Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə18/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   14   15   16   17   18   19   20   21   ...   147

İslam  Qəribli 

 

 



52 

millətin  tərəqqisinə  mane  olan  bir  əngəl  kimi  xarakterizə  edən 

müəllif bunun İslam dininə heç bir aidiyyəti olmadığını Qurandan 

gətirdiyi  ayələr  və  müxtəlif  hədislərlə  isbat  edir  və  “Dəyanəti-

islamiyyənin  nisvana  bəxş  etdiyi  hüquqa  bir  nəzər”  adlı 

məqaləsində  yazır:    “Gərək    zükur  və  gərək  ünas  olsun,    kəsbi-

fəzail  və  təhsili-kəmalat  etməyə  və  bu  yolda  təsfiyeyi-vicdan  və 

tətəhhüri-əxlaq  qılmağı  şəriət  nöqteyi-nəzərində  bilafərq  məmur 

və mükəlləfdirlər. Çirkabi-cəhalət və rəcəsi-qəflət ilə tərdamən və 

aludə  olanların  xüsusnda  “Əlxəbisatül-xəbisin”  buyurularaq 

şayani-təqbih  və  məzəmmət  görülmüşkən,  maarif  və  ülum 

sərçeşməsindən 

içənlərin 

şənində  “Əttəyyibatül-təyyibin” 

Vəlillahi  yühübbül-mütəhhərin”  nazil  olaraq  tətəhhüri-qəlb 

edənlər mühibbi-ilahiyəyə kəsbi-ləyaqət etdikləri və edəcəkləri ca-

haniyanə bildirilmişdir.  Bu ki, ən böyük şərəfdir!”(112,N 48).  

Professor  Firidun  Hüseynov  C.  Məmmədquluzadədən  bəhs 

edən  məlum  tədqiqatında  çox  haqlı  olaraq  qeyd  edir  ki, 

“Müsəlman  Şərqinin  ağır  dərdlərindən  biri  qadın  əsarəti,  bitib 

tükənməyən ailə  münaqişələri, faciələridir. Tarix boyu xalq üçün 

düşünən  beyinlərə,  döyünən  ürəklərə  ağır  yük  olmuş  bu  dərdi 

çiyinlərində  daşıyıb  onu  aradan  qaldırmağa  çalışan  ədib  və 

mütəfəkkirlərdən  M.  F.  Axundovun,  Mirzə  Cəlilin  ədəbiyyat, 

ictimai fikir tariximizdə  müstəsna xidmətləri  olmuşdur”(52,  108) 

və  heç  şübhəsiz  ki,  M.  Hadinin  yeri  bu  cərgədə    ilk  sırada,  lap 

qabaqdadır.  Qadın  azadlığı  məsələsində  əvvəldən-axıradaək 

sabitqədəm  bir  mövqe  nümayiş  etdirən    M.  Hadi  əsrinin 

dırnaqarası  ziyalılarından  fərqli  olaraq  bildirir  və  bildirdiklərini 

“qadınları cəhalət pərdəsi altında saxlamağı guya islam dini onlara 

məsləhət  bilmişdir”,-  kimi  əsası  olmayan  cəfəngiyyatlarla 

pərdələməyə çalışanların sifətinə çırpırmış  kimi Quran ayələri ilə 

şərh edir və iqrar edir ki, Allah dərgahında kişi ilə qadının hüququ 

birdir  və  qadını  hüquqsuz  vəziyyətə  salan  din  deyil,  dindən  öz 

çirkin  niyyətlərini  həyata  keçirmək  üçün  istifadə  edən  cəmiyyət, 

cəmiyyətin  insan  yox,  heyvan  adlandırılması  daha  düzgün  olan 

üzvləridir. 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



53 

M.  Hadi  qeyd  edir  ki,  bəzi  oxumuşların  “Xatunların 

oxumasına İslam dini müsaidə vermiyor”,- demələri məhz iftira və 

İslama  böhtandır”.  Bu  deyilənlərin  iftira  və  böhtan  olduğunu 

Qurandan gətirdiyi ayələri şərh etməklə sübuta yetirən mütəfəkkitr 

qeyd edir ki, “Xah rical və xah nisvan olsun iktisabi-fəzail etməyə 

məmur  və  mükəlləfdirlər.  Hər  kəs  kəndi  kəsbindən  ləzzətyab  və 

bəhrəmənd  olacağını  cənabi-Haqq  “Sureyi-əl  Nisa”nın    32-ci 

ayəsində  bəyan  eləmişdir:  “Lil-ricali  nəsibun  mimmək-təsəbu 

və  linnisai  nəsibun  mimmək-təsibnə”  (Kişilər  üçün  kəsb 

etdikləri  şeydən  nəsib  var  və  övrətlər  üçün  də  təhsil  qıldıqları 

şeydən həzz və hissə vardır). Anlaşılıyor ki, ər kəndi üçün çalışıb 

təhsili-fəzail  qıldığı  kimi,  qadın  da  özü  üçün  kəsbi-kəmal  və 

fəzaili-aliyə etməlidir”(112,  N 48).      

 

 Fikirlərinin doğruluğuna oxucularını inandırmaq üçün müəllif 



daha  sonra  yazır:  “Əfəndimiz  də  “Əl-elmül-nur”  buyurmuşdur. 

Möminlərə    rəhbəri-nicat  olan  nur    nuri-maarifdən  desəm,  xəta 

etməmiş oluyoram. “Əl-elmül-nur” 13-cü ayədə buyurur: “Hesab 

günündə əhli-nifaq və şəqaq olan ər və övrətlər nur sahibi mömin 

və  möminələrə  deyər  ki,  bizə  də  ətfi-nəzər  ediniz.  Biz  də  sizin 

nurunuzdan  iqtibasi-ziya  edib  nurlanalım.  Onlar  cavabında 

dinlənər    ki,  dünyaya  ricu  edib  orada  iltimas  edək,  nuru  biz  də 

orada kəsbi-ənvar etmişik”. Cənab Beyzavi buyurur: “Betəhsiləl-



maarifül-ilahiyyə  vəl  əxlaqil-fazilə  fanə  yətəvəllüd  minha”

yəni: “Mömin və möminələr əhli-nifaqə deyərlər ki, əgər mümkün 

isə  dünyaya  ricu  edib,  onda  tələbi-nur  edək”.    Maarifül-ilahiyyə 

təhsil  ilən  və  məkarimi-əxlaq  kəsb  ilən,  çünki  bu  nur  təhsili-

maarifdən təvəllüd edər, məkarimi-əxlaqdən nəşət eləyər. Təhsili-

maarif  ilə  nəfsini  təzkiyə  və  islah  edər.  Xatunun  əfəndimizin 

məhəbbətinə  şayan  görüldüyünə  bu  hədisi-şərif  dəlalət  edər. 

“Sizin dünyanızdan bana sevgili şeylərin biri də salihə xatundur” 

və  yenə  xatunların  tərbiyə  və  təliminə  höccəti-baliğə  olan 

ayələrdən  biri  də  “Əl-əhzab”,  ayə  35:  “Ġnnəl-mömininə  vəl-



möminat...  ila  axır”.  (“Təhqiqən  mömin  və  müslim  ərlər  və 

möminə  və  müslimə  övrətlər,    müti  ər  və  mütiə  övrətlər,    sadiq 




İslam  Qəribli 

 

 



54 

mərd  və  sadiqə  zənlər,    sabir  və  sabirə  və  mütəvazeh  və 

mütəvazehə  və  sədəqə  verən  kişi  və  övrətlər,  əfif  və  əfifələr  və 

zakir  və  zakirələr  üçün  cənab  xuda  məğfirət  və  böyük  əvəz 

hazırlamışdır”). Mühakimeyi-adilanə də çəkməlidir. Aya bu ayədə 

zikr  olunan  fəzail  və  xəsaili-pəsəndideyi  təhsil  və  tərbiyədən 

başqa bir təriq ilə əldə etmək asanmı? Tərbiyə görməmiş bir övrət 

sadiq, əfif, müti, möhsin kimi bəyənilmiş xislətlərə asanlıqla sahib 

və  malik  olarmı?  Heyhat!  Tərbiyəli,  ədəbli  bir  xatun  sədaqət  və 

şəfəqqətli, iffət və təvazölü olur. Kəndi vəzayifini təsir və hüquqi-

məşruəsini  gozəlcəsinə  mühafizə  qılır  və  zövcünə  itaətli  və 

mehriban olur. Övladını gözəl tərbiyə edib bəslər. Xanə intizamlı 

idarə  olunur,  hər  qafadan  səs  gəlməz,  söz  bir,  fikir  bir  olur... 

deyilmi?”(112, N 48).  

 

M.  Hadinin  tərbiyə,  əxlaq,  cəmiyyətin  inkişafı  və  təkamül 



bardəki fikirlərinin müəyyən qismi “Və innəkə li-əla xəlqi-əzim” 

adlı  məqaləsində  öz  əksini  tapmışdır(114;  N  63).  Sərlövhəyə 

çıxarılan Quran ayəsindən bir neçə sözdür ki, bu ayədə əxlaq  və 

əxlaqın cəmiyyətdə, insan həyatında oynadığı roldan bəhs olunur.    

 

Əsərlərində  əxlaq  məsələlərinə  geniş  yer  ayıran,  əxlaqa  bir 



elm kimi yanaşaraq onun predmetini müəyyənləşdirməyə çalışan 

müəllifə  görə  əxlaq  istər  Allaha,  istərsə  də  ətrafdakı  başqa 

adamlara  münasibətlərini  tənzimləmək  üçün  insanların  hüquq  və 

vəzifələrinin  ifadəçisidir.  Əxlaq  məsələlərindən  bəhs  edərkən 

dinin  təbliğinə  geniş  yer  ayıran,  əxlaqa    “Bəni-növi-bəşərin  istər 

xaliqi,  istər  həmcinsi  ilə  olan  vəzaif  və  hüquqi-insaniyyəsini 

bildirən  elmi-şərifə  eimi-əxlaq  deyilir”(114,  N  63)  tərifini  verən 

müəllif bildirir ki, gözəl əxlaq İslam dininin ruhunu, əsasını təşkil 

edir ki, bu istər bu dünya, istərsə də axirət üçün qüvvədədir. İslam 

əxlaqını təbliğ etməklə insanların bu əxlaqa yiyələnəcəyi təqdirdə 

xoşbəxt olub ağ günə çıxacağına ümid bəsləyən, əxlaqı iki yerə- 

“əxlaqi-həsənə” (gözəl əxlaqa) və “sui-əxlaqa” (pis əxlaqa) bölən, 

əxlaq  məsələlərini  Quran  ayələri  vasitəsi  ilə  şərh  edən  müəllif 

daha  sonra  yazır:  “İslamın  ruhu,  həqiqəti  əxlaqi-həsənə  fəzaili-

aliyədir.  Necə  ruhi-islamiyyət  olmasın  ki,  insana  Xaliqini 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə