O  şəxslər 

müsəlman  sayılırlar  ki,  cahanda  kimsəni  incitmir,  kimsəyə  zülm 

etmirlər.  Bu  səbəbdən  də  əqli  cəhətdən  “qısır”  olanlar  bu  dinin 

“əsrar”larını anlaya bilməzlər. Odur ki: 

  Əqli kamillər olub heyranı islamiyyətin

Yaxud:  


 

  Xəstəgahi-cəhl üçün Quranımız darüĢ-Ģəfa, 



  Ruha səhhətbəxĢdir dərmanı islamiyyətin(102,  N 8). 

Belə  bir  məqamı  nəzərdan  qaçırmaq  olmaz  ki,  “Həyat” 

qəzetində  çap  etdirdiyi  əksər  şeir  və  məqalələrində  M.  Hadi, 

əsasən, məktəb, maarif və mədəniyyətin təbliğatçısı kimi çıxış edir. 

Bu  cəhət  qəzetdə  çap  olunan  “Məktəb  nə  demək?  Məktəb  əxlaq 

və  ədəbdir”  (104,  N  9)    şeiri  üçün  də  xarakterikdir.  Altılıq-

müsəddəs  formasında  yazılan  bu  şeir  “Firdovsi-ilhamat”dan 

götürülərək  şairin  kitablarında  “Məktəb”  adı  ilə  çap  olun-

muşdur(379,  3).  Əsər  qəzetdə  altı,  kitablarda  isə  dörd  bənddən 

ibaətdir.  İxtisar  edilmiş  “Məktəb  nə  demək?  Qafileyi-elmə 

cərəsdir”  misrası  ilə  başlanan  ikinci  və  “Məktəb  nə  demək? 

Hadiyi-şahrayi-hidayət”  misrası  ilə  başlanan  altıncı  bənd  nəzərə 

alınmazsa,  qəzet mətni ilə kitab mətni tam eynidir. 

Şeirdə  maarif  ocaqlarını  “cilvəgahi-nuri-həqiqət”,  “rəhbəri-

irşadü  səadət”,  “heyəti-milliyyəyə  can”,  ölülərə  can  verən  ruh, 

“əncüməni-əhli-səfa”  kimi  vəsf  edən,  məktəbi  “darülədəb” 

adlandıran, öz millətini “darülədəbin” qədrini bilməyə çağıran şair 

bildirir ki, vətən övladlarının təkamül və tərəqqisi üçün məktəblər 

açılmalı, vətəndaşlarımız elm və kamal kəsb etməlidirlər. Çünki:  



İslam  Qəribli 

 

 



30 

 

Məktəblə bulur təsfiyə ayineyi-vicdan, 



  Məktəblə edər kəsbi-Ģərəf zadeyi-insan, 

  Məktəblə görər tərbiyə həp gülĢəni-irfan, 

  Təkrar edək ixvanımıza Ģu sözü hər an: 

  Övladi-vətən etmək üçün bizdə təali, 

  Məktəblər açıb kəsb edəlim elmü kamali (104, N 9). 

 

Şeirin sonunda qəzet “İdarədən” başlığı altında aşağıdakı 



qeydi  vermişdir:  “Əfəndim,  bəzi  qitələriniz  təmtəraq  və  şəşəəyi-

əlfaz ya qafiyə xatirəsi üçün söylənmiş olduğu üçün qəzetəyə dərc 

etməkdən  sərf-nəzər  etdik.  Eyni  səbəb  məbnidir  ki,  axırıncı 

qitənizi külliyyən təbdil etdik və “Fikr eyləmə avazi-həqi bir quru 

səsdir” yerinə “İsalar üçün meyyiti-ehyaya nəfəsdir” deməyi daha 

münasib gördük”(104,  N 9).  

Bu şeirdən sonra M. Hadi uzun müddət “Həyat” qəzetində 

orijinal  şeirlər  çar  etdirmir  və  bizcə,  yuxarıdakı  qeydlərin  də 

bunda  müəyyən  təsiri  olmuşdur.  Üç  aydan  sonra,  aprelin  on 

doqquzunda  qəzet şairin “Ədəbi felyeton” başlığı altında “Nun... 

vəlqələmi  ma  yəstirun”  və  “Qələm  nə  söyləyir?”  adlı  iki  şeirini 

çap edir(120, N 84).  İrəlicədən qeyd edək ki, bu şeirlər birincisi 

bir  qədər  az, ikincisi isə  nisbətən  artıq  dəyişikliyə  məruz qalaraq 

“Firdovsi-ilhamat”da  dərc  olunmuş

 

(377,  127-132),  “Firdovsi-



ilhamat”dan 

götürülərək 

eynilə 

“Seçilmiş 



əsərləri”nə 

salınmışdır(379,  140-143).  Şeirlər  ilk  mənbəyə  yox,  “Firdovsi-

ilhamat”a əsaslanaraq kitaba salındığından səhvən 1908-ci illərdə 

yazılan əsərlər sırasında verilmişdir.  

 Ən  əvvəl  qəzet  variantı  ilə  kitablardakı  şeirlər  arasındakı 

fərqlər  barədə.  Qəzetdə  “Nun...  vəlqələmi  ma  yəstirun”  adı  ilə 

getmiş  birinci  şeir  kitablara  “Qələm”  adı  ilə  daxil  edilmiş, 

dördüncü: 

 

Qələm,  ey naĢiri-əfkari-millət, 

  Dəhanından saç ənvari-həqiqət (120,  N 84) , - 

beyti  kitablara  düşməmiş,  yeddinci  beytdəki  “bu  məktəbxaneyi” 

ifadəsi  “bədayegahi”  sözü,  onuncu  beytdəki  “heyrət”  sözü 

“sükunət” sözü,  on birinci beytdəki “etgil” sözü “eylə” sözü, on 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə