Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə26/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   22   23   24   25   26   27   28   29   ...   147

İslam  Qəribli 

 

 



76 

ədalət  və  həqqaniyyət  deyil,  bəlkə  zülm  və  insafsızlığın  nəhayət 

dərəcəsidir”(130, 155).   

Bir millət ki, cahilə alim, qafilə hüşyar, qarğaya bülbül, gülə 

xar  deyib,  o  millət  mütləq  zəlalətə  düçar  olub  və  bu  işdə  başqa 

millətləri  günahkar  qismində  qələmə  vermək  sadəlövhlükdən 

savayı başqa bir şey deyil. “Məmləkət küfr ilə baqi qalar, zülm ilə 

baqi qalmaz” kəlamı ilə fikrini qüvvətləndirən müəllif daha sonra 

yazır:  “Əlhasil,  hər  cəhətdən  olursa-olsun    bir  millətin,  istər  bir 

fərdin hüquqi-məşruəsi ibtal və pamal olursa, buna zülm və cövr 

deyilir”(130,  N 155). 

Müəllifin  çox  doğru  olaraq  qeyd  etdiyi  kimi,  zülm  olan 

yerdə  bəxtiyarlıq,  məsudiyyət  olmaz.  İslam  məmləkətlərini  zülm 

və 


həqqaniyyətsizlik 

“başdan-başa 

təhti-hakimiyyətinə 

aldığından”dır  ki,  ən  mühüm  işlər  “bir  sürü  elmsiz,  bir  taqım 

naəhlə”  tapşırılmış,  “ərbabi-ləyaqət  və  zəkavət  olanlar  isə  xaki-

səfalət 


və 

guşeyi-rəzalətdə  çürüməkdə  və  ağuşi-ədəmə 

düşməkdədirlər.  Zülm  deyilmi  bu?  Millətin  qəflətindən, 

cəhalətindən  fürsətyab  olaraq  bir  bölük  kəmşüurlar,  bir  alay 

maarif  müflisləri  birər  məqami-sədarətə  və  kürsiyi-məmuriyyətə 

minmişlər...  Ədalətmi  bu?..  Gülün  yerini  xar,  bülbülün 

nişiməngahını qarğa tutmuş, nurun əvəzinə zülmət, hurun qəsrində 

ifritlər oturmuş”(130,  N 155).        

“Bu  uyğunsuz,  bu  ədalətsiz  işlərin  səbəbi-həqiqisi 

nərədəndir?”  sualını  verən  müəllif  bunların  iki  başlıca  səbəbini 

göstərir  ki,  bunlardan  biri  rüşvətxorluq,  ikincisi  isə  nadanlıq, 

maarifsizlikdir. 

“Hüququnu  anlamayan,  tapdanan  haqqını  tələb  etməyə 

cürəti  çatmayan  millətlə  insaniyyət  və  mədəniyyət  karvanına 

qoşulmaq olmaz”,- deyə haray çəkən müəllif bir daha bəyan edir 

ki,  “hər  işi  öz  əhlinə,  hər  əməli  öz  sahibinə  tapşırmalı.  “Geridə, 

dalda  qaldıq”,-  deyə  çığırmaq,  bağırmaqdan  bir  şey  hasil  ola 

bilməz: 


   Ayinəsi iĢdir kiĢinin, lafə baxılmaz, 

  ġəxsin görünür rütbeyi-əqli əsərində”(130,  N 155).  


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



77 

 Qəzetin  18  iyul  1906-cı  il  157-ci  sayında  M.  Hadinin 

“Qəflət  və  cəhalət  aləmi-insaniyyətin  ən  böyük  düşmənləridir” 

adlı məqaləsi dərc olunur. Qəflət və cəhaləti göyün üzünü bürüyən 

kəsif,  qəliz  buludlara  bənzədən  müəllif  bildirir  ki,  qara  buludlar 

Günəş şəfəqlərinin qarşısına səf çəkib yer üzünü qaranlıqlara qərq 

etdiyi  kimi,  qəflət  də  insanlığı  yaxıb-yandırar,  “hansı  şəhərdə, 

hansı  ölkədə  yuva  yapar  isə,  nəğməpərdazi-məşamət  olar  isə 

xarabazara döndərər”(131, N 157).    Qəflət və cəhalətin yer üzünə 

fəlakətlər gətirdiyini, bir çox tayfa və qövmlərin cəhalət, qəflət və 

səfalətləri  ucbatından  Allahın  qəzəbinə  düçar  olmalarını  Quranın  

on  birinci  surəsi  olan  “Hud”  surəsinin  101,  102,  103  və  107-ci 

ayələrini  misal  gətirməklə  əsaslandıran  müəllif  oxucusuna  üz 

tutaraq yazır: “Düşünəlim, vətəni-bədbəxtimizi başdan-başa əhatə 

etmiş  bu  böyük  bəla,  bu  əzim  bədbəxtlik  qəflət  və  cəhalətin 

nəticeyi-zalimanə  və  lənətkəranəsi  deyilmidir?  Bu  qədər  yanmış 

xanimanlar,  tökülmüş  nahaq  qanlar,  xaki-məzəllətə  yuvarlanmış 

ətfali-məsumlar, karü kəsbsiz minlərcə füqərayi-kasıblar, nələr və 

nələr...”(131,  N 157).         

Müəllifin  qənaətinə  görə  qəflət  və  cəhalətdən  uzaq 

olduqlarından  Şərqdə  yaponlar,  Qərbdə  avropalılar  maddi  və 

mənəvi  tərəqqiyə  nail  olaraq  rahatlıqlarını  təmin  etdikləri  halda, 

“bizlər ləbtəşnələriz”. Səbəb isə cəhalət və qəflətdir. 

M. Hadinin nəzərində “Qəflət öylə qorxunc, öylə qəddar bir 

düşməndir ki, mövqeyi-icraya qoyduğu qəbih əməlləri, uyğunsuz 

işləri kəcrov olan qafillərə, cahillərə yaxşı göstərir, gözəl tanıtdırır, 

batil  görünür.  Tədənni  tərəqqi  kimi  tələqqi  olunur”.  Hələ  bu 

hamısı  deyil  və  zaman  elə  bir  zamandır  ki,  “Qəflət  və  cəhalətə 

uyanların  “əmali-saniələrini  şeytan  öylə  pirayələndirib,  öylə 

bəzəyib ki, küfrlərini iman, nadanlıqlarını irfan, qəflətlərini ayıqlıq 

hesab edirlər”(131,  N 157).     

Qəflət  və  cəhaləti  Allahın  bəyənmədiyi  “şan  deyil,  şini-

adəmiyyət” hesab edən müəllif bildirir ki, cəhalət və qəflət insanı 

təkcə  bu  dünyada  yox,  axirətdə  də  bədbəxt  edər,  çünki  “hər  kəs 



İslam  Qəribli 

 

 



78 

dünyada  bəsirət  sahibi  olmasa,  yəni  adamda  qəlb  gözü  kor  olsa, 

axirətdə də kor olacaqdır: 

 

Zülmətə əshab əma bəndədir, 



  Nur isə binalərə tabəndədir”(131,  N 157).     

    “Şövq və həvəs” adlı məqaləsində(132,  N 159) M. Hadi 

belə bir fikri ifadə edir ki, bir fərd və ya bir millət hər arzusuna və 

istəyinə  ancaq  şövq,  həvəs  və  zəhmət  sayəsində  nail  ola  bilər. 

Bütün  ixtira  və  icadların,  kəşflərin  istək  və  zəhmət  sayəsində 

meydana  gəldiyini  qeyd  edən müəllif insana zövq  verən zəhməti 

bir quşcuğazın yuva qurması, “mini-mini, körpə-körpə balalarına 

yem  və  danə  gətirərək  onları  bəsləməsi”  ilə  müqayisə  edir  və 

bunların, yəni şövq və həvəsin yaradılmışların hamısının fitrətində 

olduğunu bəyan edir. 

Müəllifi  belə  bir  məsələ  düşündürür:  bütün  kainat  şövq  və 

həvəs  ilə  inkişafda,  tərəqqidə,  yeniləşməkdə  ikən  bizim  həvəs 

qanadımız sınmış, “şəhpəri-şövqümüz qırılmışdır”. Bunun səbəbi 

nədir? 


Cavabı  yubatmayan  müəllif  yazır:  “Bunun  səbəbi 

himmətimizin  düşkünlüyü,  vətənpərvərsizliyimizdir...  Mənafeyi-

şəxsiyyə  və  fəvaidi-zatiyyəsinə  məşğul  əfraddan  mürəkkəb  olan 

millət  və  qövmün  həvəsi-milliyyəsi  ola  bilərmi?  Haşa,  həvəsi 

bizlər yalnız fəhm etmişik”(132,  N 159).                 

         Şəxsi  mənafelərin  təmin  edilməsinə  yönəldilən  zəhmət  və 

səyləri həvəs deyil, ruh üçün bir qəfəs adlandıran M. Hadi “Həvəs 

nədir?”  sualına  belə  bir  cavab  verir:  “Həvəs  hər  kəs  mükəlləf 

olduğu  vəzaifi-insaniyyəni  kəmali-eşq  və  şövq  ilə  ifa  etmək  və 

yorulmaz  bir  səy  ilə  məmur  bulunduğu  əmrə  iqdam  qılmaqdır” 

(132, N 159).        

“Xoşbəxt  gələcək  arzuları  təkcə  şeirlərinin  deyil,  həm  də 

çox  zəngin  publisistik  əsərlərinin  ana  xəttini  təşkil  edən”(9;  84), 

səy  və  bacarıqlarını  məmləkət    yolunda  sərf  edənləri  “Səadət 

olsun belə həvəspərvər milləıtə!” sözləri ilə alqışlayan müəllif çox 

doğru  olaraq  yazır  ki,  “Səadət  səyin  aşiqidir,  səy  isə  şövq  və 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə